Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə25/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   21   22   23   24   25   26   27   28   ...   84

demokratiya,  insan  hüquqlarına  hörmət,  bazar  iqtisadiyyatının 
genişlənməsi  sahəsində əməkdaşlığı əhatə edəcək.
Azərbaycan  tərəfindən  bu  danışıqlara  rəhbərlik  edən  Azər­
baycan  Xarici  İşlər  Nazirinin  müavini  M.  Məmmədquliyevin 
sözlərinə  görə:  “Azərbaycan  Avropa  Birliyi  ilə  assosiasiya  haq­
qında  Sazişin  imzalanması  perspektivini  müsbət  qəbul  edir.  He­
sab  edirik  ki,  bu  sazişin  imzalanması  ölkədə  islahatların  dərin­
ləşməsinə kömək edəcək”.  Onun  fikrincə, bu sazişdə siyasi  təh­
lükəsizlik və təhsil məsələlərinə xüsusi diqqət yetirmək lazımdır. 
O  həmdə  qeyd  etdi  ki.  regionda  siyasi  stabilliyə,  erməni- 
azərbaycan münaqişəsinin  nizamlanmasına böyük diqqət yetiril­
məlidir.  Öz  növbəsində  Avropa  Birliyinin  nümayəndəsi  C.Kra- 
yer  qeyd  etdi  ki,  Cənubi  Qafkaz  ölkələri  ilə  eyni  vaxtda  danı­
şıqların  başlanması  AB  və  bu  region  arasında  əməkdaşlığının 
yeni  mərhələsinin  başlanğıcıdır.  C.Krayer  həmdə  qeyd  etdi  ki, 
assosiasiya  haqqında  Saziş  iqtisadiyyat,  ticarət,  bazar  iqtisadiy­
yatının  genişlənməsi,  yaxşı  idarəçilik  və  demokratiya sahəsində 
Avropa Birliyinin Azərbaycanla və regionla əməkdaşlığına əlavə 
təkan  verəcək.  O,  həmdə  ölkənin  Avropa  Birliyi  ilə  partnyor- 
luğun  inkişaf  edilməsində  Azərbaycanın  Ümumdünya  Ticarət 
Təşkilatına  (ÜT7)  üzv  olmasının  vacibliyini  qeyd  etdi.  Geniş­
lənmə və avropa qonşuluq siyasəti üzrə Avropa Birliyi Komissa­
rı  Ştefaıı  Tüle  bəyan  etdi  ki:  “Bu  assosiasiya  haqqında  sazişlər 
bizim  Azərbaycanla.  Ermənistanla,  Gürcüstanla  münasibətlərin 
yeni  hüquqi  əsasını  yaradacaq.  Assosiasiya  haqqında  sazişin 
əsas məqsədi  bu ölkələrlə Avropa Birliyi arasında daha sıx siyasi 
birliyin  və  tədricən  iqtisadi  inteqrasiyanın  əldə  edilməsidir.” 
Məsələ  ondadır  ki,  Azərbaycan  və  Avropa  Birliyi  arasında 
assosiasiya  haqqında  Saziş  yanlız  Azərbaycanın  l’JTT  üzv 
olduğundan  sonra bağlana bilər.  Bununla bərabər,  Azərbaycanın
98
ÜTT üzv olmaması  faktı  Azərbaycan və Avropa Birliyi arasında 
əmtəə dövriyyəsinə  təsir edə  bilməz.  Çünki  bizim  ölkə  2009-cu 
ilin  əvvəlində  Avropa  Birliyi  ilə  ticarətdə  Ümümləşdirilmiş 
preferensiyalar sisteminə (GSP+) qoşulmuşdur. (GSP+) layihəsi­
nin  əsas  məqsədi  Azərbaycanın  qeyri-neft  sektorunun  inkişafını 
dəstəkləmək  və  ixracat  potensialını  yüksəltməkdir.  Bu  proqram 
vasitəsilə azərbaycanın  iş adamları  öz mallarını  güzəştli  şərtlərlə 
və həmdə  rüsumsuz Avropa  Birliyinə ixrac etmək imkanını  əldə 
edirlər.  Cənubi  Qafkaz  Avropa  Birliyinin  cənubi  sərhədlərinə 
yaxın oldüğü üçün bu regionda baş verən hadisələr Avropa Birli­
yini  narahat etməyə  bilməz.  Avropa Birliyi  beynəlxalq  hüququn 
subyekti  qismində  çıxış  edərək  Ermənistan-Azərbaycan,  Dağlıq 
Qarabağ  münaqişəsinin  nizamlanması  probleminə  öz  mü­
nasibətini  açıq  şəkildə  bildirmişdir.  Qeyd  etmək  maraqlı  olardı 
ki,  ekspertlər və  politoloqlar arasında,  (nəzərə alaraq  ki,  Avropa 
Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı  Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması  işində  öz gücsüz­
lüyünü  nümayiş  etdirir),  belə  bir  fikir  irəli  sürülmüşdür  ki,  Er­
mənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlan­
masında həlledici  rolu  Avropa Birliyi oynamalıdır.  Belə  ki,  Bor­
do siyasi  tədqiqatlar  İnstitutunun əməkdaşı  Samuel  Eussak  qeyd 
etmişdir  ki:  “Mən  özümü  bu  münaqişənin  potensial  həlli  Mos­
kvada və ya Vaşinqtonda yox.  Brüsseldə olmasını  hesab edənlə­
rə  aid  edirəm.  Bu  münaqişəni  həll  etməyə  kömək  etmək  üçün 
Avropa Birliyi  daha aktiv olmalıdır. Avropa Birliyi yeganə tərəf­
dir  ki,  ona  Ermənistan  və  Azərbaycan  arasında  bitərəf vasitəçi 
kimi  baxıla bilinər.  I Jmid edirəm ki, biz Eştonun kabinetinin tam 
formalaşmasından  sonra,  bu  regionda  Avropanın  aktivliyinin 
şahidi olacağıq». [96|
Avropa  Birliyinin əsas orqanlarından  biri  Avropa Parlamen­
99


ti,  Yevqeniy Kirilovun -  Bolqarıstandan olan deputatın məruzəsi 
əsasənda 20 may  2010-cu  ildə 2216  nömrəli  “Cənubi  Kavkazda 
Avropa Birliyi  strategiyasının  tərtib  edilməsi  zərurəti  haqqında” 
qətnamə  qəbul  etmişdir.  [95]  Bu  qətnamə  çoxqütblü  dünyada 
əsas təsir mərkəzlərindən  biri  olan  bu  çox  nüfuzlu avropa siyasi 
strukturun  mövqeyini  əks  etdirir.  Xüsusilə  qeyd  etmək  lazımdır 
ki,  bu  qətnamədə  Dağlıq  Qarabağ  probleminə  ayrica  bir  bölmə 
həsr edilib. “Şərqi  Partnyorluq” və qonşuliq siyasəti üzrə Avropa 
Birliyinin təşəbbüsünü  dəstəkləyərək,  Avropa  Parlamenti  Cənu­
bi  Kavkaz ölkələrinin avropa siyasətinə  inteqrasiya səviyyəsinin 
qaldırılması məqsədilə Cənubi  Kavkazın möhkəm  sülh, stabil və 
çiçəklənən  regiona  çevrilməsində Avropa  Birliyini  daha fəal  rol 
oynamağa çağırır.  Avropa  Parlamenti  öz qərarında Cənubi  Kav­
kaz  ölkələrinin  ərazi  bütövlüyünə  və  suverenliyinə  hörmət  edil­
məsi  prinsiplərinə əsaslanaraq, yada salır ki, “Şərqi Partnyorluq” 
proqramı  prinsiplərindən  biri  partnyor ölkələrin dövlətçiliyinə və 
ərazi  bütövlüyünə  real  dəstək  verilməsidir.  Bununla yanaşı,  Av­
ropa Parlamenti  Cənubi  Kavkaz regionu ölkələrinin ərazi  bütöv­
lüyünə  və  suverenliyinə  hörmət  edilməsinə  dair  hər-hansı  bir 
şərtlərin  irəli  sürülməsini  yolverilməz  hesab  edir.  2216  nömrəli 
qətnamənin  ən  mühüm  müddəalarından  biri  öz  əksini  qətnamə­
nin  8-ci  bəndində tapmışdır.  Bu bənddə Avropa  Parlamenti  Dağ­
lıq  Qarabağ  münaqişəsi  zamanı  və  ya  bu  münaqişə  ilə  bağlı  öz 
doğma  evlərini  tərk  etmiş  yüz  minlərlə  qaçqın  və  məcburi  köç­
künün  mövcudluğu  faktından  və  bununla  bərabər,  onların  geri 
qayıtma  hüququ,  mülkiyyət  hüququ,  şəxsi  təhlükəsizlik  hüququ 
daxil  olmaqla,  onların  hüquqlarının  inkar edilməsindən,  öz ciddi 
narahatlığını  bildirdi,  və  tərəfləri  birmənalı  və  heç  bir qeyd-şərt 
olmadan  bu hüquqların tanınmasına çağırdı.  Bununla yanaşı,  bü­
tövlükdə, problemin tezlikə həll edilməsi  üçün bu hüquqların hə­
100
yata  keçirilməsi  zərurəti  xüsusi  qeyd  edilir.  Avropa  Parlamenti 
beynəlxalq  hüquq  prinsiplərinə  hörmət  edilməsi  zərurətindən 
çıxış  edərək  erməni  qüvvələrini  Azərbaycanın  bütün  işğal 
olunmuş  ərazilərindən  çıxardılmasını  tələb  etdi.  Qeyd  etmək 
lazımdır  ki,  bu  qətnamənin  qəbul  edilməsinə  maneə  yaratmaq 
məqsədilə  erməni  tərəfinin  bütün  cəhdlərinə  baxmayaraq  bu 
qətnamə  Avropa  Parlamentinin  əsas  siyasi  qruplarının  güclü 
dəstəyini  aldı.  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  Avropa  Par­
lamentinin  bu  aydın  və  vaxtında  verilmiş  bəyanatı  Azərbaycan 
torpağlarının  işğal  altında  saxlanılmasına,  münaqişənin  həllinin 
uzadılmasına  yönəlmiş  siyasətinin  həyata  keçirilməsinin dayan­
dırılması  məqsədilə  Ermənistan  üçün  ciddi  həyəcan  siqnalıdır. 
Cənubi  Kavkaza  dair  Avropa  Parlamenti  tərəfindən  qəbul  edil­
miş qətnamədə öz əksini tapmış “bütün işğal edilmiş azərbaycan 
torpağlarından erməni  qüvvələrinin çıxardılması  tələbi  Ermənis­
tan  üçün  ciddi  siqnal  olması” təsdiqləməsi,  haqlı  olaraq  bir sıra 
avropa  ekspertləri  tərəfindən  də qeyd  edilmişdir.  Belə  ki,  Brüs­
seldə  yerləşən  Avropa  siyasi  mərkəzinin  tədqiqatçısı  Amanda 
Paulun  fikrincə  “Azərbaycan  qarabağ  münaqişəsi  üzrə  öz  möv­
qesinin  irəliləməsində  çox  böyük  çətinliklərlə  üzləşir,  çünki  er­
məni  diasporası  Azərbaycanın  “günahkar”  tərəf olmasında  dün­
ya  ictimaiyyətini  inandırmaq  üçün  inanılmaz  dərəcədə  çox  bö­
yük  bir iş görmüşdür.  Və  bu qətnamə tədricən “balansı  dəyişmə­
yə” kömək etmək  üçün pozitiv (müsbət) addımdır”.  [84]
Heç də təsadüfi  deyil  ki,  Avropa Parlamentinin  bu qətnamə­
sinə  erməni  tərəfinin  reaksiyası  çox  əsəbi,  hətta  demək  olar  ki, 
isterik  oldu.  Xüsusən,  Avropa  Parlamentinin  bu  qətnaməsi  üzrə 
Ermənistan  Xarici  İşlər Nazirliyi  son  bəyanatında öz  mövqeyini 
heç  düzəməlli  əsaslandırmayaraq  bütün  günahlarda  avropa  par­
lament  üzvlərini  ittiham  etməkdən  yaxşı  heç  nə  tapmadı.  [91]
101


Yüklə

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə