Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə117/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   113   114   115   116   117   118   119   120   ...   164

 
 
 
 
Bitki sıxlığından asılı olaraq yaşıl kütlə məhsulu bitkinin sayı artdıqca çoxalmışdır. Qida 
sahəsi çoxaldıqca bir bitkidən alınan yaşıl kütlə çox olmuşdur. Azot gübrəsinin fosforla birlikdə 
norması  artdıqca  bitkinin  vegetativ  orqanları  yaşıl  kütləsi  daha  sürətlə  inkişaf  edir,  hektardan 
alınan yaşıl kütlə məhsulu daha çox olur bu isə iqtisadi cəhətdən səmərəli olur. 
 
Zaqatala BTS-da bitki sıxlığından asılı olaraq qidalanma şəraitinin arpa biçildikdən sonra 
becərilən qarğıdalının 5 ildən orta hesabla bəzi struktur göstəriciləri 
və silosluq kütlə məhsuldarlığına təsiri 
 
Cədvəl 2 
 
Bitki 
sıxlığı, 
min 
ədəd 
Qidalanma 
şəraiti 
Bitkinin 
boyu, 
sm 
Qıcanın 
kütləsi, 
qr 
Qıcanın 
uzunluğu, 
sm 
1000 
dənin 
kütləsi, 
qr 
2010-2014-cü ildən 
orta 
Yaşıl 
kütlə, s/ha 

cümlədən 
qıça, s/ha 
 
60 
Gübrəsiz 
229,4 
177,0 
21,9 
303 
393,1 
59,2 
N
60
P
40
 
234,0 
191,0 
22,9 
322 
519,5 
74,9 
N
90
P
60
 
247,4 
194,0 
23,2 
318 
592,2 
79,7 
 
70 
Gübrəsiz 
246,2 
175,6 
21,1 
310 
426,9 
62,8 
N
60
P
40
 
253,6 
181,8 
22,5 
316 
582,1 
77,6 
N
90
P
60
 
259,6 
188,0 
23,4 
315 
640,5 
88,5 
 
 
Zaqatala BTS-da bitki sıxlığından  asılı olaraq qidalanma şəraitinin arpadan sonra əkilən 
qarğıdalının silosluq kütlə məhsuldarlığına təsiri 
(2010-2014-cü illərdən orta) 
 
 
 
 
 
 
 
0
100
200
300
400
500
600
700
Gübrəsiz 
N60P40
N90P60
Gübrəsiz 
N60P40
N90P60
398,1 
519,5 
592,2 
426,9 
582,1 
640,5 
60 min bitgi sıxlığı
70 min bitgi sıxlığı


 
 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Musayev Ə.C., Təlai C.M., Rzayev M.Y. və baş.- Suvarma şəraitində tarla bitkilərinin 
becərilməsinə dair tövsiyyələr, Bakı - müəllim nəşriyyatı, 2012 s.31-32. 
2.
 
Cəfərov M.İ. Torpaqşünaslıq. Elm nəşriyyatı 2005, s.460 
3.
 
Cəfərov  M.İ.,  Quliyev  R.M.,  Səfərov  N.Ə.  Kənd  təsərrüfatı  bitkilərinin  becərilmə  və 
yığılma texnologiyası. Maarif; 2000, s.364. 
4.
 
Məmmədov  V.Ə.  Gəncə  -  Qazax  bölgəsinin  suvarılan  açıq  şabalıdı  torpaqlarında 
qarğıdalının  becərmə  texnologiyasının  optimallaşdırılması.  Dissertasiya  işi.  Gəncə 
2010-cu il. s.6; 160. 
5.
 
Məmmədova  P.M.,  Rzayev  M.Y.  Abşeron  suvarma  şəraitində  becərilmə  üsullarından 
asılı olaraq qarğıdlının böyüməsi, inkişafı və silosluq kütlə məhsuldarlığı. // Azərbaycan 
Elmi Tədqiqat Əkinçilik İnstitutunun Elmi əsərləri məcmuəsi. Bakı -2014. s. 341-345  
6.
 
 Садыков  И.М.  Биологические  основы  возделивания  кукурузы  в  Азербайджане, 
издательство Элм. 1982. с. 3-4 
7.
 
Академик  ВАСХИНИЛ  Хаджинов  М.Н.Генетика,  селекция  и  технология 
возделывания  кукурузы  /  Сборник  трудов  международный  научно-практический 
конференции. Краснодар 2009. с. 10-13. 
8.
 
Dünyamalıyev  S.Ə.,  Məmmədova  S.M.,  Abdulbaqıyeva  S.A.,  Sofiyev  H.S.  Qarğıdalı 
bitkisinin Zaqatala Bölgə Təcrübə Stansiyasında tədqiqi //  Azərbaycan ETƏİ-nin  Elmi 
Əsərləri məcmuəsi XXV cild. Bakı. 2014.s. 53-58. 
 
ВЛИЯНИЕ ГУСТОТЫ ПОСЕВА, УСЛОВИЙ ПИТАНИЯ НА 
УРОЖАЙНОСТЬ СИЛОСНОЙ МАССЫ КУКУРУЗЫ В УСЛОВИЯХ 
ОБЕСПЕЧЕННОЙ БОГАРЫ ЗАКАТАЛЬСКОГО РАЙОНА 
 
Б.Г.АББАСОВ, М.Я.РЗАЕВ, С.А.ДУНЯМАЛИЕВ, А.И.АЛИЕВА 
Научно – Исследовательскиу Институт Земледелия 
 
 В  статье  представлены  урожайность  зеленой  массы  кукурузы  в  зависимости  от 
густоты посева и условий питания. Выявлено, что самый высокий урожай силосной массы 
получается при густоте посева 70 тыс.растенй на гектар, при внесение N
90
P
60

При таких условиях урожайность силосной массы кукурузы составляет 640,5ц/га. 
 
 
INFLUENCE OF CROP DENSITY, NUTRIENT CONDITIONS ON SILAGE YIELD OF 
MAIZE IN SUPPLY ROINFED CONDITIONS OF ZAQATALA 
 
B.G.ABBASOV, M.Y.RZAYEV, S.A.DUNYAMALIYEV, A.I.ALIYEVA 
Research Institute of crop Husbandry 
 
 
In article have given green mass yield of maize depending on crop density and nutritional 
conditions.  The  highest  green  mass  yield  have  obtained  at  70
th
  plants  per  hectare  and  N
90
P
60
 
terbulizing rate. In these conditions silage yield of maize consistest 640,5s/ha.   
 
 
 


 
 
 
 
UOT 631. 582. 
 
ABŞERONUN BOZ-QONUR TORPAQLARINDA DƏNLI BITKILƏRLƏ  
  100% TƏMIN OLUNMUŞ QISA ROTASIYALI NÖVBƏLI VƏ FASILƏSIZ  
ƏKINLƏRDƏ BITKILƏRIN STRUKTUR VƏ IQTISADI SƏMƏRƏLILIK 
GÖSTƏRICILƏRI  
 
M.Y.RZAYEV,  Ş.H.ƏHMƏDOV,  Z.M.ABDULLAYEVA 
 
Aqrar elmləri üzrə fəlsəfə doktorları 
Elmi- Tədqiqat Əkinçilik İnstitutu, Sovxoz 
№2, BakıAzərbaycan,  
tel: 551 61 30,  497 49 31 
 
Məqalədə  Abşeronun  boz-qonur  torpaqlarında  dənli  bitkilərlə  yüksək  dərəcədə  təmin 
olunmuş  qısa  rotasiyalı  növbəli  və  fasiləsiz  əkinlərdə  bitkilərin  struktur  və  səmərəlilik 
göstəriciləri müqayisəli şəkildə verilmişdir. 
 
Açar sözlər:  bitki, torpaq, növbəli əkin, fasiləsiz əkin 
Ключевые слова:   растение, почва, севооборот, бессменный посев 
Key words:  plant, soil, rotation, continuous planting 
 
Müasir  dövrdə  kənd  təsərrüfatı  bitkilərindən  yüksək  və  keyfiyətli  məhsulun  alınması  üçün 
mütərəqqi  aqrotexniki  üsulların  işlənib  təsərrüfatlara  tətbiq  edilməsi  günün  vacib 
məsələlərindəndir. Bunun üçün birinci növbədə düzgün növəbli əkin sistemi tərtib edilməli və bu 
əkin dövriyyəsində qabaqcıl aqrotexniki tədbirlər həyata keçirilməli və müntəzəm olaraq torpaq 
münbitliyinin artırılması qayğısına qalınmalıdır. Belə ki, müxtəlif sələflərdən sonra torpağın su-
fiziki  xassələri  yaxşılaşır,  bunların  nəticəsində  növbələşmədə  olan  bitkilərin  məhsuldarlığı  və 
əkinlərin səmərəliliyi yüksəlir 

1

.   
Bunları nəzərə alaraq suvarma şəraitində dənli bitkilərlə 100% təmin olunmuş qısa rotasiyalı 
növbəli  və  fasiləsiz  əkinlərin  müqayisəli  şəkildə  öyrənilməsi  məqsədi  ilə  2013-2014-cü  illərdə 
tarla təcrübələri qoyulmuşdur. 
Tədqiqat  işləri  AzETƏİ-nin  Abşeron    Yardımçı  Təcrübə  Təsərrüfatının  boz-qonur 
torpaqlarında aparılmış, iki hissədən ibarət olmaqla təcrübələr aşağıdakı sxem üzrə qoyulmuşdur. 
 
Təcrübələrin sxemi: 
 
1-ci sxem: qarğıdalı-payızlıq buğda-arpanın növbələşməsi; 
2-ci sxem: qarğıdalı-payızlıq buğda-arpanın fasiləsiz əkini. 
Tədqiqat  obyekti  olan  torpaqlarda  həm  qonur,  həm  də  boz  torpaqların  əlamətləri  əks 
olunduğundan  belə torpaqlara boz-qonur torpaqlar deyilir. 
 Abşeronun  boz-qonur  torpaqları  arid  iqlim  şəraitində  seyrək  bitki  örtüyü  altında 
parçalanmış, yüksək korbonatlı suxurlar, gillicələr üzərində formalaşmışdır. Burada torpaq əmələ 
gətirən  suxurlar  əsasən  duzlu  gillər  və  onların  aşınma  məhsullarından  ibarətdir.  Boz-qonur 
torpaqlar gilli, gillicəli, qumsal-gillicəli mürəkkəb qranulometrik tərkibə malikdir. Bu torpaqların 
əmələ  gəlmə  prosesi  quraq  şəraitdə  getdiyi  üçün  burada  üzvi  birləşmələr  zəif  toplanır.  Torpaq 
məhlulu  qələvi  mühitə  malikdir.  Bu  torpaqlarda  humus  0.84-1.60%,  azot  0.08-0.13%,  PH  7.8-
9.0, lil fraksiyası 32-40%, xüsusi çəki 2.63-2.76 q/sm
3
, suya davamlı aqreqatlar (

0.25 mm) 40-
55%,  ümumi  məsaməlilik  48-52%,  udulmuş  Na  9.1-17.8%,  quru  qalıq  0.18-1.87%  təşkil  edir. 
Boz-qonur torpaqlarda qrunt sularının dərinliyi 1,5-3,5 m-ə təsadüf edir 

2


Təcrübələr  3  təkrarda  aparılmaqla  hər  təkrarın  sahəsi  (20m  x6.0m)  120m
2
  olmuşdur.  Çöl 
tədqiqat işləri və bitkilər üzərində müşahidələr, becərmələrə dair bütün aqrotexniki tədbirlər və 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə