Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə145/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   141   142   143   144   145   146   147   148   ...   164

 
 
 
Ключевые слова: горох, нут, фасоль, соя, бобы, симбиоз, цеолит, минераль, фиксация, 
спонтан 
Key words:  pea, chickpea, bean, soya beans, symbiosis, zeolite, mineral, fixation
spontaneous 
 
Təbii seolit-nadir mineral xammaldır. Ondan xalq təsərrüfatının bir çox sahələrində, xüsusilə 
kənd təsərrüfatında geniş şəkildə istifadə olunur. 
Seolit  haqqında  ilk  yazılı  məlumat  1756-cı  ildə  İsveç  tədqiqatçısı  A.Kronsted  tərəfindən 
verilmişdir. O, tədqiqat apardığı minerala seolit adı vermişdir ki, bu da yunan dilində  “Qaynayan 
daş “ mənasını verir. 
Bərk cisimlər tərəfindən buxarın və qazların udulması hələ eramızdan əvvəl məlum idi. Lakin 
əsaslı  elmi  tədqiqat  işləri  yalnız    XVII  əsrin  axırlarında  başlanmışdır.  1909-cu  ildə  F.Qranje 
müşahidə  edir  ki,  şabarit  (seolitin  bir  növüdür)  havanı,  hidrogeni,  kükürd  qazını,  yodu,  bromu 
yüksək temperaturada hətta civə buxarını belə tutub saxlayır.                                        
XX  əsrin  birinci  yarısında  ABŞ,  Yaponiya,  Fransa,  Almaniya  və  digər  ölkələrdə  seolit 
yataqları  aşkar  edilmiş  və  dərhal  onun  geniş  istifadəsinə  başlanılmışdır.  Ötən  əsrin  ortalarında 
Azərbaycanın Tovuz rayonunda yüksək qumlu mardenit və klinoptilolit mənşəli seolit yataqları kəşf 
edilmiş və üzərində tədqiqat işləri aparılaraq, onun tətbiq sahələri müəyyən edilmişdir (3]. 
Naxçıvan  Muxtar  Respublikasında  da  ümumi  ehtiyatı  8  milyon  tondan  artıq  olan  yüksək 
keyfiyyətli seolit yataqları aşkar edilmişdir. Muxtar Respublika ilə qonşu olan Türkiyə və İran İslam 
Respublikasında  seolitdən artıq  çoxdandır  ki,  xalq  təsərrüfatının müxtəlif  sahələrində,  xüsusilə  də 
kənd təsərrüfatında geniş istifadə edilir.  
Qiymətli təbii mineral olan seolitdə yüksək uduculuq qabiliyyəti olduğundan kənd təsərrüfatı 
bitkilərinə tətbiqi zamanı əkinlərə verilmiş gübrələrin yuyularaq torpağın dərin qatlarına keçməsinin 
və  yeraltı  suların  çirklənməsinin  qarşısını  alır.  Seolit  torpağa  verilmiş  mineral  və  üzvi  gübrələri, 
eləcə  də  suyu  udaraq  uzun  müddət  özündə  saxlayır,  kənd  təsərrüfatı  bitkilərinin  tələbatına  uyğun 
miqdarda onlara tədricən ötürür. Bu proses həm tətbiq olunmuş gübrələrin və həm də suyun itkisiz, 
səmərəli istifadəsinə əlverişli şərait yaradır. Ağır gilli və gillicəli torpaqlara seolit verilərkən torpaq 
hissəciklərinin  bir-birinə  sıx  yapışmasının  qarşısını  alır,  onun  daima  yumşaq  olmasını  təmin  edir. 
Belə  torpaqlarda  havalanma  yaxşılaşır  ki,  nəticədə  bitkilərdə  kök  tənəffüsü  üçün  əlverişli  şərait 
yaranır.  Seolitin  bu  xüsusiyyətindən  kənd  təsərrüfatında  və  şəhərlərin  yaşıllaşdırılmasında  geniş 
şəkildə istifadə olunur. Onu da qeyd etmək lazımdır ki, seolit mineralını bir il tətbiq etməklə, ondan 
5-6 il istifadə etmək olur. Bu mineral öz keyfiyyətini bu müddət ərzində qoruyub saxlayır (şəkil 1) 
[1, 3].  
Seolitin  torpaq  strukturunun  yaxşılaşdırılmasına,  uduculuq  qabiliyyətinə,  meliorativ 
xüsusiyyətlərinə,  həmçinin  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığının  artırılmasına  aid 
Azərbaycanda  “Aqrokimya  və  Torpaqşunaslıq”  və  Elmi-Tədqiqat  Hidromeliorasiya  və 
Mexanizasiya İnstitutunda bir çox tədqiqatlar aparılmış, müsbət nəticələr alınmışdır [3].  
Naxçıvan  MR-də  ehtiyatı  8  mln.  ton  olan  seolit  yataqlarının  olmasına,  və  burada  bir  neçə 
elmi-tədqiqat müəssisələrinin fəaliyyət göstərməsinə baxmayaraq, bu qiymətli mineral sərvət indiyə 
qədər tədqiqatlara cəlb olunmamışdır. Bu baxımdan müraciət etdiyimiz mövzu yenidir və Naxçıvan 
seolitinin paxlalı bitkilər üzərində sınağı ilk dəfədir ki, tərfimizdən aparılır.  
Тorpaq  münbitliyinə  yerli  seolit  mineralının  təsirini  öyrənmək  üçün  tarla  təcrübələri  2008-
2010-cu  illər  ərzində  AMEA  Naxçıvan  Bölməsi  Bioresurslar  İnstitutunun  Babək  rayonunun 
Şıxmahmud  kəndi  ərazisində  yerləşən  «Nəbatat  bağı»-nın  təcrübə  sahəsində  qədimdən  suvarılan-
boz torpaqlar şəraitində qoyulmuşdur. 
 Tədqiqat  aparılacaq  sahə  payızda  seçilərək,  alaq  otlarından  və  sələf  bitkisinin  qalıqlarından 
təmizlənmiş,  hektara  10  ton  hesabı  ilə  narınlaşdırılmış  seolit  səpilərək,  25-30  sm  dərinlikdə 
şumlanmışdır.  İlk  yazda  təcrübə  sahəsindəki  alaq  otlarını  məhv  etmək  məqsədilə  sahəyə  herbisid 
çilənmişdir. Sonra sahəyə yenidən 5 (cəmi 15 ton) ton/ha normasında seolit səpilərək çizellənmiş və 
topanlanmışdır.  
 


 
 
 
                                 
 
                    Şək.1  Seolit mineralının şum altına verilməsi 
 
Seolitin  tətbiqi  üçün  tarla  təcrübələrində  noxud  (nut)-(Cicer  orientinum  L.)  bitkisinin 
ICARDA-dan  (Quraq  Bölgələrdə  Kənd  Təsərrüfatı  Tədqiqatları  Beynəlxalq  Mərkəzi)  alınmış  20 
sortu,  4  il  müddətində  Naxçıvan  MR-in  müxtəlif  rayon  və  kəndlərindən  ekspedisiyalar  zamanı 
toplanılmış  və  genofonda  daxil  edilmiş  lobya  (Phaseolus  (Tourn)  L.)  bitkisinin  18  forması, 
Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutundan alınmış soya (Glycine hispida) bitkisinin 3 sortu 
və genofonda daxil edilmiş at paxlasının 2 forması üzərində sınaq işləri aparılmışdır.  
Noxud  (nut)-(Cicer  orientinum  L.)  Dənli  paxlalı  bitkilərdən  ərzaq  bitkisi  kimi  ən  geniş 
yayılanı  nutdur.  Azərbaycanda,  o  cümlədən  Naxçıvan  MR-də  onu  noxud  adlandırırlar.  Naxçıvan 
Muxtar  Respublikasında  noxud  bitkisinin  əkin  sahələrinin  artım  tempi  aşağı  olsa  da,  ilbə-il  artım 
müşahidə olunur. 2004-cü ildə bu bitki altında olan torpaq sahəsi 687 hektar olduğu halda, 2010-cu 
ildə  1200  hektara  çatmışdır.  Belə  ki,    son  beş  ildə    noxud  bitkisinin  əkinləri  iki  dəfəyə  yaxın 
artmışdır. 
Tədqiqatların davam etdiyi 2008-2010-cu illər ərzində bu bitki üzərində fenoloji müşahidə və 
biometrik  ölçmələr  aparılmışdır.  Bütün  sortlarda  nəzarət  variantına  nisbətən  seolit  tətbiq  olunmuş 
variantda  artımlar  müşahidə  olunmuşdur.  Eyni  zamanda  məhsuldarlıqda  da  nəzərə  çarpacaq 
dərəcədə artım olmuş və 3 ildən orta hesabla sortlar üzrə 4-7 sen/ha təşkil etmişdir. 
 
                     
Şək. 2  Noxud bitkisinin köklərində müştərək yaşayan kökyumurucuq bakteriyaları 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə