Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə33/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   29   30   31   32   33   34   35   36   ...   84

& Л
1
tanınmış  norma  və  prinsiplərini  kobud  şəkildə  pozur,  və  buna 
ğörə də məsuliyyət daşıyır.
Deməli, Ermənistana -  təcavüzkar ölkəyə -  müxtəlif (siyasi, 
iqtisadi, diplomatik və s.) növlərdə beynəlxalq təzyiqin edilməsi, 
bütövlükdə,  bu münaqişənin  ədalətli  nizamlanmasına kömək və 
yardım  edə  və  Cənubi  Qavkaz regionunda stabillik yarada bilən 
ən vacib amillərdən biridir.
Beləliklə,  belə  bir nəticəyə  kəlmək  olar ki, dünyanın  aparıcı 
beynəlxalq  hökumətlərarası  təşkilatlar  tərəfindən,  o  cümlədən 
BMT  Təhlükəsizlik  Şurası  və  Baş  Məclisi,  Avropa  Şurası,  Av­
ropa Birliyi, İKT, ATƏT, QUAM, NATO tərəfindən qəbul  olun­
muş  qərar  və  qətnamələrdə  Ermənistan-Azərbaycan,  Dağlıq 
Qarabağ münaqişəsinə ədalətli  beynəlxalq  hüquqi  qiymət verilir 
və  bu  münaqişənin  nizamlanmasının  beynəlxalq  hüquqi  əsasını 
təşkil  edən  prinsiplər  müəyyən  edilir.  Bunlar:  ölkələrin  ərazi 
bütövlüyü,  o  cümlədən  Azərbaycanın  ərazi  bütövlüyü,  müstə­
qilliyi  və  suverenliyi,  beynəlxalq  tanınmış  sərhədlərin  sar­
sılmazlığı prinsipləridir.
Bizim fikrimizcə,  Ermənistanın dünya dövlətlərinin vacib si­
yasi  meydançalarından  biri  olan  aparıcı  beynəlxalq  hökumətlər- 
arası  təşkilatlar  tərəfindən,  o  cümlədən  BMT  Təhlükəsizlik  Şu­
rası  və  Baş  Məclisi,  Avropa  Şurasıni,  Avropa  Birliyi,  İKT, 
ATƏT,  QUAM,  NA TO  tərəfindən  qəbul  olunmuş  qərar  və  qət­
namələrdə əks olunan beynəlxalq hüquq  normalarına əməl etmə­
məsi  və bu normaları pozması aşağıdakı  nəticələrə gətirir:
1. 
Aparıcı  beynəlxalq  hökumətlərarası  təşkilatlann qəbul  et­
dikləri  qərar  və  qətnamələrində  Azərbaycanın  ərazi  bütövlüyü 
tam  dəstəklənir,  azərbaycan  torpaqlarının  işğal  olunması  etiraf 
edilir  və  bütün  işğal  olunmuş  azərbaycan  torpaqlarından  erməni 
işğalçı  qüvvələrinin  tam,  dərhal  və qeyd-şərtsiz çıxardılması  lə-
130
ləb olunur.
2.  Ermənistan  bir  sira  hökumətlərarası  təşkilatlar tərəfindən 
(məsələn,  İslam  Konfransı  Təşkilatı,  Avropa  Şurası  Parlament 
Assambleyası)  təcavüzkar dövlət  kimi  elan  olunur;  müasir bey­
nəlxalq  hüquqa  görə  başqa  dövlətlərə  qarşı  təcavüz  isə  ən  ağır 
beynəlxalq  cinayətlər  sırasında  yer tutur və  sülhə  və  beynəlxalq 
təhlükəsizliyə qarşı  ciddi təhlükə varadır.
3.  Aparıcı  beynəlxalq  hökumətlərarası təşkilatların qəbul  et­
dikləri  qərarların  yerinə  yetirilməməsi  Ermənistanı  getdikçə  də­
rinləşən  və  hər  tərəfdən  təcrid  olunma  halına  düşməsinə  aparır. 
Artıq  Ermənistan  Cənubi  Qavkazda və Cənubi  Qavkazla yanaşı, 
Orta  Aziya,  Yaxın  Şərq  və  Avropa  regionlarını  əhatə  edən  bir 
sıra  önəmli  və  iqtisadi  baxımdan  çox  sərfəli  beynəlxalq  layi­
hələrdən kənarda qalmış  və qalmaqda davam edir.
4.  Aparılmış  tədqiqat  nəticəsində  müəllif belə  bir  nəticəyə 
gəlir  ki,  bu  münaqişənin  nizamlanmasında  Azərbaycanın  möv­
qeyi  müasir  beynəlxalq  hüquq  norma  və prinsiplərin  tələblərinə 
uyğundur.  Bu  isə,  öz  növbəsində,  sübhəsiz  ki,  dünya  dövlətləri 
birliyində  və  dünya  ictimai  fikirdə  azərbaycan  tərəfinin  mövqe­
sinin  əsaslı,  qanuni  və  ədalətli  olmasının  sübutcdici  bazasını  da­
ha da gücləndirir.
Bunu  erınəni  tərəfi  də  çox  yaxşı  başa  düşür.  Ermənistanın 
nüfuzlu  qa/.ctlərindən  biri  olan  “Ayots  Aşxar”  qeyd  edir  ki,  bu 
strukturlarda  (qazet  AŞPA,  BMT  Baş  Məclisi.  İKT  və  Avropa 
Parlamentitərəfindən  erməni  hərbi  qüvvələrin  (“azad  olunmuş 
ərazilərdən”  -  erməni  tərəfi  azərbaycanın  işğal  olunmuş  ərazilə­
rini  belə  adlandırır  -   qeyd  müəllifindir  R.Q.)  çıxardılması  haq­
qında qətnamələri  nəzərdə tutur -   qeyd  müəllifindin), təcavüzkar 
kimi  Ermənistana  qarşı  sanksiyaların  tətbiq  edilməsi  tələblərin 
irəli  sürülməsi  Dağlıq  Qarabağın  statusu  məsələsinin  ərazilərin
131


geri  qaytarılması  (söhbət  azərbaycanın  işğal  olunmuş  əra­
zilərindən  gedir -   qeyd  müəllifindin  R.Q.)  məsələsindən  ayrıl­
ması  üçün  Azərbaycanı  zəruri  arqumentlərlə  təmin  edəcəkdir. 
Bütün  yuxanda  göstərilən  qətnamələrdə  “azad  olunmuş  əra­
zilərin”  (erməni  tərəfi  azərbaycanın  işğal  olunmuş  ərazilərini 
belə adlandınr -  qeyd müəllifindir R.Q.)  işğal olunması  haqqın­
da  müddəası  əks  olunmasına  görə,  tamamilə  təbiidir  ki,  Azər­
baycan  ATƏT-in  Minsk  qrupu  çərçivəsində  danışıqlarda  gələ­
cəkdə  də  bu müddəalara arxalanacaq  və  işğal  olunmuş  ərazilər­
dən  erməni  hərbi  qüvvələrin  çıxardılmasma qədər  DQR  statusu 
məsələsini təxirə salınmasını tələb edəcəkdir.[117]
5. 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə 
dair aparıcı  beynəlxalq hökumətlərarası təşkilatlann qəbul etdik­
ləri  qərar və  qətnamələr  bu  münaqişəyə dair həm ayn-ayrı  döv­
lətlərin,  həmdə  dünya  ictimai  rəyin  formalaşmasına əhəmiyyətli 
dərəcədə  təsir  göstərmiş  və  göstərməkdə  davam  edir.  Çox  ma­
raqlıdır ki,  hətta Ermənistanın hərbi  müttəfiqi olan Rusiya Fede­
rasiyasında  da  artıq  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinə dair  fərqli  fikirlər söylənir.  Məsələn,  Rusiya Fede­
rasiyası  Dövlət  Dumasının  MDB  dövlətləri  və  həmvətənləri  ilə 
əlaqələr  üzrə  komitəsinin  sədri  A.  Ostrovskiy  Cənubi  Qavkaz- 
daıı  olan  jurnalistlərlə  görüşündə  bəyan  etdi  ki,  Ermənistan- 
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  məsələsində  dünya  ic­
timai rəy Azərbaycanın tərəfindədir.  |118J
Ermənistanın  beynəlxalq  hüquqi  məsuliyyət  daşıması  prob­
lemi,  o  cümlədən  bu  dövlətə  qarşı  beynəlxalq  məcburiyyət  təd­
birlərinin  tətbiq  edilməsi  problemi  daha  da  aktuallaşır.  Belə 
beynəlxalq  məcburiyyət  tədbirlərinə  Ermənistana  qarşı  beynəl­
xalq  sanksiyaların tətbiq edilməsi zərurəti də aiddir.
Bununla yanaşı,  onu  da  qeyd  etmək  istərdim  ki,  beynəlxalq
132
hüquqi  normaları  və  prinsiplərini  kobud  şəkildə  pozmuş  Ermə­
nistan  Respublikasına qarşı  beynəlxalq  sanksiyaların  tətbiq edil­
məsi  problemi  bizim  araşdırdığımız problem  ilə sıx bağlı  və ya­
xın olsada,  fikrimizcə, bu  bizim tədqiqatın çərçivəsindən  kənara 
çıxan  başqa  bir  marağlı  tədqiqat  mövzusudur  və  bu  sahədə  ay­
rıca araşdırmanın aparılmasını tələb edir.
133


Yüklə

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə