220
27 İyun - Böyük maarifçi Həsənbəy Zərdabinin anadan olmasının 175 illiyi,
(1837-1907)
Həsən bəy Zərdabi Azərbaycanın görkəmli ziyalısı,
Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk
müsəlman məzunu, islam dünyasının ilk təbiətşünas alimi,
Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869),
Azərbaycanda və bütün müsəlman Şərqində islam
xeyriyyəçilik
hərəkatının
banisidir
("Cəmiyyəti-
Xeyriyyə", 1872). H.Zərdabi 1873-cü ildə öz şagirdləri ilə
birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası
göstərmişdir. O, Azərbaycan müəllimlərinin birinci
qurultayının təşkilatçısı və qurultayın sədri (1906)
olmuşdur.
Həsən bəy Zərdabi Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk
təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini
isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil
olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir.
Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Ana dilində
qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi hökumətə müraciət
etmişdir. Bununla əlaqədar o, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin
22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi"
qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının
əsası qoyulmuşdur. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər
çapını davam etdirən "Əkinçi" ayda iki dəfə, 300-400 tirajla nəşr olunmuşdur. Bu
illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. İlk mətbu orqan kimi "Əkinçi"
öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik
tələblər irəli sürürdü.
1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur
olmuşdur. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür
yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol
oynamışdır. Maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist
Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmişdir. Məhz
buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında
çox yaşaya bilmədi. Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi
həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının
28-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
221
30 İyun - Yazıçı, dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli Axundovun
anadan olmasının 205 illiyi, (1812-1878)
Mirzə Fətəli Axundov Nuxa (indiki Şəki) şəhərində
anadan olmuşdur. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi
Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci
ildə anası ilə Şəkiyə qayıtmışdır. Dövrünün müasir elmləri
ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus
məktəbinə daxil olmuş və bir il burada təhsil
almışdır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin
baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri
mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu
vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. 1851-ci
ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar
Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunmuşdur.
O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili
Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.
M.F.Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə).
O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir.
M.F.Axundov 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yazmaqla
nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki
türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və oradakı Botanika
bağında yerləşən müsəlman məzarlığında dəfn olunmuşdur.
Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini
göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya
Mirzə Fətəli Axundov dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.
Azərbaycan teatrı Axundovun ölməz komediyaları zəminində yaranmışdır. 1873-
cü ildə Həsənbəy Zərdabi, Nəcəfbəy Vəzirovla birlikdə Bakı məktəblərinin
birində məşhur ―Hacı Qara‖ əsərinin tamaşasını göstərməklə, Azərbaycanda, həm
də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur.
2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə
Fətəli Axundov haqqında bioqrafik bədii film çəkilmişdir. "Sübhün səfiri"
adlanan filmi mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara
çıxmışdır.
Kitabları: ―Hacı Qara‖ 1850), , ―Müsyö Jordan və Dərvişi Məstəli şah‖ (1850),
―Aldanmış kəvakib‖ (1857) və s.
İnternetdə:
www.az.wikipedia.orq