Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə2/84
tarix04.07.2018
ölçüsü
#53336
1   2   3   4   5   6   7   8   9   ...   84

güclü  hərəkatların  baş  verməsinə  gətirib  çıxartdı.  Yüksək 
geosiyasi  qeyri-müəyyənlik  bu  şəraitdə  beynəlxalq  gündəliyin 
əsas  məsələsi  ABŞ-nın  zəifliyinin  dərk  edilməsi  dərəcəsidir  və 
bu  dövlətin  yeni  dövrün  çağırışlarına  qarşı  tab  gətirməsi 
qabiliyyətidir.  Bu  institutun  mütəxəssislərinin  rəyinə  görə,  yeni 
qlobal izasiya  dövrünə  müvafiq  yaranan  yeni  dünya  düzümü, 
regional  dövlətlərin  mövqelərini  gücləndirir,  ABŞ-nı  isə 
təkbaşına  dünya  liderliyindən  imtina  etməsinə  və  konkret 
problemlərin  həll  edilməsi  üçün  müxtəlif  ölkələrlə  yeni 
əməkdaşlıq  formaların  axtarılmasına  məcbur  edir.  Jon  Çipmen 
hətta  həm  beynəlxalq  məsələlərin  həlli  iştirakçılarının  kom­
promis  xarakterini,  həmdə  öz qərarlannı  digər ölkələrə  və  xalq­
lara  zorla  qəbul  etdirmək  qabiliyyətinə  malik  olan  fövqəldöv­
lətin olmamasıni  qeyd edən  “marağlı  olan  tərəflərin  koalisiyası” 
-  yeni bir termin təklif etdi.  Bütövlükdə,  institut tədqiqatçılarının 
rəyinə  görə,  dünyada  olan,  indiki  vəziyyət  daha  qeyri-müəyyən 
və  əvvəlcədən  proqnozlaşdırılmayan  olmuşdur,  bu  isə  yeni 
dünya düzümünün yaranmasının təzahürüdür.  [89\
Beləliklə,  qeyd  etmək  olar  ki,  artıq  dünyada  heç  bir dövlət 
dünya  siyasətində  hakim  mövqe  vəziyyətinə  sahib  deyil  və  bir 
çox  problemlərin  həlli  bütövlükdə dünyada və ya ayrı-ayrı  regi­
onlarda  olan  dövlətlərin  (və ya dövlətlər  birliklərinin)  geosiyasi 
qüvvələrinin konkret nisbətindən asılıdır.
Bu  isə, öz növbəsində, dövlətlərarası  münasibətləri  nizamla­
yan  beynəlxalq  hüquq  sistemində,  onun  institutlarının  və  prin­
siplərinin  təsirinin  effektliyinə  və  buna  müvafiq  olaraq  bey­
nəlxalq hüquq doktrinasında əks olunmaya bilməz.
Bütün  bunlar  regional  münaqişələrin,  o  cümlədən  Ermənis­
tan - Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsinin nizamlanması­
na aid də ədalətlidir.
6
Belə  ki,  xarici  siyasət  üzrə  Almaniya  şurasının  eksperti 
Aleksandr  Rar  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  müna­
qişəsi  ilə  bağlı:  “Azərbaycanda  çoxları  təsdiq edirlər ki,  ATƏT- 
in  Minsk  qrupu  qarabağ  probleminin  nizamlanmasına  kömək 
etmir  və  bu  hal  ondan  irəli  gəlir  ki,  qrupun  həmsədrləri  Er­
mənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  öz  təmsil 
etdikləri  dövlətlərin  mövqeyindən  yanaşırlar.  Sizin  fikrinizcə, 
belə  bir fikir  həqiqətə  uyğundurmu?”  suala birbaşa cavab  verdi 
ki:  “Siz  bilirsiniz,  bu  yəgin  ki  elə  belədir,  axı  bu  dövlətlərin  öz 
geosiyasi  maraqları  var...Amerika  gah  bu  tərəfdə,  gah  o  biri 
tərəfdə  oynayaraq  hal-hazırda bu  münaqişənin  indiki  status-kvo 
vəziyyəti  ilə  kifayət  qədər  rahat  yaşayır.  Rusiyada  eyni  vəziy­
yətdədir,  o  nə  Ermənistan  nə  də  Azərbaycan  ilə  öz  münasi­
bətlərini  korlamaq  istəmir.  İndiki  mövcud  olan  status-kvo,  mə­
nim  anlamımda,  həm  Amerikanı,  həm  də  Rusiyanı  qane  edir. 
Əlbətdə  ki,  qeyd  etmək  lazımdır  ki,  Amerika  Rusiyanın  pos­
tsovet  məkanda  möhkəmlənmək  üçün  bütün  cəhdlərinə  qarşı 
hərəkət  edir,  burada  iki  ölkənin  siyasətində  müəyyən  fikir  ay­
rılıqları  var.  Rusiya, öz  növbəsində,  Dağlıq  Qarabağ  münaqişəsi 
kimi  olan  belə  münaqişələrin  vasitəsi  ilə  Amerikanı  ikinci  cər­
gəyə  çəkmək  istəyir”,  və  sonra  dəqiqləşdirir:  «o  ki  qaldı  Rusi­
yanın  Kavkazdakı  təsirinə...  hər  şey  ondan  asılıdır  ki,  kim  bu 
məkanda  Rusiya  ilə  rəqabət  aparacaq,  misal  üçün,  maliyyə  böh­
ranından  sonra  bu  regiondan  neft  və  qaz  tranzitinin  alternativ 
yollarını  tikmək  üçün  Amerikanın gücü çatacaq  mı”.  Ədalət na­
minə  qeyd  etmək  lazımdır  ki,  Aleksandr  Rar özü  də  o  faktı  xü­
susi vurğulayır ki, “beynəlxalq  hüquq nöqteyi-nəzərindən Dağlıq 
Qarabağ Azərbaycana məxsusdur”.[79]
Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində 
Ermənistan  Azərbaycan  Respublikasının  ərazisinin  böyük  bir
7


hissəsini  işğal  etmişdir.  Dağlıq  Qarabağla  yanaşı  (Xocavənd, 
Xodcalı,  Şuşa,  Ağdərə  və  s.)  bu  regionun  ərazisindən  dörd 
dəfədən  artıq  olan  digər  azərbaycan  torpağları,  o  cümlədən, 
Ağdam  (böyük  bir  hissəsi),  Fizuli  (qismən),  Cəbrayıl,  Zəngilan, 
Qubadlı,  Kəlbəcər və Laçın rayonları,  Ermənistan  Respublikası­
nın silahlı  qüvvələri tərəfindən işğal edilmişdir.  Bütövlükdə  900 
yaxın  azərbaycan  yaşayış  məntəqəsi  talan  edilmiş  və  sonradan 
dağıdılıb  məhv  edilmişdir.  Ermənistanın  Azərbaycan  Respubli­
kasına  qarşı  təcavüzü  nəticəsində  ölkə  ərazisinin  20  faizindən 
çoxu,  yəni  17.000  kv.  km  torpaq  sahəsi  işğal  altında  qalmışdır. 
20  mindən çox azərbaycan əhalisi  (onların  əksəriyyəti  azərbay­
canlılardır)  həlak  olmuş,  50  mindən  çox  insan  yaralanmış  və 
bunun  nəticəsində  ya  əlil  olmuş  yada  kı  şikəst  olmuşdur.  Bir 
neçə  min  insan  itkin  düşmüşdür.  Ermənistanla  həmsərhəd  olan 
bir  çox  azərbaycan  rayonlarının  yaşayış  məntəqələri  tam 
dağıdılmış və dinc əhali oz doğma obalarını tərk etməyə məcbur 
olmuşlar.  Bununla yanaşı,  Ermənistanla həmsərhəd olan bir çox 
azərbaycan  rayonlarının  iqtisadiyyatına  da  çox  böyük  və  ciddi 
zərər  vurulmuşdur.  Bir  milyondan  çox  insan  qaçqın  və  ya  di­
dərgin  olmuşdur.  Azərbaycan  əhalisinə,  onun  ərazisinə,  iqtisa­
diyyatına  və  ekologiyasına,  bitki  və  heyvanat  aləminə  böyük 
maddi  və  mənəvi  zərər vurulmuşdur.  Vurulmuş  zərərin miqdarı 
həqiqətən də çox böyükdür.
İşğal  olunmuş  ərazilərdə  6  minə  yaxın  kənd  təsərrüfatı  və 
sənaye obyekti,  150 min yaşayış evi və mənzil (bunların ümumu 
səhəsi  9,1  mln.  kv.  m.),  4366  sosial-mədəni  təyinatlı'  obyekt,  7 
min ictimai  bina,  693  orta məktəb,  855  məktəbəqədər müəssisə, 
695  xəstəxana  və  digər  tibb  müəssisələri,  4  sanatoriya  - 
müalicəvi  kompleks,  31  məscid,  9  tarixi  saray,  160  körpü,  368 
klub,  927  kitabxana,  85  musiqi  məktəbi,  464  muzey  və  tarixi
8
abidə, 6 dövlət teatri  dağıdılmış, 800 km. dəmir yolu və avtomo­
bil yollan,  15 min km. elektrik və qaz xəttləri, 2300 km. regional 
əhəmiyyətli  su  kommunikasiya  sistemləri  sıradan  çıxanlmış,  1 
milyon hektar kənd təsərrüfatı  sahəsi, 250 min hektar meşə sahə­
si,  200  paleontoloji  və  geoloji  abidə  erməni  işğalçıların  əlinə 
keçmiçdir.  Bunlann əksəriyyəti  talanmış, məhv edilmiş, dağıdıl­
mış  və ya yararsız hala salınmışdır.  Bəzi  mənbələrə görə, Ermə­
nistanın  təcavüzü  nəticəsində  Azərbaycana vurulmuş  (maddi  və 
mənəvi)  zərərin  ümumi  dəyəri  on  milyardlarla  ABŞ  dollanna 
bərabərdir.  Bu təkcə ilkin hesablamalardir.[80]
Başqa ölkə  ərazisinin  bir  hissəsini  işğal  etməsi  bir daha  sü­
but edir ki, Ermənistan Respublikası  müasir beynəlxalq hüququn 
ümumtanınmış norma və prinsiplərini  kobud surətdə pozur və öz 
təcavüzkar hərəkətləri  ilə Cənubi  Kavkaz regionunda beynəlxalq 
sülhü  və  təhlükəsizliyi  ciddi  təhlükə  altına  alır.  Ermənistanın 
bütün  cəhdlərinə  baxmayaraq,  onun  işğal  edilmişdir azərbaycan 
torpağlarında  yaratdığı  seperatist  əldəqayırma  rejimi  heç  bir 
dünya ölkəsi tanımır.
Dünya  birliyi  dövlətlərin  mövqeyi  ilə  yanaşı,  Ermənistan- 
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prose­
sinə əhəmiyyətli dərəcədə təsir göstərən vacib amillərdən biri də 
bu  münaqişəyə  aid  nüfuzlu  beynəlxalq  dövlətlərarası  təşkilatla­
rın  öz  qərarlarında  əks  olunmuş  mövqeləridir.  Bu,  ilk  növbədə, 
Birləşmiş  Millətlər  Təşkilatı  (BMT),  Avropa  Təhlükəsizlik  və 
Əməkdaşiıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Avropa Bir­
liyi (AB),  İslam Konfransı Təşkilatı (İKT), Şimali Atlantika Mü­
qaviləsi  Təşkilatı  (НАТО),  Demokratiya və  iqtisadi  inkişaf üzrə 
Təşkilat  -   GUAM  kimi  beynəlxalq  dövlətlərarası  təşkilatlara 
aiddir.
Qlobalizasiya dövründə müasir beynəlxalq münasibətlər sis­
9


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə