Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə43/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   39   40   41   42   43   44   45   46   ...   84

tərəfindən  göstərilən  səyləri  tam  şəkildə  dəstəklədiyini  bir  daha 
bildirir.  Avropa  İttifaqı  münaqişə  tərəflərini  24  oktyabr  1993-cü  il 
tarixində pozulmuş atəşkəsi bərpa etməyə çağırır.
2.1.7. Azərbaycan
1.3.7.  Avropa  İttifaqının  Sədrliyi  adından  Azərbaycandakı 
vəziyyət ilə bağlı  17 yanvar tarixində Afina və  Brüssel şəhərlərində 
yayılmış kommünike:
“Avropa  İttifaqı  dekabr  ayının  ortalarından  etibarən  Dağlıq 
Qarabağ  regionunda  irimiqyaslı  döyüşlərin  yenidən  başlanması  ilə 
bağlı  dərin  narahatlıq hissi  keçirir.  Avropa İttifaqı  mövcud tərəfləri 
təmkinlilik nümayiş etdirməyə və artıq müharibə nəticəsində əziyyət 
çəkmiş insanlara yenidən əzab verməməyə çağınr.
Avropa  İttifaqı  bir  daha  Azərbaycanın  ərazi  bütövlüyü 
prinsipini  dəstəklədiyini  bildirir  və  münaqişənin  sülh  yolu  ilə 
nizamlanmasına  dəvət  edir.  Məsələnin  beynəlxalq  xarakter  alması 
təhlükəsini  nəzərə  alaraq,  Avropa  İttifaqı  aidiyyəti  olan  tərəfləri 
döyüşləri  dayandırmağa  və  BMT  TŞ  müvafiq  qətnamələrinə  əməl 
etməyə çağınr.  Avropa  İttifaqı  tam  şəkildə  dəstəklədiyi,  ATƏM-in 
Minsk  Qrupu  çərçivəsində  münaqişə  tərəfləri  arasında  aparılan 
danışıqları ən qısa zamanda yenidən başlamağa çağınr.”
2.1.8.  Dağlıq  Qarabağ
1.3.5. 
Avropa İttifaqının  Sədrliyi  adından  Dağlıq Qarabağa dair 
5  avqust  tarixində  Brüssel  və  Bon  şəhərlərində  yayılmış 
kommünike:
“Avropa  İttifaqı  12  may  1994-cü  ildən  etibarən  qüvvədə  olan 
atəşkəsin  Ermənistan  və  Azərbaycan  Müdafiə  Nazirləri,  habelə 
Dağlıq  Qarabağın  hərbi  birləşmələri  tərəfindən  27  iyul  1994-cü  il 
tarixində  yazılı  şəkildə  təsdiq  edilməsini  təqdirəlayiq  olduğunu 
bəyan  edir.  Münaqişə  iştirakçılannın  atdığı  bu  addım  gələcəkdə 
məsələnin  qarşılıqlı  razılıq  əsasında  siyasi  nizamlanmasına  xidmət 
edəcəkdir.
Beləliklə,  Avropa  İttifaqı  bu  istiqamətdə  tərəfləri  ATƏM-in 
Minsk  Qrupu  ilə  yaxından  əməkdaşlıq  etməyə  və  davamlı  siyasi 
nizamlanmaya  nail  olmaq  üçün  üzərilərinə  düşənləri  yerinə 
yetirməyə çağırır.  Fürsətdən istifadə edərək, Avropa İttifaqı bir daha
172
Minsk  Qrupunun  səylərini  tam  şəkildə  dəstəklədiyini  bəyan  edir. 
Atəşkəsin  təsdiq  edilməsi  təkcə  ilk  mərhələ  deyil,  eyni  zamanda 
davamlı  siyasi  nizamlanmanın  əldə  edilməsi  üçün  danışıqların 
apanlması  istiqamətində  mühüm  səy  deməkdir.  Avropa  İttifaqı 
ATƏM  müşahidəçilərinin  regiona  göndərilməsi  üçün  müvafiq  razı­
laşmanın  imzalanması  məqsədilə  avqust  ayında  danışıqların  sürət- 
ləndirməsinə dair tərəflərin niyyətini alqışlayır.  Belə ki, Avropa İtti­
faqı  münaqişə  tərəflərini  ATƏM-in  müşahidə  missiyasının 
maksimum  dərəcədə  həyata  keçirilməsindən  ibarət  olan  ilk 
mərhələni dəstəkləməyə çağınr.
Bu kommünike dörd dövlətin mövqeyini bildirir.
2.1.9.Dağlıq Qarabağ
1.3.5. 
Avropa İttifaqının  Sədrliyi  adından  Dağlıq Qarabağa dair 
15  (1994)  senytabr  tarixində  Brüssel  və  Bon  şəhərlərində  yayılmış 
kommünike:
“Avropa  İttifaqı  son  günlərdə  Ermənistan,  Azərbaycan  və 
Dağlıq  Qarabağ  rəhbərləri  tərəfindən  ATƏM-in  Minsk  Qrupunun 
Sədri  səfir  Eliassonun  regiona  səfəri  zamanı  verilmiş  bəyanatlan 
böyük  məmnuniyyətlə  qarşılayır.  Həmin  bəyanatlarda  tərəflər 
münaqişənin  nizamlanmasına  dair  razılığın  əldə  edilməsinə  qədər 
atəşkəsə  riayət  edəcəkləri  ilə  bağlı  niyyətlərini  vurğulamışlar. 
Bundan  əlavə,  Avropa  İttifaqı  məsələ  ilə  əlaqədar  Ermənistan  və 
Azərbaycan  hökumətləri,  habelə  Stepanakert  rəhbərliyi  tərəfindən 
verilmiş rəsmi bəyanatları alqışlayır.
Avropa  İttifaqı  hesab  edir  ki,  atəşkəsin  gücləndirilməsi  və 
məsələnin  siyasi  nizamlanması  yolunda  bu  addıın  mühüm 
əhəmiyyətə  malikdir.  Avropa  İttifaqı  ATƏM-in  Minsk  Qrupuna 
sözügedən  bəyanatlarla  nəticələnən  səylərinə  görə  minnəttdarlığmı 
bildirir  və  Qrupun  Dağlıq  Qarabağ  regionunda  sülhün  bərqərar 
olunması  naminə  mühüm  fəaliyyətini  dəstəkləyir.  Avropa  İttifaqı 
Minsk  Konfransının tezliklə çağırıla biləcəyinə səmimi şəkildə ümid 
edir.
Nəhayət,  Avropa  İttifaqı  ümid  edir  ki,  münaqişə  tərəfləri 
özlərinin  ictimaiyyət  üçün  nəzərdə  tutulmuş  bəyanatlarında 
təmkinlilik  nümayiş  etdiriləcəkdir.  Bundan  əlavə,  Avropa  İttifaqı 
danışıqlar  prosesi  üçün  münbit  və  psixoloji  nöqteyi  nəzərdən
173


əlverişli şəraitin yaradılması  üçün tərəflər arasında təmasların davam 
etdirilməsini tövsiyə edir.
Bu kommünike dörd dövlətin mövqeyini bildirir.
2.1.10. 
Dağlıq 
Qarabağ 
münaqişəsinə  dair  Avropa 
İttifaqının  mövqeyi
Avropa  İttifaqı  Sədrliyinin Azərbaycan  Respublikasının  Dağlıq 
Qarabağ  regionunda  qondarma  “prezident  seçkilərp’ni  pisləyən  və 
münaqişənin sülh yolu ilə həll edilməsinin əsası  kimi Azərbaycanın 
ərazi bütövlüyünü bir daha təsdiqləyən Bəyannaməsi.
Dağlıq Qarabağda qarşıdan gələn  “Prezident seçkiləri”nə dair 
Avropa ittifaqı adından Sədrliyin Bəyannaməsi
B r ü s s e l,  2   a v q u s t  2 0 0 2 - c i  il
Avropa  İttifaqı  Azərbaycanın  ərazi  bütövlüyünü  dəstəklədiyini 
təsdiq  edir  və  bir  daha  bəyan  edir  ki,  o,  Dağlıq  Qarabağın  müs­
təqilliyini  tanımır.  Avropa  İttifaqı  həmişə  Dağlıq  Qarabağla  bağlı 
Azərbaycan  və  Ermənistan  üçün  məqbul  sayılan  sabit  siyasi 
razılaşmanın  əldə  edilməsinin  zəruriliyini  vurğulamışdır.  Avropa 
İttifaqı  11  avqust 2002-ci  il  tarixində  Dağlıq Qarabağda keçirilməsi 
nəzərdə  tutulan  “prezident  seçkiləri”ni  qanuni  hesab  edə  bilməz. 
Avropa İttifaqı bu seçkilərin sülh prosesinə təsir edəcəyinə inanmır.
Avropa  İttifaqı  iiə  əlaqədə  olan  Mərkəzi  və  Şərqi  Avropa  öl­
kələri, Kipr, Malta və Türkiyə, Avropa Azad Ticarət Assosiasiyasına 
üzv olan  İslandiya,  Lixtenşteyn  və  Norveç,  Avropa  İqtisadi  Məkanı 
üzvləri olan ölkələr bu bəyannaməy ə qoşulurlar.
2 . 2.Avropa Parlamentinin sənədləri
2.2.1. 
“Cənubi  Kavkazda  Avropa  Birliyi  strategiyasının 
tərtib  edilməsi  zərurəti  haqqında”  adlı  20  İVIay  2010  il  tarixli 
Avropa Parlamentinin qətnaməsi (2009/2216(1NI)
(ç ıx a r ış )
Avropa Parlamenti,
174
-  Cənubi  Qavqaz  üzrə  özünün  əvvəlki  qərarlarını,  o  cümlədən 
Avropa  Mehriban  Qonşuluq  Siyasətinin  (AMQS)  möhkəmləndiril­
məsi  üzrə  özünün  15  Noyabr  2007-ci  il  tarixli  qətnaməsini  (1)  və 
Cənubi  Qavqaz  üçün  daha  səmərəli  AB  siyasəti  haqqında  (2)  və 
Qara  Dəniz  Regional  Siyasətinə  Yanaşma  haqqında  (3)  özünün  17 
Yanvar 2008-ci il tarixli qətnamələrini nəzərə alaraq,
-  Azərbaycana dair:  ifadə azadlığı  17  Dekabr 2009-cu  il  tarixli 
(4),  Gürcüstana  dair  3  Sentyabr  2008-ci  il  tarixli  (5);  Gürcüstanda 
vəziyyətin  pisləşməsinə  dair  5  İyun  2008-ci  il  tarixli  (6);  və 
Ermənistana dair 13 Mart 2008-ci  il tarixli özünün son qətnamələrini 
nəzərə alaraq,
-  “Şərq  Partnyorluğu  (Tərəfdaşlığı)"  adlı  3  Dekabr  2008-ci  il 
tarixli  Komissiyanın  Avropa  Parlamenti  və  Şurasına  Məlumatını 
(COM( 2008)08*23) nəzərə alaraq,
-   7  May  2009  Praqa  Şərq  Partnyorluq  Zirvə  Görüşünün 
(Sammitinin) Birgə Bəyanatını nəzərə alaraq,
-   2006-cı  ilin  noyabr  ayında  Ermənistan,  Azərbaycan  və 
Gürcüstan  tərəfindən  Avropa  Qonşuluq  Siyasəti  (AQS)  Əməliyyat 
Planlarının  qəbul  olunmasım  və  Avropa  Qonşuluq  Siyasəti 
əməliyyat  planlarının  həyala  keçirilməsi  ilə  sıx  bağlı  olan  Avropa 
Qonşuluq və Partnyorluq Alətini (AQPA) nəzərə alaraq,
-   23  Aprel  2009-cu  ildə  Komissiya tərəfindən  qəbul  olunmuş 
Hnnənistana,  Azərbaycana  və  Gürcüstana  dair  Avropa  Qonşuluq 
Siyasəti  üzrə işlərin gedişatı haqqında Hesabatı nəzərə alaraq,
-   AQPA  çərçivəsində  Ermənistan.  Azərbaycan  və  Gürcüstan 
üzrə  2007-2013  illər  üçün  Dövlət  Strateqiyasını  və  2007-2010  illər 
üçün Milli  Indikativ Proqramları  nəzərə alaraq,
-   Ermənistan,  Azərbaycan  və  Gürcüstan  üzrə  AQPA  Proqram 
Sənədlərinin ortamüddətli  icmalını  nəzərə alaraq,
-  1990-cı  ildə  Ermənistanla,  Azərbaycanla  və  Gürcüstanla 
bağlanmış Partnyorluq və Əməkdaşlıq Müqavilələrini nəzərə alaraq,
Avropa  Şurası  Parlament  Assambleyasının  (AŞPA)  müvafiq 
monitor inq hesabatım nəzərə alaraq,
30  sentyabr  2009-cu  ildə  dərc  olunmuş  Gürcüstanda 
miinaqişəy'ə  dair  Beynəlxalq  Fakt-Araşdırıcı  Komissiyasının 
məruzəsini ( Taqliavini  Məruzəsi) nəzərə alaraq,
-özünün  Prosedur  Qaydalarının  48  nömrəli  Qaydasını  nəzərə 
alaraq,
175


Yüklə

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə