33
29 Yanvar - Xalq artisti, baletmeyster Leyla Vəkilovanın anadan olmasının
90 illiyi, (1927-1999)
Leyla Məhəd qızı Vəkilova Bakıda doğulmuşdur. Səkkiz
yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olmuşdur. 1943-
cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət
Opera
və
Balet Teatrının balet truppasına solist
götürülmüşdür. 1945-1946-cı illərdə ixtisas səriştəsini
təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq
məqsədi ilə iki il Moskva Xoreoqrafiya Məktəbində xüsusi
kurs keçmişdir. Bakıya qayıdaraq Opera və Balet Teatrının
aparıcı balet aktrisası olmuşdur. Tezliklə o, ən sanballı balet
tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə
başlamışdır. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq
qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını
təşkil edir. Leyla Vəkilova klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin
hərəkət zərifliyini ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə
bilmişdir. Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq (―Qız qalası‖,
Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla (―Sonalar gölü‖, ―Yatmış
gözəl‖ və ―Şelkunçik‖, Pyotr Çaykovski), Pao Xoa (―Qırmızı lalə‖, Reynqard
Qlier), Kitri (―Don Kixot‖ Lüdviq Minkus), Laurensiya (―Laurensiya‖, Aleksandr
Kreyn), Zarema (―Bağçasaray fəvvarəsi‖, Boris Asafyev), Gülşən (―Gülşən‖,
Soltan Hacıbəyov), Aişə, Sari (―Yeddi gözəl‖ və ―İldırımlı yollarla‖, Qara
Qarayev), Şirin (―Məhəbbət əfsanəsi‖, Arif Məlikov), Jizel ("Jizel", Adolf Adan),
Malvina ("Qızıl açar", Boris Zeydman), Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov)
partiyalarını ifa etmişdir. Azərbaycan milli balet sənətinin tərəqqisində və
təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi böyük xidmətlərə görə
Leyla xanım Vəkilova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar
artisti, 26 aprel 1958-ci ildə Xalq artisti, 31 dekabr 1967-ci ildə SSRİ Xalq artisti
fəxri adlarına layiq görülüb. Leyla xanım Vəkilova Polşada (1956, 1962, 1968),
Suriyada (1960), Çexoslavakiyada (1964), Hindistanda (1965), Bolqarıstanda
(1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə
(1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster
kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən
Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib.
Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla
Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.
İnternetdə:
www.books.google.com
34
Milli qəhrəmanlar zirvəsi
28 Yanvar - Azərbaycanın Milli Qəhrəmanı Səfərov Cəlil Əziz oğlunun
anadan olmasının 55 illiyi, (1962-1992)
Cəlil Səfərov
Gürcüstan Respublikası Marneuli
rayonunun
Lejbəddin
kəndində
doğulmuşdur.
Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. 1969-1977-ci
illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə
C.Naxçıvanski
adına
ali
Hərbi
Litseyə
qəbul
edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz
Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olmuşdur. 1984-cü ildən
Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmiş, 8 il sonra Azərbaycana
qayıtmışdır. Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit
xidməti başa çatdıqdan sonra burada qalmışdır. Şuşa cəbhəsində dəqiq atəşlərlə
erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq etmişdir.
Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər
vermişdir. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən
döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak
olmuşdur. Ailəli idi, iki övladı yadigar qalmışdır. Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı
ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adı verilmişdir.
Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanın adını daşıyır. Gürcüstan
Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb.
Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !
Nəriman Həsənzadə
İnternetdə:
www.books.google.com