Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə155/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   151   152   153   154   155   156   157   158   ...   164

 
 
 
Qeyd.  X
min
,  X
max

X
,  X
med
,  X
0.25
  və  X
0.75
  –  uyğun  olaraq  minimum,  maskimum,  orta, 
median, 1-ci və 3-cü kvartil qiymətlər; A
s
, E
s
 və C
v
 – asimmetriya, eksses və variasiya əmsalları; 
H
n
  –  dəniz  səviyyəsindən  nisbi  hündürlük;  W  –  kütləvi  nəmlik;  ρ
b
  –  sıxlıq; 
b
v
W



  –  həcmi 
nəmlik; 








65
.
2
1
100
b
t


  ‒  ümumi  məsaməlik; 
b
t
TS


100

  ‒  tam  sututumu; 
TS
W
ND

  ‒ 
nəmlənmə  dərəcəsi; 
h
NE
v

1
.
0

  ‒  nəmlik  ehtiyatı, 
  ‒  torpaq  qatının  qalınlığı  (sm); 











mm
mm
mm
K
str
25
.
0
10
25
.
0
10
 ‒ strukturluq əmsalı.      
 
əsasən 0-3% təşkil edir.  
Aqrofiziki  xassələrin  və  struktur  tərkibinin  tarazlıq  qiymətləri  baxımından  tədqiq  olunan 
torpaq  optimal  fiziki  vəziyyətlə  xarakterizə  oluna  bilər  (Cədvəl  1)  [13].  Belə  ki,  torpağın 
sıxlığının, ümumi məsaməliyinin, >10 mm, 10-0.25 mm, <0.25 mm aqreqatların miqdarının və 
strukturluq əmsalının (K
str
) orta qiymətləri, uyğun olaraq 1.2 q/sm
3
, 53.6%, 7.7%, 80.0%, 12.3% 
və 4.3 təşkil edir. Böyük ehtimalla, torpaq nəmliyinin və onun ehtiyatının az olması may-avqust 
aylarında yağıntıların çox az düşməsi ilə əlaqədardır (iyun-iyul aylarında demək olar ki, yağıntı 
düşməmişdir). 
Statistik  analizin  nəticələri  torpağın  aqrofiziki  xassələrinin  və  strukturunun  zəif,  orta  və 
yüksək    dəyişkənliyə  malik  olduğunu  göstərir.  Variasiya  əmsalı  (C
v
)  aşağıdakı  diapazonlarda 
dəyişir: ümumi məsaməlik və sıxlıq – 8-10% (zəif), nəmlik (kütləvi və həcmi), NE, TS və ND – 
13-23% (orta); 10-0.25, 5.6-0.5, 2-0.25, 2-1 və 1-0.25 mm aqreqatlar – 6-13% (zəif), 8-5.6, 5.6-
2, 0.5-0.25, <0.25 mm aqreqatlar və K
str
 – 18-33% (orta-yüksək), >10 və 10-8 mm aqreqatlar – 
56-60%  (yüksək).  Açıq-şabalıdı  torpağın  tədqiq  edilən  xassələrinin  dəyişkənlik  dərəcəsi  elmi 
ədəbiyyatda müxtəlif torpaqlar üçün şərh olunan ümumi tendensiyaya uyğundur [4, 8-10, 21, 22, 
43, 60].    
Tədqiqat  nöqtələri  üzrə  torpaq  xassələrinin  paylanması.  Açıq-şabalıdı  torpağın 
aqrofiziki xassələrinin və strukturluq göstəricilərinin 55 tədqiqat nöqtəsi üzrə paylanma xarakteri 
Şəkil  2  və  3-də  göstərilmişdir.  Göründüyü  kimi  hər  bir  torpaq  xassəsi  nöqtələr  üzrə  müxtəlif 
xarakterli  məkan  paylanmasına  malikdir,  bu  və  ya  digər  formada  yer  səthinin  nisbi 
hündürlüyündən zəif asılıdır.    
Torpaq  ərazisinin  dəniz  səviyyəsindən  nisbi  orta  hündürlüyü  839  m  olmaqla,  tədqiqat 
nöqtələri  üzrə    831-847  m  civarında  dəyişir.  Aqrofiziki  xassələrin  hündürlükdən  zəif  asılılığı 
ərazi üzrə torpağın üst qatının təbii və antropogen amillərin təsirinə eyni cür məruz qalması və 
qarşılıqlı  əlaqəli  torpaq  xassələrinin  dəyişmə  diapazonlarının  kiçik  olmaması  ilə  əlaqədar  ola 
bilər.  Müxtəlif  torpaqlarda  aparılan  tədqiqatlar  aqrofiziki  xassələrin  topoqrafik-relyef 
vəziyyətindən asılılığının rəngarəng olduğunu göstərir [35, 64, 67].      
Geostatistik  varioqrafiya  analizi  və  torpaq  xassələrinin  məkan  asılılığı.  Açıq-şabalıdı 
torpağın  bütün  tədqiq  olunan  aqrofiziki  göstəriciləri  geostatistik  metodlarla  analiz  olunmuş  və 
onların təcrübi vaioqramları qurularaq uyğun nəzəri modellərlə approksimasiya edilmişdir (Şəkil 
4 və 5). Varioqrafiya analizi göstərir ki, torpağın bir neçə aqrofiziki göstəricisinin (θ
v
, TS və s.) 
varioqramı  heç  bir  məkan  asılılığına  malik  deyil  və  təmiz  naqqet-effekt  ilə  xarakterizə  olunur. 
Bununla  yanaşı  torpağın  sıxlığının  və  ümumi  məsaməliyinin  varioqramlarında  hüdud 
dispersiyası yalnız məkan asılılığını xarakterizə edən məkan dispersiyasından ibarətdir (C
0
 = 0).   
Nəticələr  torpağın  aqrofiziki  xassələrinin  kürəvi  modellə,  <0.25  mm  aqreqatları  çıxmaq 
şərti ilə, struktur göstəricilərinin hüdudlu xətti modellə daha yaxşı approksimasiya olunduğunu 
göstərir.  Təcrübi  varioqramlarda  periodu  təqribən  40-50  və  70-80  m  olan  dalğavi  komponent 
müşahidə  olunur.  Bunun  torpaqəmələgəlmə  prosesində  uyğun  ölçülü  paleobloklar  sisteminin 
mövcudluğu ilə əlaqəli olması güman edilir [7, 44].    


 
 
 Göründüyü  kimi  (Şəkil  1)  istənilən  varioqram  C
0
,  C  =  C
0
  +C
1
  və  R  parametrləri  ilə  tam 
xarakterizə  olunur.  Torpaq  xassələrinin  varioqrafiya  analizinin  nəticələri  Cədvəl  2-də 
verilmişdir.  Öyrənilən  torpaq  xassələrinin  korrelyasiya  məsafəsi  36-185  m  intervalında 
dəyişməklə,  ən  kiçik  korrelyasiya  məsafəsinə  <0.25  mm  aqreqatlar,  ən  böyük  –  K
str 
malikdir. 
Kütləvi nəmliyi çıxmaq şərti ilə (160 m) aqrofiziki göstəricilərin korrelyasiya məsafəsi 46-57 m 
intervalında  dəyişir.  >10  və  10-0.25  mm  struktur  aqreqatların  korrelyasiya  məsafəsi,  uyğun 
olaraq 171 və 180 m-dir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə