Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə26/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   22   23   24   25   26   27   28   29   ...   84

Ermənistan parlamentinin  spikeri Ovik  Abramyan özünün Avro­
pa  Parlamentinin  sədri  Yeji  Buzekin  adma  ünvanladığı  məktu­
bunda  bu  qətnamənin  müəllifini-  Yevqeniy  Kirilovu  ittiham 
etməkdən yaxşı heç nə tapmadı.
Bununla  yanaşı,  Abramyanın  fikrinə  görə,  belə  yanaşma 
Avropa  Parlamentinin  nüfuzuna  ciddi  zərər  vurur  və  münaqişə­
nin  nizamlanması prosesi  üçün ciddi  neqativ nəticələr yarada  bi­
lər. 
[92] 
Faktiki  olaraq  Ermənistanın müxalifətdə olan qüvvələri 
də  etiraf  edirlər  ki,  Avropa  Parlamentinin  bu  qətnaməsi  Er­
mənistanın  hərəkətlərini  pisləyir  və  bu  ölkə  tərəfindən  azərbay­
can torpağlarının işğal edilməsi faktını təsdiqləyir. “Cənubi  Kav- 
kaza dair Avropa Parlamentinin qətnaməsi, onda qarabağ müna­
qişəsinə aid erməni tərəfi  üçün neqativ müddəalar olduğuna görə 
“İrs”  partiyası  üçün  qəbuledilməzdir.  Bu  qətnamə  Ermənistan 
Respublikasının parlament heyətinin passiv fəaliyyətinin nə-ticə- 
sidir”  -   bu  haqda  Ermənistan  parlamentində  “İrs”  fraksiyasının 
katibi  Larisa  Alaverdyan  bəyan  etdi.  Həmdə  onun  sözlərinə  gö­
rə, Avropa Birliyinin Cənubi  Kavkaza təkcə neft-qaz dəhlizi qis­
mində baxması qəbuledilməz bir haldır. 
[93]
Qeyd  etmək  lazımdır ki.  Avropa Parlamentinin  bu qətnamə­
si  ədalətli  olaraq  Dağlıq  Qarabağ  münaqişəsini,  Cənubi  Kavkaz 
regionunda  olan  digər  həll  olunmamış  münaqişələrlə  birlikdə, 
Cənubi  Kavkaz ölkələrində “Şərq partnyorluq” proqramının  tam 
həyata keçirilməsinə və  bu ölkələrin  iqtisadi  və sosial  inkişafına 
maneə  kimi  qiymətləndirir.  Azərbaycanın  Xarici  İşlər Nazirliyi­
nin  bəyanatında deyilir ki:  “ Azərbaycanın  Xarici  İşlər Nazirliyi 
Avropa  Parlamentinin  Bolqarıstandan  olan  deputatı  Yevqeniy 
Kirillovun  məruzəsi  əsasında  Avropa  Parlamentinin  20  May 
“Cənubi  Kavkazda  Avropa  Birliyi  strategiyasının tərtib edilməsi 
zərurəti  haqqında” adlı  qətnaməsinin qəbulunu alqışlayır”.  Daha
102
sonra  bu  bəyanatda  qeyd  olunur  ki,  Azərbaycanın  XİN-yi: 
“Sonrakı  aylarda  münaqişənin  həll  edilməsi  üzrə  səylərin 
aktivləşdirilməsinə,  beynəlxalq  səviyyədə  əsası  olmayan  və  güc 
vasitəsilə yaradılmış status-kvo-nun ləğv edilməsinə dair Avropa 
Birliyinin çağırışını  xüsusi  qeyd edərək  Ermənistan-Azərbaycan, 
Dağlıq  Qarabağ  münaqişəsinə  və  onun  ağır  nəticələrinə  aid  bu 
parlamentin  erməni  qüvvələrinin  Azərbaycanın  bütün  işğal 
olunmuş  ərazilərindən  çıxardılması  tələbi  üzrə  dəqiq  və  vahid 
mövqeyini müsbət qiymətləndirir». 
[94]
Bizim fıkrimizcə, onu da qeyd etmək yerinə düşər ki, şübhə­
siz,  Avropa  Parlamenti  qətnamələrinin  müddəaları  həm  birbaşa 
Avropa  Birliyinin  digər  rəhbər orqanlarının,  həmdə,  digər tərəf­
dən,  Avropa  Birliyinə  üzv  olan  ölkələrin  rəhbərliyinin  möv­
qelərinə  böyük  təsir  göstərir  və  Dağlıq  Qarabağ  problemi  üzrə 
bü nüfuzlu təşkilatın öz siyasətini  formalaşdırır.
Qeyd etmək  lazımdır ki,  həm dünya birliyi  ölkələri  bütövlü­
kdə,  həmdə  müxtəlif beynəlxalq  təşkilatlar  və  bununla  yanaşı, 
müxtəlif faktorlar gücünə beynəlxalq  münasibətlər sisteminə bö­
yük  təsir  göstərən  ayrı-ayrı  ölkələr  də,  erməni  təcavüzü  nəticə­
sində azərbaycan ərazilərinin  işğal edilməsi  faktını etiraf edərək, 
daha  tez-tez  azərbaycan  ərazilərinin  işğal  edilməsinin  yolve­
rilməzliyi  və  işğalçı  erməni  qüvvələrin  bütün  işğal  olunmuş 
azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyi  haqqında da­
nışırlar.  Ermənistan  həm  Cənubi  Kavkaz  regionunda  müxtəlif 
genişmiqyaslı  və  iqtisadi  baxımdan  çox  sərfəli  layihələrdən 
kənarlaşdın İmiş  qalır  və  həmdə  müxtəlif  beynəlxalq  meydan­
çalarında,  o  cümlədən  beynəlxalq  təşkilatların  müxtəlif  mey­
dançalarda getdikcə daha tez-tez təcrid olunmuş hala düşür.
103


FƏSİL  V
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ 
MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA NATO-mm 
QƏRARLARININ ROLU VƏ ƏHƏMİ Y Y ƏTİ
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ münaqişəsinə əda­
lətli, müvafiq  beynəlxalq-hiiququ qiymətin verilməsi NATO-nun 
sənədlərində  öz  əksini  tapmışdır.  NATO  beynəlxalq  hüququn 
subyekti  olan hökumətlərarası  beynəlxalq  təşkilatdır  və dünyada 
mövcud  olan  ən  effektiv  hərbi-siyasi  blokdur.  O,  4  aprel  1949 
ildə  yaranıb.  NATO-nun  keçmiş  Yuqoslaviyada  (Operation 
Allied  Force),  Əfqanıstanda  və  İrakda  həyata  keçirdiyi  əmə­
liyyatlar bu təşkilatın effektiv hərbi-siyasi  blok olmasını  bir daha 
təsdiq  etdi.  4  April  2009-ci  ildə  Strastburqda-Kelledə  keçirilmiş 
NATO-ya  üzv  olan  ölkələrin  dövlət  və  hökumət  başçılarının 
summitində  (zirvə  görüşündə)  iki  ölkə,  Albaniya  və  Xorvatiya, 
NATO-ya  üzv  seçilmişlər  və  beləliklə,  bu  təşkilata  üzv  olan 
ölkələrin  sayı  hal-hazırda  28  çatmışdır.  NATO-ya  üzv  olan 
ölkələrin  sırasında  Şimali  Amerikada,  Avropada  və  Aziyada 
yerləşən  və  dünya  siyasətində  aparıcı  rol  oynayan  və  qüdrətli 
siyasi,  hərbi,  iqtisadi  potensiala  malik  olan  ABŞ,  Böyük 
Britaniya,  Fransa,  Kanada,  Almaniya,  İtaliya,  İspaniya,  Türkiyə, 
Polşa və digər dövlətləri göstərmək olar.
NATO-nun əsas  məqsədi  -  BMT-nin  Nizamnaməsinin  prin­
siplərinə  uyğun olaraq  Avropada və  Şimali  Amerikada bütün  öz 
üzvlərinin  təhlükəsizliyini  və  azadlığını  təmin  etməkdən  ibarət­
dir.  Bu  məqsədə  nail  olmaq  üçün  NATO  öz  siyasi  təsirini  və 
hərbi  potensialını  istifadə  edir.  NATO-nun  əsas  prinsipi  bu  təş­
kilatın  Nizamnaməsinin  5  maddəsində  öz  əksini  tapmışdır.  Bu
104
maddədə  deyilir  ki,  “tərəflər  razılaşırlar  ki  onların  birinə  və  ya 
bundan çoxuna hərbi hücum, Avropada və ya Şimali Amerikada, 
onların hamısına qarşı hücüm kimi qiymətləndiriləcək”.
Beləliklə, NATO  BMT-nin 51-ci maddəsində öz əksini  tap­
mış  regional  təşkilatların  kollektiv  özünümüdafiə  hüququnu  nə­
zərdə tutan  müddəaya  uyğun yaradılmışdır.  Buna görə, guya ki, 
NATO dövlətlərarası beynəlxalq təşkilat kimi, beynəlxalq hüquq 
normalarının  pozulması  ilə  yaradılması  haqqında  müddəanın 
nəinki  vaxtı  ilə  sovet  beynəlxalq  hüquq  doktrinasında  hökm­
ranlıq edən, həmdə bu gün  də, xüsusən rusiya beynəlxalq hüquq 
doktrinasında  tərəfdarı  az  olmayanların  nöqte-nəzərilə  razılaş­
maq olmaz.  Belə ki, “Beynəlxalq hüquq kursu” adlı  fundamental 
əsərdə  (müvafiq  fəslin  müəllifi  S.A.Malinindir)  qeyd  olunur  ki, 
NATO:  “Regional  müqavilələr” adlanan  BMT-nin  VIII  fəslində 
öz  əksini  tapmış  regional  təhlükəsizlik  sazişlərinin  bağlanması­
nın əsas şərtlərinin pozulması  ilə rəsmiləşdirilmişdir: bu təşkilata 
müxtəlif regionlarda  yerləşən  ölkələr  daxildir  (məsələn,  İtaliya, 
Türkiyə,  Yunanıstan  birbaşa  Şimali  atlantik  hövzəsinə  aid  edilə 
bilməz);  müqavilədə  iştirakçı  dövlətlərin  dəniz  arxasında  olan 
ərazilərinə  dair  müddəalar var  idi  və  s.  (deməli,  Pakt üzrə  hərə­
kətlər, bu rayonun  hüdudlarından kənara çıxır);  müqavilə nəinki 
görülmüş,  həmdə  nəzərdə  tutulan  tədbirlər  haqqında  BMT-nin 
Təhlükəsizlik  Şurasını  məlumatlandırmaq  öhdəliyini  nəzərdə 
tutmurdu  (  bu  isə  BMT Nizamnaməsinin  54  maddəsini  pozur)”. 
[69,  186J  Lakin  ədalət  naminə,  demək  lazımdır  ki,  postsovet 
dövrün ilkin  mərhələsində, çox guman ki,  Rusiyanın Qərblə mü­
nasibətlərinin yaxşılaşdırılması  ilə bağlı,  rusiya hüquq ədəbiyya­
tında  qeyd  olunurdu  ki:  “Şimali  atlantik  müqaviləsinin  təhlili 
göstərir ki, onun  mətni  BMT-nin Nizamnaməsinin müddəalarina 
uyğun  olaraq  tərtib  edilib”.[70,  328;  71,  168;  72,  298]  1999-cu
105


Yüklə

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə