Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə18/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   14   15   16   17   18   19   20   21   ...   84

yetirmək və nəzərə almaq üçün öz qətiyyətlərini  ifadə etdilər.
Beləliklə,  üzv dövlətlər beynəlxalq  hüququn  əsas  prinsipləri 
daxil  olmaqlaYekun  Aktda əks  olunmuş  müddəalardan  irəli  gə­
lən  öhdəliklərin  dəqiq  yerinə  yetirilməsi  üçün  özlərinin  ümumi 
razılığını  ifadə etdilər.  Burdan  belə  bir  nəticəyə  gəlmək  olar  ki. 
bu  müddəalar  beynəlxalq  hüququn  adət-hüquqi  normaları  for­
masını  aldılar.  Adət-hüquq  normaları  isə  müqavilə-hüquq  nor­
maları  iiə yanaşı  beynəlxalq-hüquq normaların mövcud  olan for­
masıdır.  Beləliklə,  Yekun Aktın  müddəaları  normativ  mahiyyətə 
malikdir  və  icra  olunması  üçün  ümumməcburi  beynəlxalq- 
hüquqi norma və prinsiplərdir.  [82,  110]
ATƏT  BMT  Nizamnaməsinin  VIII  fəslinin  mənasına  görə 
regional  təhlükəsizliyin  təminatına  yönəlmiş  avropa  strukturu­
dur.  Hüquq ədəbiyyatında bu haqda fikir yekdildir.
ATƏT (ATƏM) müşavirəsi  üç mərhələ üzrə keçirilmişdir.
Birinci  mərhələdə  ( 3 - 9   iyul  1973-cü  ildə)  Xelsinki  şəhə­
rində  35  ölkələrin  xarici  işlər  nazirlərinin  konfransi  keçirilmiş­
dir.  Bu konfransda Müşavirənin gündəliyi  və prosedur qaydala­
rını  müəyyən və əks etdirən “Göy  kitab” adlı  sənəd  qəbul olun­
muşdur.
İkinci  mərhələdə  (18  sentyabr  1973-cü  il  -  21  iyul  1975-ci 
il) Cenevrədə, səfirlər səviyyəsində, Avropada  Təhlükəsizlik və 
Əməkdaşlıq  üzrə  Müşavirəsinin  üzv  dövlətləri  nümayəndələri­
nin görüşü  keçirilmişdir.  Bu görüşdə Xelsinki  Yekun  Aktı  layi­
həsinə  düzəlişlər  edilmiş,  bu  sənədin  son  variantı  hazırlanmış 
və  razılaşdırılmışdır.
Üçüncü  mərhələ  (30iyul  -  1  avqust  1975-ci  il)  Xelsinki  şə­
hərində  35  üzv  ölkələrin  dövlət  və  hökumət  başçılarının  Zirvə 
Görüşü  səviyyəsində  keçirilmiş  və  burada  Avropada  Təhlükə­
sizlik  və  Əməkdaşlıq  üzrə  Müşavirənin  Yekun  Aktı  imzalan­
70
mışdır. (Bu ölkələrdən 7-si  Varşava Müqaviləsi  Təşkilatı,  16-sı 
NATO-ya  üzv  olan  dövlətlər və  12-si  bitərəf və  heç  bir tərəfə 
qoşulmamış dövlətlər idi.)
Sonrakı  dövrdə  Xelsinki  Yekun  Aktının yerinə yetirilməsi­
nin gözdən  keçirilməsi və  bu əməkdaşlığın inkişafı  və  dərinləş­
dirilməsi  məqsədilə  üzv  dövlətlərin  bir neçə  görüşü (4  oktyabr 
1977-8  mart  1978-ci  illər  Belqradda,  11  noyabr  1980 -   9  sent­
yabr  1983-ci  illər  Madriddə,  4  noyabr  1986 -   19  yanvar  1989- 
cu  illər Vyanada)  keçirilmişdir.  Bununla yanaşı  17 yanvar  1984 
-   19  sentyabr  1986  illər  Stokholmda etibar etmə  tədbirləri, təh­
lükəsizlik  və  tərksilah  olma  üzrə  Konfrans  keçirilmişdir.  Bun­
dan  əlavə,  1989-cu  il  Parisdə,  1990-cı  il  Hopenhaqendə,  10 
sentyabr— 4 oktyabr  1991-ci  il  Moskvada ATƏT-in  İnsan Öl­
çüsü üzrə Konfransları  keçirilmişdir.
1975-ci  il  Xelsinki  şəhərində  keçirilmiş ölkələrin dövlət və 
hökumət  başçılarının  Zirvə  Görüşündən  sonra  başqa  bir  neçə 
digər Zirvə  Görüşü  də  keçirilmişdir (ölkələrin  dövlət  və  höku­
mət başçıları səviyyəsində).
19-21  noyabr  1990-cı  ildə  ATƏM-ə  üzv ölkələrin dövlət və 
hökumət  başçıları  səviyyəsində  Paris Zirvə Görüşü  keçirildi.  Bu 
görüşdə  bir  neçə  mühüm  əhəmiyyətli  sənəd  qəbul  edildi.  Bun­
ların  içərisində “soyuq  müharibəyə”  son qoyulmasını  elan  etmiş 
“ Yeni  Avropa Üçün Paris Xartiyası” imzalandı, Avropada adi  si­
lahlı  qoşunlar  haqqında  Müqavilə (AASQM)  bağlanmış,  22  üzv 
dövlətin  (NATO  və  VMT  üzvləri)  birgə  bəyannaməsi  qəbul 
olunmuş, və hal-hazırda da mövcud olan siyasi məsləhətləşmələ­
rin  üçpilləli  mexanizmi:  Zirvə  Görüşləri,  Xarici  İşlər Nazirlərin 
Şurası,  Yüksək  vəzifəli  şəxslər  Komitəsi  yaradılmışdır (sonralar 
bu qurum  Rəhbəredici  Komitəyə çevrilmişdir).
24  mart  1992-ci  ildə  Xelsinkidə  ATƏT-in  üzv  dövlətləri
71


ölkələrinin dövlət və  hökumət  başçıları  səviyyəsində Zirvə Gö­
rüşü  keçirilmiş  və  bu  görüşdə  “Dəyişikliklər  Zamanına  Çağı­
rış”  adlı  sənəd  qəbul  edilmiş  və  “Vankuverdən  Vladivostoka 
qədər” hərbi-siyasi sabitliyin və əməkdaşlığın inkişafmi dəstək­
ləmək  məqsədini  qoyan  ATƏM-in  üzv  dövlətlər  arasında  əsa­
sən  siyasi  dialoq  forumundan  regional  təşkilata  çevrilməsinin 
əsası qoyulmuşdur.
6 dekabr  1994-cü  ildə  Budapeşt Zirvə  Görüşü  keçirilmiş və 
bu görüşdə ATƏM-in adı  1  yanvar  1995-ci  ildən Avropada Təh­
lükəsizlik  və  Əməkdaşlıq  Təşkilatına  (ATƏT-ə)  dəyişdirilmə­
sinə  dair  razılıq  əldə  edilmiş  və  “Yeni  Dövrdə  Əsl  Tərəfdaşlıq 
Yolunda”  adlı  siyasi  Bəyannamə  qəbul  edilmişdir.  Zirvə  görü­
şündə  qəbul  olunan  ən  mühüm  qərarlardan  biri  təşkilatın  Avro­
pada  sülhün  və  təhlükəsizliyin  bərqərar  edilməsi  istiqamətində 
fəaliyyətinin genişləndirilməsi  oldu.
2-3  dekabr  1996-cı  ildə  ATƏT-ə  üzv  ölkələrin  dövlət  və 
hökumət  başçıları  səviyyəsində  Lissabon  Zirvə  Görüşü  keçiril­
miş  və  bu  görüşdə  böluşdürücü  xəttlər  olmadan  vahid,  dinc  və 
demokratik  Avropanın  qurulması  zərurətini  qeyd  edilən  “XXI 
əsrdə  Avropa  üçün  ümümi  və  tamhəcmli  təhlükəsizlik  modeli 
haqqında” adlı  Bəyannamə qəbul  olunmuşdur.
18-19  noyabr  1999-cu  ildə ATƏT-ə  üzv ölkələrin dövlət və 
hökumət  başçıları  səviyyəsində  Stambul  Zirvə  Görüşü  keçiril­
miş və  bu görüşdə “Avropa  Təhlükəsizlik  Xartiyası” adlı  sənəd 
qəbul olunmuşdur.
1  dekabr 2010-cu  ildə  Astana  şəhəri  Qazaxıstanda  ATƏT- 
in  son  Zirvə  Görüşü  keçirilmiş  və  bu  görüşdə  “Təhlükəsizlik 
Cəmiyyətinə doğru” adlı  sənəd qəbul olunmuşdur.
Ermənistan-Azərbaycan, 
Dağlıq 
Qarabağ 
münaqişəsi 
ATƏT-in  diqqət  mərkəzində  saxladığı  məsələlərdən  biri  olmuş­
72
dur. Bu təşkilat münaqişənin həlli prosesində vasitəçilik missiya­
sını öz üzərinə götürmüş və bu istiqamətdə müəyyən irəliləyişlər 
əldə olunması üçün bir çox mühüm addımlar atmışdır.
1992-ci  ilin fevralında ATƏM-in  ilk missiyası  Ermənistan- 
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  məruzə  hazır­
lamaq  məqsədilə  Azərbaycana  gəldi.  Missiyanın  məruzəsi 
Yüksək  Vəzifəli  Şəxslər  Komitəsinin  (YVŞK)  fevral  ayında 
Praqa şəhərində keçirilən  iclasına təqdim  olundu.  Bu məruzədə 
Dağlıq  Qarabağın  Azərbaycan  ərazisi  olması  faktı  bir  daha 
təsdiqləndi.  YVŞK  münaqişənin  nizamlanmasına  sülh  vasitə­
lərlə nail olmağın zəruriliyini də bəyan etmişdi.
1992-ci  ilin  mart  ayında ATƏM-in  nümayəndələri  yenidən 
regiona səfər etdilər və  bu dəfə də  YVŞK-nın  iclasında məruzə 
dinlənildi  və  komitə  yenidən  tərəfləri  Dağlıq  Qarabağa  dair 
sülh  konfransının keçirilməsinə şərait yaratmağa çağırdı.
Martın  24-də  ATƏM-in  Xarici  İşlər  Nazirləri  Şurası  vəziy­
yəti  müzakirə  edərək  münaqişənin  sülh yolu  ilə  nizamlanmasını 
təmin  etmək  üçün  YVŞK-nin  zəmanəti  əsasında  Dağlıq  Qara­
bağa dair sülh  konfransının  çağırılması  barədə  qarar qəbul  etdi. 
Həmin  il  martın  24-də  Dağlıq  Qarabağ  münaqişəsinin  sülh  yolu 
ilə,  danışıqlar  vasitəsi  ilə  həlli  üçün  ATƏT-in  Minsk  qrupu 
yaradılmışdır.  Konfransda  ABŞ,  Fransa,  Almaniya,  İtaliya,  Tür­
kiyə,  Çexiya-Slovakiya,  Belarus,  İsveç,  Azərbaycan  və  Ermə­
nistan  nümayəndələrinin  iştirakı  nəzərdə  tutulmuşdu.  1992-ci 
ilin  mayında  ATƏM-in  Yüksək  Vəzifəli  Şəxslər  Komitəsi  tərə­
findən  konfransın  təşkili  və  iclasın  keçirilməsi  şərtləri,  eləcə  də 
sədrin  səlahiyyətlərini  müəyyənləşdirən  qərar  qəbul  olundu. 
Minsk  Konfransının  keçirilməsi  üçün  yaradılan  Minsk  qrupu 
münaqişənin  həlli  prosesində  iştirak etməli  və  nəticədə  Minskdə 
bu münaqişənin həllinə dair yekun sənəd qəbul olunmalı idi.
73


Yüklə

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə