Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə135/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   131   132   133   134   135   136   137   138   ...   164

 
 
 
 
şəraitində  inkişafına  və  yüksək  məhsul  alınmasına  imkan  verir.  Torpaqəmələgətirən  dellüvial 
gilli-gillicəli  süxurların  yüksək  karbonatlı  (CaCO
3
=12,3-20,5%)  olması  üzüm  bitkisinin 
inkişafına və məhsulda şəkərin toplanmasına müsbət təsir göstərir. 
Bununla əlaqədar olaraq Cəlilabad rayonu ərazisində təbii-xam, dənli-taxıl və üzüm bağları 
altında  becərilən  qəhvəyi  torpaqlarda  2013-cü  ildə  çöl-torpaq  və  kameral-laboratoriya 
tədqiqatları  aparılmışdır.  Tədqiqat  sahələrində  1,3-1,5  m  dərinliyində  torpaq  kəsimləri 
qazılmaqla genetik qatlardan götürülmüş torpaq nümunələrində müasir metodlarla fiziki-kimyəvi 
analizlər aparılmışdır.  
Lənkəran bölgəsində uzun müddət regional-coğrafi  torpaq tədqiqatı aparan R.V. Kovalyev 
(1966)  Lənkəran Muğanı və buraya daxil olan Cəlilabad rayonu ərazisində qəhvəyi torpaqların 
təbii və becərilən növlərinin geniş (208 000  ha) yayıldığını göstərməklə, onların coğrafi arealını, 
fiziki-kimyəvi xassələrini ətraflı öyrınmişdir.  
    R.V.Kovalyevun  (1966)  göstərdiyi  kimi  qəhvəyi  torpaqlar  əvvəllər  düzən  meşələri  və 
kolluqlu-ot  örtüyü  altında  formalaşmışdır.  Düzən  meşə  örtüyü  altında  yayılmış  qəhvəyi 
torpaqların  genetik  profili  üçün  yuxa  (AO=1,5-2,0sm),  meşə  döşənəyi  altında  yaxşı 
aqreqatlaşmış  dənəvari-qozvari  strukturalı,  optimal  bioloji  işlənmiş  qalın  humus  qatının 
(AUz=30-40sm)  formalaşması,  keçid  qatının  (A/B=25-30sm)  aydın  görüntüsü,    kəltənvari-
topavarı, (quru halda iri çatlı prizmavari) strukturalı bərkimiş illüvial orta qatın (Bt+B/C) əmələ 
gəlməsi,  bozumtul-qəhvəyi  rəngli  karbonatlı  delüvial  gilli-gillicəli  torpaqəmələgətirən 
çoküntülərin mövcudluğu səciyyəvidir. Kolluqlu-ot örtüyü altında formalaşan qəhvəyi torpaqlar 
daha  qalın  və  çimləşmiş  dənəvari  strukturalı  humus  qatına  (AUz+AUz+A/B=65-70sm)  malik 
olması  ilə  fərqlənir.  Təbii  qəhvəyi  torpaqların  profili  üçün  aşağıdakı  genetik  qatlar  sıstemi 
səciyyəvidir:    
             AO-AU'v-AU"-A/B-Bt-B/Cca-Cca. 
 Analiz nəticələrindən görünür ki, təbii qəhvəyi torpaqlar humusla yüksək dərəcədə təmin 
olunmuşdur. Üst qatlarda (AUv-AUz) miqdarı 5,1-7,3% arasında dəyişməklə, alt qatlara doğru 
tədricən  (3,1-2,0%)  azalır.  Əksər  hallarda  80-100sm  dərinlikdə  humusun  miqdarı  1,0%-ə  çatır. 
Humusun belə dərin qatlara hərəkəti humusəmələgəlmə prosesində ot bitkilərinin kök kütləsinin 
iştirakı  və  mütəhərrik  humus  birləşmələrinin  yaz-payız  yağıntıları  dövründə  miqrasiyası  ilə 
əlaqədar olduğu gəstərilir. Bu proses torpaq profilinin orta və dərin qatlarında ləkələr şəkilində 
humus  axınları  ilə  müşahidə  olunur.  Təbii  qəhvəyi  torpaqlarda  humusun  və  ümumi  azotun 
ehtiyatı yüksəkdir. Humusun ehtiyatı 0-20sm-də 90-147 t/ha, 0-50sm-də 206-260 t/ha, 0-100sm-
də isə 310-345 t/ha təşkil edir. Əlverişli torpaqəmələgəlmə şəraiti humusa üyğun olaraq, ümumi 
azotun  miqdarının  yüksək  olması  ilə  (0,35-0,45%)  nəticələnir.  Azotun  ehtiyatı  0-20sm-də  6,7-
10,8  t/ha,  0-50sm-lik  qatda  isə  15,4-19,3  t/ha  arasında  dəyişir.  C:N  olan  nisbəti  kifayyət  qədər 
genuş  (8,4-9,5)  olub,  üzvi  qalıqların  optimal  şəraitdə  parçalanması  ilə  əlaqədardır.  Qəhvəyi 
torpaqların  profili  80-100sm  dərinliyə  qədər  karbonatlardan  yuyulması  ilə  səciyyələnir.  Bu  da 
əsasən yaz-payız mövsü-mündə yağıntıların leysan halında çox düşməsi nəticəsi ilə izah olunur. 
Lakin,  torpaqəmələgətirən  dellüvial    karbonatlı  çöküntülərdə  CaCO
3
-ün  miqdarı  12,5-19,1  % 
arasında tərəddüd edir  ki,  bu  da  üzüm  bitkisinin  inkişafına  və  məhsulun  keyfiyyətinə,  xüsusən 
şəkərin toplanmasına müsbət təsir göstərir. 
Qəhvəyi  torpaqlar  udulmüş  əsaslarla  (Ca+Mg)  yüksək  dərəcədə  təmin  olunmuşdur  və 
akkumulyativ  humus  qatında  onun  miqdarı  40,6-47,5  mg-ekv  arasında  dəyişir.  Üzvi-mineral 
kolloidlərin  tədricən  azalması  ilə  əlaqədar  olaraq  alt  qatlarda  udulmuş  əsasların  miqdarı  29,4-
37,0  mq-ekv-ə  qədər  azalır.  Udma  tutumunda  Ca  kationu  tam  üstünlük  (70-80  %)  təşkil  edir. 
Torpaq  profilinin  dərin  qatlarında  Mg-un  miqdarı  nisbətən  artır  ki,  bu  da  torpaqəmələgətirən 
çöküntülərin kimyəvi tərkibi ilə əlaqədar ola bilər. Ca:Mg nisbəti orta hesabla 3,5-5,0 arasında 
dəyişir.  Üst  qatlarda (AU'v-AU"z)  torpaq  məhlulu  neytral  (pH=6,9-7,3),  dərin  qatlarda isə  zəif 
qələvi (pH=7,8-8,0) tərkibi ilə səciyyələnir (cədvəl 1.). 
 
                                                                                                                    


 
 
 
 
Təbii və mədəniləşmiş qəhvəyi torpaqların diaqnostik göstəriciləri    
      (mütləq quru torpaqda) 
Cədvəl 1 
K
əs
im
 

-si
 
Genetik qatlar  
və dərinlik, sm 
Hu 
mus, 
%-1ə 
Azot, 
%-1ə 
C:N 
 
 
CaC0
3


pH su 
məhlun 
da 
Udulmuş əsaslar,  
mq-ekv 
Qranulometrik 
tərkib 
Cəmi 
Ca 
Mg 
<0,01
mm 
<0.001
mm 
Qəhvəyi torpaqlar – Göytəpə q. bələdiyyəsi (kollu meşə)    
72 
AO  0-2 
M e ş ə   x ə z ə l i 
AU'  2-18 
7,25 
0,448 
9,5 
yox 
6,9 
47,6 
39,1 
7,5 
97,90 
63,80 
AU"  18-40 
3,07 
0,228 
7,8 
“ – “ 
7,0 
39,0 
29,7 
9,3 
36,14 
75,42 
A/B  40-62 
2,01 
0,161 
7,2 
“ – “ 
7,0 
42,4 
32,9 
9,5 
39,12 
81,98 
Bca  62-96 
1,13  t.olm. 
– 
“ – “ 
7,1 
37,6 
30,3 
7,3 
40,64 
80,96 
B/Cca 96-123 
0,79 
“ – “ 
– 
6,3 
7,8 
42,7 
33,5 
9,2 
35,14 
75,40 
Cca  123-150 
0,43 
“ – “ 
– 
12,4 
7,9 
46,6 
35,7 
10,9 
33,80 
73,88 
Qəhvəyi torpaqlar – Alar k. bələdiyyəsi (təbii kollu ot örtüyü)   
70 
AUvz  0-8 
5,05 
0,351 
8,4 
yox 
6,8 
40,6 
34,4 
5,2 
26,64 
60,76 
AUz  8-43 
3,12 
0,230 
7,9 
“ – “ 
6,9 
35,7 
29,3 
5,4 
29,96 
64,88 
A/B  43-78 
2,07 
0,165 
7,3 
“ – “ 
7,2 
29,4 
24,5 
4,3 
31,68 
65,10 
Bca  78-105 
1,02  t.olm. 

20,34 
7,6 
36,5 
26,9 
5,2 
24,72 
57,08 
Cca105-140 
0,71 
“ – “ 

15,19 
7,8 
33,0 
27,7 
5,3 
12,00 
56,14 
Mədəniləşmiş qəhvəyi torpaqlar – (dənli-taxıl əkini)    
73 
AU'az  0-25 
2,43 
0,187 
7,5 
yox 
7,0 
30,0 
24,8 
5,2 
30,32 
71,14 
AU"a  25-52 
2,08 
0,165 
7,3 
“ – “ 
7,1 
29,8 
24,0 
5,8 
36,84 
75,12 
B  52-80 
1,65 
0,138 
7,0 
“ – “ 
7,3 
31,5 
26,3 
5,2 
38,90 
76,32 
B/Cca 80-105 
0,98 
t.olm 
– 
0,78 
7,5 
35,7 
30,2 
5,5 
31,14 
72,18 
Cca  105-150 
0,45 
“ – “ 
– 
5,64 
7,8 
32,6 
26,3 
6,3 
29,12 
66,48 
Mədəniləşmiş qəhvəyi torpaqlar – Qara zəncir bələdiyyəsi (üzüm bağı -2007 ci ildən) )   
75 
AU'az  0-25 
3,08 
0,217 
8,2 
yox 
7,6 
36,2 
28,8 
8,4 
39,68 
65,60 
AU"a  25-44 
2,40 
0,185 
7,5 
“ – “ 
7,8 
34,8 
25,2 
9,6 
41,20 
71,08 
Bca  44-78 
1,87 
0,152 
7,7 
11,89 
8,1 
33,8 
25,1 
8,7 
38,60 
74,38 
B/Cca 78-105 
1,02 
t.olm 
– 
19,11 
8,4 
26,2 
18,2 
8,0 
29,40 
73,00 
Cca  105-130 
0,68 
“ – “ 
– 
16,98 
8,6 
25,3 
18,7 
7,6 
33,36 
66,00 
Alar k. bələdiyyəsi  (üzüm bağı – 1975-1993, 2005-ci illərdən)   
82 
AU'az  0-26 
4,03 
0,287  8,3 
yox 
7,3 
34,3 
24,9 
9,4 
33,32 
61,60 
AU"az 26-52 
2,71 
0,204  7,8 
“ – “ 
7,5 
33,8 
24,8 
9,0 
38,80 
61,40 
A/B  52-76 
2,07 
0,165  7,3 
“ – “ 
7,6 
33,4 
23,8 
9,6 
38,60 
56,00 
Bca  76-115 
1,18 
t.olm 
– 
12,32 
8,1 
27,1 
20,1 
7,0 
32,68 
57,64 
Cca  115-140 
0,81 
“ – “ 
– 
12,84 
8,1 
26,2 
19,7 
6,5 
27,24 
62,96 
Qara zənci  k. bələdiyyəsi (üzüm bağı -1975-1990, 2000-ci illərdən)   
85 
AU'az  0-28 
3,62 
0,261 
8,1 
yox 
7,5 
37,6 
29,3 
8,3 
38,28 
67,16 
AU"az  28-50  2,87 
0,214 
7,8 
“ – “ 
7,6 
35,3 
27,8 
7,5 
38,52 
70,08 
A/B  50-72  1,99 
0,160 
7,2 
“ – “ 
7,8 
35,1 
27,5 
7,6 
39,12 
65,56 
Bca  72-105  1,75 
t.olm 
–  12,32 
8,2 
30,8 
23,9 
6,9 
30,56 
62,40 
Cca  105-135  0,75 
“ – “ 
– 
13,16 
8,2 
27,5 
21,5 
6,0 
21,64 
55,76 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə