Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası



Yüklə 21,08 Kb.

tarix08.11.2018
ölçüsü21,08 Kb.


“Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının 

hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



 

“Normativ  hüquqi  aktlar  haqqında”  Azərbaycan  Respublikasının  Konstitusiya 

Qanununun  tətbiq  edilməsi  barədə”  Azərbaycan  Respublikası  Prezidentinin  2011-ci  il 

16  fevral  tarixli  384  nömrəli  Fərmanının  1.3.4-cü  yarımbəndinin  icrasını  təmin  etmək 

məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

1.  “Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  normativ  xarakterli  aktlarının 

hazırlanması və qəbul edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə 

 

Bakı şəhəri, 



11 noyabr

 2011-ci il 

№ 184

 

 



 

Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2011-ci il 11 noyabr 

tarixli 184 nömrəli qərarı ilə 



təsdiq edilmişdir 

 

Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının 

hazırlanması və qəbul edilməsi 

Q A Y D A S I  

 

1. Ümumi müddəalar 

 

1.1.  Bu  Qayda  “Normativ  hüquqi  aktlar  haqqında”  Azərbaycan  Respublikasının 



Konstitusiya  Qanununun  tətbiq  edilməsi  barədə”  Azərbaycan  Respublikası 

Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinin 

icrası  məqsədi  ilə  hazırlanmışdır  və  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 

(bundan  sonra  -  Mərkəzi  Bank)  normativ  xarakterli  aktlarının  hazırlanması  və  qəbul 

edilməsi məsələlərini müəyyən edir.  

1.2.  Mərkəzi  Bankın  normativ  xarakterli  aktı  Mərkəzi  Bank  tərəfindən  qəbul 

edilmiş,  məhdud  subyektlər  dairəsi  (bütün  banklar,  bank  olmayan  kredit  təşkilatları, 

habelə  digər  şəxslər)  üçün  məcburi  davranış  qaydasını  əks  etdirən  və  dəfələrlə  tətbiq 

olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir. 

1.3. Mərkəzi Bankın normativ xarakterli aktları qərar formasında qəbul edilir. 

1.4.  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları  “Normativ  hüquqi  aktlar 

haqqında”  Azərbaycan  Respublikası  Konstitusiya  Qanununun  (bundan  sonra  - 




Konstitusiya  Qanunu)  4.3-cü  maddəsinə  uyğun  olaraq,  normativ  hüquqi  akt  əsasında 

qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.  

1.5.  Konstitusiya  Qanununun  4.4-cü  maddəsinə  uyğun  olaraq,  Mərkəzi  Bankın 

normativ  xarakterli  aktları  Azərbaycan  Respublikasının  normativ  hüquqi  aktları  ilə 

ziddiyyət təşkil etməməlidir. 

1.6.  Konstitusiya  Qanununun  4.2-ci  maddəsinə  uyğun  olaraq,  Mərkəzi  Bankın 

normativ  xarakterli  aktları  onların  icra  olunmamasına  görə  məsuliyyət  müəyyən  edə 

bilməz. 


 

2. Mərkəzi Bankın normativ xarakterli aktlarının hazırlanması 

 

2.1.  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları  Konstitusiya  Qanununun  50-ci 



maddəsinin tələblərinə uyğun olaraq hazırlanır. 

2.2.  Mərkəzi  Bank  normativ  xarakterli  aktın  layihəsini  aidiyyəti  struktur 

bölmələrinin  iştirakı  ilə  müstəqil  surətdə  hazırlaya,  habelə  layihələrin  hazırlanmasına 

müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq 

verə bilər. 

2.3. Konstitusiya Qanununun 45.3-cü maddəsinə  əsasən  normativ xarakterli aktın 

layihəsi Mərkəzi Bankın hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır. 

2.4.  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  17.8-ci  maddəsinə  əsasən  qəbul  edilməli  olan 

normativ  xarakterli  aktlar  Mərkəzi  Bank  yanında  Maliyyə  Monitorinqi  Xidmətinin 

təklifləri nəzərə alınmaqla hazırlanır. 

2.5.  Konstitusiya  Qanununun  46.1-ci  maddəsinə  uyğun  olaraq,  Mərkəzi  Bankın 

normativ xarakterli aktının layihəsinin razılaşdırılması müvafiq qanunvericiliyə əsasən 

məcburi  olduqda,  habelə  normativ  xarakterli  aktda  digər  dövlət  orqanları  ilə  bağlı 

müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır. 

 

3. Mərkəzi Bankın normativ xarakterli aktlarının qəbul edilməsi 

 

3.1. Mərkəzi Bankın normativ xarakterli aktları İdarə Heyəti tərəfindən qəbul edilir 



və Mərkəzi Bankın sədri tərəfindən imzalanır.  

3.2.  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları  Azərbaycan  Respublikasının 

Hüquqi  Aktların  Dövlət  Reyestrinə  (bundan  sonra  -  Dövlət  Reyestri)  daxil  edilmək 

məqsədi  ilə  həmin  aktların  qəbul  edildiyi  gündən  3  gün  keçənədək  Azərbaycan 

Respublikasının Ədliyyə Nazirliyinə göndərilir. 

3.3.  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları,  həmin  aktlarda  qüvvəyə 

minmənin  daha  gec  müddəti  nəzərdə  tutulmadıqda,  Dövlət  Reyestrinin  elektron 

variantında dərc edildiyi gündən qüvvəyə minir.  

3.4.  Zəruri  hallarda,  o  cümlədən  yeni  hüquqi  aktın  qəbul  edilməsi  ilə  əlaqədar 

Mərkəzi Bank qüvvədə olan  normativ xarakterli aktlarında müvafiq dəyişikliklər edir. 




Normativ  xarakterli  aktlarının  yeni  qəbul  edilmiş  hüquqi  akta  uyğunlaşdırılması 

zərurəti  olmadıqda,  Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyinə 

müvafiq məlumat verir. 

 

4. Yekun müddəalar 



 

4.1.  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarının  rəsmiləşdirilməsi,  dərc 

edilməsi, qüvvədə olması, şərh edilməsi  və sistemləşdirilməsi  ilə bağlı  digər məsələlər 

Konstitusiya Qanununa uyğun olaraq tənzimlənir.  

4.2. Bu Qaydanın 4.1-ci bəndində qeyd edilən, Mərkəzi Bankın normativ xarakterli 

aktlarının  hazırlanması  və  qəbul  edilməsi  ilə  bağlı  digər  məsələlər  həmçinin 

Azərbaycan  Respublikasının  “Banklar  haqqında”  və  “Azərbaycan  Respublikasının 

Mərkəzi Bankı haqqında” qanunlarına uyğun olaraq tənzimlənir. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə