Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə20/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   16   17   18   19   20   21   22   23   ...   84

əsasda,  həm  də  müvafiq  beynəlxalq  təşkilatlar  çərçivəsində 
qaçqınların  acınacaqlı  vəziyyətini  yüngülləşdirməyə  xüsusi 
diqqət  yetirmək  şərtilə  regionun  əhalisinə  humanitar yardımın 
göstərilməsi  üzrə  tədbirlərin  həyata  keçirilməsi  vacibliyini 
qeyd etdilər.
Sənəddə  münaqişənin  həlli  üçün  sülhməramlı  qüvvələrin 
göndərilməsinin  zəruriliyi  də  öz  əksini  tapmışdı.  Belə  ki,  sə­
nəddə  qeyd  olunur  ki,  onlar  razılaşdılar  ki,  münaqişə  tərəfləri­
nin  fikirlərinə  uyğun  olaraq  yuxarıda  qeyd  olunan  sazişin  əldə 
edilməsi  həmin  sazişin həyata keçirilməsinin vacib elementi ki­
mi  çoxmillətli  sülhməramlı  qüvvələrin  yerləşdirilməsinə  imkan 
verə  bilərdi  və  silahlı  münaqişənin dayandırılması  haqqında tə­
rəflər arasında sazişin  əldə  edilməsindən  sonra,  BMT  Təhlükə­
sizlik  Şurasının  müvafiq  qətnaməsinin  qəbul  edilməsi  şərtilə, 
ATƏM-i  çoxmillətli  sülhməramlı  qüvvələrlə  təmin etmək üçün 
siyasi  hazırlıqlarını  bəyan  etdilər.  Onlar  Fəaliyyətdə  olan Sədr­
dən  1992-ci  il  Helsinki  Sənədinin  III  fəsli  əsasında  və  Birləş­
miş  Millətlər Təşkilatı  Nizamnaməsinə  tam  uyğun olaraq təşkil 
ediləcək belə qüvvələrin yaradılmas;, tərkibi  və  fəaliyyəti  barə­
sində qısa zaman ərzində  plan  işləy ib hazırlamağı  xahiş etdilər. 
Bu məqsədlə  Fəaliyyətdə olan  Sədrə  Minsk  konfransı  həmsədr­
ləri və Minsk qrupu,  həmçinin  Baş  Katib tərəfindən kömək edi­
ləcək; müvafiq  məsləhətləşmələrdən  sonra o,  həmçinin bu qüv­
vələrin,  başqa  məsələlərlə  yanaşı,  ölçüsü  və  xarakteri,  onlara 
rəhbərliyi  və  onların  idarəsi,  maddi-texniki  təchizatı,  müvafiq 
altbölümlərin  və  resursların  bölünməsi,  güc  tətbiq  etmək  qay­
dası  və  silahlı  qüvvə  verən  dövlətlərlə  razılaşmalar  haqqında 
tövsiyələrin  hazırlanması  üçün  Vvanada yüksək  səviyyəli  plan­
laşdırma  qrupu  yaradacaq.  O,  Birləşmiş  Millətlər  Təşkilatının 
texniki  məsləhət  və  ekspertiza  yardımının  göstərilməsinə  ha/ır
78
olması  haqqında  etdiyi  bəyanatına  əsaslanaraq.  Birləşmiş  Mil­
lətlər  Təşkilatına  kömək  üçün  müraciət  edəcək.  O,  həmçinin, 
ATƏM-in  sülhməramlı  qüvvələrinin  miimküm  yerləşdirilməsi 
üçün  BMT  Təhlükəsizlik  Şurasının  uzunmüddətli  siyasi  dəstə­
yini  əldə etməyə çalışacaq.
Belə  hazırlıq  işini  və  1992-ci  il  Helsinki  sənədinin  III  fəsli­
nin  müvafiq  müddəalarına  əsasən  və  tərəflər  arasında  razılığın 
əldə  olunmasından  və  onların  Minsk  Konfransının  həmsədrləri 
vasitəsilə  Fəaliyyətdə  olan  Sədrə  rəsmi  xahişindən  sonra  Daimi 
Şura ATƏM-in sülhməramlı  əməliyyatının  keçirilməsi  barəsində 
qərar qəbul edəcək.
АГЭМ-in  Zirvə  Görüşü  Minsk  Konfransına  Minsk  qrupu­
nun  köməyi  ilə  mövcud  atəşkəsin  davam  etdirilməsi  və  sülh  sa­
zişinin  imzaianması  üçün  müvafiq  tədbirlər görülməsi  istiqamə­
tində  səylərini  artırmağı  tövsiyə  edirdi.  Burada  sülh  sazişinin 
imzalanmasından  sonra  münaqişə  bölgəsinə  çoxmillətli  sülh­
məramlı qüvvələrin göndərilməsi də nəzərdə tutulurdu.
Budapeşt  Zirvə  Görüşünün  əsas  nəticələrindən  biri  Minsk 
Qrupunda  həmsədrlik  institutunun  yaradılması  oldu.  Sülhmə­
ramlı  qüvvələrin  müxtəlif dövlətlərin  hərbi  qüvvələrindən  təşkil 
olunması  barədə qərar  Rusiyanın  məsələni  təkbaşına  həll  etmək 
istəyinin qarşısını aldı.
1996-cı  ilin  dekabrında  Lissabonda  ATƏT  üzvü  ölkələrin 
dövlət və hökumət başçılarını  növbəti Zirvə Görüşü  keçirildi.  Bu 
Zirvə  Görüşündə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  mü­
naqişəsinin  nizamlanmasının  əsas  parametrləri  müəyyən  edil­
mişdir.  Onlar  ATƏT-in  Fəaliyyətdə  olan  Sədrinin  Bəyanatında 
öz  əksini  tapmışdir.  Bəyanatda  qeyd  olunur  ki:  “...son  iki  il 
ərzində  Dağlıq  Qarabağ  münaqişəsinin  və Azərbaycan Respub­
likasının ərazi bütövlüyü məsələsinin həllində heç  bir irəliləyiş
79


əldə  edilməmişdir.  Mən  təəssüflə  qeyd  edirəm  ki,  məsələnin 
nizamlanması  prinsiplərinə  dair  tərəflərin  mövqelərinin  yaxın- 
laşdırılması  istiqamətində  Minsk  konfransı  həmsədrlərinin 
səyləri  uğurla nəticələnmədi.  Minsk qrupunun  həmsədrləri  tərə­
findən  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanmasının  tərkib 
hissəsi  kimi  formalaşdırılan  üç  prinsip  tövsiyə  edilmişdir.  Bu 
prinsipləri Minsk  qrupunun bütün  üzv-dövlətləri  dəstəkləyir.  Bu 
prinsiplər aşağıdakılardır:
-Ermənistan Respublikasının  və Azərbaycan Respublikası­
nın ərazi bütövlüyü;
-Azərbaycanın  tərkibində Dağlıq  Qarabağa  ən yüksək  sə­
viyyəli  özünüidarəetmə  verən  öz  müqəddəratım  təyin  etməyə 
əsaslanmış  sazişdə  müəyyən  edilmiş  Dağlıq  Qarabağın  hüquqi 
statusu;
-bütün  tərəflərin  nizamlama  müddəalarına  riayət  olunması­
nın  təmin  edilməsinə  dair qarşılıqlı  öhdəliklər də  daxil  olmaqla, 
Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükə­
sizliyi.
Mən təəssüflə etiraf edirəm  ki, bir iştirakçı dövlət bunu qə­
bul edə  bilmədi.  Bu prinsiplər digər iştirakçı dövlətlər tərəfin­
dən  dəstəklənir.  Bu  bəyanat  Lissabon  Zirvə  Görüşünün  sənəd­
lərinə daxil ediləcək”.
Beləliklə,  ATƏT  bir  beynəlxalq  təşkilat kimi,  münaqişənin 
yalnız  Azərbaycanın  ərazi  bütövlüyü,  Dağlıq  Qarabağ  regionu­
nun  Azərbaycanın  tərkibində  qalması  və  Dağlıq  Qarabağın  bü­
tün əhalisinin (həm erməni,  həmdə azərbaycan  icmasının) təhlü­
kəsizliyinin  təmin  edilməsi  şərtləri  daxilində  nizamlanmasının 
mümkünlüyünü  təsdiqlədi.  Ermənistan  isə  ilk  dəfə  məhz  bu 
sammit zamanı  beynəlxalq  birliyin  ciddi  səpkisi ilə qarşılaşdı  və 
özünü  təcrid  olunmuş  vəziyyətə  saldı.  Bu  qərarı  ilə  ATƏT
80
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  öz 
münasibətini müəyyən etdi.
19 noyabr  1999-cu  ildə  ATƏT-in  İstanbul Zirvə Görüşü ke­
çirildi.  İstanbul  Zirvə  Görüşünün  Bəyannaməsinin  20  və  2 i-ci 
maddələri  tamamilə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinə  həsr  olunmuşdur.  Bəyannamədə  qeyd  olunur  ki: 
“Biz  Dağlıq  Qarabağ  münaqişəsilə  bağlı  yaranan  vəziyyət  və 
son  hadisələr  haqqında  ATƏT-in  Minsk  Qrupunun  Həmsədr­
lərinin  məruzəsini  aldıq  və  onların  səylərini  müsbət  qiymət­
ləndiririk.  Biz  Ermənistan  və  Azərbaycan  prezidentləri  arasında 
aktivləşən  dialoqu  xüsusilə  alqışlayırıq  ki,  onların  müntəzəm 
görüşləri  problemin  möhkəm  və  hərtərəfli  həllinin  tapılması 
prosesinin  dinamikası  üçün  imkan  yaratmışdır.  Biz  qəti  şəkildə 
bu dialoqu dəstəkləyirik və ATƏT-in  Minsk Qrupu çərçivəsində 
danışıqların  bərpası  ümidilə  bu  dialoqun  davam  etdirilməsinə 
çağırırıq.  Biz  həmçinin  təsdiq  edirik  ki,  ATƏT  və  məsələnin 
həllinin tapılması  üçün ən  münasib format olan  ATƏT-in  Minsk 
Qrupu  sülh  prosesini  və  onun  gələcəkdə  həyata  keçirilməsini, 
tərəfləri bütün zəruri köməklik  ilə təmin etmək də daxil olmaqla, 
daha da irəlilətməyə hazırdır”.
2-3  dekabr 2010-cu  ildə  ATƏT-in Astana  Zirvə  Görüşü  ke­
çirildi.  Bu  Zirvə  Görüşündə  “Təhlükəsizlik  cəmiyyətinə  doğru” 
adlı  Bəyannamə  qəbul  olunmuşdur.  Fikrimcə,  bu  sammitin  çox 
vacib  əhəmiyyəti  var.  Əvvala,  1999-cu  ildən  sonra  (Stambul 
sammitindən  sonra)  ATƏT-in  Zirvə  Görüşü  baş  tutdu  və  bu 
təşkilatın  fəaliyyətinin  sona  çatması  haqqında  söhbətlər  bitli. 
İkincisi,  Gürcüstanın  regionu  olan  Cənubi  Osetiyada  məlum  ha­
disələrdən sonra, ilk növbədə rusiya politoloqları və siyasətçiləri, 
İkinci  dünya  müharibəsindən  sonra  formalaşmış  müasir  bey- 
nəlxaiq  hüququn  məhv  olması,  sona  çatması  haqqında  fikirlər
81


Yüklə

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə