Fənnin adı: Ekoloji monitorinq Müəllim: prof.Əhmədov Şahin​ Fakültə



Yüklə 11,05 Mb.
səhifə1/5
tarix16.01.2023
ölçüsü11,05 Mb.
#98685
  1   2   3   4   5
Ekoloji monitorinq A.S

    Bu səhifədəki naviqasiya:
  • Mövzu

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Kafedra: Kimya texnologiya,təkrar emal və ekologiya​
Fənnin adı: Ekoloji monitorinq
Müəllim: prof.Əhmədov Şahin​
Fakültə: Metallurgiya və materialşünaslıq​
Qrup: 419a​
Kurs: IV​
Tələbə: Aydınlı Səma​
BAKI-2022

Mövzu:


İnformasiyanın alınması

İnformasiya anlayışı

  • İnformasiya ətraf mühit hadisələri, onların parametrləri, xassələri, vəziyyəti və s. haqqında bilgilərin natamamlığını aradan qaldırmağa imkan verən xəbərlərdir. Ətraf informasiya mühitinə nəzərən (infosfera) insan həm informasiya qəbul edən (istehlakçı), həm də informasiya istehsal edən (ötürücü və s.) funksiyasını daşıyır. Başqa sözlə, insan bioloji varlıq olmaqla yanaşı, həm də ictimai varlıqdır, ətraf mühit ilə informasiya mübadiləsində olur. İnsanın daxili dünyası çox mürəkkəbdir. İnsananın daxili dünyası onun daxili mədəniyyətidir. İnformasiya mədəniyyəti mədəniyyətin mədəni formasıdır. İnsan informasiya qəbul etdiyi üçün onda informasiya modeli formalaşır. Bəşəriyyətin modeli insanın inkişafına təsir edir: duyğu,yaddaş,emal.
  • Bu komponentlər insanda informasiya mədəniyyətini formalaşdırır. Bu gün insanın 1 həftə ərzində qəbul etdiyi informasiyanın həcmi orta əsrlərdə 1 insanın ömrü boyu qəbul etdiyi informasiyanın həcminə bərabərdir.O,sutkanın bir heçə saatını qidalanmağa, amma çox böyük hissəsini informasiya qəbul etməyə, mütaliə və ünsiyyətə sərf edir. İnsan enerji balansını tamamlamaq üçün insanlarla ünsiyyətdə olmalıdır. İnsanın qəbul etdiyi informasiya forma və məzmuna malikdir. O, müxtəlif formalarda təsnif olunur: mətn, audio, video, foto və s.

“Monitorinq”termini latin sözü “monitor” sözündən əmələ gəlib, müşahidə edən, xəbərdaredici deməkdir.
Təbii mühitin vəziyyəti və çirklənmə səviyyəsi haqqında obyektiv informasiyanın alınması üçün ekoloji monitorinqin etibarlı vasitələrinə və metodlarına malik olmaq lazımdır.
Ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su,torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir.

Yüklə 11,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə