Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə27/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   23   24   25   26   27   28   29   30   ...   84

üdə dərc  olunmuş NATO-nun  Strateji  konsepsiyası, NATO-mın 
birinci  dərəcəli  məqsədlərini  aşağıdakılar  kimi  müəyyən  edir: 
Avroatlantik regionda stabilüyin əsası kimi çıxış etmək, təhlükə­
sizlik  problemləri  üzrə  məsləhətləşmələrin  aparılması  üçün  fo­
rum  kimi  çıxış  etmək, NATO  üzvləri  olan  hər hansı  bir dövlətə 
qarşı  təcavüz  təhlükəsindən  müdafiəni  həyata  keçirmək,  böhran 
nizamlanmasında  fəal  iştirak  etmək  və  münaqişələrin  effektiv 
qarşısının alınmasına kömək etmək,  Avroatlantik  regionun digər 
üzvləri  olan  ölkələrlə  hərtərəfli  partnyorluğun,  əməkdaşlığın  və 
dialoqun inkişaf edilməsinə yardım etmək və s.
1994-cü  ildə  NATO-nun  bu təşkilatın  üzvii  olmayan  23  av- 
ropa  dövlətləri  və  postsovet  ölkələri  ilə  “Sülh  Naminə  Tərəf­
daşlıq”  (Partnership  for  Peace—   PfP) hərbi  və  müdafiə  sahəsi­
nin  bir  çox  istiqamətləri  üzrə  əməkdaşlıq  proqramı  qəbul  olun­
muşdur.  Təhlükəsizlik  sahəsində  ən  müxtəlif  ənənələrə  malik 
olan ölkələrə  bu  proqram  birgə tədbirlərin geniş  spektrindən on­
ların  konkret  milli  ehtiyaclarına  cavab  verən  əməkdaşlıq 
növlərini  seçmək imkanı verir.
Bu  proqram NATO üzvləri  olan ölkələrlə “Sülh  Naminə Tə­
rəfdaşlıq”  proqramında  iştirak  edən  ölkələr  arasında  münasibət­
lərin  inkişafında aparıcı  amillərdən  biridir.  “Sülh  Naminə Tərəf­
daşlıq”  proqramı  Avropada  siyasi  və  hərbi  əməkdaşlığı  geniş­
ləndirir  və  aktivləşdirir,  stabili iy i  artırır,  sülhə  qarşı  təhlükəni 
azaldır və yaranmış əlaqələri  möhkəmləndirir.
Azərbaycan  bu  proqramda  iştirak  edir  [  daha  ətraflı,  hax 
41].  Azərbaycan  MDB  dövlətləri  arasında  NATO-nun  Sülh  na­
minə  tərəfdaşlıq  (SNT)  proqramına  qoşulan  ilk  tərəfdaş  dövlət­
lərdəndir.  Azərbaycan  Respublikası  4  may  1994-cü  ildə  NA'IO- 
nun  mənzil  qərargahında  SNT-yə  qoşulmaq  haqqında  SNT  Çər­
çivə  Sənədini  imzalamışdır.  NATO  ilə  gələcək  əməkdaşlıq
106
sahələrini  müəyyən  etmək  və  dəqiqələşdirmək  məqsədilə  Azər­
baycan  SNT  Təqdimat  sənədini  hazırladı  və  1996-cı  ilin  apre­
lində  Alyansa  təqdim  etdi.  İkitərəfli  əməkdaşlığa  hərbi  sahədə 
əməkdaşlıq,  hərbi  modernizasiya,  silahlı  qüvvələr  üzərində  de­
mokratik  nəzarət,  təhlükəsizlik  məsələləri  üzrə  siyasi  məsləhət­
ləşmələr,  sülhməramlı  əməliyyatlar,  təhlükəsizlik  sektorunun  is­
lahatı,  mülki-fövqəladə  planlaşdırma,  təhlükəsizliklə  əlaqədar 
elmi,  iqtisadi  və  ətraf mühit  üzrə  əməkdaşlıq  kimi  sahələr daxil 
olunmuşdur.  1996-cı  ildən etibarən Azərbaycanın təqdimat sənə­
di  və  NATO-nun  Tərəfdaşlıq  İşçi  Proqramı  əsasında  ölkənin 
mülki  və  hərbi  nümayəndələrinin  qatıldığı  bütün  birgə  fəaliyyət 
və  tədbirlərin  daxil  olduğu  illik  Fərdi  Tərəfdaşlıq  Proqramı 
(FTP) tərtib olunmuşdur.
1997-ci  ildə  Azərbaycan  MDB  dövlətləri  arasında  ilk  döv­
lətlərdən olaraq,  Planlaşdırma və  Analiz  Prosesinə (PAP) qoşul­
muşdur.  PAP  ilə  əlaqədar  olan  tədbirlər  əməliyyatlar  üçün 
NATO-nun  müdafiə  planlaşdırma  sisteminə  Azərbaycanın  daha 
da  yaxınlaşması  məqsədini  daşıyır.  O  vaxtdan  etibarən  iki  illik 
dövr  əsasında  Azərbaycan  Silahlı  Qüvvələri  öz  üzərinə  artan 
sayda  Tərəfdaşlıq  Məqsədləri  (TM)  adlandırılan  məqsədlər  gö­
türür.  TM  NATO-nun  hərbi-siyasi,  hərbi,  təlim  və  texniki 
standartlarını  nəzərdə tutmaqla, NATO qüvvələri  ilə hərbi opera­
tiv  uyarlılığın  əldə  edilməsinə  istiqamətlənmişlər.  2002-ci  ildə 
Azərbaycan  tərəfindən  təklif  olunmuşdur  ki,  SNT  əməkdaşlığı 
terrorizmə  qarşı  müdafiə,  Dövlət  Sərhəd  Xidmətinin  moder- 
nizasiyası,  Daxili  Qoşunların  transformasiyası  kimi  geniş  təh­
lükəsizlik  sektoru  məsələlərinə  doğru  inkişaf etdirilsin.  Hal-ha­
zırda  Azərbaycan,  xüsusilə  müdafiə  və  təhlükəsizlik  sektoruna 
aid olan 53 TM öz üzərinə götürmüşdür.
2002-ci  ildə  NATO/Avro-Atlantika  Tərəfdaşlıq  Şurasının
107


Praqa  sammitində  tərəfdaş  ölkələrlə  əməkdaşlığı  genişləndir­
mək  məqsədilə NATO tərəfindən  İPAP (Individual  Partnership 
Action  Plan)  Fərdi  Tərəfdaşlıq  üzrə  Fəaliyyət  Planı  (FTƏP) 
proqrami qəbul edilir. 2003-ci  ilin mayında Azərbaycan  FTƏP- 
ə  qoşulmaq  üçün  rəsmi  müraciət  etmişdir.  FTƏP  2004-cü  ilin 
mayında  Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyev 
NATO-ya  rəsmi  səfəri  zamanı  Azərbaycanın  siyasi,  iqtisadi  və 
təhlükəsizlik  sahəsində  inkişafı  barəsində  müfəssəl  məlumatı 
özündə  birləşdirən  FTƏP  Təqdimat  Sənədini  Alyansa  təqdim 
etmişdir.
Təqdimat Sənədi əsasında Azərbaycanın FTƏP sənədi hazır­
lanmış və 2005-ci  ilin  mayında qəbul  edildikdən  sonra Azərbay­
can  bu  proqrama  qoşulur.  FTƏP  ən  başlıca  siyasi,  müdafiə  və 
təhlükəsizlik, o cümlədən təhlükəsizliklə bağlı olan iqtisadi, elmi 
və  ətraf  mühit  sahələrini  əhatə  edir.  FTƏP-in  icrası  və  yenil- 
əşdirilməsi  iki  illik  dövrə  əsaslanır  və  illik  qiymətləndirmə  he­
sabatları  “Şimali  Atlantika  Şurası  +  Azərbaycan”  formatında 
keçirilən  görüşlərdə  nəzərdən  keçirilir. 2005-ci  ilin  mayında 
Azərbaycanın  ilk  FTƏP  sənədinin  qəbul  edilməsindən  bəri  təh­
lükəsizlik  sektorunun  islahatı  daxil  olmaqla,  onun  uğurla həyata 
keçirilməsi  üçün  real  addımlar  atılmışdır.  FTƏP  məqsədlərinin 
çoxunun,  o  cümlədən  2006-cı  ilin  payızında  FTƏP  sənədinə 
yeniləşmə  zamanı  əlavə  edilmiş  və  ya  düzəliş  edilmiş  tədbirlər 
də daxil  olmaqla,  həyata keçirilməsində  irəliləyiş  əldə  olunmuş­
dur.  Həmçinin  2006-cı  ilin  yaz  qiymətləndirməsi  zamanı  qeyd 
edilmiş  FTƏP  prosesinə  nəzarət  edilməsi,  istiqamətləndirilməsi 
və planlaşdırılması  sahəsində olan çatışmazlıqların aradan qaldı­
rılmasına başlanmışdır.
Milli  Təhlükəsizlik  Konsepsiyasının  layihəsi  hazırlanaraq 
ölkə  rəhbərliyi  tərəfindən  2007-ci  ilin  may  ayının  19-da  təsdiq
108
edilmişdir.  Hərbi  Doktrinanın  layihəsi  üzərində  iş yekunlaşdınl- 
mışdır.  Bu  iki  fundamental  sənəd  təhlükəsizlik bölməsinin  Stra­
teji  Müdafiə  İcmalını  müəyyən  edəcək.  Davam  etməkdə  olan 
münaqişəyə  rəğmən,  Azərbaycan  Silahlı  Qüvvələrinin  tədricən 
transformasiyası  prosesi  başlanmışdır.  Müdafiə  Nazirliyi,  Baş 
Qərargah  və  ordu  birliklərində  struktur  dəyişikliklərinə  başlan­
mışdır.  Dövlət  Sərhəd  Xidmətinin  tədricən  hərbi  strukturdan 
hüquq-mühafizə  tipli  təşkilata  çevrilməsi  ilə  bağlı  müvafiq  təd­
birlər həyata  keçirilməkdədir.  Dövlət  Sərhəd  Xidmətinin  texniki 
imkanlan  gücləndirilmiş  və  heyətin  idarəolunması  sistemi  tək­
milləşdirilmişdir.  Azərbaycan  milli  hərbi  təhsil  və  təlim  proq­
ramları  tamamilə  NATO  standartlarına  uyğunlaşdırılmışdır. 
Silahlı  qüvvələr  üzərində  mülki  nəzarətin  daha  da  gücləndi­
rilməsi üçün müdafiə sistemi daxilində mülki heyətin karyerasını 
inkişaf  etdirmək  ilə  bağlı  praktiki  siyasətin  yaradılması  üzrə 
milli 
qanunvericiliyə 
əlavələr 
hazırlanmaqdadır. 
İctimai 
Diplomatiya  və  Elm  sahəsində  əməkdaşlıq,  həmçinin  partlama­
mış  sürsatlarm  təmizlənməsi  üzrə  Etimad  Fondu  layihəsi,  uğu­
run  əldə  edildiyi  xüsusi  sahələr  olmuşdur.  Bakıda  və  Gəncədə 
Avro-Atiantika  Mərkəzlərinin  təsis  edilməsi,  Azərbaycanda 
NATO  Beynəlxalq  Məktəbi  -  NİSA-nın  fəaliyyəti,  Melanjın 
konversiyası  layihəsinin  icrası  və  NATO/SNT  Saloğlu  Etimad 
Fondunun  (Azərbaycanın  Aqstafa  rayonunun  Saloğlu  kəndində 
600  hektar  ərazinin  partlamamış  artilleriya  mərmiləri  və  digər 
sürsatlardan  təmizlənməsi)  layihəsinin  2-ci  fazasının  başa 
çatması  bu  istiqamətdə  əsas  məsələlərdir.  Hazırda  bu  layihənin
3-cü  fazasına başlanılmışdır. 2007-ci  ilin avqust ayında FTƏP-in 
2  illik  dövrü  başa  çatmış  və  2008-ci  ilin  martında  yeni  2  illik 
dövr  planı  təsdiq  edilmişdir.  Sonucu  FTƏP-in  2  illik  dövr planı 
Cənubi  Qavkaz  və  Orta  Aziya  ölkələri  üzrə  NATO  Baş
109


Yüklə

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə