Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə7/84
tarix04.07.2018
ölçüsü
#53336
1   2   3   4   5   6   7   8   9   10   ...   84

rəfindən  mühüm  əhəmiyyət  daşıyan  bir  neçə  qərar  və  qətnamə 
qəbul edilmişdir.  Məhz bu səbəbdən bu qərarların təhlili və araş­
dırılması xüsusi maraq kəsb edir və böyük əhəmiyyətə malikdir.
BMT-nin  Nizamnaməsinin  24  maddəsinə  uyğun  olaraq 
BMT-yə üzv olan dövlətlər beynəlxalq sülhün və təhlükəsizliyin 
qorunması  üzrə  əsas  vəzifəni  BMT-nin  Təhlükəsizlik  Şurasının 
üzərinə  qoyurlar.  [76]  1992-1996-cı  illərdə  BMT-nin  Təh­
lükəsizlik Şurasının  Sədri  və  BMT  Baş  Katibi  Azərbaycan  Res­
publikasının  suverenliyini  və  ərazi  bütövlüyünü  təsdiqləyən  və 
münaqişənin  sülh  yolu  ilə  həll  olunmasına  yönəlmiş  ATƏT-in 
Minsk  Qrupunun  səylərini  dəstəkləyən  münaqişə  üzrə  bir  sıra 
bəyanatlarla çıxış etmişlər.
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  dair 
BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir.
BMT-nin Təhlükəsizlik Şurası 30 aprel  1993-cü ildə özünün 
qəbul  etdiyi  822  (1993)  nömrəli  qətnaməsində  Dağlıq  Qarabağ 
münaqişəsinə dair BMT Təhlükəsizlik Şurası  Sədrinin 29 yanvar 
və  6  aprel  1993-cü  ildə  edillmiş  bəyanatlarına  istinad  edərək  və 
BMT  Baş Katibinin  14 aprel  1993-cü  il tarixli  məruzəsini  nəzərə 
alaraq,  regionda  sülhə  və  təhlükəsizliyə  təhlükə  yaradan 
vəziyyətdən  narahat  olduğunu  bildirərək,  regionda,  xüsusən 
Kəlbəcərdə  rayonunda,  fövqəladə  humanitar  vəziyyətdən  və 
çoxlu  sayda  mülki  şəxslərin  yerdəyişməsi  ilə  bağlı  dərin  nara­
hatlığını  bildirərək,  regionda  bütün  dövləllərin  suverenliyinə  və 
ərazi  bütövlüyünə  hörmətini  təsdiqləyərək  və  bununla  yanaşı 
beynəlxalq  sərhədlərin  toxunulmazlığını  və  ərazi  əldə  edilməsi 
üçün  gücdən  istifadə  edilməsinin  yolverilməzliyini  təsdiqləyə­
rək,  bütün  işğalçı  qüvvələrin  Kəlbəcər  rayonundan  və  Azərbay­
canın digər işğal  edilmiş rayonlarından dərhal çıxarılmasını tələb 
etdi.  [/]  BMT-nin  Təhlükəsizlik  Şurasının  bu  qətnaməsi  böyük
26
əhəmiyyətə malikdir.
Birincisi,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqi­
şəsinə  dair bu  BMT  Təhlükəsizlik  Şurası  tərəfindən  çəxardılan 
ilk qətnamədir.
İkincisi, bizim fikrimizcə, bu qətnamədə BMT Təhlükəsizlik 
Şurasının  Ermənistan  -  Azərbaycan,  Dağlıq  Qarabağ  münaqi­
şəsinə  dair  münasibətinin  ilk  cizgiləri  müəyyən  edilib.  Belə  ki, 
qətnamədə  BMT  Təhlükəsizlik  Şurası  Azərbaycan Respublikası 
və  Ermənistan  Respublikası  arasında  münasibətlərin  pisləşməsi 
ilə  bağlı  öz  dərin  narahatlığını  bildirir.  Fikrimizcə,  burada  bu 
münaqişənin dövlətlərarası münaqişə olduğuna işarə edilir.
Üçüncüsü,  bu  münaqişənin  xarakterinə qiymət verilir və  bu 
münaqişə  regionda  sülhə  və  təhlükəsizliyə  təhlükə  yaradan  və­
ziyyət kimi qiymətləndirilir.
Dördüncüsü,  bu  regionda  olan  bütün  dövlətlərin,  o  cümlə­
dən  Azərbaycan  Respublikasmin  ərazi  bütövlüyü,  suverenliyi, 
sərhədlərinin sarsılmazlığı təsdiqlənir.
Beşincisi, ərazi  əldə edilməsi  üçün gücdən  istifadə edilməsi­
nin  yolverilməzliyini  təsdiqlənir.  Bununla  da  BMT  Təhlükəsiz­
lik  Şurası  gücdən  istifadə  etməklə  başqa dövlətin  ərazisinin  əldə 
edilməsinin  yolverilməzliyinin  hüquqi  əsasını  müəyyən  edir. 
Fikrimcə,  məhz  bu  hüquqi  əsas  BMT  Təhlükəsizlik  Şurasına 
Azərbaycanın  bütün  işğal  edilmiş  ərazilərindən  bütün  işğalçı 
qüvvələrin dərhal  çıxarılmasını tələb etməsinə imkan yaratdı.
BMT-nin  Təhlükəsizlik  Şurası  29  iyul  1993-cii  ildə  özünün 
qəbul  etdiyi  853  (1993)  nömrəli  qətnaməsində,  Azərbaycanın 
Ağdam  rayonunun  zəbt  edilməsini  qeyd  edərək,  yenidən  Azər­
baycanın  suverenliyini  və  ərazi  bütövlüyünü  təsdiqləyərək,  və 
həmdə  beynəlxalq  sərhədlərin  toxunulmazlığını  və  ərazi  əldə 
edilməsi  üçün gücdən  istifadə  edilməsinin  yolverilməzliyini təs­
27


diqləyərək,  Ağdam  rayonunun  və  bütün  digər  işğal  edilmiş 
Azərbaycan  Respublikasının rayonlarının zəbt edilməsini  pislədi 
və  işğalçı  qüvvələrin  Ağdam  rayonundan  və  bütün  digər  işğal 
edilmiş  Azərbaycan  rayonlarından  dərhal,  tam  və  şərtsiz  çıxa­
rılmasını  tələb  etdi.  BMT  Təhlükəsizlik  Şurasının  bu  qətnamə­
sinin  9  bəndində  “Azərbaycanın  dağlıq  qarabağ  regionunun  er­
məniləri”  dusturu  əks  olunub  və  fikrimcə,  bunu  xüsusi  qeyd 
etmək çox vacibdir.[2]
Birincisi,  bu  düstur,  Dağlıq  Qarabağın  Azərbaycanın  regio­
nu olması faktını təsdiqləyir.
İkincisi, burada yaşayan əhali, ermənilərin  iddia etdiyi  kimi, 
təbiətdə  mövcud  olmayan  “Dağlıq  Qarabağ  xalqı” yox,  bir  his­
səsi  Azərbaycanın  Dağlıq  Qarabağ  regionunda  yaşayan  ermə­
nilərin, yəni  erməni  icmasının olduğunu təsdiqlənir (bu regionda 
yaşayan  əhalinin  digər  hissəsini,  Ermənistan  Respublikasının 
silahli  qüvvələri  tərəfindən  aparılmış  etnik  təmizləmə  siyasəti 
nəticəsində,  öz  doğma  yurdlarından  qovulmuş  və  hal-hazırda 
didərgin həyatı yaşayan azərbaycan  icması  təşkil edir).
Üçüncüsü,  qətnamədə  BMT  Təhlükəsizlik  Şurasının  822 
nömrəli  qətnaməsində  öz  əksini  tapmış  “Azərbaycan  Respubli­
kası  və  Ermənistan  Respublikası arasında münasibətlərin  pisləş­
məsi  ilə  bağlı  öz  dərin  narahatlığının  bildirilməsi"  düsturuna 
“onların  arasında  artan  gərginlik”  ifadəsi  də  əlavə  olunmuşdur. 
Fikrimizcə, bu BMT Təhlükəsizlik Şurası  tərəfindən  bu münaqi­
şənin  təbiətcə  məhz  dövləllərarası  münaqişənin  olması  faktının 
getdikcə daha aydın təsəffür etməsini əks etdirir.
Dördüncüsü, əgər BMT Təhlükəsizlik  Şurasının  822 nömrə­
li  qətnaməsində “əgər regionda,  xüsusən  Kəlbəcərdə  rayonunda, 
fövqəladə humanitar vəziyyətdən və çoxlu sayda mülki şəxslərin 
yerdəyişməsi”  ilə  bağlı  dərin  narahatlığını  bildirilirdisə,  artıq  bu
28
düstur  daha dəqiqləşdirilir  və  göstərilir  ki,  “regionda  fövqəladə 
humanitar  vəziyyətdən  və  Azərbaycanda  çoxlu  sayda  mülki 
şəxslərin yerdəyişməsindən” dərin narahatlığını bildirir. Bununla 
da  bu  sənəddə  göstərilir  ki,  əsasən  azərbaycan  mülki  əhalisi 
“yerdəyişmə”, əslində isə etnik təmizləməyə məruz qalıb.
Beşincisi,  əgər  BMT  Təhlükəsizlik  Şurasının  822  nömrəli 
qətnaməsində  bu  regionda  olan  bütün  dövlətlərin  surenliyi  və 
ərazi  bütövlüyünə  hörmət edilməsi  təsdiqlənirdisə,  BMT Təhlü­
kəsizlik Şurasının  853  nömrəli qətnaməsində, ilk növbədə Azər­
baycanın,  sonra isə  regionda olan  digər ölkələrin  surenliyinə  və 
ərazi  bütövlüyünə  hörmət  edilməsi  təsdiqlənir.  Lakin  hərbi 
əməliyyatlar  bütövlükdə  Azərbaycanın  ərazisində  aparılırdı  nə­
zərə alsaq,  belə bir qənaətə gəlmək olar ki,  burada söhbət əsasən 
Azərbaycanın  suverenliyinə  və  ərazi  bütövlüyünə  hörmət 
edilməsindən  gedir  və  bu  amili  BMT-nin  Təhlükəsizlik  Şurası 
xüsusi vurğulayır.
BMT-nin Təhlükəsizlik  Şurası  14 oktyabr  1993-cu ildə özü­
nün  qəbul  etdiyi  874  (1993)  nömrəli  qətnaməsində  yenidən 
Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini və 
ərazi  bütövlüyünü  təsdiqləyərək,  və  həmdə  yenidən  beynəlxalq 
sərhədlərin toxunulmazlığını  və ərazi  əldə edilməsi  üçün gücdən 
istifadə 
edilməsinin 
yolverilməzliyini 
təsdiqləyərək, 
və 
Azərbaycanda  çoxlu  sayda  mülki  şəxslərin  yerdəyişməsi  ilə 
bağlı  öz  ciddi  narahatlığını  bildirərək,  Azərbaycanın  işğal 
olunmuş  ərazilərindən  (erməni)  qüvvələrinin  çıxarılmasına 
çağırdı.  Bu  qətnamənin  preambulasmda  hamdə  “Azərbaycanın 
dağlıq  qarabağ  regionu  və  onun  ətrafındakı  münaqişə”  dusturu 
öz  əksini  tapmışdır,  f.?]  Bu  düsturun  çox  vacib  əhəmiyyatı  var. 
Belə  ki,  söhbət  təkcə  Dağlıq  Qarabağ  regionunda  olan  münaqi­
şədən getmir, həmdə “onun ətrafında münaqişədən” gedir. Nəzə­
29


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə