Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
6
Metodologiya və verilənlər bazası
Qiymətləndirəcəyimiz idxal və ixrac funksiyaları digər tələb bərabərlikləri kimi,
özündə tələbin kəmiyyəti və malların nisbi qiymətlərini əks etdirir. Bizim
tədqiqatda malların nisbi qiymətləri kimi real ikitərəfli və real effektiv məzənnələr
istifadə edilmişdir. İxrac funksiyası aşağıdakı kimi verilmişdir:
,
=
+
Ü
, ,
+
,
+
+
,
(1)
Modeldəki dəyişənlər loqarifmik, real məzənnə isə loqarifmik differensial formada
verilmişdir. Bütün dəyişənlər 2001-ci ilə nəzərən indeksləşdirilmişdir. Modeldəki i
və t indeksləri müvafiq olaraq ölkələri və illəri əks etdirir. Qeyd olunan dəyişənlər
aşağıdakılardır:
,
- Azərbaycanın müvafiq xarici ölkələrə real qeyri-neft ixracını göstərir.
log
Ü
, ,
- İxrac edilən ölkələrin adambaşına real ümumi daxili məhsulunu əks
etdirir. Göstərici xarici bazarlarda tələbin səviyyəsini göstərir. Xarici bazarlarda
artan tələb ölkənin həmin bazarlara ixracını stimullaşdıra bilər. Buna görə də bu
göstəricinin əhəmiyyətli və müsbət əmsala malik olacağını gözləmək olar.
log
,
- ölkəmizin xarici ölkələrin valyutaları ilə olan real ikitərəfli məzənnəsini
əks etdirir. Real məzənnənin artımı milli valyutanın möhkəmlənməsini göstərir.
Qeyd edək ki, real ikitərəfli məzənnələrin hesablanmasında inflyasiyanı nəzərə
almaq üçün İstehlakçı Qiymətləri İndeksindən (İQİ) istifadə olunmuşdur.
Tənlik (1)-də -ölkələrin zamanla dəyişməyən xüsusiyyətlərini əks etdirir.
(1) tənliyinin bəzi modifikasiyalarında biz real ikitərəfli məzənnənin əvəzinə
ölkəmizin real effektiv məzənnəsindən istifadə etmişik.
,
-modelin əhatə edə bilmədiyi xətaları özündə ehtiva edir.
Model klassik tələb funksiyası kimi ifadə olunduğundan, xarici bazarlarda tələbin
səviyyəsi artanda, ölkəmizin həmin bazarlara ixrac səviyyəsinin artmasını gözləmək
olar. Ölkəmizdə real məzənnənin bahalaşması ilə nisbi qiymətlərin qalxması isə
xarici bazarlara ixracın səviyyəsinin azalacağını ehtimal etməyə əsas verir. Yəni,
ölkənin ixracının xarici tələbə (Ü
, ,
) olan elastikliyinin müsbət, nisbi qiymət
artımına elastikliyin isə (
,
) mənfi olacağı gözlənilir.
Tədqiqatda qiymətləndirdiyimiz idxal funksiyası isə belə ifadə olunmuşdur:
,
=
+
/ Ü
,
+
+
,
+
+
,
(2)
Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
7
REM loqarifmik differensial formada, qalan dəyişənlər isə loqarifmik formada
verilmişdir. Bütün dəyişənlər 2001-ci ilə uyğun olaraq indeksləşdirilmişdir.
Modeldəki i və t indeksləri yuxarıda qeyd etdiyimiz kimi, müvafiq olaraq ölkələri
və illəri göstərir. Dəyişənlərin izahı belədir:
log
,
- Azərbaycanın xarici ölkələrdən real idxalını əks etdirir.
Ü
,
- Ölkəmizin qeyri-neft ÜDM-ni göstərir. Neft ÜDM-dən əldə edilən
gəlirlərin iqtisadiyyata həm birbaşa, həm də dolayı təsirini nəzərə alaraq, məcmu
tələbin uyğun əvəzedicisi kimi qeyri-neft real ÜDM-dən istifadə etmişik. Ölkədə
məcmu tələbin artımı idxala stimullaşdırıcı təsirə malikdir və bu səbəbdən biz bu
dəyişənin müsbət və statistik əhəmiyyətli olacağını güman edirik.
,
- İQİ əsasında hesablanmış real ikitərəfli məzənnədir. (2) tənliyində modelin
kövrəkliyini yoxlamaq üçün reqressiyalarda real effektiv məzənnədən istifadə
olunmuşdur. Nəzəriyyəyə uyğun olaraq, real ikitərəfli və ya effektiv məzənnənin
artımı manatın möhkəmlənməsi ilə idxalı ucuzlaşdırır. Bu səbəbdən, manatın real
ikitərəfli və ya effektiv məzənnəsinin dəyişməsinin idxala təsirinin müsbət və
statistik əhəmiyyətli olacağını gözləmək olar.
- dövlət büdcəsinə neft gəlirlərinin transfertlərini əhatə edir. Bu, neft
gəlirlərinin iqtisadiyyata əsas transmissiya kanalıdır və məcmu tələbə təsir edə
biləcək amildir.
-isə ölkələrin zamana görə dəyişməyən məxsusi effektlərini
göstərir.
Yuxarıdakı əks olunan tənliklər ilk öncə, təsbit olunmuş effektlər (fixed effects)
üsulu ilə qiymətləndiriləcəkdir. Qiymətləndirmənin əhatəliliyini və dayanıqlığını
yoxlamaq üçün tam modifikasiya olunmuş ən kiçik kvadratlar üsulu (FMOLS) və
Ümumiləşdirilmiş Momentlər Üsulundan (GMM) istifadə etmişik. Nəticədə biz bu
üsulların səmərəliliyini təhlil edib və hansı nəticələrin reallığı daha mükəmməl əks
etdirdiyini qeyd etmişik.
FMOLS metodologiyası
FMOLS qiymətləndirməsi birinci dərəcədən inteqrasiya olunmuş I(1) dəyişənlərdən
ibarət kointeqrasiya əlaqəsi olan panellər üçün daha effektiv üsul hesab edilir.
Dəyişənlərin birinci dərəcədən inteqrasiya olduğunu yoxlamaq üçün panel vahid
kök (unit root test) testləri tətbiq olunur. Bəzi araşdırmalar sübut edir ki, panel
vahid kök testləri zaman sıraları vahid kök testlərindən daha qüvvətlidir. Vahid kök
testlərinin bir neçə üsulu mövcuddur və onlar ümumən aşağıdakı avtoreqressiv
tənliyə əsaslanır: