Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə113/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   109   110   111   112   113   114   115   116   ...   164

 
 
 
 
бактерий,  уменьшилось  2-3  раза,  по  сравнению  с  поверхностной  обработкой.  В  тоже 
время  и  при  таких  технологиях  возделывания  почвы  оставалось  достаточно  высокое 
количество данных патогенов.  
 
 
SPECIES COMPOSITION AND BIOLOGICAL PARTICULARLITY OF 
PATHOGENIC COMPLEXES AGROCENOSES OF WINTER WHEAT USING 
DIFFERENT METHODS OF TILLAGE 
 
I.T.MEHDIEV  
Azerbaijan State Agrarian University 
 
The  cultivation  of  the  soil  at  the  lowest  technology  of  root  rot  fungi  dominated  by 
Fusarium (F.nivale, F.avenacium, F.graminearum, F.oxysporum, F.heterosporum, F.semitectum, 
F.sporotrichiella,  F.culmorum),  which  range  from  21%  to  47%  of  the  total  phytopathological 
complex.  
With traditional technology moldboard tillage method the number of pathogenic fungi that 
contribute to the formation of root rot and bacteria decreased by 2-3 times compared with surface 
treatment.  At  the  same  time  and  under  such  technologies  of  cultivation  of  the  soil  had  a  high 
enough number of these pathogens. 
 
 
UOT 633. 6166. 
 
QİDALANMA ŞƏRAİTİNDƏN ASILI OLARAQ SƏPİN MÜDDƏTİ VƏ BİTKİ 
SIXLIĞININ SİLOSLUQ QARĞIDALININ MƏHSULDARLIĞINA TƏSİRİ  
 
P.M.MƏMMƏDOVA
1
dissertant  
M.Y.RZAYEV
2
,  Ş.H.ƏHMƏDOV
2
aqrar elmləri üzrə fəlsəfə doktorları 
1-
 
ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu, Az 0111,  
2-
 
Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi 
2-Elmi- Tədqiqat Əkinçilik İnstitutu, Bakı 1098,  
Pirşağı qəsəbəsi Sovxoz № 2, tel: 551 61 30, 497 49 31 
 
Məqalədə  qidalanma  şəraitindən  asılı  olaraq  səpin  müddəti  və  bitki  sıxlığının  silosluq  
qarğıdalınin  məhsuldarlığına  təsiri  öyrənilmişdir.  Məlum  olmuşdur  ki,  Zaqatala-420  qarğıdalı 
sortundan  silosluq  kütlə    üçün  ən  yüksək  məhsuldarlıq  və  yem  vahidi  çıxımı  N
130 
P
100 
+  20  ton 
peyin  fonunda  hektarda  71  min  bitki  olmaqla  70x20  sm  səpin  sxemində  aprelin  2-ci 
ongünlüyündə aparılmış səpinlərdən alınmışdır.   
 
Acar  sözlər:  qidalanma  şəraiti,  səpin  müddəti,  bitki  sıxlığı,  silosluq  qarğıdalı, 
məhsuldarlıq  
Ключевые  слова:  условия  питания,  срок  посева,  густота  стояния  растений, 
силосная кукуруза, урожайность  
Key  word:  nutrient  conditions  of  feeding,  plants  density,  sowing  date,  sillage  corn, 
productivity 
 
Qarğıdalı  müasir  dünya  əkinçiliyinin  əsas  bitkilərindən  biri  olub  müxtəlif    istiqamətli 
tətbiqə  və  yüksək  məhsuldarlığa  malikdir.  Dünya  üzrə  ərzaq  məqsədi  ilə  20%,  qarğıdalı  dəni, 
texniki  məqsədlərə  20%  və  təqribən  ümumi  məhsulun  60%-ə  yaxını  yem  məqsədləri  üçün 
istifadə edilir və bütün dünyada becərilir. Cərgəarası bitki kimi sahələrin alaqdan təmizlənməsi 
və digər dənli taxıl bitkiləri ilə ümumi zərərverici və xəstəlikləri olmayan bir bitkidir. 


 
 
 
 
Azərbaycanın  torpaq-iqlim  şəraiti,  xüsusiilə  də  günəş  enerjisi  balansı  bir  ildə  iki  məhsul 
alınmasına  və  vahid  əkin  sahəsindən  məhsul  götürümünün  əhəmiyyətli  şəkildə  artırılmasına 
imkan  verir.  Coğrafi  baxımdan  respublikamız  qarğıdalı  bitkisinin  becərilməsi  üçün  əlverişli 
şəraitə malikdir [1] 
Qarğıdalı dənin istehsalının artırılması əksər ölkələrin ərzaq bazasının sabitləşdirilməsinin 
zəruri  şərtlərindən  biridir.  İstifadəsinin  universallığına  görə  yemlik  və  dənli-taxıl  bitkiləri 
arasında  qarğıdalıya bərabər olan yoxdur [2].  
Son  illər  respublikanın  quşçuluq  və  heyvandarlıqla  məşğul  olan  fermer  təsərrüfatlarında 
yem  istehsalı  məqsədi  ilə  xarici  ölkələrdən  gətirilən  dən  geni  dəyişdirilmiş,  müxtəlif  mənşəli, 
zəif adaptif xüsusiyyələrə malik qarğıdalı toxumlarının becərilməsi halları artmaqda davam edir 
ki,  bu  da  onların,  ilkin  nəsil  hibridləri  olduğundan  qısa  müddət  ərzində  parçalanma  verərək, 
keyfiyyətinin  aşağı  düşməsi,  qarğıdalı  becərilən  ərazilərdə  geniş  yayılmış  xəstəliklərə, 
zərərvericilərə  olan  müvəqqəti  davamlılığının  itməsi  hesabına  güclü  siyarətlənmələrinə  və  dən 
məhsuldarlığının  kəskin  dərəcədə  aşağı  düşməsinə  səbəb  olaraq,  çarpaz  tozlanan  bitki 
olduğundan  yaxın əkinlərdə yerli sort və və hibridlərin genetik tamlığının pozulmasına təhlükə 
yaradır [3]. 
 Bunula  əlaqədar  olaraq,  daxili  tələbatın  bütünlükdə  ödənilməsi  məqsədi  ilə 
pespublikamızda  qarğıdalının  əkin  sahəsinin  və  məhsuldarlığının  artırılması,  istər  kənd 
təsərrüfatında, istərsə də sənayedə bu məhsulların istehsalı üçün fermerlərin yerli mənşəli yüksək 
məhsuldar  qarğıdalı  sortları  ilə  təmin  edilməsi,  həmçinin  onların  maddi-texniki  bazasının 
gücləndirilməsi,  iqtisadi  səmərəliliyinin  artırılması  və  başqa  ölkələrdən  idxal  asılığını  aradan 
qaldırılması üçün zəruridir [4]. 
Heyvandarlıq  məhsulları  istehsalının  yüksəldilməsində  möhkəm  yem  bazasının 
yaradılması mühüm məsələ kimi qarşıda durur. Bu məsələnin həll edilməsində yüksək potensiala 
malik  olan  bitkilərin  becərilmə  texnologiyalarının  öyrənilməsi  əsas  məsələlərdən  biridir
Qarğıdalı  əsas  yem  bitkilərindən  olmaqla,  kənd  təsərrüfatı  heyanlarının  şirəli  yemlərlə  təmin 
edilməsidə  istifadə  olunur.  Mineral  gübrələr  qarğıdalının  yaşıl  kütləsinin  məhsuldarlığını  və 
keyfiyyətini xeyli artırmağa imkan yaradır [5, 6,7].  
 
 Tarla  təcrübəsi  2012-2014-cü  illərdə  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  İnstitutunun 
Abşeron  Yardımçı  Təcrübə  Təsərrüfatında  aparılmışdır.  Tədqiqat  işində  qarğıdalının  Az.  ET 
Əkinçilik  İnstitutu  tərəfindən  yaradılmış  və  rayonlaşdırılmış  Zaqatala-420  sortundan  istifadə 
edilmişdir.  
Təcrübə sahəsində aqrotexniki qulluq və digər işlər (təcrübənin sxemində göstərilənlərdən 
başqa) bölgədə tətbiq olunan ümumi tövsiyyələr əsasında aparılmışdır. 
Silosluq kütlə almaq üçün üç amilli (2x3x3) tarla təcrübəsi aşağıdakı sxemdə qoyulmuşdur. 
1-ci amil: Səpin müddətləri 
1. Aprelin 2-ci ongünlüyündə səpin; 
         2. Aprelin 3-cü  ongünlüyündə səpin; 
2-ci amil: gübrə normaları  
1.Gübrəsiz;  
2. N
130
P
100
+20 ton peyin
3. N
170
P
120
K
60.
 
3-cü amil: Bitki sıxlığı  
1.
 
Hektarda 57 min bitki olmaqla 70x25 sm sxemində səpin;  
2.
 
Hektarda 71min bitki olmaqla 70x20 sm sxemində səpin;  
3.
 
Hektarda 95 min bitki olmaqla 70x15 sm sxemində səpin. 
Qarğıdalının  əvəzolunmaz  yem  bitkisi  olduğunu  nəzərə  alaraq  Abşeronun  suvarma 
şəraitində  ondan  yüksək  silosluq  kütlə  və  dən  alınmasını  təmin  edən  becərmə  üsullarının 
öyrənilməsi tədqiqatımızın əsas məqsədi hesab edilmişdir.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə