Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə10/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   6   7   8   9   10   11   12   13   ...   84

6)  Azərbaycan  Respublikasının  işğal  olunmuş  ərazilərindən 
qovulmuş  əhalinin öz evlərinə qayıtmasına olan  aynlmaz  hüqu­
qu təsdiqlənir və  belə  qayıdış  üçün  lazımi  şəraitin,  o  cümlədən, 
müdaxilədən zərər çəkmiş ərazilərin  hərtərəfli  reabilitasiyası da­
xil olunmaqla, yaradılması zərurəti qeyd olunur;
7) Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda 
erməni və azərbaycan icmaları  üçün normal, təhlükəsizlik və  bə­
rabər yaşayış  şəraitinin  təmin  edilməsi  zərurəti  etiraf edilir.  Bu 
isə  bu  regionda  Azərbaycan  Respublikasının  hüdudları  çərçi­
vəsində  özünüidarəetmə  effektiv  demokratik  sistemin  yaradıl­
ması imkanı yaradacaqdır;
8) xüsusi  qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi­
lərinin  işğal  olunması  nəticəsində  yaranmış  vəziyyətin  qanuni 
olmasıni  heç  bir  dövlət  tanımamalıdır  və  belə  vəziyyətin  saxla­
nılmasına kömək və yayardım etlməməlidir.  [131, 68]
38
FƏSİL IIL
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ
MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA İKT-NIN 
QƏRARLARININ ROLU  VƏ ƏHƏMİYYƏTİ
İslam  Konfransı  Təşkilatı  dünyanın  beynəlxalq  hökumətlər- 
arası  regional  təşkilatlann  ən  vaciblərindər  biridir  və  ən  böyük 
və  ən  nüfuzlu  müsəlman  hökumətlərarası  regional  təşkilatıdır. 
Ümumiyyətlə,  İKT  ona  üzv  olan  dövlətlərin  sayma  görə 
Birləşmiş  Millətlət  Təşkilatından  sonra  dünyanın  ikinci  beynəl­
xalq  hökumətlərarası  təşkilatıdır.  Hal-hazırda  İKT  dörd  qitədə  - 
Aziyada,  Avropada,  Afrikada  və  Cənubi  Amerikada  yerləşən, 
əhalisinin  ümumi  sayı  1,5  milyard  insan  təşkil  edən  57  ölkəni 
birləşdirir.  İKT  müasir  beynəlxalq  münasibətlər  sistemində  xü­
susi  çəkiyə  malikdir.  Bircə onu  qeyd  etmək  kifayətdir ki,  ABŞ- 
nin yeni seçilmiş  prezidenti  Barak Obama bəyan etdi  ki, o  İslam 
Konfransı Təşkilatı  ilə əməkdaşlıq edəcəkdir.  [20]  İKT-nın müa­
sir  beynəlxalq  əlaqələr  sistemində  xüsusi  yeri  BMT  və  İKT 
arasında əməkdaşlıq  haqqında bağlanmış  müqavilədədə əks olu­
nur.
İKT dünyada müxtəlif xalqlar arasında beynəlxalq sülhün və 
təhlükəsizliyin  və  həmdə  harmoniyanın  yaranması  və  əməkdaş­
lığın  inkişaf edilməsində  müsəlman  dünyasının  marağlarını  mü­
dafiə  etrnəyə  və qorumağa yönəlmiş  İslam  dünyasının  kollektiv 
səsi kimi çıxış edir.  [211
Ölkə  beynəlxalq-hüquq  ədəbiyyatında  Ermənistan-Azərbay­
can,  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  İKT  tərəfindən  1998-ci 
ilə qədər qəbul  edilmiş sənədlərin  hüquqi  aspektlərinin tədqiqini 
ilk  olaraq  V.İbayev  aparmışdır.  [83;  101)  Lakin  1998-ci  ildən
39


hal-hazıra  kimi  Ermənistan-Azərbaycan, 
Dağlıq 
Qarabağ 
münaqişəsinə  dair  İKT  tərəfindən  həm  İKT-yə  üzv  ölkələrinin 
dövlət  və  hökumət  başçılarının  zirvə  görüşlərində  (summitlə- 
rində),  həmdə  İKT-yə  üzv  ölkələrinin  xarici  işlər  nazirləri  sə­
viyyəsində çoxlu sayda yeni  sənədlər,  o cümlədən qətnamələr və 
qərarlar  qəbul  olunmuşdur.  Azərbaycan  İKT-yə  üzv  olduqdan 
sonra  1998-ci  ilə qədər İKT-in İKT-yə üzv ölkələrinin dövlət və 
hökumət  başçılarının  iki  zirvə  görüşü  (summiti)  keçirilmişdir. 
Bunlar -   13-15 dekabr  1994-cü ildə  Kasablanka şəhəri,  Mərakeş 
Krallığında  keçirilmiş  İKT-in  Yeddinci  Zirvə  Görüşü  və  9-11 
dekabr  1997-ci  ildə  Tehran  şəhəri,  İran  İslam  Respublikasında 
keçirilmiş İKT-in Səkkizinci Zirvə Görüşüdür.
1998-cu ildən Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ mü­
naqişəsinə dair müddəalar İKT baş orqanı  - üzv ölkələrinin döv­
lət  və  hökumət  başçılarının  zirvə  görüşlərində  (summitlərində) 
qəbul  olunmuş  bir  sıra  sənədlərdə  öz  əksini  tapmışdır.  Onlann 
içində,  2000-ci  ilin  noyabr  ayında  İKT  Doqquzuncu  Zirvə 
Görüşündə  (Doha,  Qatar  dövləti)  qəbul  olunmuş  Yekun  Kom- 
munikeni  (61 -ci  bənd), 2003-cü ilin oktyabr ayında İKT Onuncu 
Zirvə  Görüşündə  (Putrajaya,  Malayziya)  qəbul  olunmuş  Yekun 
Kommunikeni  (33-cü  bənd),  2005-ci  ilin  dekabr  ayında  İKT 
Üçüncü  Fövqəladə  Zirvə  Görüşündə  (Məkkə,  Səudi  Ərəbistan) 
qəbul  olunmuş  Yekun  Kommunikeni,  2008-ci  ilin  mart  ayında 
İKT  On  birinci  Zirvə  Görüşündə  (Dakar,  Seneqal  Respublikası) 
qəbul  olunmuş  Yekun  Kommunikeni  (61-ci  bənd)  göstərmək 
olar.
Bununla  yanaşı,  Doqquzuncu  Zirvə  Görüşündə  (Doha,  Qa­
tar dövləti) qəbul olunmuş 21/9-P (IS) nömrəli “Ermənistan Res­
publikasının  Azərbaycan  Respublikasına  qarşı  təcavüzü”  adlı 
qətnaməni,  21/9-E  (IS)  nömrəli  “Azərbaycan  Respublikasına
40
iqtisadi  yardım  göstərilməsi  haqqında”  adlı  qətnaməni,  25/9-C 
nömrəli  “Ermənistan  Respublikasının  Azərbaycan  Respub­
likasına qarşı  təcavüzü  nəticəsində  Azərbaycanın  işğal  olunmuş 
ərazilərində  İslam  tarixi  və  mədəniyyət  abidələrinin  məhv 
edilməsi  və  dağıdılması  haqqında”  adlı  qətnaməni,  Onuncu 
Zirvə Görüşündə (Putrajaya, Malayziyada) qəbul olunmuş  12/10- 
P  (İS)  nömrəli  “Ermənistan  Respublikasının  Azərbaycan 
Respublikasına qarşı təcavüzü haqqında” adlı  qətnaməni, 21/10- 
E  (IS)  nömrəli  “Azərbaycan  Respublikasına  iqtisadi  yardım 
göstərilməsi  haqqında”  adlı  qətnaməni,  mədəniyyət  məsələləri 
mövzusuna dair Mədəniyyat və İslam işləri üzrə qətnamələrin 
(j) 
“ Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzü  nəticəsində  Azərbaycanın  işğal  olunmuş  ərazilərində 
İslam  tarixi  və  mədəniyyət  abidələrinin  məhv  edilməsi  və 
dağıdılması  haqqında”  adlı  qətnaməni,  On  Birinci  Zirvə 
Görüşündə (Dakar,  Seneqal  Respublikası) qəbul olunmuş  10/11- 
P(1S)  nömrəli  “Ermənistan  Respublikasının  Azərbaycan  Res­
publikasına qarşı  təcavüzü haqqında” adlı qətnaməni, 2/11-E(İS) 
nömrəli  “Üzv  dövlətlərə  və  İKT-yə  üzv  olmayan  ölkələrə  və 
müsəlman  icmalarına  iqtisadi  yardım  edilməsinə  aid  fəaliyyət 
haqqında”  adlı  qətnaməsinin  “Azərbaycan  Respublikasına  iq­
tisadi  yardım  göstərilməsi”  B.  bölməsini,  Mədəniyyat  və  sosial 
məsələlər  üzrə  qətnamələrdə,  2/11-C  (İS)  nömrəli  “İslam  mü­
qəddəs  yerlərinin  müdafiəsi  haqqında”  adlı  qətnaməni  də  gös­
tərmək  olar.
Bundan  əlavə,  ümumiyyətlə,  Ennənistan-Azərbaycan,  Dağ­
lıq  Qarabağ  münaqişəsinə  dair  müddəalar  İKT  Xarici  İşlər Na­
zirləri  Şurasının  sessiyalarında  qəbul  olunmuş  müxtəlif  növlü 
sənədlərdə, o cümlədən yekun kommunikelər və bəyanatlarda və 
çoxsaylı qətnamələrdə öz əksini tapmışdır.
41


Yüklə

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə