Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə32/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   28   29   30   31   32   33   34   35   ...   84

praktikası  əhəmiyyətli  dərəcədə  inkişaf edilib.  Bununla  yanaşı, 
beynəlxalq  fəaliyyətin  aktual  məsələlərinə  dair  bu  ölkələrin 
ümumi  yanaşmasıntn  işıqlandırılması  beynəlxalq  təşkilatlarda 
QUAM-ın imicinin möhkəmləndirilməsinə kömək edir. [65]
Bununla bağlı, “QUAM məkanında uzanmış münaqişələr və 
beynəlxalq  sülh, təhlükəsizlik və  inkişaf üçün onların nəticələri” 
adlı  BMT  Baş  Məclisinin  61-ci  sessiyasının  27  bəndi  üzrə 
qətnamə  layihəsinin  irəlilənməsinə  dair  QUAM-a  üzv  olan 
ölkələrin birgə səylərini qeyd etmək lazımdır.  [66]
Hal-hazırda  bu  qətnamənin  layihəsi  BMT  Baş  Məclisinin 
65-ci  sessiyasının  gündəliyinə  daxil  edilib.  O  cümlədən,  BMT- 
də  QUAM  ölkələrinin  koordinasiya  edilmiş  fəaliyyəti  nət­
icəsində, BMT Baş  Məclisinin 62-ci  sessiyasında “Azərbaycanın 
işğal  olunmuş  ərazilərində  vəziyyət”,  və  BMT  Baş  Məclisinin 
64-cü  sessiyasında  “Gürcüstan.  Abxaziyadan  qaçqınların  və 
daxildə  yerlərini  dəyişmiş  şəxslərin  vəziyyəti”  adlı  BMT  Baş 
Məclisinin qətnamələrini qəbul etmək mümkün olmuşdur.
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə dair 
QUAM  təşkilatının  qərarlarının  digər  bir xüsusiyyətinin  vurğu- 
lanması  da vacib  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  Azərbaycandan 
başqa  bu  təşkilata  üzv  olan  digər dövlətlər dini  nöqte-nəzərdən 
xristian dövlətləridir.
Məsələ ondadır ki,  Ermənistanın dünya ictimaiyyətini aldat­
maq  məqsədilə  dini  amilə  belə  əl  atmaqdan  çəkinmirdi.  Ermə­
nistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  ilk  mərhə­
ləsində erməni emissarları  və erməni  diasporu xristian dünyasını 
“müsəlman  ölkələri  ilə  hərtərəfdən  əhatə  olunmuş  xristian 
Ermənistanın”  müdafiəsinə  qalxmağa  və  onu  “müsəlmanların 
əlindən  xilas  etməyə” çağırırdı.  Bu  çağırışlar  boş  çıxdığı  halda, 
erməni  tərəfi  öz  taktikasını  dəyişməyə  cəhd  etdi.  Bu  dəfə  isə
126
erməni  tərəfi  iddia  etdi  ki,  guya  ki.  azərbaycan  tərəfi  Ermə­
nistan-Azərbaycan.  Dağlıq  Qarabağ  münaqişəsinin  dini  xarakter 
daşımasını  qabardır.  Məsələn,  Ermənistanda  Qətər  dövlətinin 
yeni  təyin  olunmuş  fövqəladə  və  səlahiyyətli  səfiri  İbrahim  Al- 
Rəman  Al-Muqaysib  öz  etimadnaməsinin  surətini  Ermənistan 
Prezidenti  S.Sarqsyana  təqdim  edilməsi  ilə  bağlı  görüşündə, 
Ermənistan  Prezidenti  S.Sarqsyan  guya  ki  “azərbaycanlıların 
Dağlıq  Qarabağ  münaqişəsinin  dini  xarakter daşıması  cəhdlərini 
yolverilməz"  adlandırdı  və  “bəzi  İslam  dövlətlərin  bu  cəhdlərə 
yardım etməsindən öz təəssüiunü bildirdi.” 
[116] 
Cavab sözündə 
səfir qeyd  etdi  ki,  bu  münaqişə  dini  xarakter daşımır,  və  faktiki 
olaraq  Ermənistan  Prezidentinə  işarə etdi  ki,  məhs  S.Sarqsyanın 
özü  bu münaqişəni dini  müstəviyə keçirir. 
[116]
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsində 
QUAM dövlətləri  tərəfindən  Azərbaycanın mövqesinin tam dəs­
təklənməsi,  Ermənistan tərəfindən  irəli sürülən  iddianı -  guya ki, 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsində  Azər­
baycan  tərəfindən  bıı  münaqişənin  dini  xarakterli  olmasının  qa- 
bardılması,  və  məhs  bu  səbəbdən  İKT  tərəfindən,  ənənəvi  ola­
raq, Azərbaycanın dəstəklənməsinin bu amillə bağlı olmasını, ta­
mamilə təkzib edir.
Beləliklə, belə  bir nəticəyə gəlmək  olar ki, QUAM  təşkilatı­
nın qərarlarında Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ müna­
qişəsinin  nizamlanmasının  əsas  parametrləri  müəyyən  olun­
muşdur.  Bunların  içində on əsaslıları -  dövlətlərin suverenliyinə, 
ərazi  bütövlüyünə  və  dövlətlərin  beynəlxalq  hüquqi  sərhəd­
lərinin  loxunulmamazbğı  prinsiplərinə  riayət  edilməsi,  məcburi 
köçkünlərin  onların  daimi  yaşayış  yerlərinə  qaytarılması  və 
dövlətlərin  beynəlxalq  hüquqi  sərhədlərinin  çərçivəsində  müx­
təlif etnik qrupların birgə dinc yaşayışının təmin edilməsidir.
127


NƏTİCƏ
Aparılmış tədqiqat nəticəsində belə  bir nəticəyə gəlmək olar 
ki, dünya ölkələri birliyi ilə yanaşı, beynəlxalq  hüququn subyekti 
olan ən aparıcı və nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlar 
da  bütövlükdə  Azərbaycanın  ərazi  bütövlüyünü  dəstəkləyir  və 
Ermənistan  tərəfindən  azərbaycan  torpağlarının  zəbtini  və 
işğalını qanunsuz və əsassız hesab edir.
Ermənistanın  azərbaycan  torpağlarının  zəbtini  və  işğalım 
qanunsuz hesab edən və pisləyən,  Ermənistanı  işğalçı  kimi  tanı­
yan  bir  sıra  niifuzlu  beynəlxalq  hökumətlərarası  təşkilatlar tərə­
findən  qəbul  edilmiş  beynəlxalq-hüquqi  sənədlər  mövcuddur. 
Bu sənədlərin dəyəri ondan  ibarətdir ki, onlar müasir beynəlxalq 
hüquq  prinsipləri  və  normalarına  əsaslanır.  Beləliklə,  Azər­
baycanın  mövqeyi  həm  birbaşa  beynəlxalq-hüquqi  prinsip  və 
normalara,  həm  də  nüfuzlu  beynəlxalq  hökumətlərarası  təşki­
latların qərarları və qətnamələrinə əsaslanır.
Azərbaycan  Respublikasının  Prezidenti  İ.Əliyev  qeyd  edir 
ki,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ münaqişəsi  ilə bağ­
lı:  “BMT  Təhlükəsizlik  Şurasının  qətnamələri,  digər beynəlxalq 
təşkilatların  qətnamə  və  qərarları  bizim  mövqeyimizi  güc­
ləndirir...  Bu  qətnamələr  Azərbaycanın  mövqeyini,  yəni  ədaləti, 
tamamilə  dəstəkləyir...  Biz  başa  düşürük  ki,  bu  qətnamələr 
Ermənistanı  bərk  narahat  etdi.  Yəni,  erməni  təbliğatına  ciddi 
zərbə  endirilib.  Buna  əyani  sübut  onların  isteriya  xarakterli 
reaksiyasıdır”.  |77J
Bizim  fikrimizcə,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsi  ilə bağlı  müasir beynəlxalq  hüquq  prinsipləri  və nor­
malarına  əsaslanan  nüfuzlu  beynəlxalq  hökumətlərarası  təş­
kilatların  qərarları  və qətnamələrin  həm  birbaşa,  həmdə dolayısı
128
yolla,  dünya  ictimai  birliyinin  rəyinin  formalaşması  vasitəsilə, 
birbaşa  münaqişəyə  cəlb  olunmuş  tərəflərə,  və  ilk  növbədə,  bu 
münaqişənin  nizamlanmasında  son  dərəcədə  qeyri-konstruktiv 
mövqe tutan Ermənistana güclü təsir göstərir.
Belə  bir  nəticə  çoxlu  sayda  politoloq  və  siyasi  xadimlər 
tərəfindən  də  təsdiqlənir.  Məsələn,  Azərbaycan  prezidenti  ad­
ministrasiyasının  beynəlxaq  əlaqələr  şöbəsinin  müdiri  N.Məm­
mədovun  fikrincə:  “Dağlıq  Qarabağ  probleminin  həll  edilmə­
sində  böyük  dövlətlərin  marağlı  olması  artıq  tamamilə  aydın- 
aşkar  görünür  və  buna  görə  Ermənistana  münasibətdə  təzyiq 
artır”.j673  Erməni  mənşəli  berlin  politoloqu  A.  Manuçaryanın 
etirafına  görə:  “ Yerevana  təzyiqin  göstərilməsinə  gəlincə,  bu 
həmişə  vardır”.  [73|  İ.Sareqorodseva qeyd edir ki:  “Qərbi  Kav- 
kazda öz təsirini  itirərək,  Vaşinqton  Dağlıq  Qarabağ münaqişə­
sinin  həll  edilməsinə  keçməyi  qərarı  verdi.  Münaqəşədə  olan 
tərəflərin  birinə -  Azərbaycana arxalanaraq, ABŞ  fəal  təzyiq et­
mə  vasitəsilə  münaqişədə  olan  digər  tərəfi  -  Ermənistanı  öz 
ssenarisinin seçməsinə meylləndirməyə çalışır.  [74\
Ermənistan  parlamentinin  üzvü,  “İrs” müxalifət  partiyasının 
üzvü  S.Safaryan  belə  bir  qənaətdə  idi  ki,  Sankt-Peterburqda 
S.Sarkisyanm 
Azərbaycanın  prezidenti 
İ.Əliyevlə  görüşü 
ATƏT-in  Minsk  qrupunun  həmsədrlərinin  Ermənistana  təzyiq 
edilməsi  ilə müşayiət ediləcəkdir.  [75]
Fikrimcə,  belə  təzyiqin  edilməsi  əsaslı  və  qanunidir.  Ermə­
nistan  Azərbaycana  qarşı  təcavüzkar  müharibə  apararaq  və 
Azərbaycan  Respublikasının  20%-dən  çox  ərazisini  işğal  edib. 
Ermənistan  tərəfindən  Azərbaycan  ərazisinin  bir hissəsinin  qəsb 
edilməsi  göstərir  ki,  Ermənistan  Respublikası,  digər dövlətlərin 
ərazisinin 
parçalanmasına  yönəlmiş 
bütün 
hərəkətlərdən 
çəkinməsini  nəzərdə  tutan  müasir  beynəlxalq  hüququn  ürnum-
129


Yüklə

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə