Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə134/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   130   131   132   133   134   135   136   137   ...   164

 
 
 
 
torpaqlar  şabalıdı  torpaq  tipi  ilə  eynidir.  Fərqi  ondadır  ki,  humus  qatının  qalınlığı  15sm-dən 
yuxarı  olmayıb,  çox  da  dərin  olmayan  70-90  sm.  profilindədir.  Bəzən  belə  torpaqlar  çayların 
konuslarında, qum-çınqıl, xırda çay daşları qalıqlarının üzərində də əmələ gəlir [2]. 
Tədqiqatda aşağıdakı nəticə alınmışdır. 
Şabalıdı  torpaqların  təsnifatı  onu  göstərir  ki,  bu  torpaqlarda  qədimdən  üzümçülük, 
bağçılıq,  dənli,  tərəvəz,  bostan,  yem  və  pambıq  bitkiləri  becərilmişdir.  Hədsiz  şumlama, 
becərmə, suvarma tədbirləri aparıldığından şabalıdı torpaqlarda növbəli əkinlərə riayət edilməsi, 
üzvi  və  mineral  gübrələrdən  geniş  istifadə  edilməsi  və  torpaq  münbitliyinin  yüksəldilməsi  ön 
plana çəkilməlidir  
 
ƏDƏBİYYAT 
 
1.
 
Məmmədov Q.Ş. Azərbaycan Respublikasının Dövlət Torpaq Kadastrı: Hüquqi, elmi 
və praktiki məsələləri. Bakı – “ELM” – 2003, 448 səh. 
2.
 
Salayev  M.E.,  Babayev  M.P.,  Cəfərova  Ç.M.,  Həsənov  V.H,  “Azərbaycan 
torpaqlarının morfogenetik diaqnostikası”. Bakı, “ELM”, 2004. 202 səh. 
3.
 
Салаев М.Э. – «Почвы Малого Кавказа», Баку,1966, 329 стр. 
 
ИЗМЕНЕНИЯ АГРОМЕЛИОРАТИВНЫХ СОСТОЯНИИ СЕРО-КОРИЧНЕВЫХ 
(КОРИЧНЕВЫХ) ПОЧВ ГЯНДЖА-КАЗАХСКОЙ ОБЛАСТИ  ПОД 
АНТРОПОГЕННЫМ ВЛИЯНИЕМ 
 
Л.В.КАРАЕВА 
Институт Эрозии и Орошения 
 
Гянджа-Казахский 
регион 
состоит 
из 
большой 
предгорной 
равнины, 
простирающийся  от  Запада  к  Востоку  между  горными  системами  Большой  и  Малый 
Кавказ  и  частично  из  горной  местности.  Его  площадь    имеет  почвенный  покров  в  1,23 
млн./га и в основном состоит из каштанового (серо-коричневого) типа почвы.  
Эти  почвы  обладают  лёгким  гранулометрическим  составом  и  высокой 
влагопроницаемостью. Почвы, возникающие в межконусовых депрессиях, имея среднюю 
глинистость  по  своему  гранулометрическому  составу,  распространены  на  гравиевых 
слоях. 
 
 
CHANGE OF AGROMELIORATIV SITUATION OF A GRAY BROWN (BROWN) 
SOILS OF GANJA-GAZAKH REGION UNDER THE ANTHROPOGENIC EFFECTS 
 
L.V.GARAYEVA 
Institute of Erosian and Irrigation 
 
The  Ganja-Gazakh  region  consists  of  partially  highlands  and  large  foothills    which 
stretches from West to East between mountain system the Big and Small Caucasus. The area has 
1,23 million hectare soil cover which generally consists of maroon (gray-brown) type of the soil. 
Soil  has  easy  granulometric  structure  and  also  has  high  moisture  permeability.  Soils  that 
form  in  the  inter  cone  depressions  has  the  average  clayines  by  granulometric  structure  and 
extend in gravel layers. 
 
 
 
 


 
 
 
 
UOT. 631.47-638.1 
 
LƏNKƏRAN MUĞAN BÖLGƏSİNDƏ QƏHVƏYİ TORPAQLARIN MORFOGENETİK 
DİAQNOSTİKASINA VƏ MÜNBİTLİK GÖSTƏRİCİLƏIRİNƏ DƏNLİ-TAXIL VƏ 
ÜZÜM BİTKİLƏRİNİN TƏSİRİ 
V.H.HƏSƏNOV, M.İ.MƏMMƏDOV, R.H.ASLANOVA, B.N.İSMAYILOV, 
Ş.M.ƏLİYEVA  
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu  AZ 1073, Azərbaycan Bakı ş., M.Arif küçəsi 
5,  E mail: 
vilayet-hesenov@mail.ru
 
Regionun  təbii  qəhvəyi  rorpaqları  ilə  müqayisədə  dənli-taxıl  və  üzüm  bitkiləri  altında 
istifadə edilən torpaqların morfogenetik göstəricilərində və münbitlik parametrlərində baş verən 
dəyişikliklər  öyrənilmişdir.  Üzüm  bağları  altındakı  torpaqların  profilində  əlverişli  aqronomik 
xüsusiyyətlərə malik yumşaq, optimal humuslu (3,1-4,0%) (AU 'az=25-30 sm)  və zəif bərkimiş 
əkinaltı  qat  (AU  "az=20-25sm)  horizontlardan  ibarət  qalın  (40-45  sm)  mədəniləşmiş  qatın 
formalaşması  0,8-1,0m  dərinliyə  qədər  karbonatlardan  yuyulmqla  torpaqəmələgətirən 
çöküntülərdə  toplanması  (CaCO
3
=12,5-20,3  %)  və  qida  maddələrinin  ümumi  (N=0,26-0,3-%; 
P
2
O
5
=  0,18-0,20%;  K
2
O=  1,34-1,95%)  və  mənimsənilən  formaları  (N/NH
3
=9-13mq/kq1; 
N/NO
3
=4-5mq/kq;  P
2
O
5
=21-23mq/kq;  K
2
O=190-225  mq/kq)  ilə  optimal  təmin  olunması 
 
müəyyən edilmişdir. 
Açar  sözlər:  üzüm  bağları,  humus,  dəmyə,  antropogen,  qida  maddələri,  torpaq                    
profili, morfogenit diaqnostika 
Ключевые  слова:  виноградные  плантации,  гумус,  богара,  антропогенный,  пи-         
тательные вещества, почвенный профиль, морфогенетическая диагностика  
  Key  words:  grapes  plantation,  humus,  rainfed  agricultural  system,  antropogenic,                        
nutrient substance, profile of soils, morphogenetic  diagnostics 
 
Üzümçülük  və  şərabçılıq aqrar-sənaye  sahələri arasında  xüsusi  yer  tutmaqla,  əlavə  dəyər 
yaradılması və iqtisadi səmərəlilik baxımından Respublika iqtisadiyyatı üçün mühüm əhəmiyyət 
kəsb  edir.  Lənkəran  Muğanı  bölgəsinə  daxil  olan  Cəlilabad  rayonu  ərazisi  Respublikanın  əsas 
taxılçılıq  zonası  olmaqla  bərabər  dəmyə  üzüm  bitkisinin  inkişafı  üçün  əlverişli  torpaq-ekoloji 
şəraitə  malikdir.  Azərbaycanda  üzüm  plantasiyalarının  sahəsi  1975-80-ci  illərdə  250-300  min 
hektara qədər artırılmışdır. Lakin, M.Qarbaçovun 1985-90-cı illərdə alkoqolizmə qarşı mübarizə 
sərəncamından sonra üzüm bağları qırılaraq sahəsi kəskin  azalmışdır. Son illərdə iri fermer və 
fərdi təsər-rüfatlarda yeni üzüm plantasiyaları salınmaqla sahəsi xeyli genişləndirilir.  
Azərbaycan  Respublikasının  Prezidenti  İ.Əliyevin  2011-ci  il  15  dekabr  tarixli  sərəncamı 
ilə  “2012-2020-ci  illərdə  Respublikada  üzümçülüyün  inkişafına  dair  Dövlət  Proqramı”  təsdiq 
edilmişdir.  Bu  proqramın  tətbiqi  digər  sosial-iqtisadi  sahələrdə  olduğu  kimi,  üzümçülüyün  də 
inkişafında əsaslı dönüş yaradacaqdır.  
Hazırda  üzümçülüyün  inkişafı  ilə əlaqədar  olaraq mühüm tədbirlər  görülür.  Köhnə  üzüm 
bağları bərpa edilir, müxtəlif üzüm növlərindən ibarət yeni üzümlüklər salınır. 1970-80-cı illərdə 
salınmış və son  5-10 ildə əkilmiş üzüm bağları altında istifadə edilən torpaqların morfogenetik 
diaqnostikasında  və  münbitlik  göstəricilərində  köklü  dəyişikliklər  baş  vermişdir  ki,  onların 
kompleks tədqiqatlar əsasında öyrənilməsi müasir aktuallığa və dəyərli elmi-təcrübi əhəmiyyətə 
malikdir. 
Lənkəran  Muğanı  bölgəsinin  və  xüsusən  Cəlilabad  rayonunun  ərazisi  üzüm  bitkisinin 
inkişafı  üçün  əlverişli  relyef  şəraitinə  və  quru  subtropik  bioiqlim  xüsusiyyətlərinə  malikdir. 
Yağıntıların  orta  illik  miqdarı  520-633  mm,  havanın  temperaturu  13,5-14,0
0
C,  fəal  temperatur 
(>10
0
C)  3500-3800
0
C,  nisbi  rütubətlənmə  76-80%  təşkil  edir  ki,  bu  da  üzüm  bitkisinin  dəmyə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə