Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə22/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   18   19   20   21   22   23   24   25   ...   84

qayıtması  hüququ  və  onların  reinteqrasiya  olunması  əsasmda 
münaqişəyə  cəlb  olunan  bütün  tərəflərin  danışıq  predmeti 
olmalıdır ”.  [30]
Avropa  Şurasının  Parlament  Assambleyasında  (AŞPA)  xü­
susi məruzəçi  D.Atkinsonun 29 noyabr 2004-cü ildə təqdim etdi­
yi  məruzəsində (sənəd  10364) qeyd  olunur ki,  “Azərbaycan  əra­
zisinin  mühüm  bir  hissəsi  hələ  də  erməni  qüvvələri  tərəfindən 
işğal  olunub”. D.Atkinsonun məruzəsində xüsusi qeyd olunur ki, 
“Azərbaycanın  sərhədləri  ölkənin  1991-ci  ildə  müstəqil  dövlət 
kimi  tanınması  anında  beynəlxalq  tanınmış  idi.  Azərbaycanın 
ərazisinə Dağlıq Qarabağ regionu daxil  idi” (b.5, bölmə Ш) [31]. 
Bu  məruzənin  əsasmda  AŞPA  “Onun  həlli  ilə  ATƏT-in  Minsk 
Konfransı  məşğul  olan  Dağlıq  Qarabağ regionu ətrafında müna­
qişəyə  dair ”  1416  (2005) qətnamə qəbul  etmişdir.  Bu qətnamə­
də Azərbaycan ərazisinin mühüm bir hissəsinin erməni qüvvələri 
tərəfindən  işğal  olunması  və  digər dövlət tərəfindən (Ermənistan 
tərəfindən -  qeyd  müəllifindir) Dağlıq Qarabağ regionun ərazisi­
nin  işğal  olunması  faktı  öz  əksini  tapmışdır.  Bu  fakta aid  qətna­
mədə qeyd olunur ki:  “Assambleya bir daha bəyan edir ki, təşki­
latın üzvü  olan hər hansı  bir ölkə tərəfindən xarici  ərazinin  işğal 
edilməsi,  Avropa  Şurasının  üzvü  kimi  bu  ölkənin  öhdəliklərinin 
ciddi  pozulmasini  təşkil edir”[J2].
Bu  qərar  çox  böyük  əhəmiyyətə  malikdir.  İslam  Konfransı 
Təşkilatından sonra AŞPA öz qərarında Ermənistanı  Azərbayca­
nın  ərazilərini  işğal  edən dövlət  kimi  göstərdi  və  faktiki  bu  döv­
ləti  Azərbaycana  qarşı  təcavüzdə  ittiham  eldi.  Və  bununla  da 
guya  ki,  Ermənistan  yox,  yanlız  dağlıq  qarabağ  separatçıları  və 
Azərbaycan  münaqişənin  tərəfləri  olması  haqqında  erməni  tə­
rəfinin iddiasını təkzib etdi. 1119,  16]
AŞPA  2008-ci  ildə  özünün  yay  sessiyasında da Azərbayca­
86
nın ərazi  bütövlüyünə  öz dəstəyini  göstərdi.  AŞPA-nın  bu sessi­
yasında  6  iyun  2008-ci  ildə  xiisusi  məruzəçilər  Andreas  Xerkel 
və  Yevqeniya  Jivkova  tərəfindən  edilmiş  “Azərbaycanda  de­
mokratik  institutların  fəaliyyət  göstərməsi  haqqında”  [32]  adlı 
məruzə  əsasmda  24  iyul  2008-ci  ildə 
1614 
nömrəli  eyniadlı 
qətnamə qəbul edilmişdir.
AŞPA-nın 
1614 
nömrəli  qətnaməsinin  25.1  bəndində  de­
yilir  ki,  Assambleya:  “hesab  edir  ki,  ölkənin  ərazi  bütövlüyü 
bərpa  edilməyənə  qədər  Azərbaycanda  sabit  demokratik 
inkişaf  çox  çətin  olaçaqdır”.  AŞPA-nın 
1614 
nömrəli 
qətnaməsinin  25.2  bəndində  deyilir  ki:  “  Assambleya  BMT- 
nin  Baş  Məclisinin  14  mart  2008-ci  tarixində  qəbul  edilmiş 
“Azərbaycanın  işğal  olunmuş  ərazilərində  vəziyyət haqqında” 
adlı  qətnaməsini  nəzərə  alır.  (BMT-nin  Baş  Məclisi  özünün 
14  mart  2008-ci  il  tarixli  qətnaməsində  öz  ciddi  narahatlığını 
bildirir  ki,  Azərbaycanın  Dağlıq  Qarabağ  regionu  və  onun 
ətrafında  hərbi  münaqişə  beynəlxalq  sülhə  və  təhlükəsizliyə 
təhlükə  yaratmağı  davam  edir,  Azərbaycanın ərazi  bütövlüyü­
nü  təsdiqləyir,  onun  beynəlxalq  tanınmış  sərhədlərinə  dəstək 
verir  və  işğal  olunmuş  ərazilərdən  erməni  silahlı  qüvvələrinin 
dərhal  çıxardı imasını tələb edir).  [34]
Beləliklə,  AŞPA  BMT  Baş  Məclisinin  14  mart  2008-ci  il 
tarixli  “Azərbaycanın  işğal  olunmuş  ərazilərində  vəziyyət 
haqqında”  adlı  qətnaməsinə  öz  dəstəyini  bildirdi.  Dağlıq 
Qarabağ  regionunun  ərazi  mənsubiyyətini  Azərbaycana  məx­
sus  olduğunu  təsdiqlədi  və  Azərbaycanın  işğal  olunmuş  əra­
zilərindən  erməni  hərbi  qüvvələrinin  dərhal  çıxarılmasını  tə­
ləb  etdi.  Heç  də  təsadüfi  deyil  ki,  erməni  tərəfinin  hu  qətna­
məyə  reaksiyası çox  sərt oldu.
87


4.3. 
Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi­
nin  nizamlanmasında  Avropa  Birliyinin  qərarlarının  rolu  və 
əhəmiyyəti
Avropa  Birliyi  müasir  dünyada  qüvvələrin  geosiyasi  duru­
muna böyük təsir göstərən əsas aktorlardan biridir. Avropa Birli­
yi  (digər adları —  Avrobirlik,  AB, Avropa İttifaqı,  Aİ) 27 avro- 
pa dövlətini birləşdirən iqtisadi  və siyasi  birlikdir.  [85]  Regional 
inteqrasiyaya yönəlmiş  bu  İttifaq  Maastrix  müqaviləsi  ilə  1993- 
cü ildə Avropa Birliyi  prinsipləri əsasında yaranmışdır.  [86]  Beş 
yüz million sakini  olan  [87]  Avropa Birliyinin payı  2009-cu ildə 
dünya  ümumdaxili  məhsulda  nominal  üzrə  28%  və  alıcıliq 
qabiliyyəti  pariteti  üzrə  21%  təşkil  edirdi.  [88]  Beynəlxalq 
Valyuta  Fondunun  məlumatına  görə  Avropa  Birliyinin  iqti­
sadiyyatı  təkcə  2009-cu  ildə  alıcıliq  qabiliyyəti  pariteti  üzrə 
16,523 трлн.$  məbləğində  dünya  ümumdaxili  məhsulu  istehsal 
etmişdir.  Mahiyyətcə,  Avropa  Birliyi  vahid  bir bazar təşkil  edir 
və  Ümumdünya  Ticarət  Təşkilatında  (ÜTT)  vahid  qurum  qis­
mində  təqdim  olunur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Avropa 
Birliyi  ənənəvi  beynəlxalq  dövlətlərarası  təşkilat  anlayışı  çərçi­
vəsini aşan mürəkkəb regional  inteqrasiya birliyidir.  Bəzi hüquq­
şünas alimlər hesab edirlər ki, Avropa Birliyində eyni  bir zaman­
da  həm  beynəlxalq  təşkilatın,  həm  konfederasiyanın,  həmdə 
federasiyanın  cizgilərini  görmək  olar.  [98,  192]  Onu  da  qeyd 
emək  lazımdır  ki,  Azərbaycan  Respublikası  ilə  Avropa  Birliyi 
arasında 
münasibətlərin 
hüquqi 
əsasını 
Tərəfdaşlıq 
və 
Əməkdaşlıq  Sazişi  (TOS)  qoymuşdur.  Bu  sənəd  22  aprel  1996- 
cı  ildə  Lüksemburq  şəhərində  imzalanmış  və  onu  imzalamış 
bütün  dövlətlər  tərəfindən  ratifikasiya  edildikdən  sonra  I  iyul 
1999-cu  il  tarixində qüvvəyə  minmişdir.  TƏS əməkdaşlığı  möh­
kəmləndirmək  üçün  müvafiq  mexanizmlər təmin  etməklə,  Azar-
88
baycan  Respublikası  ilə  Avropa  Birliyi  arasında  münasibətlərə 
yeni  təkan  vermişdir.  Bu  Saziş  siyasi  dialoq,  insan  hüquqları, 
ticarət,  investisiya,  iqtisadi,  qanunverici,  mədəni  və  digər 
əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. 
Onun  əsas  məqsədlərindən  biri  Azərbaycan  qanunvericiliyinin 
AB qanunvericiliyinə uyğunlaşdırılınası təşkil edir.
TƏS-ə  əsasən,  Azərbaycan  Respublikası  ilə  Avropa  Birliyi 
arasında  ikitərəfli  mütəmadi  dialoqun  aparılması  məqsədilə 
Əməkdaşlıq  Şurası,  Əməkdaşlıq  Komitəsi,  Parlamentlərarası 
Əməkdaşlıq  Komitəsi,  Ticarət,  İqtisadiyyat və  Əlaqədar  Hüquqi 
məsələlər  üzrə  Alt-komitə  və  Enerji,  nəqliyyat  və  ətraf  mühit 
məsələləri  üzrə  Alt-komitə  kimi  strukturlar  yaradılmışdır. 
Əməkdaşlıq  Şurası  əməkdaşlığın  əsas  istiqamətlərini  müəyyən­
ləşdirir,  Əməkdaşlıq  Komitəsi  isə  Şuraya  tövsiyələr  verməklə 
yardım edir.  Ticarət,  iqtisadi və əlaqədar hüquqi  məsələlər, həm­
çinin  enerji,  nəqliyyat  və  ətraf mühit  məsələləri  üzrə  Alt-komi­
tələr Əməkdaşlıq  Komitəsinin nəzdində fəaliyyət göstərir.  Azər­
baycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil 
etmək  haqqında  Avropa  Birliyi  Şurasının  14  iyun  2004-cü  il 
tarixli qərarı  ikitərəfli əməkdaşlıqda  irəliyə doğru mühüm addım 
olmuşdur.  Avropa  Birliyi  ilə  əlaqələrdə  daha  yüksək  səviyyəli 
siyasi  və  iqtisadi  inteqrasiya vəd edən  AQS ona daxil  olan ölkə­
lər üçün  tərəfdaşlığın  gələcək  inkişafı  baxımından  yeni  bir mər­
hələ  olmuşdur.  AQS  Azərbaycan  Respublikası  üçün  aşağıdakı 
imkanlar yaratmışdır:
- siyasi,  iqtisadi  və  inzibati  islahatların  həyata keçirilməsi  və 
birgə  dəyərlərə  hörmət edilməsində  konkret  irəliləyişə nail olun­
ması  müqabilində  Avropa  Birliyinin  daxili  bazarında  müəyyən 
paya sahib olma imkanı;
- vətəndaşların,  əmtəələrin,  xidmətlərin  və  kapitalın  sərbəst
89


Yüklə

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə