Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə8/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   4   5   6   7   8   9   10   11   ...   84

rə  alsaq  ki,  Dağlıq  Qarabağın  Ermənistanla heç  bir sərhədi  yox­
dur,  və  Dağlıq  Qarabağ  regionu  digər  azərbaycan  torpaqları  ilə 
əhatə olunur,  belə  bir nəticəyə  gəlmək olar ki,  söhbət artıq  təkcə 
Dağlıq  Qarabağdan  yox,  Ermənistan-Azərbaycan  münaqi­
şəsindən,  daha  doğrusu  Ermənistanın  Azərbaycana  qarşı  təca­
vüzündən  gedir,  və  bu  fakta  dolayısı  olaraq  qətnamədə  işarə 
edilir.  Belə  ki,  bu qətnamədə  BMT-nin  Təhlükəsizlik  Şurası  12 
noyabr  oktyabr  1993-cu  ildə  özünün  qəbul  etdiyi  884  (1993) 
nömrəli  qətnaməsində,  Azərbaycanın  Horadiz  şəhərini  və 
Zəngilan  rayonunun  işğalını  narahatçılıqla  qeyd  edərək,  Azər­
baycanın və regionda olan digər dövlətlərin suverenliyini  və əra­
zi  bütövlüyünü  təsdiqləyərək,  və  həmdə  beynəlxalq  sərhədlərin 
toxunulmazlığını  və  ərazi  əldə  edilməsi  üçün  gücdən  istifadə 
edilməsinin  yolverilməzliyini  təsdiqləyərək,  böyük  sayda  mülki 
şəxslərin  son  yerdəyişməsi  halı  və  Horadiz  şəhərində  və  Zən­
gilan  rayonunda  və  Azərbaycanın  cənub  sərhədində  yaranan 
fövqəladə  humanitar  vəziyyət  ilə  bağlı  öz  ciddi  narahatlığını 
ifadə  edərək,  Horadiz  şəhərinin  və  Zəngilan  rayonunun  işğal 
edilməsini, dinc əhaliyə  hücumları  və  Azərbaycan  Respublikası­
nın  ərazisinin  atəşə  tutulmasını  pislədi  və  işğal  qüvvələrinin 
Zəngilan rayonundan birtərəfli  çıxardılmasmı  və  işğal  qüvvələri­
nin  digər  işğal  olunmuş  Azərbaycan  rayonlarından  çıxardılına- 
sım  tələb etdi.
Bu  qətnamənin  preambulasında  da  ‘‘Azərbaycan  Respubli­
kasının  dağlıq  qarabağ  regionu  və  onun  ətrafındakı  münaqişə" 
dusturu öz əksini  tapmışdır.  Bundan əlavə, qətnamənin 2-ci  bən­
dində  həmdə  ‘‘Azərbaycanın  dağlıq  qarabağ  regionunun 
erməniləri” dusturu əks olunub.  [4]
Beləliklə,  bu  beynəlxalq  hüquqi  sənədlərin  təhlili  belə  bir 
nəticəyə gəlmək üçün əsas verir ki:
30
-  BMT-nin Təhlükəsizlik  Şurası  öz qətnamələrində birmə­
nalı  olaraq  Dağlıq  Qarabağ  regionunun  Azərbaycana  məxsus 
olmasını  təsdiqləyir.  Ədalətli  olaraq  bu  hal  beynəlxalq-hüquq 
ədəbiyyatında da göstərilmişdir [5].
-  BMT-nin  Təhlükəsizlik  Şurasının  30  aprel  1993  -c ü   il 
tarixli  822, 29  iyul  1993-cü  il  tarixli  853,  14 oktyabr  1993 -c ü  il 
tarixli  874  və  12  noyabr  1993-cu  il  tarixli  884 nömrəli qətnamə­
lərində  Azərbaycanın  suverenliyi,  ərazi  bütövlüyü  və  onun 
beynəlxalq  tanınmış  sərhədləri  dəstəklənir.  Bu  qətnamələrdə di­
gər  dövlətlərin  ərazisinin  əldə  edilməsi  üçün  gücdən  istifadə 
edilməsinin yolverilməzliyi  xüsusi qeyd olunur və Azərbaycanın 
ərazisinin  işğal  olunması  və  dinc  əhaliyə  qarşı  hücumların  edil­
məsi qətiyyətlə pislənir.
-  BMT-nin  Təhlükəsizlik  Şurasının  qətnamələrində  erməni 
işğalçı  qüvvələrin  Azərbaycanın  işğal  olunmuş  ərazilərindən 
dərhal  çıxardılması  tələb olunur.
1.2.  BMT Baş Məclisinin qərarları
Ermənistan-Azərbaycan.  Dağlıq  Qarabağ  münaqişəsinə dair 
BMT-nin  Baş  Məclisi  tərəfindən  bir  neçə  mühüm  əhəmiyyətli 
qətnamə və qərar qəbul edilmişdir.
İlk  olaraq  qeyd  etmək  lazımdır ki,  ‘‘Azərbaycan  Respublika­
sının  dağlıq  qarabağ  regionu”  düsturu  BMT-nin  Baş  Məclisinin 
qətnamələrində  də  öz  əksini  tapmışdır.  Belə  ki,  BMT  Baş  Məc­
lisi  tərəfindən,  baş  komitələrə  vermədən,  qəbul  olunmuş  16 
yanvar  1998-ci  il  tarixli  ‘‘Birləşmiş  Millətlər  Təşkilatı  və  Av­
ropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı  arasında  əmək­
daşlıq  haqqında”, adlı  A/ RES/ 52/22 qətnamənin  16-cı  bəndində 
‘‘Azərbaycan  Respublikasının  dağlıq  qarabağ  regionu  və  onun
31


ətrafında  olan  münaqişə”  ifadəsi  əks  olunmuşdur.[6]  Analoji 
düstur  BMT  Baş  Məclisi  tərəfindən  9  fevral  2000-ci  ildə  qəbul 
olunmuş  A/RES/54/117  (Ъ. 16),  [7]  2  mart  2001-ci  ildə  qəbul 
olunmuş  A/RES/55/179  (b. 15,  qeyd  etmək  maraqlıdır  ki,  bu 
qətnamənin  lehinə  147-di  dövlət,  əleyhinə  isə  cəmi  1  dövlət  -  
Ermənistan  səs  vermişdir),  [8j  14  fevral  2002-ci  ildə  qəbul 
olunmuş A/RES/56/216 (bax b.21),  [9]  6 fevral 2003-cü ildə qə­
bul  olunmuş  A/RES/57/298  (bax  b.26)  qətnamələrdə  öz  əksini 
tapmışdır.  
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  və 
bu münaqişə nəticəsində humanitar sahədə yaranmış ağır nəticə­
lərin  aradan  qaldırılmasına  dair  BMT-nin  Baş  Məclisi  özünün 
48-ci  sessiyasının 20 dekabr  1993-cü  ildə keçirilmiş 85-ci plenar 
iclasında  “Azərbaycanda  qaçqınlara  və  məcburi  köçkünlərə 
fövqəladə  beynəlxalq  yardımın  göstərilməsi  haqqında”  adlı 
qətnamə qəbul  etmişdir (sənəd  A/RES/48/114).  [ //]   Bu sənəddə 
ilk  dəfə  BMT  səviyyəsində etiraf edilir ki,  Ermənistan-Azərbay­
can,  Dağlıq  Qarabağ  münaqişəsi  nəticəsində  Azərbaycanda  hu­
manitar  vəziyyət  ciddi  şəkildə  pisləşmiş  və  qaçqın  və  məcburi 
köçkünlərin sayı  bir milyonu keçmişdir.
Beynəlxalq  hüquqda  və  ölkələr  arasında  dövlət  sərhədinin 
rejimi  haqqında  bir  çox  ikitərəfli  beynəlxalq  hüquqi  müqavilə­
lərdə, sərhəd yanında yanğınların  baş verilməsi  halında öz. ərazi­
sində  yanğın  baş  vermiş  ölkə  bu  yanğının  söndürülməsi  və  sər­
hədi  keçib  digər ölkənin ərazisinə yayılmaması  məqsədilə bütün 
mümkün  olan  tədbirlərə  əl  atmasına  dair  müvafiq  hüquq 
normaları öz əksini tapmışdır.  Erməni tərəfi özü azərbaycanın iş­
ğal  olunmuş  ərazilərində  qəsdən  yanğınlar  törədir.  Çox  guman 
ki,  bütün  cəbhə  xətti  üzrə  ermənilər  tərəfindən  törədilən 
yanğınlar hərbi məqsəd güdür.  Ola bilər ki, onlar azərbaycan or­
32
dusunu  və  onun  yərəkətlərini  izləmək  üçün  ərazini  təmizləmək 
istəyirlər.  [12]  Bu  qəsdən  törədilmiş  yanğınlar  həmdə  Azər­
baycanın digər ərazilərinə də mühüm zərər vurmuşdur. Azərbay­
can  QHT  tərəfindən  həyata  keçirilmiş  monitorinq  əsasında, 
Azərbaycanın  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  ermənilər 
tərəfindən  törədilmiş  yanğınların  nəticələrinə  dair  hesabat 
hazırlamışdır. Bu sənədə uyğun olaraq 2006-cı ilin yay aylarında 
ermənilər  Ağdam,  Fizuli,  Cəbrayıl,  Tərtər,  Xocavənd  və həmdə 
Qazax  və  Tovuz  rayonunun  ərazilərini  yandırırdılar.  Ağdam 
rayonunda Yusifcanlı, Novruzlu,  Bağbanlıq,  Saybalı,  Sancalı  və 
Baş  Qərvənd  kəndləri  tamamilə  yanmışlar.  Həmdə  Şixbabalı, 
Mərzili,  Xıdırlı  və  Göytəpə  kəndləri  də  yanqıllara  məruz 
qalmışlar.
Alovun  toqquşması  xətti  üzrə  yanğınlardan  31 km  məsafə­
sində  6330  hektar  torpaq  sahəsi  zərər  çəkmişdir.  Bu  rayonlann 
flora və  faunasına da ciddi  zərər vurulub.  47  bitki  növü,  o cüm­
lədən,  19  ağac  növü  tamamilə  məhv  edilib.  Yanğın  Fizuli  və 
Cəbrayıl  rayonlarında  10  min  hektarları  əhatən  edən  otlaqlan 
məhv  etmişdir. Tərtər rayonunda yanğın 550 hektar torpaq sahə­
sinə  zərər  vurmuşdur.  Xocavənd  rayonunda  öz  təbiətinə  görə 
unikal  yerlər olan “Qaraçux” və “Nərgiz təpə” yanğının qurban­
ları  olmuşlar.  Qeyd etmək yerinə düşərdi  ki,  yandırılmış Nərgiz 
təpədə  hələ  bizim  eramızdan  II  min  əvvəl  yaradılmış  qədim 
mədəniyyət  abidələri  var  idi.  Çox  guman  ki,  yanğın  azər­
baycanın  tarixi  və  mədəni  abidələrini  yer  üzündən  silmək  üçün 
törədilmişdir.  [&?]  Nəticədə  bu  yerlərdə  flora  və  faunanın  15 
nadir  növü  məhv  edilmişdir.  Bütövlükdə,  yandırılmış  ərazilərin 
ümumi  sahəsi  34900  hektar  təşkil  edirdi.  [/J]  Yanğınlardan 
vurulmuş  birbaşa  zərər  8,6  mln.  ABŞ  dolları  təşkil  etmişdir. 
[ Щ
33


Yüklə

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə