Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
10
Cədvəl 1 və 2-də uyğun olaraq idxal və ixrac dəyişənləri üçün panel kök testlərinin
nəticələri verilmişdir. Cədvəl 1-in sütun (1)-(5)-də istehlak məhsulları idxalı
dəyişənindən başqa, ümumi idxal, kapital və aralıq məhsulları idxalı sıfır fərziyyəsi
vahid kökün olmasını göstərən əksər testlərin nəticələrini rədd edir. (2) sütunda isə
heç bir idxal dəyişəni vahid kökün mövcudluğu fərziyyəsini rədd edə bilmir. (6)-cı
sütunda isə sıfır fərziyyəsi stasionar proses olan Hadri testində bütün dəyişənlər
üçün sıfır fərziyyəni rədd edir. Yəni (2) və (6) sütunların nəticələri digər
sütunlardakı nəticələrlə ziddiyyət təşkil edir.
Qeyri-neft ÜDM və neft gəlirlərinin transfertləri üçün uyğun dəyişənlər isə əsasən
vahid kökün olması fərziyyələrini inkar etmirlər. Cədvəl 2-də həmçinin, istehlak və
kapital məhsulları ixracından başqa, ümumi və aralıq ixrac dəyişənləri vahid kökün
mövcudluğunu rədd edir. (2) sütunda isə real effektiv məzənnədən başqa dəyişənlər
vahid kökün olmasını inkar etmir. (6)-cı sütunda isə bütün dəyişənlər stasionarlıq
sıfır fərziyyəsini rədd edir. İdxal və ixrac dəyişənləri üçün alınan bu əks test
nəticələri bizim verilənlər bazasında dövrlərin sayının nisbətən az olması
səbəbindən baş verə bilər. Belə məhdudiyyətin olduğunu unutmayaraq, biz Cədvəl
3-6-də dəyişənlərin kointeqrasiya əlaqələrinə baxmışıq. Cədvəl 3-də ixrac
dəyişənlərinin kointeqrasiya əlaqələrinə ikitərəfli məzənnə, Cədvəl 4-də isə real
effektiv məzənnə ilə baxılmışdır.
Pedroninin (1999) təklif etdiyi bu kointeqrasiya testində əsas yeddi statistikaya
diqqət edilir. Cədvəl 3 və 4-dən də göründüyü kimi, əksər statistikalar kointeqrasiya
əlaqələrini rədd etsələr də, bəziləri kointeqrasiyanı inkar edə bilmir. Cədvəl 5 və 6-
də isə analoji kointeqrasiya testləri idxal dəyişənləri üçün aparılmışdır. Təqdim
olunan yeddi statistikaya baxarkən, görünür ki, nəticələr yenə də homogenlik
nümayiş etdirmir. Biz bütün verilənlər bazasında çatışmazlıqları unutmayaraq, digər
ekonometrik modellərlə yanaşı müqayisə üçün FMOLS reqressiya nəticələrini də
əsas cədvəllərdə təqdim etmişik. Bu modelin tam olaraq dayanıqlı nəticələr
verəcəyini fərz etməsək də, nəticələrin digər modellərlə müqayisəsini təqdirəlayiq
hesab edirik.
Cədvəl 7-də (1) və (2) sütunları idxalın real ikitərəfli məzənnə ilə uyğun olaraq
ölkələrin və dövrlərin təsbit olunmuş effektləri üsulu ilə qiymətləndirmə nəticələrini
əks etdirir. Hər iki üsulda xarici tələbin böyük həcmdə və statistik əhəmiyyətli
elastikliyə malik olduğunu görürük. Başqa sözlə, (1)-in nəticəsinə görə xarici
tələbin 10% artması xarici bazarlara ixracını 17.6% artırır.
Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
11
(1)-ci sütunda real ikitərəfli məzənnə gözlənilən əhəmiyyətli mənfi elastiklik
nümayiş etdirir. Lakin, tənlikdə dövrlərin effektlərinə nəzarət etdikdə, sütun (2)-də
ikitərəfli məzənnə öz gözlənilən işarəsini saxlayır, lakin, əhəmiyyətliliyini itirir.
Sütun (3)-dəki tənliyi real effektiv məzənnə ilə reqressiya etmişik. Bu
modifikasiyada da ixrac xarici tələbə müsbət statistik əhəmiyyətli elastiklik
nümayiş etdirir. Ancaq sütun (3)-də ixracın real effektiv məzənnəyə əhəmiyyətli
elastikliyini müşahidə etmirik. Regressiyalarda R-kvadratın nisbətən yüksək olması
onu göstərir ki, model verilənlər bazasının əhəmiyyətli hissəsini izah edir.
Cədvəl 7-dən göründüyü kimi, real ikitərəfli məzənnənin verilənlər bazası bəzi
tərəfdaş ölkələr üçün olmadığından müşahidələrin sayı aşağıdır. (1)-(3) sütunlarının
nəticələri ölkələrin və dövrlərin dəyişməyən effektlərini nəzərə alsa da, tənliyin
endogenlik problemini həll etmir.
(4)-(5) sütunlarda FMOLS reqressiya nəticələri əks olunmuşdur. FMOLS ölkənin
ümumi ixracının xarici tələbə olan yüksək və statistik əhəmiyyətli elastikliyini
nümayiş etdirir. Real ikitərəfli məzənnənin artımının isə ixraca əhəmiyyətli mənfi
təsir etdiyi görünür. Real effektiv məzənnə ilə qiymətləndirmədə isə xarici tələbə
yüksək elastiklik qalsa da, effektiv məzənnə əmsalı əhəmiyyətli deyil. (6) və (8)-ci
sütunlarda GMM reqressiyalarının nəticələri verilmişdir. (6) və (7)-ci sütunlardakı
nəticələr digər modellərin nəticələri ilə ahənglik təşkil edir. Biz yenə də real ixracın
xarici tələbə müsbət, məzənnə artımına isə mənfi elastikliyinin şahidi oluruq. Qeyd
olunmalıdır ki, real effektiv məzənnə artımının ixraca mənfi təsiri ikitərəfli
məzənnənin analoji təsirindən miqyasca azdır.
Sütun (8)-də isə real effektiv məzənnənin loqarifmik fərqi reqressiya edilmişdir. Bu
modifikasiya da bizim əvvəlki nəticələrimizi təsdiq edir. Nəticədən görünür ki, real
effektiv məzənnənin 10% artması ixracı 1.5% azaldır. Xarici tələbə olan elastiklik
müsbət əhəmiyyətli olsa da, həcmcə nisbətən aşağıdır. GMM modelində dayanıqlığı
göstərən J-testin nəticələri instrumentlərin yararlılığını təsdiq edir. Həmçinin
tənliyin qalıqlarında ikinci dərəcə serial korrelyasiya müşahidə edilmir.
Cədvəl 8-də kapital məhsulları ixracının elastiklikləri əks olunmuşdur. Nəticələrdən
görünür ki, dəyişməyən effektlər və FMOLS modelləri kapital ixracının xarici
tələbə və məzənnə dəyişikliyinə elastik deyil. Lakin, GMM modelinin nəticələrini
göstərən sütun (6) və (8)-də biz kapital ixracının xarici tələbə və məzənnə artımına
müsbət və əhəmiyyətli elastikliyini müşahidə edirik. Bizim modifikasiyada
məzənnə artımı milli valyutanın möhkəmlənməsini göstərir və alternativ olaraq
dolların ucuzlaşması anlamına gəlir. Ölkədən ixrac edilən kapital məhsulları ixracı
isə əsasən dollarda ifadə olduğundan, kapital ixracına məzənnənin müsbət