Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə139/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   135   136   137   138   139   140   141   142   ...   164

 
 
 
 
(1990), V.H.Həsənov (2004, 2007), R.H.Aslanova (2005), Q.Ş.Məmmədov, H.M.Hacıyev, A.B. 
Cəfərov  (1983)  və  b.  əsərlərində  dağlıq  ərazilərdə  torpaq  örtüyünün  struktu-ralarının  (TÖS) 
formalaşmasına  və  torpaq  profilinin  morfogenetik  diaqnostika-sına  relyefin  hündürlüyü  ilə 
bərabər xüsusən kölgəli və günəşli baxarlı yasmacların böyük təsirə malik olduğu göstərilir. 
Lakin,  bu  mühüm  göstəricilər  dağlıq  və  dağətəyi  ərazilərin  torpaqlarının  diaq-nostik 
göstəricilərinin  müəyyən  edilməsində,  torpaq  xəritələrinin  tərtib  olun-masında  və  torpaqların 
obyektiv qiymətləndirilməsində lazımınca nəzərə alınmır. 
Dağlıq  relyefin  kölgəli  (şimal-qərb)  baxarlı  yamaclarına  nisbətən  günəşli  (cənub-şərq) 
baxarlı  yamaclarda  günəş  şüalarının  daha  çox  düşməsi  nəticəsində  torpaqlarda  temperatur 
rejiminin  xeyli  üstün  olması,  əksinə  buxarlanmanın  artması  və  nəmliyin  isə  azalması, 
torpaqəmələgəlmə  prosesinə,  torpaqların  morfogenetik  diaqnostikasına,  eroziya  prosesinə, 
xüsusən TÖS-nın formalaşmasına köklü təsir göstərir. 
Kiçik  Qafqazın  dağ-çəmən  və  dağ-meşə  zonası  əlverişli  relyef  şəraiti  və  bioiqlim 
xüsusiyyətlərinə malik olduğu üçün burada təbii-antropogen amillərin təsiri çox qədimlərə gedib 
çıxır.  Ərazidə  torpaq  örtüyünün  ilkin  dəyişikliklərə  məruz  qalması ərazidə  maldarlığın  inkişafı 
və  meşələrin  məhv  edilərək  torpaqların  k/t  cəlb  olunması  ilə  başlamışdır.  Müasir  dövrdə  də 
intensiv davam edən neqativ proseslər nəticəsində torpaq örtüyü ciddi dəyişikliklərə məruz qalır 
ki,  bu  da  torpaq  ehtiyatlarının  və  münbitliyinin  itirilməsi,  xüsusən  torpaqların  morfogenetik 
göstəricilərinin dəyişməsində öz əksini tapır. 
Yuxarıda  deyilənləri  nəzərə  alaraq  tədqiqat  obyekti  kimi  Göygöl  Milli  Parkı  seçilmişdir. 
Məlumdur  ki,  ərazi  son  100  ildə  təbii  qoruq  kimi  istifadə  edildiyinə  görə,  antropogen  təsirlər 
nisbətən zəif nəzərə çarpır.   
Göygöl  MP  Kiçik  Qafqazın  şimal-şərq  yamacında  yerləşməklə  geomor-foloji 
quruluşuna  və  relyef  xüsusiyyətlərinə  görə  alp-subalp  (2000-3700m)  və  orta-dağlıq 
(1100-2000m)  zonalara  ayrılır.  Yüksək  dağlıq  alp–subalp  qurşağı  Murov-dağ  suayırıcı 
və  Kəpəz  dağ  sistemində  Yura  və  Təbaşir  dövrlərinin  ellüvial süxurlarından  ibarət  dik 
yamaclı  çılpaq  qayalıqları  ilə  səciyyələnir.  Ortadağlıq  zona  ərazinin  Kürəkçay 
hövzəsinə  aid  olan  çayların  (Ağsuçay,  Qarabulaqçay  və  Buzluqçay)  dərələri  ilə  relyef 
müxtəlif dərəcədə parçalanmışdır. MP-da Göygöl və Maral gölündən əlavə xırda göllər 
(Zəli-gölü, Ağ-göl, Qara-göl, Şamlı-göl) mövcuddur.  
Dağ-meşə zonası qışı quraq keçən mülayim isti iqlim üstünlük təşkil edir. Havanın 
orta  illik  temperaturu  6,0
0
C,  yağıntılar  700mm  təşkil  edir.  Yüksəkdağlıq  zona  üçün 
soyuq  iqlim  tipi  xarakterikdir.  Göygöl  MP-nin  təbii  bitki  örtüyü  ortadağlıq  zonada 
fısdıq-vələs və palıd-vələs meşələri, yüksək dağlıq zonada isə alp-subalp çəmən bitkiləri 
hakimdir.  
Tədqiqat  işində  V.R.Volobuyevin  (1948)  təklif  etdiyi  “relyefin  plasti-kası” 
metodundan  və  sonralar  V.A.Kovda,  İ.N.Stepanov  (1984,1987),  Q.Ş.  Məmmədov, 
H.M.Hacıyev,  A.B.Cəfərov  (1993)  tərəfindən  hazırlanmış  me-todiki  tövsiyyələrdən 
istifadə  edilmişdir.  Eksperimental  tədqiqatlar;  çöl-tor-paq  və  kameral-laboratoriya 
şəraitində 2009-2013-cü illərdə aparılmışdır. 
TÖS-nın  elementar-torpaq  areallarını  dəqiq  xəritələşdirmək,  dağ-çəmən  və  dağ-
meşə torpaq tip və yarımtiplərinin morfogenetik əlamətlərini müəy-yən etmək məqsədi 
ilə  “etalon  tədqiqat  sahəsi  (klyuçevaya  ploşadka)”  me-todundan  istifadə  edilmişdir. 
Göygöl  MP-nin  geomorfoloji  quruluşu,  TÖS-nın  xarakteri  nəzərə  almaqla  2  tədqiqat 
obyekti:  “1.Dağ-çəmən;  2.  Dağ-meşə  etalon-tədqiqat  sahəsi”  seçilmişdir.  Tədqiqat 
sahələrində  iri  miqyaslı  (1:25000)  torpaq  tədqiqatı  aparılmış,  kölgəli  (şimal-qərb)  və 
günəşli (cə-nub-şərq) baxarlı yamaclar nəzərə alınmaqla 1,0-1,5m dərinlikdə qoyulmuş 
torpaq  kəsimlərinin  genetik  horizontlarından  torpaq  nümunələri  götürülmüş  və  müasir 
metodlarla fiziki-kimyəvi analizlər aparılmışdır.  
Göstərilən  metodiki  tövsiyyələrə  əsasən  Göygöl  Milli  Parkında  yayılmış  dağ-çəmən  və 
dağ-meşə  torpaqların  diaqnostik  göstəricilərinə  kölgəli  və  günəşli  baxarlı  yamacların  təsiri 


 
 
 
 
araşdırılmışdır.  Bu  məqsədlə  ərazinin  “etalon  tədqiqat  sahələrində”  apardığımız  çöl-torpaq  və 
kameral-laboratoriya  tədqiqatının  nəticələrindən  və  həmçinin mövcud  ədəbiyyat  mənbələrindən 
istifadə olunmuşdur. Toplanmış materialların E.A.Dmitriyev (2009) metodu üzrə riyazi-statistik 
təhlili əsasında ərazinin dağ-çəmən və dağ-meşə torpaqlarının diaqnostik göstəricilərinə, kölgəli 
və günəşli baxarlı yamacların təsiri müəyyən edilmişdir (cədvə 1,2). 
M.E.Salayev  (1966,1991)  geyd  edir  ki,  dağ-çəmən  torpaqəmələgəlmə  prosesində  başlica 
rol  oynayan  bitki  örtüyünün  formalaşmasına  relyefin  müxtəlif  baxarlı  yamacları  və  nəmlənmə 
şəraiti köklü təsir göstərir. Əlverişli nəmlənmə şəraitinə malik olan kölgəli (şimal-qərb) baxarlı 
yamaclarda  yaxşı  inkişaf  etmiş  zəngin  ot-çəmən  bitkiləri  inkişaf  edir.  Subalp  çəmən  bitki 
örtüyündə ümumi bitki kütləsinin miqdarı 285-350 s/ha qədər yüksəlir və çox hissəsini (250-290 
s/ha) kök kütləsi təşkil edir. Nəticədə dağ-çəmən torpaqların profilində qalın çimli-akkumlyativ 
humus qatı formalaşır. Nisbətən quraq torpaq-ekolji şəraiti ilə seçilən günəşli cə-nub və cənub-
şərq baxarlı yamaclarda bitki kütləsinin və çimli-akkumlyativ qatın xeyli azalması göstərilir.   
 
 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə