Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə118/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   114   115   116   117   118   119   120   121   ...   164

 
 
 
 
məhsulun  struktur  elementləri  bitkilərin  becərilməsinə  dair  tövsiyələrə  uyğun  olaraq  yerinə 
yetirilmişdir. 
Payızlıq  buğda  və  arpa  hektara  200  kq,  qarğıdalı  isə  20  kq  səpin  norması  ilə  səpilmişdir. 
Qarğıdalı bitkisi üçün cərgəaraları 70 sm, bitki araları 20-25sm olmuşdur.  
Mart ayında hektara təsiredici maddə hesabı ilə buğda və arpa sahələrinin  hər birinə 90kq, 
3-5  yarpaq  mərhələsində  qarğıdalıya  150kq  azot  gübrəsi  yemləmə  şəklində  verilmişdir. 
Təcrübələrdə  qarğıdalının  Zaqatala-420,  buğdanın  Qobustan  və  arpanın  Cəlilabad-19 
sortlarından istifadə edilmişdir. 
Ərzaq təlabatının ödənilməsində mühüm yer tutan taxıl bitkiləri ilə yanaşı sənayedə dən və 
heyvandarlığın inkişafında yaşıl  yem kimi  yüksək potensiala malik olan qargıdalı bitkisinin də 
növbəli və fasiləsiz əkinləri müqayisəli öyrənilmişdir. 
Qarğıdalı  müasir  dünya  əkinçiliyinin  əsas  bitkilərindən  biri  olub  müxtəlif  istiqamətlərdə  
tətbiq  edilir,  yüksək  məhsuldarlığa  malikdir  və    taxıl  bitkiləri  üçün  yaxşı  sələf  sayılır.  Dünya  
üzrə  ərzaq  məqsədi  ilə  20%  qarğıdalı  dəni,  texniki  məqsədlər  üçün  20%  və  təqribən  ümumi 
məhsulun  60%-ə  yaxını  yem  məqsədi  üçün  istifadə  edilir.  Cərgəarası  becərilən  bitki  olub 
sahələrin alaqdan təmizlənməsi və digər dənli taxıl bitkiləri ilə ümumi zərərverici və xəstəlikləri 
olmayan bir bitkidir 

4


Fenoloji  müşahidələrdə  bitkilər  üzrə  bütün  inkişaf  mərhələləri  qeydə  alınmışdır.  Payızlıq 
buğda,  arpa  və  qarğıdalı  bitkiləri  üzərində  aparılmış  fenoloji  müşahidələrin  nəticələrinə  görə  
növbəli və fasiləsiz əkinlərdə bitkilərin inkişafında nəzərə çarpacaq dərəcədə fərq alınmamışdır. 
Tam cücərmə dövründə bir kvadrat metrdə olan bitkilər sayılmışdır. Tədqiqatın 2-ci ilində 
növbəli  əkində  hər  üç  bitkinin  bioloji  xüsusiyyətləri  fasiləsiz  əkinə  nisbətən  fərqlənmişdir. 
Növbəli əkində bitkilərin boyunda fasiləsiz əkinə nisbətən artım müşahidə olunmuşdur (şəkil 1, 
şəkil 2). 
 
                 
      Payızlıq buğda və arpa üçün:                 -boruya çıxma,                  - sünbülləmə,    
            - dənin dolması; qarğıdalı üçün:                   - 3-5 yarpaq               - 7-8 yarpaq,  
             -qıça əmələ gəlmə  
        
      Şəkil 1.Növbəli əkində bitkilərin müxtəlif  mərhələlərində boy göstəriciləri, sm  
 
0
50
100
150
200
250
300
Payızlıq buğda
Arpa
Qarğıdalı


 
 
 
 
 
 
      Payızlıq buğda və arpa üçün:                 -  boruya çıxma,                - sünbülləmə,    
            - dənin dolması ; qarğıdalı üçün:                   - 3-5 yarpaq              - 7-8 yarpaq,  
            - qıça əmələ gəlmə  
 
   Şəkil 2. Fasiləsiz  əkində bitkilərin müxtəlif  mərhələlərində boy göstəriciləri, sm 
 
 
Payızlıq  buğdanın  boyu  boruya  çıxma  mərhələsində  əkinlərdən  asılı  olaraq  38,7-36,9  sm, 
arpanın boyu isə 36,1-34,4 sm təşkil etmişdir. 
Sünbülləmə  və  dənin  dolması  mərhələlərində  bitkilərin  boyunda  növbəli  əkində  fasiləsiz 
əkinə nisbətən payızlıq buğdada 2,2-3,0 sm, arpada 1,8-2,8 sm artım alınmışdır. 
Növbəli  əkin  qarğıdalı  bitkisinin  boy  göstəricisinə  daha  çox  təsir  etmişdir.  3-5  yarpaq 
mərhələsində  qarğıdalının  boyu  növbəli  əkində  49,3  sm  olduğu  halda  fasiləsiz  əkində  bu 
göstərici 46,7 sm və qıça əmələ gəlmə mərhələsində isə uyğun olaraq 253,0 və 228,5 sm təşkil 
etmişdir. 
 Iki  illik  orta  göstəricilərə  görə  bitkilərin  struktur  elementlərində  də  müəyyən  fərqlər 
alınmışdır. Belə ki, növbəli və fasiləsiz əkinlərdə payızlıq buğdada dərzdəki sünbüllərin orta sayı 
296.0 və 291.7 ədəd; arpada 275.0 və 255.0 ədəd; bir ədəd sünbülün orta uzunluğu uyğun olaraq 
10.0 və 8.5 sm, dənin kütləsi buğdada isə 1.74-1.62 qr və arpada 1.71-1.69 qr, 1000 dənin kütləsi 
isə buğdada 44.1-43.3 qr, arpada 39.2-38.5 qr tərtibində dəyişmişdir. 
Növbəli əkində fasiləsiz əkinə nisbətən qarğıdalının boyunda 24.5 sm, bir bitkinin kütləsində 
60 q, bir bitkidəki qıçaların kütləsində 8 qr artım müşahidə edilmişdir. Hər iki əkində qıçalar 6-7-
ci yarpaqların qoltuğunda yerləşmişdir, yəni qıçaların yerləşmə hündürlüyündə nəzərə çarpacaq 
fərq olmamışdır.  
Aparılmış  tədqiqatlarda  növbəli  əkinlərdə  fasiləsiz  əkinlərə  nisbətən  payızlıq  buğdanın 
məhsuldarlığında hektardan 3,3 sentner, arpada 2,6 sentner, qarğıdalının süd-mum mərhələsində 
yaşıl kütlə biçimində 23,5 sentner  artım alınmışdır 
 (şəkil 3, şəkil 4). 
 
0
50
100
150
200
250
Payızlıq buğda
Arpa
Qarğıdalı


 
 
 
 
 
 
Şəkil 3. Növbəli əkində bitkilərin məhsuldarlıq və iqtisadi səmərəlilik göstəriciləri 
 
 
 
 
 
Şəkil 4. Fasiləsiz əkində bitkilərin məhsuldarlıq və iqtisadi səmərəlilik göstəriciləri. 
 
Növbəli əkində məhsuldarlığın yüksəlməsi hesabına hər üç bitki üzrə bir sentner məhsulun 
maya dəyəri aşağı düşmüşdür. Belə ki, fasiləsiz əkinlərdə payızlıq buğda bitkisi üzrə bir sentner 
məhsulun maya dəyəri 14,0 manat olduğu halda, növbəli əkində 13,1 manat olmuş, uyğun olaraq 
rentabellik səviyyəsi 112,8%-dən 129,6%-ə yüksəlmişdir. 
 
 
 
0
100
200
300
400
500
600
700
Payızlıq buğda
Arpa
Qarğıdalı (süd mum 
mərhələsində) 
məhsuldarlıq s/ha 
maya dəyəri, manat 
rentabellik, %
0
100
200
300
400
500
600
700
Payızlıq buğda
Arpa
Qarğıdalı (süd mum 
mərhələsində) 
məhsuldarlıq s/ha 
maya dəyəri, manat 
rentabellik, %


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə