Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə147/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   143   144   145   146   147   148   149   150   ...   164

 
 
 
Böyük  rus  alimi  B.B.Polınov  hələ  keçən  əsrin  ortalarında  öz  elmi  araşdırmaları  və 
tezislərində  biogeokimyəvi  prosesləri  təbiətdə  gedən ən  mürəkkəb  qapalı  sistem  hesab  edirdi  [5]. 
Onun  fikrincə  təbiətdə,  xüsusən  torpaqda  baş  verən  aşınma  prosesinin  başlıca  elementi  ətraf 
ərazinin  eko-geomorfologiyasından  birmənalı  şəkildə  asılı  və  qarşılıqlı  təsirdə  olan  bitki 
sayılmalıdır,  Əlbəttə  ki,  yuxarıda  qeyd  olunan  proseslərdə  davamlılığı  və  dönərliyi  yaradan  əsas 
amillərdən  birincisi  atmosfer  çöküntüləri  və  qrunt  suları  sayılmalıdır.  Qrunt  sularının  torpaqda 
aşındırıcı  və  həlledici  xüsusiyyəti  bir  çox  proseslərin  yaranmasında  və  inkişafında  başlıca  rola 
malikdir.  Xüsusən  torpaqlarda  II  dərəcəli  mineral  birləşmələrin  yaranması  və  mərhələli  şəkildə 
torpaq profilindən yuyularaq kənarlaşdırılması işində bitkilərlə paralel təsiredici qüvvəyə malikdir. 
Göstərilən bütün xüsusiyyətlər məkanın zamandan asılı ola bildiyi lokal və ya qlobal əhatə dairəsi 
daxilində  baş  verə  biləcək  torpaqəmələgəlmə  proseslərinin  idarə  olunmasında  əhəmiyyətli 
üstünlüyə malikdir.  
 Qəhvəyi  dağ-meşə  torpaqlarının  əsas  tip-diaqnostik  əlamətlərindən  biri  olan  karbonatlığın 
yüksək olması və ya profil boyu bərabər şəkildə yayılması meşə altından çıxmış və ya bozqırlaşmış 
yarım  tipində  fərqli  şəkildə  müşahidə  edilir.  Nəzərə  alsaq  ki,  cənub  yamaclarda  istilik  rejiminin 
yüksəkliyi bitkilərin vegetasiyasını vaxtında başa çatdırır, ona görə də bu fikrin üzərində dayanaraq 
söyləmək olar ki, baxarlığından asılı olaraq torpaqəmələgəlmə prosesi birmənalı şəkildə fərqli sürət 
göstəriciləri  altında  formalaşır.  Bu  fikrin  ardı  olaraq    onu  da  qeyd    etmək  yerinə  düşər  ki,  aktiv 
temperaturlar  nəinki  torpağın  səthində,  həmçinin  torpaqdaxili  aşınmada  da  üstün  rola  malikdir. 
Xüsusən, qəhvəyi torpaqlarda torpaqdaxili aşınma nəticəsində formalaşan gilli qatın intensiv artım 
sürəti  bizim  nəzərimizi  cəlb  edən  əsas  tip-diaqnostik  göstəricilərdəndir.  Bütün  bu  proseslər 
buxarlanmanın  çox,  düşən  yağıntıların  isə  az  intensivli  olması  ilə  əlaqələndirilir.  Ümumiyyətlə, 
istər yerli, istərsə də əcnəbi alimlərin apardığı tədqiqatlardan alınan nəticələri təhlil etdikdə görürük 
ki,  torpaqəmələgəlmə  prosesinin  xarakteri  və  isti-  qaməti,  həmçinin  təkamül  istiqaməti  bilavasitə 
torpaqəmələgətirən  amillərin  təsiri  altında  formalaşır.  Torpaqəmələgətirən  amillərdən  hansı  daha 
güclü  təsir  mexanizminə  malikdirsə,  zamandan  asılı  olaraq  o  daha  çox  prosesin  yönəldicisinə 
çevrilmiş olur [2]. 
Aparılan tədqiqatın nəticələri göstərir ki, qəhvəyi meşə torpaqlarının formalaşması üçün əsas 
təsir  ünsürlər-  indən  biri  nisbətən  quraq  iqlim  şəraitidir.  Belə  bir  şəraitdə  qalın  mezofil  meşələr 
əmələ gəlmir, yalnız quraqlığa davamlı və nisbətən alçaqboylu meşə ağaclarının cinsləri və kserofit 
kollar inkişaf edə bilir. 
 
ƏDƏBİYYAT 
 
1.H.Ə.Əliyev  “Böyük  Qafqazın  şimal-şərq  hissəsinin  meşə  və    meşə-bozqır  torpaqları” 
Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı 1964, səh. 134-138.                                     
2. А.А.Роде «Генезис почв и современные процессы почвообразования», Издательство 
«Наука», Москва 1984, стр. 85-90. 
 3.  М.Э.Салаев  «Диагностика  и  Классификация  почв  Азербайджана»,  Издательство 
«Элм», Баку 1991, стр. 138-141.    
 4.  М.Э.Салаев  «Коричневые  почвы»  в  кн.  Генетические  типы  почв  субтропиков 
Закавказья, Издательство «Наука», Москва 1979, стр. 126-127. 
        5.  В.Р.Волобуев    «Экология  почв»,  Издательство  Академии    Наук  Азербайджанской 
ССР, Баку 1963, стр. 20-21 
 
ТЕОРЕТИЧЕСКИЕ АСПЕКТЫ КОРРЕЛЯТИВНОЙ ДИНАМИКИ НОМЕНКЛАТУРЫ 
КЛАССИФИКАЦИИ КОРИЧНЕВЫХ ГОРНОЛЕСНЫХ  ПОЧВ С УЧЕТОМ ВРЕМЕНИ 
И ПРОСТРАНСТВА 
 
Т.А.ГАДЖИЕВ   
     


 
 
 
 Коричневые почвы лесных зон хорошо развились под дубовыми лесами  на высоте от 
400-500  м  до  1100  м  над  уровнем  моря.  Распространенные  в  низовьях  коричневые  почвы, 
под  влиянием  антропогенного  фактора  за  длительной  промежуток  времени  изменили 
диагностические показатели типа почв.                                             
 
THEORETICAL ASPECTS OF CORRELATIVE DYNAMICS OF THE NOMEN 
CLATURE  TO CATEGORIZATIONS OF BROWN MOUNTAIN-FOREST SOILS IN 
VIEW OF TIME AND SPACE 
  
T.A.GADJIEV 
 
Brown  ground  of  the  forest  zones  well  developed  under  oak  wood  on  from  400-500  m  to 
1100  m  above  sea  level.  Wide-spread  in  lower  reached  brown  soil,  under  influence  of 
anthropogenic factor for long gap of time have changed the diagnostic factors of the soil type.                                             
 
                                
 
UOT: 626: 1/3:626 
 
TORPAQ ƏLAMƏTLƏRİNİN DƏYİŞKƏNLİK XÜSUSİYYƏTLƏRİNİN 
YARANMASINDA İQLİM AMİLİNİN ROLU VƏ ONUN MONİTORİNQİNƏ AİD 
TƏDQİQATLARIN APARILMASI  
 
Q.Ş.YAQUBOV, T.N.NİZAMZADƏ  
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi,  
Bakı Dövlət Universiteti  
 
Şorlaşma, deformasiya, dəyişkənlik, monitorinq,  
stratiqrafik miqyası, şorlaşma, iqlim 
 
 
Çoxsaylı  tədqiqatlar  aparılmış  və  həqiqətən  məlum  olmuşdur  ki,  uzun  çəkən  tarixi  dövr 
ərzində torpaq örtüyünün inkişaf edib formalaşmasında iqlim amillərinin rolu böyük olmuşdur.  
Bununla  yanaşı,  son  dövrlərdə  iqlimdə  istiləşmənin  yüksələn  xətlə  davam  etməsi  torpaq 
örtüyündə  bir  sıra  daxili  əlamətlərin.  xüsusən  torpaqda  şorluluq  yaradan  duzların  torpaqların 
profilində stratiqrafik qaydada hərəkət dinamikasının diapazonu genişlənməklə yüksəlmişdir.  
Şor duzların iqlimdə istiləşmə ilə əlaqədar torpaqlara profilində stratiqrafik (şaquli) hərəkət 
diapazonu  fəsillər  üzrə  dəyişməsinin  kəmiyyətinin  araşdırılması  üçün  monitorinq  tədqiqatlarının 
aparılması bu məqalənin əsas məzmununu təşkil etmişdir. 
 
Açar sözlər:  
Ключевые слова:  
Key words:  
 
 
Hal-hazırkı dövrdə ətraf mühitdə əvəzsiz sərvət olan torpaq-bitki sistemində baş verən ekoloji 
proseslərin inkişaf dinamikasının hansı istiqamətdə cərəyan etməyinin cilovlanmasında mühüm rol 
oynayan  nəzarət  mexanizminin  işlənib  hazırlanmasının  və  onun  hərəkəti  nəticəsində  yaranan 
fəsadların  qiymətləndirilməsi  üzrə  proqnozların  işlənməsi  müasir  dövrdə  aktual  problem  kimi 
qarşıya çıxmışdır.  
Məlum  olduğu  kimi,  torpaq  örtüyünün  uzun  çəkən  tarixi  dövr  ərzində  inkişaf  edib 
formalaşmasında  başqa  torpaqəmələgətirən  amillərlə  yanaşı,  iqlim  amillərinin  də  rolu  böyük 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə