Seolit mineralının tərkibində qida elementləri yoxdur. Məhsul artımını bu mineralın uduculuq
və torpaq strukturunun yaxşılaşdırılması qabiliyyəti ilə izah etmək olar.
Məlum olduğu kimi paxlalı bitkilərin köklərində onlarla müştərək yaşayan kök yumurucuq
bakteriyaları vardır. Tədqiqatlarımızda paxlalı bitkilərin köklərində kökyumurucuq bakteriyalarına
seolit mineralının təsiri də öyrənilmişdir. Tədqiqatlardan məlum olmuşdur ki, noxud və lobya
bitkiləri istisna olmaqla digər bitkilərin köklərində kökyumurucuq bakteriyaları müşahidə
olunmamışdır. Bu prosesi həmin bitkilərin (soya və at paxlası) əkildiyi torpaqlarda onların
köklərində simbioz yaşayan bakteriyaların spontan formalarının olmaması ilə izah etmək olar.
Lakin məlum olmuşdur ki, noxud bitkisinin yumurucuq bakteriyalarına seolit mineralı müsbət təsir
edir. Belə ki, onun köklərindəki yumurucuq bakteriyalarının sayı bu mineralın təsirindən bir neçə
dəfə artmışdır (şəkil 2). Köklərdə bakteriyalar çox olduqca, havadan bir o qədər çox
.
atmosfer
azotunu fiksasiya edir.
Tarla təcrübələrində lobya və paxla bitkilərindən də nəzarət varianta nisbətən yüksək məhsul
alınmışdır. Seolit mineralı bu təcrübələrdə də özünü müsbət tərəfdən göstərmişdir.
Yekunda belə nəticəyə gəlmək olar ki, yerli Naxçıvan seoliti paxlalı bitkilərə müsbət təsir
edir, torpaq strukturunun yaxşılaşdırılması, tətbiq olunmuş mineral gübrələrin və suyun itkisinin
qarşısını almaq hesabına onların məhsuldarlığının artmasına səbəb olur.
ƏDƏBİYYAT
1.
Mövsümov Z.R. Dənli bitkilərin gübrələnməsi. Bakı: Elm, 1978, 72 s.
2.
Дворникова З.Б. Бобовые овощные культуры. М., 1981, 37с.
3.
Халилов Э.Н., Багиров Р.А. Природные цеолиты, их свойства производство и
применение.
Баку-Берлин, 2002, 350 с.
4.
Середина В.П. Агроэкологические аспекты использования цеолитов как
почвоулучшителей сорбционного типа и источника калия для растений (Томский
государственный университет) //Известия Томского политехнического университета, 2003,
Т. 306, № 3, с. 56-60.
5.
Стаканов Ф.С. Фасоль. Кишинев, 1986, 194 с.
РОЛЬ НАХИЧЕВАНЬСКОГО ЦЕОЛИТЕ В УВЕЛИЧЕНИИ ПЛОДОРОДИЯ ПОЧВЫ
Р.В.АМИРОВ, С.А.ГАДЖИЕВ
В статье обсуждается
применение местного минерала, цеолита в сельском хозяйстве.
В экспериментах выяснилось, что цеолит благоприятно действует на количество
клубеньковых бактерий и на урожайность бобовых культур.
THE ROL OF NAKHICHEVAN ZEOLITE IN INCREASE OF SOIL FERTILITY
R.V.AMIROV, S.A.HAJIYEV
The article discusses the use of local mineral, zeolite in agriculture. Experiments revealed
that the zeolite effect favorably on the number of nodule bacteria and on the yield of legumes.
UOT 631.48
DAĞ-MEŞƏ QƏHVƏYİ TORPAQLARIN ZAMAN VƏ MƏKAN AMİLİNİ NƏZƏRƏ
ALMAQLA TORPAQ TƏSNİFATI NOMENKLATURASINDA KORRELYATİV DİNAMİ-
KASININ NƏZƏRİ ASPEKTLƏRİ
doktorant T.A.HACIYEV
AMEA-nın Eroziya və Suvarma İnstitutu, Bakı 1007, M.Qaşqay küç. 36. WWW.altesi.az
Genetik torpaqşünaslıqda torpaqəmələgətirən faktorlar həmişə böyük diqqət mərkəzində
olmuşdur. Torpağın genetik qatlarının formalaşması və zamandan asılı olaraq müxtəlif məkan
amillərinin təsiri altında dəyişməsi klassik torpaqşünaslıqda daima izlənən və bu günlərə qədər
dünya torpaqşünas alimləri tərəfindən qarşılıqlı asılılığın öyrənilməsi kimi geniş və aktual mövzu
olaraq qalmaqdadır. Məlumdur ki, torpaqların öyrənilməsində ən əlverişli yanaşma onun vahid
şəkildə qəbul olunaraq ətraf mühit və təbii komplekslərin qarşılıqlı təsir dairəsini araşdırmaq,
zaman və məkandan asılılığını öyrənərək geniş informasiya toplusu əldə etməklə müəyyən
nəticələrə nail olmaq olar.
Açar sözlər: torpaqların diaqnostikası,
torpaq tipi, karbonatlıq, tekstur differensasiya
Ключевые слова: диагностика почв, тип почв, карбонатность, дифференциация
текстуры
Key words: the diagnostics of soils,
type of soils, carbonate, differentiation of texture
Bizə məlumdur ki, qəhvəyi dağ-meşə torpaqların təsnifatını ilk dəfə 1949-cu ildə İ.P.
Gerasimov vermişdir. İlk təsnifatdan bu günə qədər 65 il keçməsinə baxmayaraq hələ də torpaq
təsnifatında qəhvəyi torpaqlar özünəməxsus yerini tuta bilməmişdir. Belə ki, yuxarıda söylənilən
fikri əsaslandırmaq üçün əlimizdə çoxillik nəzəri və praktiki cəhətdən dəfələrlə təhlil edilmiş
məlumatlar vardır. Qəhvəyi torpaqların geniş sahədə Balkan yarımadasında və Aralıq dənizi
ətrafında (Avropa və Afrika sahilləri) yayılması məlumdur. Bu barədə məlumat 1956-cı ildə
Parisdə keçirilmiş VI Beynəlxalq Torpaqşünaslıq Konqresinin əsərlərində nəşr edilmişdir.
Azərbaycan torpaqlarının sonuncu təsnifatı 1991-ci ildə M.E.Salayev tərəfindən verilmişdir ki,
burada da müəllif torpaqların diaqnostik göstəricilərinin daha dəqiq və daha geniş öyrənilməsi ilə
torpaq nomenklatur sistematikasının yenilənməsi və dünya nomenklatur sistematikası ilə
korrelyasiya əlaqələrinin axtarılıb tapılması işində müəyyən zəhməti olmuşdur [3,4]. Belə ki,
M.E.Salayevin apardığı müşahidələrdən əldə etdiyi nəticələri təhlil etdikdə qəhvəyi dağ-meşə
torpaqların özünəməxsusluğu və yerləşdiyi dağlıq qurşağın relyef və iqlim mürəkkəbliyi diqqəti
cəlb etmiş olur. M.E.Salayevin qeyd etdiyi kimi, qəhvəyi torpaqlar həm düzən, həm də dağlıq
relyef fonunda yayıla bilmişdir. Azərbaycanda qəhvəyi torpaqlar əsasən özünün genetik
göstəricilərini dağlıq relyefin mürəkkəb ekspozisiyasında formalaşdırmış və klassik morfoloji
əlamətlərini saxlaya bilmişdir. Bu fikri yetərincə əsaslandırmaq üçün çox uzağa getmək lazım
deyildir. Belə ki, Böyük Qafqazın şimal-şərq hissəsində Quba və Xaçmaz rayonları arasında
yetərincə geniş əhatə sahəsinə malik olan qəhvəyi torpaqlara rast gəlmək mümkündür. Quba
rayonunun dağətəyi və Qusar maili düzənliyinə enən ön dağlıq hissəsində, çəmən-qəhvəyi
torpaqlarla birləşir. Yuxarı sərhəddə isə qəhvəyi meşə torpaqları tünd qonur torpaqlara keçid
yaradır. Meşə zonasının qəhvəyi torpaqları 400-500 m-dən 1100 m-ə qədər yüksəkdə, əsasən palıd
meşəsi altında inkişaf etmişdir. Düzən ərazilərdə yayılan qəhvəyi torpaqlar uzun müddətdir ki,
antropogen təsir altında tip-diaqnostik göstəricilərini dəyişə bilmişdir. Lakin qəhvəyi dağ-meşə
torpaqları da ilkin morfogenetik xüsusiyyətini itirmiş və müəyyən mənada “assimlyasiya”ya
uğramışdır. Belə ki, əvvəllər meşə altında olmuş qəhvəyi torpaqlar hal-hazırda çox az faiz
göstəricisi ilə ilkin vəziyyətini qoruyub saxlamış, əksər böyük faizlə bu torpaqlar bozqır bitkiləri
altında təkamül prosesini yaşayır [1].