Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə17/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   13   14   15   16   17   18   19   20   ...   84

FƏSİL IV.
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ 
MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA AVROPA 
REGİONAL TƏŞKİLATLARININ QƏRARLARININ 
ROLU VƏ ƏHƏMİYYƏTİ
4.1. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi­
nin nizamlanmasında ATƏT qərarlarının rolu və əhəmiyyəti
ATƏT  -  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı 
(ingl.  OSCE,  Organization  for  Security  and  Co-operation  in 
Europe,  ft. Organisation  pour  la  securite  et  la  cooperation  en 
Europe,  əvvəlki  adı  -   Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq 
Müşavirəsi,  ingl.  Conference  for  Security  and  Cooperation  in 
Europe—   CSCE)—   uzun  müddət  dünyanın  ideoloji  əsaslara 
görə  iki  qütbə bölünmüş ölkələr arasında yeni  ürnumavropa təh­
lükəsizlik  sistemini  formalaşdıran,  ilk  növbədə  Avropada  döv- 
lətlərarası  münasibətləri  əməkdaşlıq  və  qarşılıqlı  mənafe  isti­
qamətlərinə yönəldən, silahların yayılması  üzərində nəzarət, mü­
naqişələrin  qarşısının  alınmasına  yönəlmiş  preventiv  diploma­
tiya  səyləri,  etibar  doğuran  münasibətlərin  qurulması  və  təhlü­
kəsizlik  üzrə  tədbirlərin  görülməsi,  iqtisadi  və  əkoloji  təhlükə­
sizlik  məsələləri,  insan  hüquqları,  demokratik  institutların  inki­
şafı,  seçkilərin  monitorinqi  ilə  məşğul  olan  dünyanın  ən  böyük 
regional  təşkilatlarından  biridir.  ATOT  özündə  Avropanın,  Şi­
malı  Amerikanın  və  Asiyanın  (  Mərkəzi  Asiyanın)  56  dövlətini 
birləşdirir və  onun əhatə  etdiyi  ərazi  Kanadanın  Vankuver şəhə­
rindən  Rusiyanın  Vladivostok  şəhərinə  kimi  üzanır.  ATƏT-in 
əsasını  ümumi  təhlükəsizlik  konsepsiyası  təşkil  edir.  Bu
66
konsepsiyaya əsasən  heç  bir dövlət digər dövlətlərin ziyanına öz 
təhlükəsizliyini  möhkəmləndirməməlidir.
ATƏT  öz  hüquqi  statusuna  görə  çox  unikal  bir  qurumdur. 
Belə  ki,  hüquqi  cəhətdən  müəyyən öhdəliklər doğuran onun heç 
bir təsis  sənədləri  mövcud  deyil  və bu  qurumun qərarları  formal 
nöqte-nəzərdən  hüquqi  cəhətdən  məcburi  xarakter  daşımasada, 
lakin  bu  sənədlərin  ən  yüksək  səviyyədə  -  ölkələrin  dövlət  və 
hökumət  başçıları  səviyyəsində  qəbul  edilməsi  onlara  hüquqi 
öhdəliklər  daşıyan  beynəlxalq-hüquqi  aktlarla  müqayisə  oluna 
biləıı  xüsüsi  əhəmiyyət  verir.  ATƏT-in  dövlət  və  hökumət 
başçıları  səviyyəsində  qəbul  olunan  qərarlar  adətən  “razılaş­
malar” adlandır.  Beynəlxalq-hüquq  ədəbiyyətinda ATƏT sənəd­
lərinin və, ilk növbədə  1975-ci  il  Xelsinki  Yekun Aktının hüquqi 
təbiətinə dair müxtəlif fikirlər mövcuddur.  [71,  30-3);  124;  125, 
89].  A.S.Baxov  qeyd  edir  ki,  beynəlxalq  müqavilənin  hüquqi 
forması  kimi  Yekun  Akt  beynəlxalq  müqaviləyə  məlumdur.  O, 
1885-ci  il  Berlin  konfransının  Yekun  Aktına  və  beynəlxalq 
müqavilələr hüququ  üzrə  1969-cu  il  Vyana  konfransının  Yekun 
Aktına  istinad  edir.  Nəzərə  alaraq  ki,  ATƏT-in  Yekun  Aktı, 
yuxanda  qeyd  olunmuş  beynəlxalq-hüquqi  sənədlərə  uyğun 
müqavilə  strukturuna  malikdir,  o  belə  bir  qərara  gəlir  ki, 
ATOM-in  Yekun  Aktı  beynəlxalq-hüquqi  müqavilədir.  1126, 
201
.
Bunun əksinə,  İ.İ.Lukaşuk qeyd  edir ki,  «Yekun  Akt,  sözün 
dəqiq  hüquqi  mənasında,  müqavilə deyil,  lakin  bu  onun adından 
yox,  onun  mətni  BMT  Nizamnaməsinin  102  maddəsinin  əsa­
sında qeydiyyata düşməməsinə dair aktın yekun  müddəalarından 
irəli gəlir».  \127,  109]
Prof.  Q.V.  İqnatenko  Yekun  Aktın  BMT  Nizamnaməsinin 
102  maddəsinə  əsasən  BMT  Katibliyində  qeydiyyata düşmədi­
67


yini  qeyd  edərək,  xüsusi  vurğulayır  ki,  “Nizamnaməyə  görə 
müqavilənin  qeydiyyatı  haqqında  qaydanın  tətbiq  edilməməsi 
təkcə prosedur nəticə yaradır (tərəflər BMT orqanlarında qeydə 
alınmamış  müqaviləyə  istinad  edə  bilməzlər),  lakin belə müqa­
vilənin hüquqi qüvvəsinə və etibarlığına heç bir cür təsir etmir» 
[128,  109].
Burada  onu  da  qeyd  etmək  lazımdır  ki,  ATƏT  üzvü  olan 
dövlətlər rəsmi  sənəd qismində  Təşkilatın  bütün üzvləri  arasın­
da  onun  yayılması  məqsədilə  Yekun  Aktın  mətnini  BMT  Baş 
Katibinə göndərilməsi  xahişi  ilə  Finlandiyanın hökümətinə mü­
raciət etdilər.  Bu  sənəd BMT-yə göndərilmiş və BMT-də yayıl­
mışdır.
Beləliklə,  ATƏT-in  Xelsinki  Yekun  Aktı  həmdə  BMT-nin 
rəsmi  sənədidir.  Yekun  Aktın  mətninin  təhlili  göstərir  ki,  nə 
onun  preambuiasmda,  nə  onun  digər hissələrində,  və  həmdə  nə 
onun  yekun  müddəalarında  ATƏT-in  üzv  ölkələri  ona  beynəl­
xalq  müqavilə  kimi  baxmavırlar.  Yekun  Aktın böyük,  ilk növ­
bədə,  siyasi  mənasını  qeyd  edərək  üzv  ölkələrin  nümayəndələ­
rinin  heç  biri  bu sənədi  beynəlxalq-hüquqi  sənəd  kimi  xarakte­
rizə  etməmişdir.  Bunun  nəticəsi  olaraq.  Yekun  Aktda  onun 
beynəlxalq  müqavilə  olmasını  göstərən  müddəalar  yoxdur. 
Bunula yanaşı,  ATƏT-in  bütün  üzv ölkələri  Yekun Aktı  sülhün 
və  təhlükəsizliyin təminatı  və  həmdə  Avropada  sabit  inkişaf və 
əməkdaşlıq  üzrə sonrakı  birgə  hərəkətlərin  edilməsi  üçün özün­
də  prinsip  və  razılaşmaları  əks  etdirən  müstəsna  əhəmiyyətə 
malik olan siyasi sənəd kimi qiymətləndirdilər.
Burada  sual  yarana  bilər.  Öz  mahiyyəti  üzrə  beynəlxalq- 
hüquqi  müqavilə  olmadığı  halda  Yekun  Akt  beynəlxalq  hüqu­
qun  mənbəsidir  mi,  və  onda öz  əksini  tapmış  müddəalara  bey­
nəlxalq  hüququn  subyektləri  üçün  ümumməcburi  normativ  xa­
68
rakter  daşıyan  beynəlxalq-hüquqi  norma  və  prinsiplər  kimi 
baxmaq olarmı.
Xelsinki  Yekun  Aktında  öz  əksini  tapmış  müddəalar 
ATƏT-ə üzv olan dövlətlərin maraqlarını əks etdirir. Bütün qə­
rarlar konsensus  əsasında  qəbul  edilir.  Bundan  əlavə,  ATƏT-ə 
qoşulmuş və  onun  sənədlərini  imzalamış ölkələrin sayı  durma­
dan artırdı. Əgər Xelsinki  Yekun Aktını  bu sənədin qəbul olun­
ması  vaxtı,  yəni  1  avqust  1975-ci  ildə  35  ölkə  imzalamışdırsa, 
hal-hazırda  bu  təşkilata  üzv  olan  ölkələrin  sayı  56  çatmışdır 
(sonuncu dəfə  Çernoqoriya  Respublikası  22  iyun 2006  ildə  qə­
bul  olunmuşdur).  Bunlar Qərbi, Mərkəzi  və Şərqi Avropaya da­
xil  olan,  ABŞ,  Kanada,  Qazaxstan  və  Mərkəzi  Asiyanın  digər 
ölkələridir.  Dünyanın  11  ölkəsi  isə  bu  təşkilat  ilə  əməkdaşlıq 
üzrə tərəfdaşdır.
Azərbaycan  Respublikası  30 yanvar  1992-ci  ildə Avropada 
Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsinin  üzvü  oldu.  Azər­
baycan  1992-ci  ilin  iyul  ayının  10-da  ATƏM-in  Helsinkidə 
keçirilən  ölkələrin  dövlət  və  hökumət  başçıları  səviyyəsində 
keçirilən Zirvə Görüşündə təşkilatın sənədlərini  imzaladı.
Öz siyasi  əhəmiyyəti  və  beynəlxalq,  ilk  növbədə dövlətlər- 
arası  münasibətlərə təsiretmə gücünə görə,  Xelsinki  Yekun  Ak­
tı  bir çox beynəlxalq-hüquqi  müqavilələrdən üstündür.
Xelsinki  Yekun  Aktının  bütün  üzv-dövlətləri  onlar  üçün 
ümumi  bir  fikir  ifadə  etdilər  ki,  bu  Yekun  Aktın  müddəaları 
qeyd-şərtsiz,  və  dəqiq  yerinə  yetirilməsi  üçün  nəzərdə  tutulub. 
Sənəddə qeyd  edilir ki,  onun  nəticələrinə  tam  təsir qüvvəsi  ver­
mək  üçün  üzv  dövlətlər təhlükəsizlik və  əməkdaşlıq  üzrə  Müşa­
virənin  Yekun Aktın müddəalarının həyata keçirilməsini nəzərdə 
tutaraq  bu  sənədi  qəbul  etdilər  və  həmdə  Müşavirədən  sonrakı 
dövrdə  Yekun  Aktın  müddəalarını  lazımi  surətdə  yerinə
69


Yüklə

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə