iki səviyyəsi müəyyyən edilmişdir. Birinci xətt dəniz səviyyəsindən 2200-2800m, ikinci
isə 2000-2200m hündürlükləri əhatə edir. Təşkilin 1-ci səviyyəsində uzunsov xırda dağ
çökəklikləri ilə parçalanması nəticəsində ya-ranan kölgəli və günəşli baxarlı yamacları
əhatə edir. TÖS-un fonunu əsa-sən çimli dağ-çəmən və çimli-torflu dağ-çəmən torpaqları
təşkil edir. İkinci səviyyədə isə subalp qurşağı ilə orta dağlıq qurşağın keçidi arasında rel-
yefin nisbətən az parçalanmış sahələrində dağ-çəmən-meşə torpaqları ya-yılmışdır.
Torpaq örtüyünün simmetriyalı-ağacşəkilli strukturu- Göygöl MP-nın orta dağlıq
zonasının yuxarı hissəsini (1500-2000m) əhatə edir. Mürəkkəb geomorfoloji quruluşa
malik bu ərazidə-suayırıcıları, dərin çay dərələrinin yaratdığı müxtəlif baxarlı yamacları,
göl ətrafı çökəklikləri və s. rel-yef formaları mövcuddur. Relyefin plastikası və torpaq
xəritələrindən göründüyü kimi müxtəlif baxarlı yamaclarda relyefin simmetriyaya oxşar
ağacşəkilli TÖS formalaşmışdır. Ərazidə yer səthinin mürəkkəbləşməsi ilə əlaqədar olaraq
kölgəli və günəşli baxarlı yamaclarında formalaşan dağ-meşə qonur torpaqların
simmetriyalı-ağacşəkilli TÖS-da oxşarlıq nəzərə çarpır ki, buna görə də simmetrik oxşarlıq
yaranır.
Torpaq örtüyünün bordyur tipli strukturu- Göygöl MP-nın orta dağlıq zonasının
dəniz səviyyəsindən 1100-1500m hündürlükdə olan hissəsində formalaşmışdır. Bordyur
tipli TÖS ilk baxımdan nisbətən eyniləşən dairəvi və zolaqşəkilli formada olub eynicinsli
dağ-meşə qəhvəyi torpaq arealları ilə təqdim olunur. Lakin, torpaq strukturlarının maddi
tərkibinin öyrənilməsi göstərir ki, burada formaca eyni strukturlar müxtəlif məzmun-da ola
bilər. Belə ki, yuyulmuş dağ-meşə qəhvəyi torpaqlar orta dağlıq qurşağın nisbətən çox
parçalanmış tirəli-təpəli formalarında yayılmışdır.
Aparılmış müqayisəli-coğrafi tədqiqatlar əsasında Kiçik Qafqazın dağ-çəmən və dağ-meşə
torpaq tipləri və yarımtiplərinin morfogenetik göstəricilərinə müxtəlif baxarlı yasmacların təsiri
araşdırılıb.
Diaqnostik göstəricilərin riyazi-statistik təhlilləri əsasında kölgəli (şimal-qərb) baxarlı
yamaclarla müqayisədə, günəşli (cənub-şərq) baxarlı yamaclarda: narın torpaq layının,
akkumulyativ qatın, humusun, azotun, udma tutumunun azalması, qranulometrik tərkibin
yüngülləşməsi, skeletliyin artması və s. müəyyən edilmişdir.
Relyefin plastikası metodu əsasında Göygöl MP-nın iri miqyaslı (1:25 000) torpaq xəritəsi
hazırlanıb, torpaq örtüyü strukturlarının 4 tipi (1. dalğavari-zolaqlı, 2. yelpikvari-zolaqlı, 3.
simmetriyalı-ağacşəkilli və 4. bordyur) ayrılıb və elementar torpaq areallarının xüsusiyyətləri
müəyyən olunmuşdur.
ƏDƏBİYYAT
1.Aslanova R.H.
Boyuk Qafqaz dağ boz-qəhvəyi torpaqların diaqnostikasına kölgəli və günəşli
yamacların təsiri. //ATC-nin əsarləri, X cild, I hissə, Bakı-2005, s. 159-166.
2.Həsənov V.H., Xəlilova A.Ə. Alazan vadisi torpaq örtüyünün strukturasına və torpaqların
diaqnostik göstəricilərinə relyef şəraitinin təsiri. Azərbaycan Aqrar Elmi jurnalı, № 1-3, Bakı, 2004,
s.52-55
3.Həsənov V.H., Aslanova R.H., Xəlilova A.Ə. Relyefin plastikası metodu əsasında torpaq
xəritəsinin hazırlanması və torpaq örtüyü strukturlarının səciyyəsi. // Azərb. MEA Xəbərləri,
“biol.elm.ser.”, Bakı, 2007, № 1-2, s. 71-81
4.Həsənov V.H., Nuriyev E.R. Göygöl MP-ın dağ-meşə qəhvəyi torpaqlarının diaqnostikası və
torpaq-ekoloji səciyyəsi. // Akad. V.R.Volobuyevin 100 illik yubileyi ATC-nin əsər. toplusu, XI
cild, I hissə, Bakı, “Elm”, 2010, s. 318-329
5.Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı, “Elm”, 1998, 281s.
6.Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehtiyatlarının istifadəsinin sosial-iqtisadi əsasları. Bakı,
“Elm”, 2006, 766s.
7.Məmmədov Q.Ş., Hacıyev H.M., Cəfərov A.B. Relyef nəzərə alınmaqla torpaq xəritəsinin tərtibi.
Metodik
tövsiyyə, Bakı: AzETETİİ, 1993, 24 s.