Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə116/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   112   113   114   115   116   117   118   119   ...   164

 
 
 
 
 
Ərazinin  torpaqları  əsasən  çəmən-dağ  torpaqlar  olub,  humusun  miqdarı  2,56%,  ümumi 
azot 0,17%, fosforun miqdarı 22,7% təşkil edir. 
Təcrübə sahəsində qarğıdalı səpini iyun ayının 3-cü ongünlüyündə aparılmışdır. 
Tarla təcrübəsi 3 təkrarda aparılmaqla hər ləkin sahəsi 50,4 km
2
 olmuşdur. 
Təcrübədə aqrotexniki qulluq bölgə üçün nəzərdə tutulan qaydalara uyğun aparılmışdır. 
Təcrübədə  tədqiqatın  metodikasına  uyğun  olaraq,  fenoloji  müşahidələr,  çiçəkləmə,  2-4 
yarpaq əmələ gəlmə və yetişmə fazasının qeydiyyatı aparılmışdır. 
Dən məhsulundan struktur elementləri təyin edilərkən, bir hektarda bitkilərin sayı, qıçanın 
sayı,  uzunluğu  və  diametri,  bir  qıçanın  kütləsi,  bir  qıçadan  dən  çıxımı  və  1000  dənin  kütləsi 
müəyyən edilmişdir. 
Tədqiqat göstərir ki, bu göstəricilər becərmədən asılı olaraq müxtəlif şəkildə dəyişmişdir. 
Bu göstəricilərin  bir hissəsi cədvəldə verilmişdir. 
Aqrotexniki tədbirlər içərisində  qarğıdalı bitkisinə təsir  edən əkin sıxlığı və qida şəraiti 
çox əhəmiyyət kəsb edir. 
Bunu  nəzərə  alaraq  bitki  sıxlığının  və  qida  şəraitinin  qarğıdalı  bitkisinin  struktur 
elementlərinə, böyüməsinə və inkişafına təsiri  müşahidə yolu ilə öyrənilmişdir. 
Cədvəldə verilən rəqəmlərdən görünür ki, 2010-2014-cü ildən orta hesabla bitki sıxlığı 60 
min  bitki olan hektara və N
60
P
40
 gübrə variantda bitkinin hündürlüyü 234 sm, hektara N
90
P
60
 kq 
verilən variantda 247 sm olmuşdur. 
Hetara    70  min  bitki  sıxlığında  N
60
P
40
  kq  qida  şəraitində  bitkinin  boyu  258  sm  hektara 
N
90
P
60
  kq  gübrə  verilən  variantda  bitkinin  boyu  250  sm,  gübrəsiz  variantda  isə  246  sm  təşkil 
etmişdir.  
Göstərilən  rəqəmlərdən  aydın  olur  ki,  istər  hektara  60  min  bitki  istərsə  də  70  min  bitki 
əkilən  variantda,  gübrəsiz  variantda  nisbətən  qidalanma  şəraiti  arasında  bitkinin  boyu  hündür 
olmuşdur.  Bu  onunla  izah  olunur  ki,  bitki  seyrək  əkildikdə  normal  qidalandığından  torpaqdan, 
işıqdan və gübrələrdən səmərəli istifadə edir. Normal böyüyür və yaxşı inkişaf edir.  
 
Zaqatala BTS-də bitki sıxlığından  asılı olaraq qidalanma şəraitinin arpa 
biçildikdən sonra becərilən qarğıdalının illər üzrə bəzi struktur göstəriciləri və silosluq 
kütlə məhsuldarlığına təsiri 
 
Cədvəl 1 
Bitki 
sıxlığı, 
min 
ədəd 
Qidalanma 
şəraiti 
Bitkinin 
boyu, sm 
Qıcanın 
kütləsi, 
qr 
Qıcanın 
uzunluğu, 
sm 
1000 
dənin 
kütləsi, 
qr 
Yaşıl 
kütlə, 
s/ha 

cümlədən 
qıça, s/ha 
2 0 1 0 – c u   i l 
  
60 
Gübrəsiz 
289 
185 
21,5 
350 
540,0 
69,2 
N
60
P
40
 
304 
205 
22,0 
382 
652,5 
80,0 
N
90
P
60
 
336 
215 
22,5 
365 
675,0 
83,2 
 
70 
Gübrəsiz 
383 
190 
21,6 
370 
715,0 
70,6 
N
60
P
40
 
298 
208 
22,0 
375 
770,0 
79,0 
N
90
P
60
 
307 
220 
23,0 
370 
797,5 
80,3 
2 0 1 1 – c i   i l 
 
60 
Gübrəsiz 
242 
180 
22,4 
340 
354,5 
62,4 
N
60
P
40
 
247 
195 
24,5 
380 
539,2 
80,6 
N
90
P
60
 
252 
198 
25,2 
370 
600,8 
86,5 
 
70 
Gübrəsiz 
240 
190 
23,0 
330 
380,8 
66,2 
N
60
P
40
 
282 
196 
25,0 
350 
560,4 
82,4 
N
90
P
60
 
284 
200 
26,1 
355 
622,5 
87,8 


 
 
 
 
2 0 1 2 – c i   il 
 
60 
Gübrəsiz 
235 
200 
23,4 
345 
350,2 
60,5 
N
60
P
40
 
245 
210 
24,1 
348 
520,5 
76,2 
N
90
P
60
 
248 
205 
25,0 
350 
596,6 
81,6 
 
70 
Gübrəsiz 
230 
195 
23,0 
370 
374,0 
63,8 
N
60
P
40
 
250 
190 
24,4 
360 
558,2 
80,0 
N
90
P
60
 
254 
188 
25,6 
350 
617,0 
86,6 
2 0 1 3 – c ü  i l 
 
60 
Gübrəsiz 
245 
210 
24,2 
330 
360,0 
62,0 
N
60
P
40
 
254 
220 
26,1 
345 
525,2 
78,8 
N
90
P
60
 
260 
222 
26,4 
348 
598,5 
83,5 
 
70 
Gübrəsiz 
240 
198 
23,4 
340 
379,2 
66,6 
N
60
P
40
 
288 
195 
26,0 
348 
563,8 
83,4 
N
90
P
60
 
265 
200 
26,4 
351 
628,6 
88,9 
2 0 1 4 – c ü  i l 
 
60 
Gübrəsiz 
136 
110 
15,4 
150 
260,0 
42,0 
N
60
P
40
 
140 
125 
17,2 
155 
330,2 
58,8 
N
90
P
60
 
141 
130 
17,0 
160 
480,4 
63,5 
 
70 
Gübrəsiz 
138 
105 
14,5 
140 
285,6 
46,6 
N
60
P
40
 
145 
120 
15,0 
145 
460,8 
63,4 
N
90
P
60
 
148 
132 
16,1 
150 
535,2 
68,9 
 
Cədvəldə  verilən  rəqəmlərdən  görünür  ki,  hektara  60 min  bitki əkilən  gübrəsiz  variantda 
qıcanın  kütləsi  177  qr,  qıçanın  uzunluğu  21,9  sm,  1000  dənin  kütləsi  303  qr  oldugu  halda, 
hektara  N
60
P
40
  kq  gübrə  verdikdə  qıçanın  uzunluğu  22,9  sm,  1000  dənin  kütləsi  322  qr  təşkil 
etmişdir.  Hektara  70  min  bitki  əkilən  gübrəsiz  variantda  qıçanın  kütləsi  175,6  qr,  qıçanın 
uzunluğu 21,1 sm 1000 dənin kütləsi 310 qr təşkil etmişdir. 
Qarğıdalı  bitkisi  torpaqda  olan  qida  maddələrinə  çox  təlbkardır.  Bir  ildə  2  dəfə  məhsul 
almaq  üçün  arpa  biçildikdən  sonra  qarğıdalı  əkilməsi  təcrübəsi  fermerlər  arasında  yayılsa  da 
bunun  elmi  cəhətdən  araşdırılması,  təkrar  əkində  səpin  sıxlığı  və  qidalanma  şəraiti  olduqca  az 
öyrənilmişdir. 2010-2014-cü illərdə qarğıdalı bitkisindən yaşıl kütlə və dən məhsulu almaq üçün, 
torpağa mineral gübrə verməklə səpin norması dəqiqləşdirilməlidir. 
Arpa  bitkisi  torpaqdan  qida  maddələrini qəbul  etməklə  torpaqda  2-ci  məhsul  almaq  üçün 
qarğıdalının  bitki  sıxlığı  və  qidalanma  şəraiti  hər  rayon  üçün  dəqiqləşdirilməlidir.  Zaqatala 
rayonunda  nəmliklə  təmin  olunan  dəmyə  şəraitində  qarğıdalı,  arpadan  sonra  əkildikdə  onun 
becərilməsi, bitki sıxlığı və qidalanma şəraiti təcrübə yolu ilə öyrənilmişdir. 
Alınan 5 illik nəticələr cədvəldə verilmişdir. 
Cədvəldə  göstərilən  rəqəmlərdən  görünür  ki,  qarğıdalı  bitkisinin  hektara  60  min  bitki 
sıxlığında  gübrəsiz  variantda  yaşıl  kütlə məhsulu  orta  hesabla  393,1  s/ha  olduğu  halda  hektara 
N
60
P
40
  kq  gübrə  verilən  variantda  hektardan  519,5  s/ha,  hektara    N
90
P
60 
kq  gübrə  verilən 
variantda 592,2 s/ha yaşıl ktlə məhsulu alınmışdır. Eyni qanuna uyğunluq hektara 70 min bitki 
əkilən variantda da müşahidə olunmuşdur. Belə ki, hektara 70 min bitki əkilən N
60
P
40
 kq gübrə 
verilən  variantdan  hektardan  582,1  s/ha  hektara  N
90
P
60
  kq  gübrə  verilən  variantdan  640,5  s/ha 
yaşıl kütlə alındığı halda gübrəsiz variantda hektardan 426,9 sen. yaşıl kütlə məhsulu alınmışdır. 
Təcrübə  göstərir  ki,  azot  gübrəsinin  norması  artdıqca  bitkinin  vegetativ  orqanları  daha  sürətlə 
inkişaf edir, yaşıl kütlə çoxalır. 
Zaqatala rayonunda arpa bitkisindən sonra qarğıdalı bitkisinə mineral gübrələrin verilməsi, 
bitki sıxlığının dəqiqləşdirilməsi vacib aqrotexniki tədbirlərdən biridir.  
Hektardan 2-ci məhsul almaq üçün hektara 60-70 min bitki  və N
90
P
60
 kq  gübrə  verməklə 
hektardan 592-640 s/ha yaşıl kütlə məhsulu alınması təmin olunur. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə