tərəfindən göstərilən səyləri tam şəkildə dəstəklədiyini bir daha
bildirir. Avropa İttifaqı münaqişə tərəflərini 24 oktyabr 1993-cü il
tarixində pozulmuş atəşkəsi bərpa etməyə çağırır.
2.1.7. Azərbaycan
1.3.7. Avropa İttifaqının Sədrliyi adından Azərbaycandakı
vəziyyət ilə bağlı 17 yanvar tarixində Afina və Brüssel şəhərlərində
yayılmış kommünike:
“Avropa İttifaqı dekabr ayının ortalarından etibarən Dağlıq
Qarabağ regionunda irimiqyaslı döyüşlərin yenidən başlanması ilə
bağlı dərin narahatlıq hissi keçirir. Avropa İttifaqı mövcud tərəfləri
təmkinlilik nümayiş etdirməyə və artıq müharibə nəticəsində əziyyət
çəkmiş insanlara yenidən əzab verməməyə çağınr.
Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyü
prinsipini dəstəklədiyini bildirir və münaqişənin sülh yolu ilə
nizamlanmasına dəvət edir. Məsələnin beynəlxalq xarakter alması
təhlükəsini nəzərə alaraq, Avropa İttifaqı aidiyyəti olan tərəfləri
döyüşləri dayandırmağa və BMT TŞ müvafiq qətnamələrinə əməl
etməyə çağınr. Avropa İttifaqı tam şəkildə dəstəklədiyi, ATƏM-in
Minsk Qrupu çərçivəsində münaqişə tərəfləri arasında aparılan
danışıqları ən qısa zamanda yenidən başlamağa çağınr.”
2.1.8. Dağlıq Qarabağ
1.3.5.
Avropa İttifaqının Sədrliyi adından Dağlıq Qarabağa dair
5 avqust tarixində Brüssel və Bon şəhərlərində yayılmış
kommünike:
“Avropa İttifaqı 12 may 1994-cü ildən etibarən qüvvədə olan
atəşkəsin Ermənistan və Azərbaycan Müdafiə Nazirləri, habelə
Dağlıq Qarabağın hərbi birləşmələri tərəfindən 27 iyul 1994-cü il
tarixində yazılı şəkildə təsdiq edilməsini təqdirəlayiq olduğunu
bəyan edir. Münaqişə iştirakçılannın atdığı bu addım gələcəkdə
məsələnin qarşılıqlı razılıq əsasında siyasi nizamlanmasına xidmət
edəcəkdir.
Beləliklə, Avropa İttifaqı bu istiqamətdə tərəfləri ATƏM-in
Minsk Qrupu ilə yaxından əməkdaşlıq etməyə və davamlı siyasi
nizamlanmaya nail olmaq üçün üzərilərinə düşənləri yerinə
yetirməyə çağırır. Fürsətdən istifadə edərək, Avropa İttifaqı bir daha
172
Minsk Qrupunun səylərini tam şəkildə dəstəklədiyini bəyan edir.
Atəşkəsin təsdiq edilməsi təkcə ilk mərhələ deyil, eyni zamanda
davamlı siyasi nizamlanmanın əldə edilməsi üçün danışıqların
apanlması istiqamətində mühüm səy deməkdir. Avropa İttifaqı
ATƏM müşahidəçilərinin regiona göndərilməsi üçün müvafiq razı
laşmanın imzalanması məqsədilə avqust ayında danışıqların sürət-
ləndirməsinə dair tərəflərin niyyətini alqışlayır. Belə ki, Avropa İtti
faqı münaqişə tərəflərini ATƏM-in müşahidə missiyasının
maksimum dərəcədə həyata keçirilməsindən ibarət olan ilk
mərhələni dəstəkləməyə çağınr.
Bu kommünike dörd dövlətin mövqeyini bildirir.
2.1.9.Dağlıq Qarabağ
1.3.5.
Avropa İttifaqının Sədrliyi adından Dağlıq Qarabağa dair
15 (1994) senytabr tarixində Brüssel və Bon şəhərlərində yayılmış
kommünike:
“Avropa İttifaqı son günlərdə Ermənistan, Azərbaycan və
Dağlıq Qarabağ rəhbərləri tərəfindən ATƏM-in Minsk Qrupunun
Sədri səfir Eliassonun regiona səfəri zamanı verilmiş bəyanatlan
böyük məmnuniyyətlə qarşılayır. Həmin bəyanatlarda tərəflər
münaqişənin nizamlanmasına dair razılığın əldə edilməsinə qədər
atəşkəsə riayət edəcəkləri ilə bağlı niyyətlərini vurğulamışlar.
Bundan əlavə, Avropa İttifaqı məsələ ilə əlaqədar Ermənistan və
Azərbaycan hökumətləri, habelə Stepanakert rəhbərliyi tərəfindən
verilmiş rəsmi bəyanatları alqışlayır.
Avropa İttifaqı hesab edir ki, atəşkəsin gücləndirilməsi və
məsələnin siyasi nizamlanması yolunda bu addıın mühüm
əhəmiyyətə malikdir. Avropa İttifaqı ATƏM-in Minsk Qrupuna
sözügedən bəyanatlarla nəticələnən səylərinə görə minnəttdarlığmı
bildirir və Qrupun Dağlıq Qarabağ regionunda sülhün bərqərar
olunması naminə mühüm fəaliyyətini dəstəkləyir. Avropa İttifaqı
Minsk Konfransının tezliklə çağırıla biləcəyinə səmimi şəkildə ümid
edir.
Nəhayət, Avropa İttifaqı ümid edir ki, münaqişə tərəfləri
özlərinin ictimaiyyət üçün nəzərdə tutulmuş bəyanatlarında
təmkinlilik nümayiş etdiriləcəkdir. Bundan əlavə, Avropa İttifaqı
danışıqlar prosesi üçün münbit və psixoloji nöqteyi nəzərdən
173
əlverişli şəraitin yaradılması üçün tərəflər arasında təmasların davam
etdirilməsini tövsiyə edir.
Bu kommünike dörd dövlətin mövqeyini bildirir.
2.1.10.
Dağlıq
Qarabağ
münaqişəsinə dair Avropa
İttifaqının mövqeyi
Avropa İttifaqı Sədrliyinin Azərbaycan Respublikasının Dağlıq
Qarabağ regionunda qondarma “prezident seçkilərp’ni pisləyən və
münaqişənin sülh yolu ilə həll edilməsinin əsası kimi Azərbaycanın
ərazi bütövlüyünü bir daha təsdiqləyən Bəyannaməsi.
Dağlıq Qarabağda qarşıdan gələn “Prezident seçkiləri”nə dair
Avropa ittifaqı adından Sədrliyin Bəyannaməsi
B r ü s s e l, 2 a v q u s t 2 0 0 2 - c i il
Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini
təsdiq edir və bir daha bəyan edir ki, o, Dağlıq Qarabağın müs
təqilliyini tanımır. Avropa İttifaqı həmişə Dağlıq Qarabağla bağlı
Azərbaycan və Ermənistan üçün məqbul sayılan sabit siyasi
razılaşmanın əldə edilməsinin zəruriliyini vurğulamışdır. Avropa
İttifaqı 11 avqust 2002-ci il tarixində Dağlıq Qarabağda keçirilməsi
nəzərdə tutulan “prezident seçkiləri”ni qanuni hesab edə bilməz.
Avropa İttifaqı bu seçkilərin sülh prosesinə təsir edəcəyinə inanmır.
Avropa İttifaqı iiə əlaqədə olan Mərkəzi və Şərqi Avropa öl
kələri, Kipr, Malta və Türkiyə, Avropa Azad Ticarət Assosiasiyasına
üzv olan İslandiya, Lixtenşteyn və Norveç, Avropa İqtisadi Məkanı
üzvləri olan ölkələr bu bəyannaməy ə qoşulurlar.
2 . 2.Avropa Parlamentinin sənədləri
2.2.1.
“Cənubi Kavkazda Avropa Birliyi strategiyasının
tərtib edilməsi zərurəti haqqında” adlı 20 İVIay 2010 il tarixli
Avropa Parlamentinin qətnaməsi (2009/2216(1NI)
(ç ıx a r ış )
Avropa Parlamenti,
174
- Cənubi Qavqaz üzrə özünün əvvəlki qərarlarını, o cümlədən
Avropa Mehriban Qonşuluq Siyasətinin (AMQS) möhkəmləndiril
məsi üzrə özünün 15 Noyabr 2007-ci il tarixli qətnaməsini (1) və
Cənubi Qavqaz üçün daha səmərəli AB siyasəti haqqında (2) və
Qara Dəniz Regional Siyasətinə Yanaşma haqqında (3) özünün 17
Yanvar 2008-ci il tarixli qətnamələrini nəzərə alaraq,
- Azərbaycana dair: ifadə azadlığı 17 Dekabr 2009-cu il tarixli
(4), Gürcüstana dair 3 Sentyabr 2008-ci il tarixli (5); Gürcüstanda
vəziyyətin pisləşməsinə dair 5 İyun 2008-ci il tarixli (6); və
Ermənistana dair 13 Mart 2008-ci il tarixli özünün son qətnamələrini
nəzərə alaraq,
- “Şərq Partnyorluğu (Tərəfdaşlığı)" adlı 3 Dekabr 2008-ci il
tarixli Komissiyanın Avropa Parlamenti və Şurasına Məlumatını
(COM( 2008)08*23) nəzərə alaraq,
- 7 May 2009 Praqa Şərq Partnyorluq Zirvə Görüşünün
(Sammitinin) Birgə Bəyanatını nəzərə alaraq,
- 2006-cı ilin noyabr ayında Ermənistan, Azərbaycan və
Gürcüstan tərəfindən Avropa Qonşuluq Siyasəti (AQS) Əməliyyat
Planlarının qəbul olunmasım və Avropa Qonşuluq Siyasəti
əməliyyat planlarının həyala keçirilməsi ilə sıx bağlı olan Avropa
Qonşuluq və Partnyorluq Alətini (AQPA) nəzərə alaraq,
- 23 Aprel 2009-cu ildə Komissiya tərəfindən qəbul olunmuş
Hnnənistana, Azərbaycana və Gürcüstana dair Avropa Qonşuluq
Siyasəti üzrə işlərin gedişatı haqqında Hesabatı nəzərə alaraq,
- AQPA çərçivəsində Ermənistan. Azərbaycan və Gürcüstan
üzrə 2007-2013 illər üçün Dövlət Strateqiyasını və 2007-2010 illər
üçün Milli Indikativ Proqramları nəzərə alaraq,
- Ermənistan, Azərbaycan və Gürcüstan üzrə AQPA Proqram
Sənədlərinin ortamüddətli icmalını nəzərə alaraq,
- 1990-cı ildə Ermənistanla, Azərbaycanla və Gürcüstanla
bağlanmış Partnyorluq və Əməkdaşlıq Müqavilələrini nəzərə alaraq,
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müvafiq
monitor inq hesabatım nəzərə alaraq,
30 sentyabr 2009-cu ildə dərc olunmuş Gürcüstanda
miinaqişəy'ə dair Beynəlxalq Fakt-Araşdırıcı Komissiyasının
məruzəsini ( Taqliavini Məruzəsi) nəzərə alaraq,
-özünün Prosedur Qaydalarının 48 nömrəli Qaydasını nəzərə
alaraq,
175
Yüklə Dostları ilə paylaş: |