Az 1065, Азербайджанская Республика, г.Баку, ул. Нариман
Нариманова, 203.
Республиканская Юношеская Библиотека им. Дж.Джаббарлы.
e-mail: ryl.az@mail.ru
http://www.ryl.az
6
------------------------------------------Neft Daşları-------------------------------------------
Giriş
Neft Daşları əfsanəvi dəniz şəhəri, doğma Azərbaycanımızın şöhrət tacı,
yurdumuzu dünyaya tanıdan unikal məkanlardan biridir. Dünyada ilk və yeganə
dəniz şəhəri olduğuna görə “Möcüzələr adası” həmişə diqqəti cəlb edib.
Respublikamıza gələn əcnəbi qonaqlar ölkə ilə tanışlığı məhz Neft Daşlarından
başlamağı sevirlər. Bura sanki Azərbaycanın giriş qapısına, tanınma nişanına
çevrilmişdir.
Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatına başlanılmasından artıq
60 ildən artıq vaxt keçir. 1949-cu ildə Neft Daşları yatağında ilk quyunun istismara
verilməsi ilə dünyada açıq dənizdə neftçıxarmanın əsası qoyulmuşdur. Ötən dövrdə
Azərbaycanın geoloq və geofizikləri tərəfindən dənizdə bir-birinin ardınca çoxsaylı
zəngin neft və qaz yataqları aşkar edilərək istismara verilmişdir. Bu yataqlardan biri
də öz zənginliyi ilə seçilən “Günəşli” yatağıdır. Xatırladaq ki, Neft Daşları
yatağından 10-15 km aralıda yerləşən bu perspektivli struktur ötən əsrin ortalarında
azərbaycanlı geoloq və geofiziklər tərəfindən aşkar edilmişdir.
1949-cu ildən indiyə qədər 1940 quyu qazılmışdır. Bu zaman ərzində 160 mln
ton neft, 12.3 mlrd kub qaz əldə edilmişdir. İndi hər gün Neft Daşlarında 5-6 yeni
quyu qazılır və bunların hərəsinin ilk dövrdə sutkada 15-16 ton neft verməyə imkanı
var. Bu göstərici “Çıraq-1” stasionar platforması ilə müqayisədə (sutkada 2 min ton)
əlbəttə çox deyil. Lakin unutmaq olmaz ki, Azərbaycanın neft sənayesinin inkişafına
məhz Neft Daşları təkan vermişdir.
Neft Daşlarının 60 illik yubileyi təntənə ilə 2009-cu ilin noyabrında qeyd
edilmişdir.
Son vaxtlar ARDNŞ-in Dövlət Komissiyası Neft Daşları yatağındakı 2415
nömrəli platformanın istismara qəbul edilməsi barədə Aktı imzalayıb. Hündürlüyü
35 metr olan ikibloklu platforma dənizin 23 metr dərinliyində quraşdırılıb. Onun üst
sahəsində qazma dəzgahı və texnoloji avadanlıqlar, habelə 36 nəfərin yaşaması üçün
7
------------------------------------------Neft Daşları-------------------------------------------
nəzərdə tutulmuş 2 mərtəbəli yaşayış evi quraşdırılıb. Bundan başqa, platforma
vertolyot meydançası və 4 yanalma sahəsi ilə təchiz edilib. 2415 nömrəli platforma
12 quyunun qazılması üçün nəzərdə tutulub. Qazma işlərini Neft Daşları Dəniz
Qazma İşləri İdarəsi aparır. Yeni platformanın istifadəyə verilməsi Neft Daşlarının
yubiley ilinə təsadüf etmişdir. Geoloqların hesablamalarına görə Neft Daşları
yatağında 20 milyon ton qalıq çıxarıla bilən neft ehtiyatı var. ARDNŞ 2014-cü
ilədək 72 yeni quyunun qazılması üçün burada yeni platformalar inşa etməyi
planlaşdırır. Son 3 il ərzində Neft Daşlarında 3 platforma istismara verilmişdir.
2010-cu ildə qazmaçılar Neft Daşları NQÇİ-yə 6 quyunu istismara buraxacaqları
barədə söz vermişlər. Və bununla da platformadan sutkalıq neft hasilatını 570 tona
çatdırmışlar. Ümumilikdə 2010-cu ildə Neft Daşları NQÇİ-nin yataqlarında 21 yeni
quyunun qazılacağı proqnozlaşdırılır.
Hal-hazırda Neft Daşları DQİİ - də 4 yataqda – Neft Daşları, Palçıq Pilpiləsi,
Gürgan dəniz və Pirallahı şimal qırışığı sahəsində qazma işləri aparır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yanacaq-energetika
kompleksinin inkişafı üzrə Dövlət Proqramı” (2005-2015-ci illər) çərçivəsində neft
və qaz hasilatının artırılması, bu məqsədlə işləmədə olan yataqların istismarının
intensivləşdirilməsi, yeni-yeni quyuların qazılması məsələləri ölkə rəhbərliyi
tərəfindən ARDNŞ qarşısında qoyulmuş başlıca vəzifələrdəndir. Prezidentimiz
İlham Əliyev hələ Neft Daşlarinin 55-ci ildönümündə olarkən belə demişdir:
“Bütün dövrlərdə - Azərbaycan Sovet İttifaqının bir hissəsi kimi yaşayanda
da, Azərbaycan müstəqil dövlət kimi yaşayanda da Heydər Əliyevin fəaliyyəti xalqa
xidmət etməkdən, xalqına, öz doğma torpağına xeyir gətirməkdən ibarət idi.
Bu gün müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Əgər 1994-cü ildə, çətin
dövrdə, həm də siyasi cəhətdən çox ağır dövrdə bütün təzyiqlərə və hədə-qorxulara
8
------------------------------------------Neft Daşları-------------------------------------------
baxmayaraq, Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu
gün Azərbaycanda nəinki neft sektorunda, ümumiyyətlə, iqtisadi sahədə inkişafdan
söhbət gedə bilməzdi”.
2009-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Neft Daşlarının 60 illiyi münasibəti ilə yenidən bu əfsanəvi şəhərdə
olmuşdur. Yubiley münasibəti ilə neftçiləri təbrik edərərək demişdir:
Neft Daşları Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir
dəyəridir, çox gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər bütün dövrlərdə
böyük hörmətə malik adamlar olmuşlar, bu dün də belədir. Neftçi peşəsi çox şərəfli
peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan
sonra da belə olacaqdır. Azərbaycan öz neft-qaz potensialını çox böyük məharətlə və
müdrikliklə realizə edir. Bu gün Azərbaycanın neft-qaz potensialının əksəriyyətini
təşkil edən “Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənməsi məhz 60 il
bundan əvvəl burada qoyulan təməl üzərində realaşır.
Zaman və hadisələrin inkişafı sübut etmiş və sübut etməkdədir ki, “Əsrin
müqaviləsi” Azərbaycanda müstəqilliyin əsas dayağıdır. 2010-cu il mayın 28-də
xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyini qeyd etdi.
Xalq Cümhuriyyəti müsəlman şərqində ilk müstəqil demokratik ölkə olmuş, ancaq
cəmi 23 ay yaşaya bilmişdir. İndi isə, Azərbaycanın üçrəngli bayrağı əsl azadlıq
zirvəsinə ucalmışdır və məhz Heydər Əliyevin müdrikliyi sayəsində enməzlik
səlahiyyəti qazanmışdır. Dağlıq Qarabağ adlı dərdimizin hələ sağalmadığı ağır bir
vaxtda xalqımızın rifahı da, ölkəmizdə gedən görünməmiş abadlıq da,
iqtisadiyyatımızın hərtərəfli inkişafı da “Əsrin müqaviləsi”ndən bəhrələnir. "Əsrin
müqaviləsi" Azərbaycanın qarşısında yeni inkişaf yolu açmışdır.
9
Dostları ilə paylaş: |