Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi


Р.М.МАМEДОВА, Н.С.УСЕЙНОВА, Э.А.ГАДЖИЕВА



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə129/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   125   126   127   128   129   130   131   132   ...   164

 
 
 
 
Р.М.МАМEДОВА, Н.С.УСЕЙНОВА, Э.А.ГАДЖИЕВА 
 
В 2012-2014 годах научные  работы проведены в территории условиях лаборатории 
Азербайджанского  научно-исследовательском  институте  кормов,  лугов  и  пастбищ.  С 
этой  целью  посеяны  кукуруза  и  люцерна  в  требуемой  количестве.  Целесообразно  для 
получения  качественного,  богатого  питательными  веществами  силоса  нужно 
приготовить смесь в соотношении 60% кукурузы и 40% люцерны. 
 
 
PREPARING OF SILAGE OF HIGH QUALITY OF DIFFERENT PLANT FOR 
CATTLE 
 
P.M.MAMMADOVA, Н.С.УСЕЙНОВА, Э.А.ГАДЖИЕВА 
 
Researches  were  held  during  2012-2014  in  territory  of  Azerbaijan  scientific  researches 
institute  of  forges,  meadows  and  pasture  and  in  lab.  In  this  case  it  is  needed  to  seat  an 
appropriate amount of corn and clover. For getting qualitative silage rich with alimental matter 
is needed to mix 60% of corn with 40% of clover and is important target. 
 
 
UOT 634.8: 631.563.2 
 
TƏRKİBINDƏKİ PEKTİN MADDƏLƏRİNIN MİQDARININ VƏ DƏYİŞMƏ 
DİNAMİKASININ ÜZÜM SORTLARININ SAXLANMAYA 
DAVAMLILIĞINA TƏSİRİ 
 
R.A.ƏSƏDULLAYEV 
Azərbaycan ET Üzümçülük və Şərabçılıq İnstitutu, Bakı şəh., Mehdiabad qəsəbəsi 
E-mail: raufasad@mail.ru 
 
Üzümün keyfiyyətinə və uzun müddət saxlanmaya yararlı olmasına mühüm təsir göstərən 
amillərdən  biri  də  gilələrin  tərkibində  pektin  maddələrinin  miqdarıdır.  Abşeron  şəraitində 
yetişdirilən Ağadayı, Qara şanı, Ağ şanı və Sarı gilə sortlarında pektin maddələrinin miqdarı və 
saxlama müddəti boyunca azalma dinamikası öyrənilmişdir. 
 
Açar sözlər: üzüm, sort, pektin maddələrinin miqdarı, azalma dinamikası, standarta uyğun 
məhsul, saxlanmaya davamlılıq  
Ключевые  слова:  виноград,  сорт,  содержание  пектиновых  веществ,  динамика 
уменьшения, стандартная продукция, легко способность 
Key  words:  grapes,  variety,  pectins  content,  decreasing  dynamics,  standard  production, 
storageability 
 
 
İnsanın balanslaşdırılmış qida ilə təmin edilməsi probleminin  aktuallığı istehlak bazarında 
yüksək  keyfiyyətli  təzə  üzümə  tələbatın  durmadan  artmasına  səbəb  olmuşdur.  Üzüm 
məhsullarında,  eləcə  də  saxlanma  zamanı  əsas  diqqəti  vitaminlərin  və  digər  bioloji  aktiv 
maddələrin qorunub saxlanmasına yönəltmək lazımdır.    
Uzun  müddət  saxlama  və  məhsulun  emalı  prosesində  bioloji  aktiv  maddələrin  maksimal 
dərəcədə  qorunması  probleminin  həllinin  aktuallığı  getdikcə  artmaqdadır.  Üzüm  bir  pəhriz 
məhsuludur;  üzümün  müalicəvi  əhəmiyyətə  malik  olması  onun  əsəb  sisteminin  zəifliyinin, 
halszlıq  və  avitaminozun  tədavisində  istifadəsinə  imkan  verir.  Düzgün  saxlandıqda  sortundan 


 
 
 
 
asılı olaraq, üzümün 1 kq-nda qlükoza və fruktoza şəklində 150-200 qr və daha artıq şəkər, 0,5-
1,4% üzvi turşular (şərab, alma və s.), A (karotin), B2 (riboflavin), C (askorbin turşusu), adermin 
və P (sitrin) vitaminləri, 0,3-1,5% mineral maddələr (fosfor, kalium, dəmir, kalsium və s.) 0,1-
0,9% zülal maddələri, 0,3-1% və daha artıq  pektin maddələri olur [1, 7]. 
Pektin (yunanca pektos bürüşmüş, donmuş) – bitki mənşəli yapışdırıcı maddədir. Təbiətdə 
əridilən bitki liflərinə aid olan pektin bitki xammalında, meyvə, tərəvəzdə mövcuddur.  Pektin iki 
əsrdən artıqdır ki, məlumdur. Bir çox tərəvəz və meyvələrin tərkibində mövcud əridilən qida lifi 
olaraq  bir  yapışdırıcı  maddədir.  Bağırsaq  peristaltikasının  stimullaşdırılması,  xolesterinin 
mənimsənilməsinin məhdudlaşdırılması, toksinlərin adsorbsiyası və xaric edilməsi pektinin əsas 
xüsusiyyətlərindəndir.  Ancaq  onun  ən  dəyərli  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  canlı 
orqanizmləri  zərərli  maddələrdən  təmizləmək  xüsusiyyətinə  malikdir.  Özü  də  bu  bu  təbii 
təmizləyici  olduqca  diqqətlə  və  effektiv  çalışaraq,  özündən  sonra  heç  bir  tullantı  saxlamır  və 
orqanizmin  bakterioloji  balansını  pozmur.  Bir  çox  mütəxəssislər  orqanizmdən  radioaktiv 
elementləri, toksik metalların ionlarını və pestisidləri xaric etmə kimi unikal qabiliyyətinə görə 
pektini insan orqanizminin sanitarı adlandırırlar [3, 4]. 
Üzümün  kimyəvi  tərkibinin  əsas  komponentlərindən  biri  də  pektin  maddələridir.  Həqiqi 
polisaxarid  olsalar  da,  onların  tərkibinə,  başqa  polisaxaridlərdən  (nişasta  və  s.)  fərqli  olaraq, 
şəkər deyil, qlükozanın oksidləşməsinin məhsulu olan qlakturon turşusunun qalıqları daxildir. 
Meyvələrdə və üzümdə pektin maddələrinə dörd əsas birləşmə - protopektin, pektin, pektin 
turşusu  və  pekt  turşusu  şəklində  rast  gəlinir.  Üzümdə  əsas  pektin  maddəsi  olaraq  protopektin 
üzüm  yetişdikcə  protopektinaza  fermentinin  təsiri  altında  suda  həll  olunan  pektinə  dönür. 
Yetişmə boyunca protopektin parçalanır və gilələr getdikcə yumşalır. Yetişmə dərəcəsi artdıqca 
pektin  maddələrinin  miqdarı  çoxalır.  Yetişmiş  üzümün  şirəsində  çox  az  miqdarda  pektin 
mövcuddur (3 q/dm

qədər). Saxlanma dövrü ərzində mürəkkəb pektin maddələrinin daha sadə 
birləşmələrə  qədər  parçalanması  hidrolitik  prosesi  davam  edir  ki,  bunlar  da  sonradan  gilələrin 
tənəffüsü  üçün  energetik  material  kimi  istifadə  olunurlar.  Bununla  əlaqədar  saxlanma 
müddətində pektin maddələrinin ümumi miqdarı aşağı düşür [2, 3, 5].   
Sortu  saxlanmaya  davamlılıq  nöqteyi-nəzərindən  xarakterizə  etmək  üçün  pektin 
kompleksinə  daxil  olan  maddələrin  hidrolizini  katalizə  edən  fermentlərin  fəallığı  haqda 
təsəvvürün  olması  vacibdir.  Daşınmaya  davamlılıq  (transportabellik)  və  saxlanma  qabiliyyəti 
kimi  texnoloji  göstəricilər  üçün  pektin  maddələrinin  ümumi  miqdarının  hansı  hissəsini 
protopektinin  təşkil  etdiyini  bilmək  lazımdır.  Pektin  maddələrinin  lətin  bərk  hissəsindən  və 
qabıqdan  şirəyə  keçməsi  prosesi  sürətləndikcə,  üzümün  saxlanmaya  davamlılığı  zəifləyir; 
saxlanmaya  az  yararlı  sortlarda  təcrübənin  sonuna  yaxın  gilələrin  bir  qədər  bürüşməsi  qeyd 
olunur,  bürüşmə  isə  həmişə  protopektinin  həll  olunan  formaya  keçməsi  ilə  müşahidə  edilir. 
Üzüm  həddindən  artıq  yetişdikdə  pektinesteraza  fermentinin  təsiri  altında  həll  olunan  pektin 
sərbəst  pektin  (poliqalakturon)  turşusu  və  metil  spirtinə  qədər  hidrolizə  olunur,  sonuncu  da 
gilələrin rənginin tündləşməsinə səbəb olur [2, 5]. 
Sözsüz ki, üzümün keyfiyyətinə və dadına bir çox amillər təsir edir, ancaq pektinlərin rolu 
danılmazdır. 
Yetişmiş  üzümdə  yetişməmişə  nisbətən  pektin  maddələri  daha  az  olur.  Saxlandıqları 
müddətdə gilələr pektini tənəffüsləri üçün istifadə edirlər. Buna görə də saxlanma zamanı pektin 
maddələrinin miqdarı azalır.  
Onların mənşəyi tam aydın deyil, ancaq belə hesab edilir ki, yarpaqlarda sintez olunan və 
gilələrə  daxil  olan  qalakturon  və  müəyyən  dərəcədə  poliqakturon  turşuları  polimerləşərək 
protopektin və pektin əmələ gətirirlər [4]. 
Pektin  maddələri  hüceyrə  qabığının  və  birləşdirici  toxumanın    tərkibinə  daxil  olaraq  bir 
növ  sementləşdirən  maddə  kimi  xidmət  edirlər.  Başqa  meyvələrdə  olduğu  kimi,  üzümdə  də 
pektin  maddələrinin  əsas  növünü  protopektinaza  fermentinin  təsiri  altında  həll  olunan  pektin 
halına  keçən    protopektin  təşkil  edir.  Gilələr  yetişdikcə  həll  olunan  pektinin  hidrolizi  gedir. 
Pektinesteraza  fermentinin  təsirindən  metil  qruplarının  efir  əlaqələri  pozulur  və  həll  olunan 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə