Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə16/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   12   13   14   15   16   17   18   19   ...   84

mənistan tərəfindən müasir beynəlxalq  hüquq  norma və  prinsip­
lərinin  pozulması  bu  dövlətin  beynəlxalq  hüquqi  məsuliyyətini 
yaradır.  Bu  halda  bu  dövlətə  qarşı  BMT-nin  Nizamnaməsinə 
uyğun  olaraq  BMT  Təhlükəsizlik  Şurası  tərəfindən  beynəlxalq 
hüquqi  məcburetmə  tədbirləri  sisteminin  tətbiq  edilməsi  tam 
hüquqauyğundur;
- Dördüncüsü, İKT tərəfindən  Ermənistanın təcavüzkar döv­
lət kimi  tanınması  o  demək  idi  ki,  Ermənistan  Respublikası  bir­
başa  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
iştirakçısıdır.  Bu  fakt  sonradan  öz  əksini  2  dekabr  2008-ci  ildə 
imzalanmış  Moskva  Bəyannaməsində  tapmışdır.  Bu  faktın  bey­
nəlxalq  sənədlərdə  əks  olunmasının  böyük  əhəmiyyatı  var.  Belə 
ki,  bu faktın etiraf edilməsi, guya ki  bu münaqişənin  Azərbaycan 
və  “Dağlıq  Qarabağ”,  mərkəz  və  əyalət  arasında  baş  verməsinə 
dair erməni  separatçılarının  konsepsiyasının əsassız olmasını  bir 
daha sübut edir.  [23];
- Beşincisi,  İKT Ermənistanın silahlı qüvvələri tərəfindən iş­
ğal  olunmuş  azərbaycan  ərazisində  azərbaycan  əhalisinə  qarşı 
edilmiş hərəkətləri  insanlığa qarşı  törədilmiş cinayətlər kimi qiy­
mətləndirir.  Bu  fakt  işğal  olunmuş  azərbaycan  ərazisində  azər­
baycan  əhalisinə  qarşı  törədilmiş  cinayətlərdə,  o  cümlədən  Xo­
calıda  mülki  əhaliyə  qarşı  soyqırımın  həyata  keçirilməsində  əli 
olan  Ermənistanın  rəsmi  və  vəzifəli  şəxslərinin  məsuliyyətə cəlb 
edilməsinin  zərurətinə dair məsələnin qoyuluşu  haqqında hüquqi 
əsaslar  verir.  Çünki  belə  cinayətlər  beynəlxalq  hüquqi  nöqtc 
nəzərdən insanlığa qarşı törədilmiş cinayətlər kimi tövsif olunur;
-  Altıncısı,  İKT  Ermənistan  və  Azərbaycan  arasında  müna­
qişənin  ədalətli  və dinc  yolla  nizamlanmasının  əsas prinsiplərini 
müəyyən  edir.  Bunlar dövlətlərin  ərazi  bütövlüyü  və  beynəlxalq 
tanınmış sərhədlərin sarsılmazlığı  prinsipləridir,
62
-  Yeddincisi,  İKT  Ermənistanın  hər hansı  bir qanunsuz  iqti­
sadi  fəaliyyətinə  və  Azərbaycanın  işğal  olunmuş  ərazilərində 
təbii  resursların  istismarına  və  İslam  abidələri  daxil  olmaqla, 
Azərbaycanın  mədəni  və  tarixi  abidələrinin  dağıdılması  prakti­
kasına son qoyulması zərurətini qeyd edir;
-  Səkkiziııcisi,  İKT  yuxanda qeyd  olunan  məqsədin  həyata 
keçirilməsi  üçün  üzv  olan  ölkələr  tərəfindən  əlaqələndirici  ad- 
dımlann atılmasına dair qərar qəbul  etmişdir.  Xüsusilə qeyd et­
mək lazımdır ki. İKT öz qərarlannda üzv dövlətlərə digər beynə­
lxalq  təşkilatlar  çərçivəsində  də  Azərbaycan  xalqı  ilə  öz  həm­
rəyliyini göstərmək zərurətini qeyd edir.  [24, 68]
Belə ki,  İKT-nın  XI  sammitinin  kommünikesinin 61-ci  bən­
dində  qeyd  olunur  ki,  İKT  Azərbaycanın  təşəbbüsü  ilə  irəli  sü­
rülmüş  BMT  Baş  Məclisinin  “ Azərbaycanın  işğal  olunmuş  əra­
zilərində  vəziyyət”  adlı  layihəsinə öz dəstəyinin  gücləndirilməsi 
zərurətinə  razılığını  iladə  etmişdir.  Əhəmiyyətli  dərəcədə,  İKT 
üzv  dövlətlərin  dəstəyi  nəticəsində  BMT-nin  Baş  Məclisi  14 
mart 2008-ci  ildə özünün 62-cİ  sessiyasında “Azərbaycanın  işğal 
olunmuş  ərazilərində  vəziyyət”  adlı  qətnaməni  qəbul  etmişdir 
(sənəd  A/62/L.42).  BMT-nin  Baş  Məclisinin  bu  qətnaməsində 
onun  beynəlxalq  tanınmış  sərhədləri  çərçivəsində  Azərbaycan 
Respublikasının  suverenliyinə  və  ərazi  biitöviiiyünə  daimi 
hörmət  edilməsindən  və  dəstəyindən  deyilir  və  Azərbaycanın 
biitürı  işğal  olunmuş  ərazilərindən  bütün  erməni  qüvvələrinin 
dərhal,  tam  və  qeyd-şərtsiz  çıxarılması  tələbi  əks  olunur.  Bu 
qətnamə  həmdə  işğal  olunmuş  ərazilərdən  qovulmuş əhalinin  öz 
doğma  evlərinə  qayıtması  hüququnu  təsdiq  edir  və  belə  qayıdış 
üçün,  o  cümlədən  münaqişədən  zərər  çəkmiş  ərazilərin  tam 
reabilitasiyası  daxil  olunmaqla,  müvafiq  şərtlərin  yaradılması 
zərurətini  qeyd  edir.  Bununla yanaşı,  Azərbaycan  Respublikası-
63


nın  Dağlıq  Qarabağ  regionunda  erməni  və  azərbaycan  icmaları 
üçün normal, təhlükəsiz və bərabər şərtlərin təmin edilməsi zəru­
rəti  qeyd  olunur.  Qətnamə o fakta əsaslanır ki,  dünyanın  heç bir 
dövləti  Azərbaycan  Respublikasının  ərazilərinin  işğal  olunması 
nəticəsində yaranmış vəziyyəti qanuni hesab etməməlidir və belə 
vəziyyətin saxlanılmasına kömək etməməlidir.  [75]
BMT-nin  Baş  Məclisinin  sessiyasında  qətnamə  layihəsinin 
müzakirəsi zamanı  Pakistan Respublikasının nümayəndəsi, İKT- 
nın  adından  çıxış  edərək  qeyd  etdi  ki,  İKT  Azərbaycana  qarşı 
Ermənistanın  təcavüzünə  dair  prinsipial  və  qəti  mövqe  tutur və 
özünün  bu  mövqeyini  İKT-ə  üzv  olan  ölkələrin  dövlət  və  hö­
kümət başçılarının  sammitlərində  və  bu ölkələrin  nazirlər səviy­
yəsində  (bir qayda olaraq  xarici  işlər nazirləri  səviyyəsində)  qə­
bul  edilmiş  bəyanatlarda,  kommünikelərdə  və  qətnamələrdə  ifa­
də  etmişdir.  İKT  bütün  işğal  olunmuş  azərbaycan  ərazilərindən 
erməni  silahlı  qüvvələrinin  təxirəsalınmadan,  tam  çıxarılmasını 
və  ərazi  bütövlüyü  və  beynəlxalq  tanınmış  sərhədlərin  to­
xunulmazlığı  prinsiplərinə  hörmət  edilməsi  əsasənda  bu  müna­
qişənin  dinc  yolla nizamlanmasına çağırır.  İKT  1  milyondan ar­
tıq  olan  azərbaycan  qaçqınların  və  məcburi  köçkünlərin  faciəli 
vəziyyətindən  dərin  narahatlığını  bildirir  və  onların  doğma yer­
lərinə  təhlükəsiz  qayıtması  üçün  lazımi  şərtlərin  yaradılmasına 
çağırır.  Bu  qətnamə  layihəsinin  lehinə  səs  vermiş  39  dövlətdən 
31  İKT-yə üzv olan dövlətləri təmsil edir və bu, həlledici dərəcə­
də, qətnamənin qəbul edilməsində öz təsirini göstərdi. [106]
Bu qətnaməyə qarşı  cəmi  yeddi  dövlət səs vermişdir.  Onlar­
dan  üçü,  “sülh  danışıqlarının  nəticələrini  əvvəlcədən  müəyyən 
etməmək”,  bəhanəsi  ilə  “taktiki  nöqte-nəzərdən”  çıxış  edən 
ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrdir, digərləri  isə 
Ermənistanın  özü,  Hindistan  (“daimi”  düşməni  olan  Pakistanın
64
əleyhinə  olaraq),  Sakit  okeanın  kiçik  bir  adasında  yerləşən 
Vanuatu  (bu  ölkənin  dünya  siyasətində  demək  olar  ki,  heç  bir 
çəkisi  yoxdur)  və  sonradan  öz  peşmançılığını  bildirən  Anqola­
dır.  Çox  maraqlıdır  ki,  Anqolanın  Azərbaycandakı  yeni  səfiri 
Tutu Artnandu özünün etimaq  fərmanının surətini  Azərbaycanın 
xarici  işlər  naziri  Elmar  Məmmədyarova  təqdim  edərək,  Anqo­
lanın prezidenti  Joze  Eduardu  Duş Santuşun  Azərbaycanın ərazi 
bütövlüyünü  dəstəklənməsinə  və  işğal  olunmuş  azərbaycanın 
ərazilərindən bütün erməni qüvvələrinin çıxarılmasına dair BMT 
Baş Məclisinin G A /10693  qətnaməsinə qarşı onun dövlətinin səs 
verməsini adi  anlaşılmazlıq  hesab edilməsi  xahişini çatdırmışdır. 
[
26
]
Müqayisə edilməsi  üçün  qeyd etmək  lazımdır ki,  BMT  Baş 
Məclisinin 62/249  “Gürcüstan, Abxaziyadan qaçqınların və da­
xili  yerlərini  dəyişmiş  şəxslərin  vəziyyəti”  adlı  qətnamənin  le­
hinə cəmi  14 dövlət, əleyhinə isə  11  dövlət səs vermişdir və bu­
nu  da qeyd  etmək  yerinə  düşər ki,  Gürcüstana özünün  əsl  mü­
nasibətini  bildirmiş Ermənistan bu qətnamənin əleyhinə səs ve­
rən  dövlətlərin  biri  idi.  Beləliklə,  belə  bir  nəticəyə  gəlmək  olar 
ki,  İKT  qərarlarında  və  qətnamələrində  Ermənistan-Azərbay­
can  Dağlıq  Qarabağ  münaqişəsinə  ədalətli  beynəlxalq-hüquqi 
qiymət verilir və  bu  münaqişənin nizamlanmasının beynəlxalq- 
hüquqi  əsaslan  müəyyən edilir.
65


Yüklə

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə