Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə114/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   110   111   112   113   114   115   116   117   ...   164

 
 
 
 
Apardığımız  tədqiqat  işində  əsas  məqsəd  mineral  gübrələrin  müəyyən  hissəsini  peyinlə 
əvəz etmək və bunula da üzvi əkinçilyə üstünlük verməklə, qarğıdalı sortlarunun becərilməsində 
əsas  amillərin  öyrənilməsi  olmuşdur.  Bitkinin  ən  güclü  həyat  faktorlarından  olan  qidalanmanı 
məhz  gübrələri  tətbiq  etməklə  nizamlamaq  mümkündür.  Üzvi  və  mineral  gübrələrin 
mənimsənilməsini yaxşılaşdırmaq, bitkinin bütün vegetasiya müddətində qida maddələri ilə daha 
yaxşı təmin etmək məqsədilə fosforun 50-70%-ni, kalium və üzvi gübrələrin hamısını dondurma 
şumunun  altına,  fosforun  yerdə  qalan  hissəsinin  bir  qismini  toxumla  cərgəyə,  qalanını  son 
yemləmədə  vermək  lazımdır.  Gübrə  bitkinin  vegetasiya  müddətini,  boyunu,  yaş  və  quru 
maddənin  toplanmasını  artırır,  məhsulun  struktur  göstəricilərini  xeyli  yaxşılaşdırır.  Gübrələr 
qarğıdalının məhsuldarlığını 30-40 % və daha çox yüksəldə bilir [8]. 
Abşeronun suvarılan boz-qonur torpaqlarında qarğıdalının Zaqatala-420 sortundan yüksək 
məhsul almaq üçün ilk dəfə bu bölgədə çox amilli tarla təcrübəsi yolu ilə silosluq kütlə və  dən 
məhsulu almaq üçün mineral gübrələrin müəyyən hissəsini peyinlə əvəz etməklə optimal səpin 
müddəti, bitki sıxlığı və qidalanma şəraiti müəyyən edilmişdir.  
Abşeronun  suvarma  şəraitində  qarğıdalının  silosluq  kütlə  və  yüksək  dən  məhsulu  almaq 
məqsədilə  tətbiq  edilən  mühüm  qaydalardan  biri  Zaqatala-420  qarğıdalı  sortu  üçün  becərmə 
texnologiyalarının  elmi  əsaslarla  öyrənilməsidir.  Zaqatala-420  qarğıdalı  sortunun  bioloji 
xüsusiyyətlərı, torpağın qida maddələri ilə təmin olunma dərəcəsi nəzərə alınaraq səpin müddəti, 
bitki sıxlığı və qidalanma şəraiti müəyyənləşdirilmiş və yüksək nəticələr əldə edilmişdir. 
Tədqiqatların  nəticələrindən  müəyyən  edilmişdir  ki,  aprelin  2-ci  ongünlüyündə  aparılmış 
səpinlərdə  dən  məhsulu  və  silosluq  yaşılkütlə  üçün  ən  yüksək  məhsuldarlıq  aprelin  3-cü 
ongünlüyünə nisbətən yüksək olmuşdur.  
Bitki  sıxlığını  müəyyən  edərkən  bölgənin  torpaq-iqlim  şəraiti  və  torpağın  münbitlik 
dərəcəsini nəzərə almaq əsas şərtlərdən biridir. 
Qarğıdalı  sortundan  yüksək  məhsul  almaq  məqsədilə  tətbiq  edilən  mühüm  aqrotexniki 
qaydalardan  biri  də  qida  şəraitinin  tələb  olunan  miqdarda  təmin  edilməsinin  elmi  əsaslarla 
öyrənilməsidir.  Bu  sahədə  üzvi  və  mineral  gübrələrdən  səmərəli  istifadə  edilməsi  əsas  rol 
oynayır.  Bununla  əlaqədar  olaraq  qarğıdalı  sortunun  bioloji  xüsusiyyətləri,  torpağın  qida 
maddələri  ilə  təmin  olunmaları  nəzərə  alınaraq  gübrə  normaları  müəyyən  edilmişdir.  Fermer 
təsərrüfatlarında  bir  cox  hallarda  fermerlər  səpin  müddətini,  bitki  sıxlığını  və  qida  şəraitini 
düzgün müəyyən etmədən aparırlar ki, bunun nəticəsində sonda məhsuldarlıq aşağı düşür.  
 
Cədvəl 

pi


dd
ətl
ər

H
ek
tar
d

bi
tk
in
in
 s
ayı
 və
 

pi
n s
xe
mi
 
Məhsuldarlıq, s/ha 
Gübrəsiz 
N
130
P
100
+20 ton peyin 
N
170
P
120
K
40
 
Y

ıl
 

tl
ə 
Q
ıç

 
Y
em 
vah
id

Y

ıl
 

tl
ə 
Q
ıç

 
Y
em 
vah
id

Y

ıl
 

tl
ə 
Q
ıç

 
Y
em 
vah
id

A
pre
li
n 2
-ci 
ongünl
üyü
 
57 min 
70x25sm 
301,2 
44,7  6328,2  710,7 
140,6  14924,7  619,2 
122,8  13032,2 
71 min 
70x20sm 
363,4 
54,8  7631,4  870,8 
172,9  18286,8  785,0 
155,8  16485,0 
95 min 
70x15sm 
318,7 
47,8  6692,7  802,8 
158,2  16858,8  712,8 
141,0  14968,8 
A
pre
li
n 3
-c
ü 
ongünl
üyü
 
57 min 
70x25sm 
298,5 
44,4  6268,5  709,3 
140,5  14895,3  613,8 
121,4  12889,8 
71 min 
70x20sm 
358,6 
53,7  7530,6  867,0 
171,8  18207,0  780,7 
155,0  16349,7 
95 min 
70x15sm 
313,6 
47,1  6586,3  798,5 
157,6  16768,5  707,4 
140,4  14855,4 


 
 
 
 
 
Becərmə  amillərindən  gübrələr  qarğıdalının  yaşıl  kütlə  məhsuldarlığına  həlledici  təsir  
göstərir.  Qidalanma  şəraitindən  asılı  olaraq  səpin  müddəti,  bitki  sıxlığınin  qarğıdalının 
məhsuldarlığına təsiri cədvəldə verilmişdir.  
Üçillik  orta  göstəricilərə  əsasən  cədvəldən  göründüyü  kimi  birinci    səpin  müddətində 
(aprelin 2-ci ongünlüyündə) hektarda 57 min  bitki olmaqla  gübrəsiz variantda 70x25 sm səpin 
sxemində  silosluq kütlə 301,2 s/ha, qıça 44,7 s/ha, 6328,2  yem vahidi olduğu halda, N
130
  P
100
 
+20 ton peyin fonunda  silosluq kütlə 710,7 s/ha, qıça 140,6 s/ha, 14924,7  yem vahidi və N
170
 
P
120
  K
40
  gübrə  fonunda  isə  silosluq  kütlə  619,2  s/ha,  qıça  122,8    s/ha,  13032,2    yem  vahidi 
olmuşdur.  
Hektarda 71 min bitki olmaqla 70x20 sm səpin sxemində  gübrəsiz variantda silosluq  kütlə 
363,4  s/ha,  qıça  54,8  s/ha,  7631,4  yem  vahidi  olduğu  halda,  N
130
  P
100
  +20  ton  peyin  fonunda  
silosluq kütlə 870,8 s/ha, qıça 172,9 s/ha, 18286,8  yem vahidi və N
170
 P
120
 K
40
 gübrə  fonunda 
isə silosluq kütlə 785,0 s/ha, qıça 155,8 s/ha, 16485,0 yem vahidi  müəyyən edilmişdir.  
Hektarda 95 min bitki olmaqla 70x20 sm səpin sxemində  gübrəsiz variantda silosluq  kütlə 
318,7  s/ha,  qıça  47,8  s/ha,  6692,7  yem  vahidi  olduğu  halda,  N
130
  P
100
  +20  ton  peyin  fonunda  
silosluq kütlə 802,8 s/ha, qıça 158,2 s/ha, 16858,8  yem vahidi və N
170
  P
120
  K
40
  gübrə fonunda 
isə silosluq kütlə 712,8 s/ha, qıça 141,0  s/ha, 14968,8 yem  vahidi  müəyyən edilmişdir. 
İkinci səpin müddətində (aprelin üçüncü ongünlüyündə) aparılmış səpinlərdə  hektarda 57 
min  bitki olmaqla  gübrəsiz variantda 70x25 sm səpin sxemində silosluq  kütlə 298,5 s/ha, qıça 
44,4 s/ha, 6268,5 yem vahidi olduğu halda, N
130
 P
100
 +20 ton peyin fonunda  silosluq kütlə 709,3 
s/ha,  qıça  140,5  s/ha,  14895,3    yem  vahidi  və  N
170
  P
120
  K
40
    gübrə  fonunda  isə  silosluq  kütlə 
613,8 s/ha, qıça 121,4  s/ha, 12889,8  yem vahidi olmuşdur.  
Hektarda 71 min bitki olmaqla 70x20 sm səpin sxemində gübrəsiz variantda silosluq kütlə 
358,6  s/ha,  qıça  53,7  s/ha,  7530,6  yem  vahidi  olduğu  halda,  N
130
  P
100
  +20  ton  peyin  fonunda  
silosluq kütlə 867,0 s/ha, qıça 171,8 s/ha, 18207,0  yem vahidi və N
170
  P
120
  K
40
  gübrə fonunda 
isə silosluq kütlə 780,7 s/ha, qıça 155,0 s/ha, 16394,7 yem vahidi  müəyyən edilmişdir. 
Hektarda  95  min  bitki  olmaqla  70x15  sm  səpin  sxemində  gübrəsiz  variantda  (nəzarət) 
silosluq kütlə 313,6 s/ha, qıça 47,1 s/ha, 6586,3 yem vahidi olduğu halda, N
130
P
100
 +20 ton peyin 
fonunda  silosluq kütlə 798,5 s/ha, qıça 157,6 s/ha, 16768,5 yem vahidi və N
170
 P
120
 K
40
   gübrə 
fonunda isə silosluq kütlə 707,4 s/ha, qıça 140,4  s/ha, 14855,4 yem vahidi müəyyən edilmişdir. 
Səpin müddətləri üzrə ən yüksək göstərici aprelin 2-ci ongünlüyündə aparılmış səpinlərdən 
alınmışdır.  Bu  səpin  müddətində  bitki  sıxlığı  və  qidalanma  şəraitindən  asılı  olaraq  hektardan 
301,2  -870,8  sentner  silosluq  kütlə,  44,7-172,9  sentner  qıca  və  6328,2-18286,8  yem  vahidi 
olmuşdur.  
Qidalanma  şəraitinə  görə  ən  yüksək  silosluq  kütlə  məhsulu  və  yem  vahidi  üçillik  orta 
göstəricilərə  görə  N
130
P
100
+20  ton  peyin  fonunda  alınmışdır.  Bu  fonda  səpin  müddəti  və  bitki 
sıxlığından asılı olaraq hektardan 709,3-870,8 sentner arasında silosluq kütlə, 140,5-172,9 sentner 
arasında süd-mum yetişkənliyində qıca, 14895,3-18226,8 arasında yem vahidi alınmışdır.  
Bir  çox  tədqiqatçılar  qeyd  edirlər  ki,  mineral  gübrələr  qarğıdalının  yaşıl  kütlə 
məhsuldarlığını 40-90 %, qıçanın uzunluğunu, qıçadakı dənlərin sayını və məhsuldarlığını isə 35-
65 % artırır. 
Səpin  müddətləri  və  qidalanma  şəraitindən  asılı  olmayaraq  ən  yüksək  silosluq  kütlə 
məhsulu  və  yem  vahidi  hektarda  71  min  bitki  olmaqla  70  x  20  sm  səpin  sxemində  aparılmış 
səpinlərdən alınmışdır. 
Beləliklə,  Abşeronun    suvarma  şəraitində  qarğıdalının  Zaqatala-420  sortundan  ən yüksək 
silosluq  kütlə  və  yem  vahidi  N
130
P
100
+20  ton  peyin  fonunda    hektarda  71  min  bitki  olmaqla 
70x20 sm səpin sxemində aprelin 2-ci ongünlüyündə aparılmış səpinlərdən  alınmışdır.   
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə