Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə11/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   7   8   9   10   11   12   13   14   ...   84

İKT  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi­
nə  dair İKT  tərəfindən 2004-cü  ilə  qədər qəbul  edilmiş  bəzi  sə­
nədlərin  hüquqi  aspektlərinin  tədqiqini  həmdə  E.Abdullayev 
“Dağlıq  Qarabağ  problemi  beynəlxalq  müstəvisində”  adlı  öz 
əsərində aparmışdır.  [78]  Lakin bu işdə, bir tərəfdən Ermənistan- 
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  İKT  tərəfindən 
qəbul  edilmiş  müxtəlif  siyasi  xarakterli  sənədlər  və  hüquqi 
əhəmiyyətli qətnamələr sistemləşdirilməmiş və bir neçə qətnamə 
və  qərar  sadalanmaqla  pərakəndə  şəkildə  verilmişdir,  (məsələn, 
işdə  təkcə  İKT  1993-eü  ildə  Pakistanın  Kəraçi  şəhərində 
keçirilmiş  xarici  işlər  nazirlərinin  21-ci,  İKT  1993-ci  ildə  İs­
tanbul  şəhərində  keçirilmiş  xarici  işlər  nazirlərinin  5-ci  fövqə­
ladə,  1996-cı  ildə  İndoneziyanın  Cakarta  şəhərində  keçirilmiş 
İKT  xarici  işlər  nazirlərinin  21-ci  sessiyalanna  və  1994-cü  ildə 
Mərakeşin  Krallığının  Kasablanka  şəhərində  keçirilmiş  İKT-in 
dövlət və  hökumət başçılarının  Yeddinci  Zirvə  Görüşünə  istinad 
edilir).  Bundan  əlavə,  bəzi  sənədlər  (bəlkə  də  texniki  yanlışlıq 
səbəbindən)  səhv  göstərilmiş,  bəzi  rəsmi  sənədlərin  isə 
azərbaycan dilinə tərcüməsində səhvlərə yol verilmişdir.
Bununla yanaşı, qeyd  etmək  lazımdır ki,  2004-cü  ildən  hal- 
hazıra  kimi  artıq  İKT-in  dövlət  və  hökumət  başçılarının  2  zirvə 
görüşü və 6 xarici  işlər nazirlərinin görüşləri  keçirilmiş və Ermə­
nistan-Azərbaycan.  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  bir  sıra 
yeni sənəd və qərarlar qəbul edilmişdir.
Yuxarıda göstərilən  elmi  əsərləri  qeyd  edərək,  onu  da  qeyd 
etmək  lazımdır  ki,  ölkə  beynəlxalq-hüquq  ədəbiyyatında  Ermə­
nistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə dair İKT tərə­
findən  qəbul  edilmiş  sənədlər  nəzəri  cəhətdən  sistemləşdirilmə­
miş,  onların  məzmunu  bir-biri  ilə  sistemli  şəkildə  bağlılığı,  bu 
sənədlərdə  əks  olunmuş  normaların  hüquqi  təbiəti  və  qüvvəsi
42
təhlil  edilməmiş  və  araşdırılmamışdır  və  bu  sahədə  müəyyən 
boşluqlar  var.  Digər  tərəfdən  Ermənistan-Azərbaycan,  Dağlıq 
Qarabağ  münaqişəsinə  dair  İKT-in  İKT-yə  üzv  ölkələrinin döv­
lət  və  hökumət  başçılarının  zirvə  görüşlərində  (şuranıitlərində), 
həmdə  İKT-yə  üzv  ölkələrinin  xarici  işlər nazirləri  səviyyəsində 
qəbul  etdiyi  bütün  sənədlərin  vahid  bir  kompleks  şəklində  sis­
temləşdirilməsi, hərtərəfli təhlili böyük əhəmiyyat kəsb edir.
Bu  sahədə  müəyyən  araşdırmalar  aparılmışdır.  Yuxanda 
qeyd  edilən  problemlərin  bir qisminin,  o  cümlədən  Ermənistan- 
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  İKT  tərəfindən 
qəbul  edilmiş  sənədlərin  müxtəlif hiiquqi  aspektlərinin,  tədqiqi 
və təhlili  R.Qarayevin əsərlərində aparılmışdır.  |24; 35]  Bununla 
yanaşı,  bu  tədqiqatda  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinə  dair  İKT  tərəfindən  həm  İKT-yə  üzv  ölkələrin 
dövlət  və  hökumət  başçılarının  zirvə  görüşlərində  (summit- 
brində).  həmdə  İKT  Xarici  İşlər  Nazirləri  Şurasının  sessiya­
larında qəbul olunmuş bütün sənədlər sistemləşdirilmiş və tədqiq 
edilmişdir.  Bu  isə,  ö /  növbəsində,  Ermənistan-Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsinə  dair  İK'E  vahid  mövqesinin  mü­
əyyən və daha dəqiq göstərilməsi  imkanını yaradır.
f ormal  və  hüquqi  cəhətdən  İKT yaradılması  haqqında qərar 
Mərakəş  Krallığının  paytaxtı,  Rabat  şəhərində  hicri  tarixi  ilə  12 
Racab  138911  (25  Sentyabr  1969)  keçirilmiş  dövlət  və  hökumət 
başçılarının zirvə görüşündə qəbul olunmuşdur.
IKT-nin  birinci  Nizamnaməsi  1972-ci  ilin  mart ayında Cid- 
də,  Səudi  Ərəbistanda  xarici  işlər  nazirlərinin  3-cü  görüşündə 
qəbul  olunmuşdur.  İK'E  birinci  Nizamnaməsi  giriş  və  14 maddə­
dən  ibarət idi.
13-14  Mart 2008-ci  ildə  Seneqalın  paytaxtı  Dakar  şəhərində 
İK'E dövlət və hökumət başçılarının Xİ-ci Zirvə Görüşündə İKT-
43


nın  ikinci  və  hal-hazırda  qüvvədə  olan  Nizamnaməsi  qəbul 
olunmuşdur.  Bu  Nizamnamə  18  fəsildə  39  maddə  birləşdirir. 
[111]  İKT  Nizamnaməsinin  1  fəslin  1  maddəsinin  4-cü bəndin­
də,  Azərbaycanın  səyləri  nəticəsində  işğal  altında  olan  dövlət­
lərin  öz ərazi  bütövlüyünü bərpa etməsi  hüququnun  üzv  dövlət­
lər  tərəfindən  birmənalı  dəstəklənməsi  barədə  müddəa  təsbit 
edildi.  Bu isə, öz növbəsində, ölkəmiz üçün gələcək xarici  siya­
sət  kursunun  istiqamətləndirilməsinin  hüquqi  bazasının  möh­
kəmləndirilməsində  müstəsna  əhəmiyyət  kəsb  etməsinə  xidmət 
edir.
Onu  da  əlavə  etmək  lazımdır  ki,  Azərbaycan  İKT-nın  növ­
bəti  dövlət  və  hökumət  başçılarının  ХШ-cü  zirvə  görüşünün 
(sammitinin)  2014-cü  ildə  Bakıda  keçirilməsi  təklifini  irəli  sür­
dü.  Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  Elmar  Məm­
mədyarovun  Nyu-Yorkda  İKT  ölkələrinin  xarici  işlər  nazirləri­
nin  illik  görüşündə  qeyd  etdiyi  kimi,  İKT-nin  belə  bir  sammiti­
nin  Azərbaycanda keçirilməsi  xüsusilə vacibdir,  çünki  postsovet 
məkanda  bu  birinci  belə  bir  növ  tədbir  olacaqdır.  Həmdə  E. 
Məmmədyarov onu da vurğuladı  ki,  Bakıda sammitin keçirilmə­
si  Xəzər  və  Qara  dəniz  regionunda  və  MDB  məkanında  İslam 
Konfransı  Təşkilatının  rolunu  artırar.  O, bu  təşkilat çərçivəsində 
yüksək  səviyyədə  görüşlərin  təşkili  və  keçirilməsində ölkəmizin 
təcrübəsini  nəzərə  alaraq,  Azərbaycanın  bu  təşəbbüsünü 
dəstəkləmək  xahişi  ilə  İKT  ölkələrinin  hökumətlərinə  müraciət 
etdi.  [102]
Azərbaycan  İKT-na  8  dekabr  1991-ci  ildə  tamhüquqlu  üzv 
kimi  qəbul  olunub.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  keçmiş  So­
vet  İttifaqının  dağılmasından  sonra  postsovet məkanda yaranmış 
müstəqil  dövlətlər  arasında  Azərbaycan  Respublikası  İKT-na 
qəbul  olunan  ilk  dövlətdir.  Müqayisə  üçün  göstərmək  olar  ki,
44
Qırğızıstan  Respublikası,  Tacikistan  Respublikası  və  Türkmə­
nistan  Respublikası  1992-ci  ildə,  Qazaxıstan  Respublikası  ilə 
Özbəkistan  Respublikası  isə  1995-ci  ildə  İKT-na  qəbul  olun­
muşdur.
İKT Nizamnaməsinə əsasən təşkilatın məqsədləri, inter alia, 
aşağıdakılardır.
•  Üzv-dövlətlər  arasında  qardaşlıq  və  həmrəylik  əlaqələ­
rini genişləndirmək və möhkəmləndirmək;
•  ümumilikdə beynəlxalq birlik və, xüsusən,  İslam dünyası 
qarşısında duran məsələləri  nəzərə almaqla üzv-dövlətlərin ümu­
mi  maraqlarını  qorumaq  və  müdafiə  etmək  və  qanuni  işlərini 
dəstəkləmək və səylərini birləşdirmək və koordinasiya etmək;
•  hər bir üzv-dövlətin  öz müqəddəratını təyin etmək hüqu­
quna  və  daxili  işlərinə  müdaxilə  etməmək  və  suverenliyinə, 
müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək;
•  onlann ümumi maraqlarının qorunması  üçün qlobal siya­
si,  iqtisadi  və  sosial  sahədə  qərarların  qəbul  edilməsi  proseslə­
rində üzv-dövlətlərin fəal  iştirakını  təmin etmək;
•  BMT-nin  Nizamnaməsində  və  beynəlxalq  hüquqda  nə­
zərdə  tutulduğu  kimi  xalqların  hüquqlarına  öz  dəstəyini  təsdiq 
etmək;
•  İslam  ümumi  bazarın  yaradılmasına  aparan  iqtisadi  in­
teqrasiyanın əldə edilməsi  məqsədilə  İslam  daxili  iqtisadi-ticarət 
əməkdaşliğım  möhkəmləndirmək;
•  üzv-dövlətlərdə  insan  potensialın  sabit və  hərtərəfli  inki­
şafının və iqtisadi  rifahın əldə edilməsi  üzrə səylər göstərmək;
•  İslamın əsl  simasını  qorumaq  və  müdafiə etmək,  İslamın 
təhrif edilməsi  ilə  mübarizə  aparmaq  və  sivilizasiyalar və  dinlər 
arasında dialoqu təşviq etmək;
•  Bu  sahələrdə  üzv-dövlətlər  arasında  elmi  tədqiqatların
45


Yüklə

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə