Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə30/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   26   27   28   29   30   31   32   33   ...   84

olacaq” .[5JJ
QUAM  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişə­
sinin  hərtərəfli  nizamlanması  İşində  mühüm  əhəmiyyətə  malik 
olan  bir neçə  qərar və  qətnamə  qəbul  etmişdir.  Təəssüflər  olsun 
ki,  ölkə  hüquq  ədəbiyyatında,  faktiki  olaraq,  Ermənistan-Azər­
baycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanmasına  dair 
QUAM  çərçivəsində  qəbul  olunmuş  sənədlərin  təhlilinə  həsr 
edilmiş  hər  hansı  bir  əhəmiyyətli  əsər  yoxdur.  Ümumiyyətlə 
qeyd  etmək  lazımdır ki,  QUAM-ın  fəaliyyətinin  hüquqi  aspekt­
lərinin  təhlil  edilməsi  problematikası,  nadir  istisnalarla  [54]. 
digər ölkələrin hüquq ədəbiyyatında da zəif işlənib. Görünür, bu 
onunla bağlıdır ki,  bu problematika nisbətən yenidir, az araşdırı­
lıb və  kifayət qədər işlənilməyib.  Halbuki,  Ermənistan-Azərbay­
can,  Dağlıq  Qarabağ münaqişəsinin  nizamlanmasına dair bu  təş­
kilatın  mövqeyini  əks  etdirən  bir  sıra  qərar  qəbul  etmişdir. 
QUAM  23  may  2006-cı  ildə  Azərbaycan  Respublikası,  Gür­
cüstan,  Moldova  Respublikası  və  Ukrayna  Prezidentlərinin  iş­
tirakı  ilə  keçirilmiş  QUAM  Sammitində  yaradılmışdır.  Qonaq 
qismində  Sammitdə  Polşa  və  Litva  Prezidentləri,  Bolqarıstanın 
Vise-Prezidenti,  ABŞ-nın,  Rumıniyanın,  Qazaxıstanın  və həmdə 
ATƏT-in,  QDİBT-in  və  diplomatik  missiyaların  yüksək  səviy­
yəli  nümayəndələri  iştirak  edirdilər.  [55]  Azərbaycan  Respub­
likası,  Qürcüstan,  Moldova  Respublikası  və  Ukrayna  tərəfindən 
“QUAM  -  Demokratiya və iqtisadi  inkişaf təşkilatı”-nın yaradıl­
ması  haqqında  Kiev  Bəyannaməsi  qəbul  olunmuş  {56]  və  onun 
təsis  edilməsi  sənədi  -   Nizamnaməsi  imzalanmışdır.  Bəyanna­
mədə  deyilir  ki,  Azərbaycan,  Qürcüstan,  Moldova  və  Ukrayna 
BMT  Nizamnaməsində,  ATƏT-in  əsas  sənədlərində  əks  olun­
muş müddəaları, beynəlxalq  norma və  prinsipləri  rəhbər tutaraq, 
beynəlxalq  terrorçuluqdan,  aqressiv  separatizmdən  və  ekstre­
mizmdən  və  onlarla  bağlı  oları  digər  neqativ  hadisələrdən  irəli 
gələn  davam  edən  münaqişələrlə  və  təhlükəsizliyə  qarşı  artan 
təhlükələrlə bağlı  dərin  narahatlığını  bildirərək,  suverenlik,  ərazi 
bütövlüyü  və  dövlətlərin  beynəlxalq  tanınmış  sərhədlərinin 
toxunulmazlığı  prinsiplərinə  riayət edilməsi  əsasında beynəlxalq 
sülhün,  təhlükəsizliyin  və  sabitliyin  möhkəmlənməsinə  kömək 
etmək  qətiyyətini  təsdiqləyərək.  QUAM  -   Demokratiya  və  iqti­
sadi  inkişaf təşkilatı  adlı  beynəlxalq  regional  təşkilatın  yaradıl­
ması  haqqında bəyan edirlər.
Nəzərə alaraq ki, QUAM təşkilatına üzv olan 4 ölkədən 3-də 
həll  olunmamış  regional  münaqişələr  mövcuddur,  QUAM  öl­
kələri bu problemə xüsusi diqqət ayırırlar.
Bəyannamədə xüsusi  qeyd olunur ki, tərəflər bu dövlətlərin 
suverenliyini,  ərazi  bütövlüyünü  və  müstəqilliyini  pozan  bir sıra 
QUAM  dövlətlərində  həll  olunmamış  münaqişələrin  nizamlan­
ması  məqsədilə  fəal  əməkdaşlıq  etmək  üçün  öz  niyyətləri  haq­
qında bəyan edirlər.  Beləliklə, QUAM  təşkilatına  üzv olan ölkə­
lərin  mövqeyi  bu  sənəddə öz əksini  tapmışdır.  Sənəddə göstərilir 
ki, QUAM  təşkilatına üzv olan bir sıra ölkələrdə  həll  olunmamış 
münaqişələr  bu  dövlətlərin  suverenliyini,  ərazi  bütövlüyünü  və 
müstəqilliyini  pozur,  bu  isə  müasir  beynəlxalq  hüquq  normaları 
ilə bir araya sığmır.  Şübhəsiz,  nizamlanmamış  münaqişələrə dair 
QUAM-ın  xüsusi  sənədi  23  may  2006-cı  il  tarixində  qəbul 
olunmuş  “Həll  olunmamış  münaqişələrin  nizamlanması  məsələ­
lərinə  dair”  QlJAM-ın  birgə  Bəyannaməsidir.  |57]  Bu  sənəddə 
QUAM  təşkilatına  üzv  olan  ölkələr  münaqişəli  zonalardan  irəli 
gələn  təhlükəsizliyə  artan  təhlükələrlə,  o  cümlədən  beynəlxalq 
terrorçuluq,  aqressiv  separatizm,  ekstremizm,  mütəşəkkil  cina­
yətkarlıqla və  onlarla bağlı  olan  digər təhlükəli  hadisələrlə  bağlı 
olaraq  dərin  narahatçılığını  ifadə edərək beynəlxalq  təhlükəsizii-
119


yin  dəstəklənməsi  əsaslarının  biri  qismində  suverenliyinə,  ərazi 
bütövlüyünə  və  dövlətlərin  beynəlxalq  tanınmış  sərhədlərinə 
əməl  edilməsi  zərurətini  təsdiqləyirlər və  etiraf edirlər  ki,  Azər­
baycanın,  Qürcüstamn  və  Moldovanın  ərazisində  nizamlanma­
mış münaqişələr və qanunazidd hərbi  iştirakçılıq bu ölkələrin su­
verenliyini,  ərazi  bütövlüyünü  və  siyasi  müstəqilliyini  sarsıdır, 
tammiqyaslı  demokratik  dəyişikliklərin  və  sabit  inkişafın  əldə 
edilməsinin  həyata  keçirilməsini  çətinləşdirir,  regional  təhlükə­
sizliyə  təhlükə  yaradır,  ümumavropa  inteqrasiya  proseslərinə 
mənfi  təsir  göstərir.  Bununla  bağlı,  Bəyannamədə  bəyan  edilir 
ki,  QUAM  ölkələrinin  ərazisində  olan  münaqişələrin  nizamlan­
ması yanlız müstəsna olaraq  bu dövlətlərin suverenliyi, ərazi bü­
tövlüyü  və  beynəlxalq  tanınmış  sərhədlərinin  toxunulmazlığı 
əsasında həyata keçirilə  bilər.  QUAM  təşkilatına  üzv  olan  ölkə­
lər qeyd  edirlər  ki,  müvafiq  beynəlxalq  hüquq  normalarının  po­
zulmasına yönəlmiş  gücdən  istifadə  etmə  və  ya  hədə-qorxu  gəl­
mə təhlükəsi  nəticəsi  kimi  dövlətlərin ərazisi  hərbi  işğalın  və ya 
əldə etmənin obyekti  ola bilməz və  heç bir ərazi  əldəetmələri  və 
bunun  nəticəsində  özünübəyanetmiş  qurumlar  hec  bir  hallarda 
qanuni  hesab  edilə  bilməz.  Göründüyü  kimi,  burada  1975-ci  il 
tarixli  Xelsinki  Yekun  Aktının  müddəaları  bir  daha  təsdiqlən­
mişlər.  [55]
Bununla yanaşı,  bəyannamədə yeni  bir müddəa öz əksini  və 
məntiqi  inkişafını  tapmışdır.  Bu  müddəaya  görə  belə  bir  hüqu­
qazidd  fəaliyyət nəticəsində yaranmış özünü bəyan etmiş qurum­
lar heç  bir hallarda qanuni  hesab  edilə  bilməz.  Analoji  müddəa 
Avropa Birliyinin sənədlərində də öz əksini tapmışdır.  Belə ki. 9 
-  11  dekabr  1991-ci  ildə  Maastrixdə  qəbul  olunmuş  Avropa 
Birliyinin  qərarına  əsasən  23  dekabr  1991-ci  ildə  Brüsseldə 
xarici  işlər nazirləri  səviyyəsində  Avropa  Birliyi  Şurasının  iclası
120
keçirilmiş və iclasda SSRİ-də və Şərqi Avropanın bəzi ölkələrin­
də  vəziyyət müzakirə olunmuşdur.  Sovet İttifaqı və Şərqi  Avro­
pa ərazisində  yeni  dövlətlərin  rəsmi  tanıma məsələsinə dair Av­
ropa  Birliyi  ölkələrinin  ümumi  yanaşması  müəyyən  edilmişdir. 
Bununla  yanaşı,  həmdə  Avropa  Birliyi  ölkələrinin  xarici  işlər 
nazirləri  xüsusi  qeyd  etdilər  ki,  təcavüz  nəticəsində  yaranmış 
dövlətlər tanınmayacaq.  [59]
Bununla  da,  QUAM  ölkələrinə  üzv  olan dövlətlər,  bu  döv­
lətlərin ərazilərində, digər seperatist qurumlarla yanaşı, Azərbay­
canın  ərazisində  “Dağlıq  Qarabağ  Respublikası”  kimi  adlanan 
separatist əldəqayırma rejimin yaradılmasının hüquqazidd olma­
sını qeyd edirlər.
Bəyannamədə QUAM  ölkələrinə  üzv  olan  dövlətlər tərəfin­
dən  separatizmin  və  dezinteqrasiyanm  perspektivsizliyini,  güc­
dən  istifadə edilməsinin,  etnik  təmizləmə  praktikasının və ərazi­
lərin  zəbt  edilməsinin  universal  və  avropa  dəyərləri,  sülh,  de­
mokratiya  prinsipləri  və  idealları,  sabitlik  və  regional  əmək­
daşlıq  ilə  bir  araya  sığmazlığını  vurğulayan  müddəaya  xüsusi 
diqqət  yetirmək  lazımdır.  Bu  kontekstə  QUAM  ölkələrinə  üzv 
olan  dövlətlər onların  bir hissəsi  olan  nəzarət edilməyən  ərazilə­
rin  bu  dövlətlərə  reinteqrasiyası,  məcburi  köçkünlərin  daimi 
yaşayış yerlərinə qaytarılması və dövlətlərin beynəlxalq tanınmış 
sərhədlər çərçivəsində  müxtəlif etnik  qrupların  birgə  dinc  yaşa­
masının təmin edilməsi, əhalinin geri qaytarılması  və etnik  icma­
ların  birgə  dinc  yaşaması  üçün  şəraitlərin  yaradılması  yolu  ilə 
QUAM  ölkələrinə  üzv  olan  dövlətlərin  ərazisində  olan  müna­
qişələrin  nizamlanmasında QUAM ölkələrinin  və dünya ölkələri 
birliyinin  səylərinin  konsolidasiya  edilməsinin  vacibliyini  qeyd 
edirlər.
Bununla yanaşı,  Bəyannamədə  qeyd  olunur  ki,  o  cümlədən
121


Yüklə

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə