Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə39/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   35   36   37   38   39   40   41   42   ...   84

Azərbaycan  Respublikasının  və  regionda  digər  dövlətlərinin 
suverenliyi və ərazi bütövlüyünübir daha təsdiq edərək,
Həmçinin,  beynəlxalq  sərhədlərin  pozulmazlığı  və  ərazi  əldə 
etmək  məqsədilə  gücün  tətbiqinin  yolverilməzliyini  bir  daha  təsdiq 
edərək,
Son  zamanda  böyük  sayda mülki  şəxslərin  yerlərinin  dəyişməsi 
və  Zəngilan  rayonunda,  Horadiz  şəhərində  və  Azərbaycanın  cənub 
sərhədində  fövqəladə  humanitar  vəziyyətin  yaranması  ilə  əlaqədar 
ciddi narahatçılığını ifadə edərək,
1.  Hərbi  əməliyyatların yenidən  başlanması  ilə nəticələnən tərəf­
lər  arasında  əldə  edilmiş  atəşkəsin  pozulmasını,  xüsusilə  Zəngilan 
rayonunun  və  Horadiz  şəhərinin  işğal  edilməsini,  dinc  əhaliyə  qarşı 
hücumları  və  Azərbaycan  Respublikasının  ərazisinin  bombardman 
edilməsini pisləyir;
2.  Ermənistan  hökumətini  Azərbaycan  Respublikasının  Dağlıq 
Qarabağ regionunun erməniləri  tərəfindən  822  (1993),  853  (1993)  və 
874  (1993)  saylı  qətnamələrə  riayət  edilməsinə  nail  olmaq  məqsədilə 
öz  nüfuzundan  istifadə  etməyə  və  hərbi  kampaniyanı  genişləndirmək 
üçün  lazımi  vasitələrin  münaqişəyə  cəlb  olunan  qüvvələrə 
verilməməsini təmin etməyə çağırır;
3.  ATƏM-in  Minsk  qrupunun  doqquz üzvünün  4  noyabr  1993- 
cü  il  tarixli  Bəyannaməsini1  alqışlayır  və  onun  tərkibində  atəşkəsin 
dayandırılması  haqqında  olan  birtərəfli  bəyanatlarla  bağlı  təklifləri 
yüksək qiymətləndirir;
4.  Maraqlı  tərəflərdən  ATƏM-in  Minsk  qrupunun  2-8  noyabr
1993-cü  tarixində  Vyanada  keçirilən  iclasında  edilən  düzəlişlərlə 
«Təhlükəsizlik  Şurasının  822  (1993)  və  853  (1993)  saylı 
qətnamələrinin  həyata  keçirilməsi  üzrə  təxirəsalınmaz  addımların 
Yeniləşdirilnıiş  cədvəlinə»*
 2  uyğun  olaraq  hərbi  əməliyyatların  və 
düşmənçilik 
hərəkətlərinin 
dərhal 
dayandırılmasını, 
Zəngilan 
rayonundan  və  Horadiz  şəhərindən  işğalçı  qüvvələrin  birtərəfli 
qaydada çıxarılmasını  və  Azərbaycan  Respublikasınnm bu yaxınlarda 
işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb
Təhlükəsizlik  Şurasının  rəsmi  hesabatları,  qırx  səkkizinci  il,  1993-cü  ilin
oktyabr, noyabr və dekabr ayları  üçün əlavə. Sənəd S/26718.
2
Yenə orada, sənəd S/26522, əlavə.
156
edir;
5.  Maraqlı  tərəfləri  ATƏM-in  Minsk qrupuna kömək  məqsədilə 
Rusiya Federasiyası  hökumətinin yardımı  ilə  həyata keçirilən  birbaşa 
əlaqələr nəticəsində  əldə  edilən  atəşkəsi  təcili  bərpa,  onu  effektiv  və 
daimi  etməyə,  və  ATƏM-in  Minsk  prosesi  və  Minsk  qrupunun  2-8 
noyabr  1993-cü  il  tarixli  iclasında  edilmiş  düzəlişlərlə  birlikdə 
«Yeniləşdirilmiş  cədvəl»  kontekstində  münaqişənin  danışıqlar 
vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;
6.  Regionda  olan  bütün  dövlətləri  münaqişənin  genişlənməsinə 
və regionda sülh  və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək 
hər  cür  düşmənçilik  hərəkətlərindən  və  hər  cür  müdaxilədən 
çəkinməyə bir daha çağırır;
7.  Baş  Katibdən  və  müvafiq  beynəlxalq  qurumlardan  Zəngilan 
rayonunun,  Horadiz  şəhərinin  və  Azərbaycanın  cənub  sərhədinin 
əhalisi  də daxil  olmaqla  zərər çəkmiş  əhaliyə təcili  humanitar yardım 
göstərməyi,  və  qaçqın  və  məcburi  köçkünlərə  təhlükəsiz və  ləyaqətlə 
öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir;
8.  Baş Katibə,  ATƏM-in  Fəaliyyətdə olan  Sədrinə və ATƏM-in 
Minsk  Konfransının  Sədrinə  Minsk  prosesinin  gedişi  və  yerlərdə 
vəziyyətin  bütün  aspektləri,  xüsusilə  Şuranın  müvafiq qətnamələrinin 
həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş  Millətlər 
Təşkilatı  arasında  indiki  və  gələcək  əməkdaşlıq  haqqında  Şuraya 
məruzələrini davam etdirmək barədə xahişini təkrar edir;
9.  Məsələ  ilə  fəal  şəkildə  məşğul  olmağı  davam  etdirməyi  qə­
rara alır.
3 3 1 3   s a y l ı   i c l a s d a  y e k d i l l i k l ə   q ə b u l   e d i lm iş d ir .
157


1.2.  BMT Baş Məclisinin qətnamələri.
/.2./.BM T Baş Məclisi A/RES/62/243
Altm ış ikinci sessiya
Gündəliyin 20-ci bəndi
2 5  a p r e l  2 0 0 8 - c i  il
Baş
 Məclisin qəbul etdiyi qətnamə
[baş komitələrə vermədən (A/62/L.42)]
62/243. Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət
Baş  Məclis,
Birləşmiş  M illətlər  Təşkilatının  Nizamnaməsinin  məqsədləri, 
prinsipləri və müddəalarını  rəhbər tutaraq,
Təhlükəsizlik  Şurasının  30  aprel  1993-cü  il  tarixli  822  (1993) 
nömrəli,  29  iyul  1993-cü  il  tarixli  853  (1993)  nömrəli,  14  oktyabr 
1993-cü  il  tarixli  874  (1993)  nömrəli  və  12  noyabr  1993-cü  il  tarixli 
884  (1993)  nömrəli  qətnamələrinə,  və  həmdə  "‘Azərbaycanda  olan 
qaçqın  və  məcburi  köçkünlərə  fövqəladə  beynəlxalq  yardımın 
göstərilməsi  haqqında”  adlandırılmış  20  dekabr  1993-cü  il  tarixli 
48/114  nömrəli  və  “Azərbaycanın  işğal  olunmuş  ərazilərində 
vəziyyət” adlandırılmış  7 sentyabr 2006-cı  iltarixli  60/285 nömrəli  Baş 
Məclisin  qətnamələrinə  istinad  edərək,  həmdə,  Dağlıq  Qarabağa 
bitişik  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  Avropa  Təhlükəsizlik 
və  Əməkdaşlıq  Təşkilatı  Minsk  qrupunun  faktların  müəyyən  edilməsi 
üzrə missiyasının  məruzəsinə,  və  faktların  müəyyən edilməsi  üzrə  mis­
siya  haqqında  Minsk  qrupunun  həmsədrlərinin  Avropa  Təhlükəsizlik 
və Əməkdaşlıq Təşkilatının  Daimi  surasına məktubuna'  istinad edərək.
Dağlıq  Qarabağda  və  ona  bitişik  rayonlarda  yanğınlardan 
zərərçəkmiş  ərazilərdə  ekoloji  vəziyyətin  qiymətləndirilməsi  üzrə, 
Avropa 
Təhlükəsizlik 
və 
Əməkdaşlıq 
Təşkilatı 
missiyasının 
məruzəsini2  nəzərə alaraq,  münaqişədə tərəflərin  beynəlxalq  humanitar 
hüqııq normalarına şərtsiz, əməl  elmək  öhdəliklərini  təsdiqlədərək,
Azərbaycan  Respublikasının  dağlıq  qarabağ  regionunda  və  onun
1 Bax  A/59/747-S/2005/187
2  A/61/696, əlavə
158
ətrafındakı  hərbi  münaqişənin  beynəlxalq  sülhə  və  təhlükəsizliyə 
təhlükə  yaratmasının  davam   etməsindən  ciddi  narahat olaraq  və  onun 
Cənubi  Qafqaz  ölkələrində  humanitar  vəziyyətə  və  bu  ölkələrdə 
inkişaf üçün mənfi nəticələrini  nəzərə alaraq,
l.onun  beynə1 xalq  tanınmış  sərhədlər  çərçivəsində  Azərbaycan 
Respublikasının  suverenliyinə  və  ərazi  bütövlüyünə  daimi  hörmət 
edilməsi və dəstək'ənməsi  haqqındayenidən bəyan edir;
2. 
Azərbaycan  Respublikasının  bütün  işğal  olunmuş  ərazilərindən 
erməni  qüvvələrinin  dərhal,  tam  və  qeyd-şərtsiz  çıxarılmasını  tələb 
edir;
3. 
Azərbaycan 
Respublikasının 
işğal 
olunmuş  ərazilərindən 
qovulmuş  əhalinin  öz  evlərinə  qayıtması  ayrılmaz  hüququnu 
təsdiqləyir  və  münaqişədən  zərər  çəkmiş  ərazilərdə  kompleks  bərpa 
olma  daxil  olmaqla,  bu  qayıdış  üçün  lazımi  şərtlərin  yaradılması 
zərurətini qeyd edir;
4. 
Azərbaycan  Respublikasının  dağlıq  qarabağ  regionunda  erməni 
və  azərbaycan  icmaların  normal,  təhlükəsiz  və  bərabər  həyatı  üçün 
şərtlərin  təmin  edilməsi  zərurətini  tanıyır,  bu  isə  Azərbaycan 
Respublikası  hüdudlarında  bu  regionda  effektiv  demokratik  idarəetmə 
sisteminin yaradılmasına imkan verər;
5. 
yenidən  bəyan  edir  ki,  heç  bir  dövlət  Azərbaycan  Respublika­
sının  ərazilərinin  işğalı  nəticəsində  yaranmış  vəziyyətin  qanuni 
olmasını  tanımamalıdır və  belə vəziyyətin saxlanılmasına kömək və ya 
vasitəçilik etməməlidir;
6. beynəlxalq  hüquq  normaları  və  prinsiplərinə  uyğurı  olaraq 
münaqişənin  dinc  nizamlanmasına  yönəlmiş  beynəlxalq  vasitəçilik 
səylərinə,  o  cümlədən  Avropa  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı 
Minsk  qrupunun  həmsədrlərinin  səylərinə  öz  dəstəyini  bəyan  edir,  və 
yuxanda  göstərilən  müddəalara  uyğun  olaraq  uzunmüddətli  və 
möhkəm  sülhün  təmin  edilməsi  məqsədləri  üçün  bu  səylərin 
fəallaşması  zərurətini  tanıyır;
7. 
üzv  dövlətləri  və  beynəlxalq  və  regional  təşkilatları  və 
mexanizmləri,  öz  səlahiyyətləri  çərçivəsində,  münaqişənin  nizam­
lanması  prosesinə effektiv  kömək  etməyə çağırır;
8. 
Baş  Katibdən  hazırki  qətnamənin  həyata  keçirilməsinə  dair  Baş 
Məclisə  onun  altmış  üçüncü  sessiyasinda  hərtərəfli  məruzəni  təqdim 
etməyi  xahiş edir;
9.  qərara alır -  “Azərbaycanın  işğal  olunmuş ərazilərində  vəziyyət”


Yüklə

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə