Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə29/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   25   26   27   28   29   30   31   32   ...   84

Ц 
VÜ.IM
 **JÜ«1**wii
yönəlib.  Çox  maraqlidir  ki,  NATO  tərəfindən  qəbul  edilmiş 
qərarlarda Azərbaycanın  ərazi  bütövlüyünə  heç  bir qeyd-şərt ol­
madan dəstək verilir, və bununla yanaşı,  ümümiyyətlə,  Ermənis­
tan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına 
yönəlmiş  prinsiplərin  sırasında  xalqların  öz  müqəddaratını 
təyinetmə  prinsipinin  heç  adı belə çəkilmir.  NATO  Ermənistan- 
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanmasını 
ölkələrin  ərazi  bütövlüyü,  müstəqilliyi  və  suverenliyi  prinsipləri 
əsasında  görür  və  bu  prinsiplər  nəzərə  alınmaqla  bu  reqional 
münaqişələrin  sülh  yolu  ilə  nizama  salınmasına  yönəlmiş 
tədbirləri dəstəkləyir.
Heç də təsadüfi  deyil  ki, məhs  bu səbəbdən  Ermənistan  Pre­
zidenti  S.  Sarqsyan  NATO-nun  Lissabon  Summitinə  qəlməsin- 
dən  boyun  qaçırdı.  “ATƏT  tərəfindən  bəyan  edilmiş  prinsip­
lərdən  təkcə  birinə  istinad  edilən  cənubi-qavkaz  münaqişələrin 
həllinin əvvəlki  unifikasiya edilmiş  ifadələrin  NATO-nun  Lissa­
bon  sammitinin  qətnamə  layihəsində  saxlanılması  pis  əsas  ola 
bilər və  Qarabağ  münaqişəsinin  sülh  nizamlanmasına  dair  danı­
şıqlar  prosesində  əlavə  çətinliklə  yarada  bilər”  -  Ermənistan 
Prezidenti  mətbuat  xidməti  nümayəndəsi  A.  Arzumanyanın  bu 
sözlərini  BBC  iqtibas gətirir.  [28;  115]  Və  bunun  nəticəsi  olaraq 
Ermənistan  Prezidenti  S.  Sarqsyan NATO-nun  Lissabon  sammi­
tinə  getməmək  qərarına  gəldi.  Təbii  ki,  bu  bir  bəhanədir.  Ermə­
nistan prezidenti  dünya dövlətləri  qarşısında öz sifətini  tamamilə 
itirməmək  üçün  müxtəlif vasitələrə  əl  atmağa çalışir.  Lakin, çox 
çətin  ki  Ermənistan  Prezidentinin  bu  addımı  НАТО-ya  və  onun 
qərarlarına hər hansı  bir təsir etsin.
НАГО  tərəfindən  qəbul  olunmuş  sənədlər  bir  daha  sübut 
edir ki, NATO Azərbaycanın ərazi  bütövlüyünü tanıyır və  Ermə­
nistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlan­
114
masını  Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində  dəstəkləyir. 
NATO-nun  Baş  Katibi  Yaap  de  Hoop  Sheffer  NATO-nun  bu 
mövqeyini  bir  daha  təsdiqlədi.  O  Azərbaycan  prezidenti  ilə 
görüşün nəticələrinə dair 29 aprel 2009-cu ildə keçirilən mətbuat 
konfransında bəyan etdi  ki, NATO-nun üzvü olan 28  ölkə hesab 
edir  ki,  Dağlıq  Qarabağ  probleminin  həlli  ’’suverenlik  və  ərazi 
bütövlüyü  prinsipinə  əməl  edilmək  əsasında  tapılmalıdır”  [50]. 
Yaap  de  Hoop  qeyd  etmişdir  ki,  “NATO  Dağlıq  Qarabağ 
münaqişəsində  birbaşa  iştirak  etməsədə,  lakin  hesab  edir  ki, 
onun  nizamlanmasında ərazi  bütövlüyü  prinsipi  sual  altına  alın­
mamalıdır”.  [68|
Beləliklə, belə bir nəticəyə kəlmək olar ki, NATO tərəfindən 
qəbul  olunmuş  qərarlarda  Ermənistan-Azərbaycan,  Dağlıq  Qa­
rabağ  münaqişəsinə ədalətli  beynəlxalq  hüquqi  qiymət verilir və 
bu  münaqişənin  nizamlanmasının  beynəlxalq  hüquqi  əsasını 
təşkil  edən  prinsiplər  müəyyən  edilir.  Bu  prinsiplər  ölkələrin 
ərazi  bütövlüyü,  müstəqilliyi  və  suverenliyi,  o  cümlədən  Azər­
baycanın ərazi  bütövlüyü prinsipləridir.
115


FƏSİL  VI.
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ 
MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA QUAM-ın 
QƏRARLARININ ROLU VƏ ƏHƏMİYYƏTİ
QUAM  tərəfindən  qəbul  edilmiş  qərarlar,  kommünikelər 
və qətnamələr xüsusi əhəmiyyətə malikdir,  çünki  bu birliyə  da­
xil  olan  ölkələr  postsovet  ölkələridir  və  bu  ölkələrin  üçünün, 
yəni  Azərbaycanın,  Gürcüstanın  və  Moldovanın  ərazisində  in­
diyə  qədər  nizamlanmamış  regional  münaqişələr  mövcuddur. 
Bu  nöqte-nəzərdən  Ukraynada  da  hər  şey  çox  da  qənaətbəxş 
deyil.  Bircə  Vladimir  Putin  tərəfindən  edilmiş  xəbərdarlığı 
qeyd  etmək  kifayətdir.  "Ъ"  agentliyinin  məlumatına  görə,  V. 
Putin  Rusiya-NATO  şurasının  qapalı  iclasında  qeyd  etdi  ki, 
Alyansa  qəbul  olması  Ukraynanın  vahid  bir  dövlət  kimi  möv­
cud  olmasına  son  qoya  bilər.  V.Putin  ABŞ  Prezidenti  J.Buşa 
müraciət  edərək  dedi  ki:  “Jorc,  axı  sən  başa  düşürsən  ki,  Uk­
rayna  heç  dövlətdə  deyil!  Ukrayna  nədir?  Onun  ərazisinin  bir 
hissəsi  -  Şərqi  Avropadır, digər bir hissəsi  isə, böyük  bir hissə­
si,  bizim  tərəfdən  hədiyyə  edilib!”  Və  burada  o  açıqca  işarə 
etdi  ki,  əqər  sonda  Ukrayna  NATO-ya  üzv  qəbul  olunacaqsa, 
bu dövlət sadəcə öz mövcudluğunu  itirəcək.  Yəni,  faktiki, o hə­
dələdi  ki,  Rusiya  Krımın  və  Şərqi  Ukraynanın zorla alınmasına 
başlaya  bilər.  Xarici  qüvvələrin  gizli  iştirakı  və  müdaxiləsi  ilə 
Ukraynada  separatizm  ocaqları  yaradılırdı.  Gah  “rusin  dövlət­
çiliyinin  yenidən  yaradılması”  və  “22  noyabr  1938-ci  il  sta­
tusunda Altkarpatı  Rus  respublikasının yaradılması” bəyan edi­
lir və  həmdə  qeyd  edilir  ki,  bu  “ I  dekabr  1991-ci  ildə  keçiril­
miş  referendumda  rusin  xalqının”  iradəsinə  uyğun  gəlir:  “Za-
116
karpatya -  xüsusi özünüidarəedən ərazidir və  Ukraynanın tərki­
bində  beynəlxalq  hüquq  subyektidir“.  Bununla  yanaşı,  hədə- 
qorxu  gəlinir  ki,  əgər  hakimiyyət  Altkarpatı  Rus  respublikası 
muxtariyyətinin  tanınması  prosesinə  başlamasalar,  rusinlər  öz 
dövlətçiliyinin müstəqil elan edilməsinə hazırdırlar.  [51]
Gah  da.  Krımda  “Sol  qüvvələr  birliyi”  partiyasının  lideri 
Vasiliy  Volqa  bəyan  edir  ki:  “Krım  Ukraynadan  ayrilmağa  ha- 
zırdir”  və  xüsusi  vurğulayır  ki,  referenduma,  praktiki  olaraq, 
Knmın bütün ictimai  rəy  və  ictimai-siyasi  strukturlarının  liderlə­
ri  hazırdılar  və  “yarımadanın  Ukraynadan  ayrılması  üçün  təkcə 
yandırılmış kibrit dənəsi çatmır”.  [52]
Hətta bıı  prosesə məhkəmə instansiyalarını cəlb etməyə çalı­
şırlar.  Belə  ki,  Krımın  paytaxtı  Simferopol  şəhərində  “Sevasto- 
pol-Krım-Rusiya”  Xalq  cəbhəsinin  iddiası  üzrə  yarımadanı  Uk­
raynanın  tərkibində  bərkitmiş  1998-ci  il  Krım  Konstitusiyasının 
ləğv  edilməsi  haqqında  Dairə  inzibati  məhkəməsinin  iclası 
keçirilmişdir.  Xalq  cəbhəsinin  əlaqələndiricisi  Valeriy  Pogya- 
çinın  məlumatına  görə  iş  üzrə  cavabdehlər  krım  parlamenti  və 
onun  spikeri  Anatoliy  Qriscnkcdur.  İddiaçı  onlardan  nəinki 
qanunsuz Krım  Konstitusiyasının ləğv edilməsini,  həmdə “ 1991- 
ci  il krım referendumunun  nəticələri əsasında” Krımın Rusiya ilə 
yenidən  birləşdirilməsi  haqqında  Bəyanatı  qəbul  etməyi  tələb 
edir.  Valeriy  Pogyaçiy  işə  mahiyyət  üzrə  baxılmasını  “ancaq” 
Ukrayna  Konstitusiyasının  əsasında  və  ondan  başqa  heç  bir 
digər  sənədlərlə  təsdiqlənməyən  Krımın  Ukraynanın  tərkibində 
olması  hüquqi  kolliziyanı  dolayısı  təsdiq  edən  irəliyə  böyük 
addım” hesab edir və qeyd edir ki: “Ukrayna Knnısız” tədbirinin 
gedişatında  ilk  dəfə  məhkəmə  qərarı  çıxardılacaq.  Sonradan 
məhkəmənin bu qərarından daha yuxarı  məhkəmə instansiyaları­
na şikayət  vermək  və  problemi  beynəlxalq  səviyyəyə çıxartmaq
117


Yüklə

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə