Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə21/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   17   18   19   20   21   22   23   24   ...   84

irəli  sürdülər.  22  iyul  2010-cu  ildə  Kosovo  ilə  bağü  BMT-nin 
Beynəlxalq  Ədalət Məhkəməsinin konsultativ qətnaməsinin elan 
olunmasından  sonra  bəzi  Azərbaycan  politiloqlan  və  hüquq­
şünasları da bu fikir ilə həmrəy olduqlarını bildirdilər.  [112,148- 
160]  Lakin,  ATƏT-in Astana  Zirvə  Görüşündə  “Təhlükəsizlik 
cəmiyyətinə  doğru”  adlı  Bəyannaməsində  üzv  dövlətlər,  o  cüm­
lədən  də  Rusiya,  BMT Nizamnaməsinə,  Xelsinki  Yekun  Alam­
dan,  Paris  Xartiyasından,  Avropa  Təhlükəsizliyi  Xartiyasından 
başlayaraq  və bütün  digər ATƏT-in qəbul  olunmuş  sənədləri  ilə 
bitirərək,  ATƏT-in  bütün  norma,  prinsipləri  və  öhdəliklərinə 
özlərinin  tam  tərəfdar  olduqlarını  yenidən  təsdiqlədilər 
(Bəyannamənin  2-ci  bəndi).  Üzv  dövlətlər  Bəyannamənin  3-cü 
bəndində  bəyan  edirlər  ki,  beynəlxalq  hüquq  çərçivəsində 
(kursiv  bizimdir -   R.Qarayev)  öhdəliklərini  və təhlükəsizlik sa­
həsində üzv dövlətlərin qanuni  maraqlarını  nəzərə almaqla, təkcə 
o  hərbi  potensialı  dəstəkləməyə öhdəlik götürürlər ki, o  fərdi  və 
ya  kollektiv  təhlükəsizliyin  təminatında  bizim  qanuni  tələblə- 
rimizlə  uyğun  olsun.  ATƏT-ə  üzv  olan  dövlətlərin  ərazilərində 
mövcud  olan  münaqişələrin  həlli  üzrə  işin  gücləndirilməsinin 
zəruriliyinə  toxunaraq,  Bəyannamədə  qeyd  olunur  ki,  bu  müna­
qişələr BMT Nizamnaməsində  və Xelsinki  Yekun Aktda öz ək­
sini tapmış beynəlxalq hüququn norma və prinsiplərinə (kursiv 
bizimdir -  R.Qarayev) riayət edilməsi  ilə nizamlanmalıdır.
Bütün  bunlara  əsaslanaraq  belə  bir  nəticəyə  gəlmək olar  ki, 
müasir  beynəlxalq  hüququn  məhv  olması,  sona çatması  haqqın­
da fikirlər üçün əsas yoxdur.
ATƏT-in  Astana  sammitində  həmdə  ATƏT-in  Minsk  Qru­
punun  həmsədrləri  olan  ölkələrin  nümayəndə  heyətlərinin  başçı­
larının,  Azərbaycan  və  Ermənistan  Prezidentlərinin  Birgə  Bəya­
natı  qəbul  olunmuşdur.  Bu  Bəyanatda deyilir  ki:  “ATƏT-in  As­
82
tanada  (Qazaxıstan)  keçirilən  sammiti  ilə  əlaqədar  ATƏT-in 
Minsk qrupunun  həmsədrləri  olan ölkələrin  nümayəndə  heyətlə­
rinin başçıları (Rusiya Federasiyasının  Prezidenti  D.Medvedyev, 
Fransanın  Baş  naziri  F.Fiyon  və  Amerika  Birləşmiş  Ştatlarının 
dövlət  katibi  H.Klinton),  Azərbaycan  Prezidenti  t.Əlivev  və  Er­
mənistan  Prezidenti  S.Sarkisyan  razılığa  gəldilər  ki,  Dağlıq 
Qarabağ  münaqişəsinin  tənzimlənməsinə  yönəlmiş  daha  qətiy­
yətli tədbirlər görmək vaxtı çatmışdır.
Bununla əlaqədar onlar Azərbaycan,  Ermənistan və  Rusiya 
Federasiyası  prezidentlərinin 2  noyabr 2008-ci  il  tarixli  (Mosk­
va)  və  27  oktyabr  2010-cu  il  tarixli  (Həştərxan)  bəyanatlarına 
istinad etdilər. Onlar razılaşdılar ki, danışıqlar yolu ilə dinc tən­
zimləmə  regionda  sabitliyi  və  xalqların  təhlükəsizliyini  təmin 
edər  və  onların  arasında  barışığa  nail  olmaq  üçün  yeganə  im­
kan olar.
Ermənistan  və  Azərbaycan  prezidentləri  Dağlıq  Qarabağ 
münaqişəsini  beynəlxalq  hüququn  prinsipləri  və  normaları, 
BMT-nin  Nizamnaməsi,  Helsinki  Yekun  Aktı,  eləcə  də  prezi­
dentlər D.Medvedyev, N.Sarkozi və B.Obamanın 2009-cu il  iyu­
lun  10-da  Akvilldə  və  2010-cu  il  iyunun  26-da  Muskokada ver­
dikləri  bəyanatlar əsasında  qəti  tənzimləməyə çalışmaq  öhdəlik­
lərini təsdiq etdilər.
I Jç  həmsədr ölkə dinc  tənzimləməyə  nail  olmaq  üçün  zərııri 
qərarlar  qəbul  edən  Azərbaycan  və  Ermənistan  prezidentlərini 
dəstəklədiklərini  bildirdilər.  Onlar  Ermənistan  və  Azərbaycan 
rəhbərlərini  səylərini  Əsas  Prinsiplərdə  hələ  qalan  mübahisəli 
məsələlərin  həlli  üzərində  yeni  qüvvə  ilə  cəmləşdirməyə  çağır­
dılar  və  öz.  həmsədrlərinə  münaqişə  tərəflərinin  bu  səylərini 
həyata  keçirmələrinə  kömək  etmək  üçün  onlarla  işi  davam  et­
dirməyi  tapşırdılar.  Onlar  danışıqların  keçdiyi  atmosferi  yaxşı­
83


laşdırmaq  üçün  tərəflərə  müraciətlə  onları  atəşkəs  rejiminin 
möhkəmlənməsinə və bütün sahələrdə etimad tədbirlərinin həya­
ta keçirilməsinə  yönəlmiş  əlavə  addımlar atmağa çağırdılar.  Sə­
nədin  mahiyyətindən  göründüyü  kimi,  o  daha  çox  ümumi  xa­
rakter daşıyır.
Qeyd etmək lazımdır  ki,  ATƏT  münaqişənin nizamlanması 
ilə  məşğul  olan  və  real  nəticələrin  əldə  edilməsi  istiqamətində 
həqiqətən  fəallıq  nümayiş  etdirən  beynəlxalq  təşkilatdır.  Minsk 
Qrupunun fəaliyyəti  bu mənada xüsusən  yüksək  qiymətləndiril­
məlidir.  Bu  qurumun  fəaliyyəti  hələlik  real  sülhə  gətirib  çıxar­
masa da, etiraf etmək lazımdır ki, Ermənistan-Azərbaycan,  Dağ­
lıq  Qarabağ  münaqişəsinin  həmişə  beynəlxalq  ictimaiyyətin 
diqqət mərkəzində qalmasında ATƏT-in fəaliyyəti  çox vacib rol 
oynayır.  Onu da xüsusi qeyd etmək lazımdır ki, digər beynəlxalq 
təşkilatlardın  fərqli  olaraq  ATƏT,  hər  iki  tərəfin  razılığı  ilə, 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizam­
lanması  ilə  birbaşa  məşğul  olan  təşkilatdır.  Ola  bilsin  ki  bu  sə­
bəbdən  ATƏT  münaqişəyə  dair  daha  çox  “neytral  mövqe’" 
tutmağa  çalışır.  Halbuki,  mənim  fikrimcə,  təcavüzkarla təcavüz 
qurbanı  arasında  fərqin  qoyulmaması  münaqişənin  həllinə  yox, 
əksinə  uzadılmasına aparır.
Bununla  bərabər,  yekun  olaraq  belə  bir  nəticəyə  gəlmək 
olar  ki,  ATƏT-in  sənədlərində  və  ilk  növbədə  ATƏT-in  Zirvə 
Görüşlərində qəbul olunmuş sənədlərdə:
-  Dağlıq  Qarabağın  Azərbaycan  Respublikasının  bir regio­
nunun olması faktı etiraf olunur və təsdiqlənir;
-  Azərbaycan  Respublikasının ərazi  bütövlüyü dəstəklənir;
-  Dağlıq  Qarabağın  hüquqi  statusunun yanlız Azərbaycanın 
tərkibində  ən  yüksək  səviyyəli  özünüidarəetmə  hüququ  verən 
öz  müqəddəratım  təyin  etmə  əsasında  müəyyən  edilməsi  vur-
84
ğulamr;
-  bütün  tərəflərin  nizamlama  müddəalarına  riayət  olunma­
sının təmin edilməsinə dair qarşılıqlı  öhdəliklər də daxil olmaq­
la,  Dağlıq  Qarabağ  və onun  bütün əhalisinin təmin edilmiş təh­
lükəsizliyinin zəruriliyi qeyd olunur.  [130, 63]
4.2. 
Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi­
nin  nizamlanmasında AŞPA-nın  qərarlarının  rolu  və əhəmiy­
y ə ti
Avropa  Şurası  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin  nizamlanmasında  mühüm  əhəmiyyət  kəsb  edən 
bir  neçə  qərar  və  qətnamə  qəbul  etmişdir.  Avropa  Şurasının  bu 
qərarlarında  bu  nüfuzlu  beynəlxalq  təşkilatın  Ermənistan-Azər­
baycan,  Dağlıq  Qarabağ  münaqişəsinə dair mövqeyi  əks olunur. 
Belə  kİ,  10  aprel  !997-ci  ildə  xüsusi  məruzəçi  Saytlinqerin  mə­
ruzəsi  əsasında  [29]  22 aprel  1997-ci  ildə Avropa  Şurasının əsas 
orqanlarından  biri  olan,  Avropa  Şurası  Parlament  Assambleyası 
“Zakavkaziyada  münaqişələr  haqqında”  1119  (1997)  nömrəli 
qətnamə  qəbul  etmişdir.  Abxaziya  və  Dağlıq  Qarabağ  mü­
naqişələrinə dair Assambleya qeyd  etmişdir ki:  “öz təbiətinə gö­
rə  bu  münaqişələr  fərqlənsə  də,  lakin  Assambleya  qeyd  edir  ki, 
onların siyasi nizamlanması  1975-ci  il  Xelsinki  Yekun Aktına və
1990-cı  il  Paris  Xartiyasına  əsaslanan  aşağıdakı  prinsiplərin: 
sərhədlərin  toxunulmazlığı,  xüsusən  çoxmillətli  sülhməramlı 
qüvvələrdən  istifadə  edərək  bu  regionda  bütün  insanların  təhlü­
kəsizliyi  qarantiyası,  bütün  maraqli  olan  tərəflərin  danışıqları 
əsasında  Abxaziyaya  və  Dağlıq  Qarabağa  geniş  muxtariyyət 
verilməsi,  insan  hüquqlarına  riayət  edilməsini  nəzərə  almaqla, 
qaçqınların  və  məcburi  yerlərini  dəyişmiş  şəxslərin  öz  evlərinə
85


Yüklə

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə