Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə119/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   115   116   117   118   119   120   121   122   ...   164

 
 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Mamedov Р.Г. – Структуры почв Азербайджана и пути ее востановления. Баку, 
1961 г. 53 с. 
2.
 
Əliyeva  M.Z.  –  Abşeronun  boz-qonur  torpaqlarının  bəzi  səciyyəvi  göstəriciləri  // 
“Azərbaycan Aqrar Elmi” jurnalı, 2009, №5, səh. 21 
3.
 
Исмаилов  Г.Г.  –  Влияние  коротко  ротоционных  севооборотов  и  бессменных 
посевов зерновых и пропошных культур на полодородие почвы и урожайность 
в  орощаемых  условиях  Азербайджана.  /  Астана  –  Шортанды,  Казахстан, 
Международная  конференция.  «Ноу-тилл  и  плодсмен  основа  аграрной 
политики  ресурсосберегающего  земледелия  для  интенсификации  устойчивого 
производства», 2009г., с.235 
4.
 
İlyasov  E.F.,    Novruzlu  Q.A.,  Rzayev  M.Y.  –  Şəki-Zaqatala  bölgəsinin  suvarma 
şəraitində  qarğıdalının  dən  üçün  becərilməsi.//Az.ETƏİ-nin  “Elmi  əsərləri 
məcmuəsi”,  Bakı, Müəllim nəşriyyatı, 2013, səh.268.  
 
 
СТРУКТУРНЫЕ И ЭКОНОМИЧЕСКИЕ ПОКАЗАТЕЛИ КУЛЪТУР В КОРОТКО 
РОТАЦИОННЫХ И БЕССМЕННЫХ ПОСЕВАХ НАСЫШЕННЫХ ЗЕРНОВЫМИ 
КУЛЪТУРАМИ В СЕРО-БУРЫХ ПОЧВАХ АПШЕРОНА  
 
М.Я.РЗАЕВ,  Ш.Г.АХМЕДОВ,  З.М.АБДУЛЛАЕВА 
Научно Исследователъский  Институт Земледелия  
 
В  статъе  сравнителъным  образом  представлены  структурные  и  економические 
показатели  кулътур  в  коротко  ротационных  и  бессменных  посевах    насышенных 
зерновыми кулътурами в серо-бурых почвах Апшерона 
 
 
STRUCTURAL AND ECONOMIC FEATURES OF PLANTS IN SHORT ROTATIONS 
ONS AND CONTINOUS PLANTINGS WITH CEREAL PLANTS IN GRAIY-BROWN 
SOILS OF APSHERON 
 
M.Y.RZAEV, Sh.AKHMEDOV, Z.M.ABDULLAYEVA 
Research Institute of Crop Husbandry 
 
 
The  article  deal  with  information  on  comperative  structural  and  economic  feotures  of 
plants  in  short  rotations  and  continuous  plantings  with  cereal  plants  in  gray  brown  soils  of 
Apsheron.  
 
 
UOT 631; 58; 631; 582 
 
ŞƏKI RAYONUNUN SUVARMA ŞƏRAITINDƏ MÜXTƏLIF SƏLƏFLƏRDƏN SONRA 
BITKI SIXLIĞI VƏ QIDALANMA ŞƏRAITININ QARĞIDALI DƏNININ STRUKTUR 
ELEMENTLƏRI, MƏHSULDARLIĞI VƏ YEM VAHIDINƏ TƏSIRI 
 
E.F.İLYASOV 
Dissertant 
M.Y.RZAYEV 
 


 
 
 
 
Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent 
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu Bakı 1098, Pirşağı qəs. Sovxoz 2. 
 
Məqalədə    müxtəlif  sələflərdən  sonra  bitki  sıxlığı  və  qidalanma  şəraitindən  asılı  olaraq 
qarğıdalı  bitkisinin  2012-2013-cü  illər  üzrə  struktur  elementləri,  dən  məhsuldarlığı  və  yem 
vahidi  verilmişdir.  Məhsul  göstəricilərinin,  dən  məhsuldarlığının  və  yem  vahidinin  ən  yüksək 
qiyməti  taxıl  sələfindən  sonra  hektarda  47  min  bitki  olmaqla  N
160
P
120
+20  ton  peyin  fonunda 
müşahidə edilmişdir. 
 
 
Açar sözlər: sələf, bitki sıxlığı, qidalanma şəraiti, struktur elementləri 
Ключевые  слова:  предшественник,  густота  стояния,  условие  питания, 
структурные елементы 
Key words: prodecessor, plant density, nutritional conditions, structural elements 
 
 
Dünyada  istehsal  onunan  qarğıdalı  dəninin  35-40%-i  ərzaq  və  texniki  məqsədlər  üçün 
istifadə olunur. 
Eyni  zamanda  heyvandarlığın  yem  bazasının  möhkəmləndirilməsində  başlıca  ehtiyat 
mənbələrindən biri hesab olunan bu bitkidən alınan dənin 60-65 %-i qüvvəli yem kimi istifadə 
olunur. 
Qarğıdalı dəninin bir kiloqramında 1.34 yem vahidi vardır ki. bu da bütün birillik paxlalı 
bitkilərindən üstündür. 
Ərzaq  və  yemlik  dəyərinin  yüksək  olmasına  baxmayaraq  respublikamız  şəraitində 
fermerlər qarğıdalının geniş miqyasda əkilib becərilməsinə az maraq göstəririlər. 
Bu  göstərilənləri  nəzərə  alaraq  qarğıdalının  elmi  əsaslarla  becərilməsini  əhatə  edən 
təkmilləşdirilmiş  səmərəli  texnologiyaların  işlənib  hazırlanması  tədqiqatın  əsas  məqsədi 
olmuşdur.  
Şəki  rayonunun  suvarma  şəraitində  2012-2013-cü  illərdə  aparılmış  tarla  təcrübələrində 
qarğıdalının  Az.ET  Əkinçilik  İnstitutu  tərəfindən  yaradılmış  Zaqatala  420  sortundan  istifadə 
edilmişdir.  Tarla  Təcrübəsi  Şəki  rayonu  Regional  Aqrar    Elm  Mərkəzinin  təcrübə  sahəsində 
qoyulmuşdur. 
Tarla  təcrübəsi  3  amilli  (sələf,  bitki  sıxlığı,  qidalanma  şəraiti)  olmaqla  4  təkrarda 
aparılmışdır. Hər bölmənin sahəsi 56m
2
 (0.7 m x 8 x10m) olmuşdur. 
Aparılmış  tədqiqatlar  göstərir  ki,  qarğıdalı  bitkisində  yüksək  dən  məhsulunun 
formalaşması  dənin  struktur  göstəricilərinin  səviyyəsindən  bir  başa  asılıdır.  Belə  ki,  dənin 
struktur göstəricilərinin yüksək olması yüksək dən məhsulunun formalaşmasını bilavasitə təmin 
edir. 
Becərilmə  üsullarından  asılı  olaraq  qarğıdalı  bitkisində  dənin  struktur  göstəricilərinin 
tədqiqi ilə bir çox tədqiqatçılar məşğul olmuşlar [1, 2]. 
Sələf,  bitki  sıxlığı  və  qidalanma  şəraitindən  asılı  olaraq  dən  məhsulunun  struktur 
elementləri öyrənilərək nəticəsi 1-ci cədvəldə verilmişdir. 
Cədvəldən  görünür  ki,  hektarda  bitkilərin  sayı  artdıqca  dən  məhsulunun  struktur 
elementlərinə  daxil  olan  bir  bitkidə  qıcanın  sayı,  kütləsi,  qıçada  dən  cərgələrinin  sayı,  qıçanın 
uzunluğu,  qıçanın  diametri,  1000  dənin  kütləsi  azalır.  Belə  ki,  hektarda  41  min  bitki  olduqda 
qidalanma şəraitindən və sələfdən asılı olaraq bir bitkidə qıçanın sayı 1.1-2.2 ədəd, kütləsi 150.8-
332.8 qram, uzunluğu 20.6-25.2 sm, diametri 4.2-6.3 sm, 1000 dənin kütləsi 270.0-330.6 qram 
olduğu halda, hektarda 57 min bitki olduqda bu göstəricilər müvafiq olaraq 1.0-2.0 ədəd; 136.0-
314.4 qram; 19.2-24.4 sm; 4.0-6.0 sm və 258.0-321.2 qram arasında olmuşdur.   
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə