Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə19/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   15   16   17   18   19   20   21   22   ...   84

ATƏT-in  Nazirlər  Şurası  Dağlıq  Qarabağda  və  onun  ətra­
fında  silahlı  münaqişənin  genişlənməsinin  davam  etməsi  və  bu­
nun nəticəsində əhali  arasında əzab çəkənlərin və insan tələfatla­
rının  sayının artması  ilə  əlaqədar darin  narahatlıqlarını  ifadə  et­
dilər.  Onlar münaqişənin davam  etməsinin  və  daha da genişlən­
məsinin  regional  və  beynəlxalq  təhlükəsizliyə  göstərə  biləcəyi 
təsiri nəzərdə tutaraq, münaqişənin aradan qaldırılması yollan və 
vasitələrini  geniş  şəkildə  müzakirə  etdilər.  Onlar  bütün  tərəfləri 
təmkinli  olmağa  çağırdılar.  Nazirlər  Şurası  yenidən  ən  qəti 
şəkildə  cavabdeh  yerli  komandirləri  onların  aktiv  iştirakı  ilə 
həyata  keçiriləsi  təcili  və  effektiv  atəşkəsə  çağırdılar.  Onlar, 
siyasi  və  iqtisadi  təzyiq  tədbirlərinin  dayandırılması  da  daxil 
olmaqla,  etibarlı  mühit  və  konstruktiv  dialoq  şəraitinin  bərpa 
edilməsi  çağırışı ilə müraciət etdilər. Nazirlər Şurası  ATƏM çər­
çivəsində  həyata  keçirilən  fəaliyyəti  nəzərdən  keçirdilər  və 
YVŞK  qəbul  etdiyi  qərarları  bütövlükdə  bəyəndilər.  Onlar  bu­
nunla  əlaqədar  gördüyü  tədbirlərə  görə  ATƏM-in  Fəaliyyətdə 
olan  Sədrinə  minnətdarlıqlarını  bildirdilər  və  lazım  olduğu  hər 
hansı  təqdirdə  ona  bütün  mümkün  olan  yardımı  göstərməyə ha­
zır  olduqlarını  qeyd  etdilər.  Nazirlər  Şurası  Avropa  Birliyi  və 
onun  üzv-dövlətləri,  Müstəqil  Dövlətlər  Birliyinin  üzv-dövlətlə­
ri,  Şimali  Atlantika  Əməkdaşlıq  Şurasının  üzvləri  və,  xüsusilə, 
Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Katibi  tərəfindən  həyata 
keçirilən  bir-birini  tamamlayan  səyləri  alqışladılar.  Onlar  bu­
nunla əlaqədar  ATƏM-in  Fəaliyyətdə  olan  Sədrindən  Birləşmiş 
Millətlər Təşkilatı  ilə sıx əlaqə saxlamağı  və  mütəmadi  məlumat 
mübadiləsi  təşkil  etməyi  xahiş  etdilər.  Nazirlər  Şurası  razılığa 
gəldi  ki,  ATƏM  bu  münaqişə  ilə  bağh  sülh  prosesinin  inkişafı 
işində  əsas  rol  oynamalıdır.  Onlar  razılaşdılar  ki,  Dağlıq 
Qarabağda və onun ətrafında mövcud olan vəziyyət ATƏM  lərə-
74
ündən  növbəli  tədbirlərin  həyata  keçirilməsini  tələb  edir.  Na­
zirlər Şurası  ATƏM-in Nazirlər Şurasının  Fəaliyyətdə olan  Sədri 
cənab İrci  Dinstbirə, xüsusilə effektiv atəşkəsin əldə olunması və 
qorunub saxlanılması.,  həmçinin  məsələnin sülh yolu ilə hərtərəf­
li  nizamlanması  üçün çərçivənin  yaradılmasına kömək  məqsədi­
lə  yaxın  vaxtlarda  regiona  səfər  etməyi  tapşırdılar.  Nazirlər  Şu­
rası  qəti  əmin  olduqlarını  bildirdilər  ki,  ATƏM-in  himayəsi 
altında  Dağlıq  Qarabağ  üzrə  konfrans  böhranın  ATƏM-in 
prinsipləri,  öhdəlikləri  və  müddəaları  əsasında  sülh  yolu  ilə 
nizama  salınması  məqsədilə  danışıqlar  üçün  fəaiiyyət  göstərən 
forumu  təmin  edəcək.  Nazirlər  bununla  əlaqədar  ATƏM-in 
Nazirlər  Şurasının  Fəaliyyətdə  olan  Sədrindən  mümkün  qədər 
tez  bir zamanda  belə  konfransı  keçirməyi  xahiş  etdilər.  Bundan 
əlavə  nazirlər  razılaşdılar ki„  Minskdə  keçiriləcək  bu  konfransın 
iştirakçıları  Hrmənistan.  Azərbaycan,  Belarus,  Çexiya  və 
Slovakiya  Federativ  Respublikası,  Fransa,  Almaniya,  İtaliya, 
Rusiya  Federasiyası,  İsveç,  Türkiyə  və  Amerika  Birləşmiş 
Ştatları  olacaq.  Dağlıq  Qarabağın  seçilmiş  və  digər  nü­
mayəndələri  maraqlı  tərəf kimi  konfransa onun  Sədri  tərəfindən 
konfransda  iştirak  edən  dövlətlərlə  məsləhətləşmələrdən  sonra 
dəvət  olunacaqlar.  ATOM-in  Nazirlər  Şurasının  fəaliyyətdə 
oian  Sədri  ATOM-in  hiınayəsi  altında  Dağlıq  Qarabağ  üzrə 
konfransın sədrini  təyin edəcək. Nazirlər Şurası  ATOM-in bütün 
iştirakçı  dövlətlərini  və  bütün  maraqlı  tərəfləri  beynəlxalq 
nəzarət altında olan  təhlükəsiz  dəhlizlər daxil  olmaqla sürətli  və 
effektiv  vasitələrdən  istifadə  edərək,  humanitar  yardımla  ona 
ehtiyacı  olanların  təmin  edilməsi  üçün  bütün  lazımi  addımların 
atılmasına  təkidlə  çağırdılar.  Nazirlər  Şurası  Hrmənistan  və 
Azərbaycanın  ATOM-in  Fəaliyyətdə  olan  Sədrinin  bu  regiona 
missiyasına,  həmçinin  ATOM  şurasının  razılaşdığı  bütün
75


fəaliyyətə  tam  kömək  etmək  öhdəliyini  nəzərə  aldılar  və  m ə­
sələnin  davamlı,  sülh  yolu  ilə  həll  olunmasına nail  olmaq  m əq­
sədilə  hər  iki  tərəfi  bu  öhdəliyi  fəal  şəkildə  yerinə  yetirməyə 
çağırırlar.
1994-cü ilin dekabrında  Budapeştdə  ATƏM  üzvü olan ö l­
kələrin  dövlət  və  hökumət  başçılarının  növbəti  Zirvə  Görüşü 
keçirildi. Zirvə toplantısının  iştirakçıları  Ermənistan-Azərbay­
can,  Dağlıq  Qarabağ  münaqişəsini  də  müzakirə  edərək  bu  ba­
rədə  qəbul  olunmuş  sənədlərə  müvafiq  bölmənin  salınmasına 
razılıq  verdilər.  Dağlıq  Qarabağ  münaqişəsinə  bu  sənədin 
Regional  Məsələlər  hissəsində  "Dağlıq  Qarabağ  münaqişəsi 
ilə  əlaqədar  ATƏM-in  fəaliyyətinin  intensivləşdirilməsi"  adlı 
bölmə  həsr edilmişdir.  Bu bölmədə  tərəflər arasında  atəşkəsin 
əldə  edilməsi  alqışlanır və  ATƏM-in  fəaliyyətdə  olan  sədrinə 
Minsk  Konfransı  həmsədrlərinin təyin  edilməsi  tapşırılmışdır. 
Sənəddə  deyilir:  “Münaqişənin  davam  etməsi  və  bunun 
nəticəsində  baş  verən  insan  faciəsindən  təəssüfləndiklərini 
ifadə  edərək,  iştirakçı  dövlətlər  ATƏM-in  Minsk  qrupu  ilə 
əməkdaşlıqda  Rusiya  Federasiyasının  vasitəçilik  səyləri 
nəticəsində  1994-cü  il  mayın  12-də  razılaşdırılmış  atəşkəsi 
münaqişə  tərəflərinin  təsdiqlədiklərini  alqışladılar.  Onlar 
Birləşmiş 
Millətlər 
Təşkilatı 
Təhlükəsizlik 
Şurasının 
müvafiq  qətnamələrinə  sadiq  qaldıqlarını  təsdiqlədilər  və 
ATƏM-in  münaqişənin  sülh  yolu  ilə  nizamlanmasına 
yönəlmiş  səylərinə  Təhlükəsizlik  Şurasının  göstərdiyi  siyasi 
dəstəyi  alqışladılar.  Bu  məqsədlə  onlar  münaqişə  tərəflərini 
birbaşa  əlaqələr  daxil  olmaqla  məsələnin  mətləbinə  dair daha 
intensiv  danışıqlara  çağırdılar.  Bu  mənada  onlar  ATƏM-in 
səyləri  və  köməyini  ikiqat  gücləndirəcəklərinə  söz  verdilər. 
Onlar  ATƏM-in  Minsk  qrupunun  vasitəçilik  səylərini  qəti
76
şəkildə  bəyəndilər  və  Rusiya  Federasiyasının  həlledici  yardı­
mını  və  Minsk  qrupunun  digər  fərdi  üzvlərinin  səylərini  yük­
sək  qiymətləndirdilər.  Onlar  bu  səyləri  ATƏM  çərçivəsində 
əlaqələndirərək  bir araya  gətirmək qərarına  gəldilər.  Bu  məq­
sədlə  onlar  danışıqlar  üçün  vahid  və  razılaşdırılmış  baza 
yaratmaq, 
həmçinin 
bütün 
vasitəçilik 
və 
danışıqlar
fəaliyyətinin  tam  şəkildə  əlaqələndirilməsini  təmin  etmək 
məqsədilə,  Fəaliyyətdə  olan  Sədrə,  iştirakçı  dövlətlərlə 
məsləhətləşmələr  əsasında  və  mümkün  qədər  tez  hərəkət 
etməklə,  Minsk  qrupunun  həmsədrlərini 
təyin  etməyi 
tapşırdılar.  Həmsədriər  bütün  danışıqlar  səylərində  ATƏM 
prinsiplərini  və  razılaşdırılmış  mandatı  əsas  tutaraq.  Minsk 
qrupunun  görüşlərində  birlikdə  həmsədrlik  və  Fəaliyyətdə 
olan  Sədrə  birlikdə  məruzə  edəcəklər.  Onlar  işlərinin  gedişi 
barəsində  Daimi  Şuraya  müntəzəm  olaraq  məlumat  verəcək­
lər.  Bu səylər çərçivəsində  ilk addım  kimi, onlar mövcud atəş­
kəsin  davam  etdirilməsinə  kömək  etmək  məqsədilə  Rusiya 
Federasiyasının  və  Minsk  qrupunun  digər  fərdi  üzvlərinin 
dəstəyilə və onlarla əməkdaşlıq şəraitində təcili  tədbirlərin gö­
rülməsini,  və  əvvəllər  vasitəçilik  fəaliyyəti  zamanı  əldə 
olunmuş  irəliləyişə  əsaslanaraq,  həyata  keçirilməsi  bütün 
tərəflər üçün  münaqişənin  əsas  nəticələrini  aradan  qaldırmağa 
və  Minsk  Konfransını  çağırmağa  imkan  verəcək  silahlı 
münaqişənin 
dayandırılması 
haqqında 
siyasi 
sazişin 
imzalanması  məqsədilə  tezliklə  danışıqlar  aparmağı  Minsk 
qrupunun  həmsədrlərinə  tapşırdılar.  Daha  sonra  onlar  Minsk 
konfransının  həmsədrlərindən,  xüsusilə  humanitar  sahədə, 
inamın  möhkəmləndirilməsi  tədbirlərinin  həyata  keçirilməsi 
istiqamətində  münaqişə  tərəfləri  ilə  birgə  işi  davam  etdirməyi 
xahiş  etdilər.  Onlar  iştirakçı  dövlətlər  tərəfindən  həm  fərdi
77


Yüklə

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə