Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə4/84
tarix04.07.2018
ölçüsü
#53336
1   2   3   4   5   6   7   8   9   ...   84

tövlükdə  dünya  dövlətləri  birliyinə  münasibətdə  öhdəliklərin 
mövcud  olması  göstərilirdi.  Təcavüz,  soyqırım,  irqi  ayrı-seçki­
lik, etnik təmizləmə, aparteid, humanitar faciə və s. əməllərin tö­
rədilməsi  BMT Nizamnaməsi,  1973-cü ildə qəbul olunmuş apar­
teid  cinayətlərinin  qarşısının  alınması  və  onun  cəzalandirilması 
haqqında  Beynəlxalq  Konvensiya  və  '‘Soyqırım  cinayətlərinin 
qarşısının  alınması  və  cəzalandırılması  haqqında”  1948-ci  il  9 
dekabr tarixli  Konvensiya kimi digər ən vacib beynəlxalq sənəd­
lərin  pozulmasına yönəlib  və  dünya birliyi  dövlətləri  tərəfindən 
beynəlxalq  cinayətlər  kimi  tövsif  edilir.  Belə  növ  əməllərin 
törədilməməsi  öhdəlikləri  bütövlükdə  dünya  birliyi  dövlətləri 
qarşısında  xüsusi  kateqoriyalı  öhdəliklər  xarakteri  daşıyır,  erga 
omnes  (hamı  arasında)  öhdəlikləri.  Nəzərə  alsaq  ki,  bütün 
dövlətlərin  hüquqi  marağı  var,  onlar  erga  omnes  öhdəliyini 
pozmuş  dövləti  məsuliyyətə  cəlb  etmək  hüququna  malikdirlər. 
Bu  müasir  beynəlxalq  hüquqda,  bütövlükdə  dünya  birliyi 
dövlətlərinin  marağlarına  toxunan  beynəlxalq  cinayətlərə  qarşı 
kollektiv  surətdə  əks  hərəkət  etmə  konsepsiyasının  əks  olun­
masıdır.  BMT-nin  Beynəlxalq  Hüquq  Komissiyası  “Beynəlxalq 
hüquqazidd  əməllərə  görə  dövlətlərin  məsuliyyəti”  adlı 
maddələr lahiyəsini qəbul edib BMT Baş Məclisinə  təqdim etdi. 
BMT  Baş  Məclisi  12  dekabr 2001 -ci  ildə  özünü  plenar iclasında 
bu  layihəyə  baxıb qətnamə qəbul  etdi.  Qətnamədə deyilir  ki,  bu 
maddələr  layihəsi  dövlətlər  tərəfindən  nəzərə  alınır,  bu 
qətnaməyə  əlavə  kimi  daxil  edilir.  Dövlətlərin  məsuliyyəti 
haqqında maddələr layihəsinə şərhdə deyilir ki: “Hər bir dövlətin 
özünün  beynəlxalq  dünya  birliyi  üzvü  olması  gücünə  bəzi  əsas 
hüquqların  müdafiəsində  və  bəzi  əsas  öhdəliklərin  yerinə 
yetirilməsində hüquqi marağı  var”.
Ermənistanın  dünya  birliyi  dövlətləri  qarşısında məsuliyyəti
14
Azərbaycana  qarşı  təcavüzə  son  qoyulması  və  işğal  olunmuş 
ərazilərdən  bütün  işğalçı  qüvvvələrin  çıxardılması,  Xocalı  soy­
qırımını  törətmiş  və  təcavüzkar  müharibəyə  başlamış  təqsirkar 
şəxslərin cinayət  məsuliyyətinə cəlb  edilməsi  və  bununla yanaşı 
Ermənistanın azərbaycan xalqından rəsmi  üzr istəməsi zərurətini 
yaradır.
2. 
Vurulmuş konkret maddi və  mənəvi zərərə ğörə Ermə­
nistanın Azərbaycan qarşısında məsuliyyəti
Yaxşa bəlli olunduğu  kimi,  Ermənistanın Azərbaycana qarşı 
təcavüzü nəticəsində azərbaycan torpaqlarının 20% işğal edilmiş 
və bir milyona yaxııı  insan qaçqın və köçkün olmuş, Azərbayca­
nın  əhalisinə,  ərazisinə,  iqtisadiyyatına,  ekologiyasına,  bitki  və 
heyvanat aləminə böyük  maddi və mənəvi ziyan vurulmuşdur.
Vurulmuş zərərin  miqdarı  həqiqətən  çox  böyükdür.  900 ya­
xın yaşayış məntəqəsi dağıdılmış və məhv edilmişdir. 20 mindən 
çox  azərbaycanlı  həlak  olmuş,  50  mindən  çox  azərbaycanlı  isə 
yaralanmış və ya almış zədə  nəticəsində əlil  və ya şikəst olmuş­
lar. Bir necə min insan isə xəbərsiz itkin düşmüşdür.
Bütövlükdə,  Ermənistanın  Azərbaycana qarşı təcavüzü  nəti­
cəsində Azərbaycanın  17000 
k v

km  ərazisi  işğal  edilmişdir.  İş­
ğal  edilmiş  ərazilərdə  6  minə  yaxın  sənaye,  kənd  təsərrüfatı  və 
digər obyektlər,  ümumi  sahəsi  9.1  mln  kv.  m  olan  150  min  ya­
şayış evləri  və  mənzillər,  4366  sosial-mədəni  təyinatlı  obyekt,  7 
min  ictimai  bina,  693  məktəb,  855  məktəbəqədər  müəssisə,  4 
sanatoriya-müalicə  kompleksi,  695  xəstəxana  və  digər  tibb 
müəssisəsi dağıdılmışdır.
31  məçid,  9  tarixi  saray,  6  dövlət  teatrı  və  konsert təşkilatı, 
368  klub, 927 kitabxana,  85  musiqili məktəb, 464 tarixi abidə ta­
15


lanmış  və  məhv  edilmişdir.  Erməni  hərbi  qüvvələri  tərəfindən 
200  paleontoloji  və geoloji  abidə  ələ  keçirilmişdir.  Bununla ya­
naşı,  üzunluğu  800  km olan dəmir və avtomobil  yollan və  həm- 
də üzunluğu  15  min km olan elektrik xəttləri sıradan çıxardılmış 
və  məhv  edilmişdir.  Ümumu  uzunluğu  3834  m  olan  160  körpü 
partladılmış  və  sıradan çıxardılmışdır.  Uzunluğu 2  min  km  olan 
qaz  kəmərləri  xəttləri  və  35  qazbölüşdürücü  məntəqə  tamamilə 
məhv  edilib.  Ümumu  həcmi  674  mln.  kub  m.  təşkil  edən  5  su 
ambarından,  7296 
gidrotexniki 
qurğusundan, 
36 
nasos 
stansiyasından və 26 suvarma sistemindən ibarət olan  1203  kilo- 
metrli  irriqasiya  infrastrukturu  və  su  kommunikasiya  sistemi 
tamamilə  məhv  edilmişdir.  Azərbaycanın  vahid  irriqasiya  in­
frastrukturu  sisteminin bir hissəsi  olan  Dağlıq  Qarabağ regionu­
nun  irriqasiya  sisteminin  məhv  edilməsi  nəticəsində  işğal  olun­
muş  ərazilər hüdudundan  kənarda  qalmış  Azərbaycanın  5  rayo­
nunda  120  min  hektar torpaq  sahəsi  suvarmasız qalmış və  prak­
tiki  olaraq  təsərrüfat  dövriyyəsindən  çıxardılmışdır.  Ümumi 
olaraq  isə  1  milyon  hektardan  çox  torpağ  sahəsi,  o  cümlədən 
127700  hektar suvarılan torpaq  sahəsi  və  34600  hektar üzüm  və 
meyvə  bağçaları  əkin  növbəsindən  çıxardılmış  və  yararsız  hala 
düşmüşdür.  İşğal  olunmuş  rayonlardan  244  min  xırda  buynuzlu 
və  69  min  iri  buynuzlu  malqara  oğurlanmış  və  Azərbaycanın 
hüdudlarından  kənara  sürülüb  aparılmışdır.  Azərbaycanın  yay 
otlaqlarının 70% işğal zonasında qalmışdır. Cəbhə xəttinə bitişik 
olan  Azərbaycanın  Ermənistan  ilə  sərhədyanı  rayonlarına 
vurulmuş birbaşa iqtisadi  zərər də çox  böyükdür.  Ermənistan  ilə 
həmsərhəd  olan  rayonların  bir  çox  məntəqələri  tamamilə 
dağıdılmış,  dinc  əhali  isə  öz  doğma  yurdlarını  tərk  etməyə 
məcbur olmuşlar.  Təcavüz nəticəsində təkcə Azərbaycanın kənd 
təsərrüfatına  birbaşa  vurulmuş  zərərin  miqdarı,  bu  günkü
16
/3
S
9
?
hesablamalara görə təqnbən  milyardlarla  ABŞ  dolları  dəyərində 
qiymətləndirilir.  Erməni  işğalı  nəticəsində  vurulmuş  humanitar 
və  mədəni-tarixi  zərərin  miqdarı  da  çox  böyükdür.  Erməni 
təcavüzkarları  azərbaycan  mədəni  irsini  təşkil  edən  obyektləri 
xüsusi  abırsızlıqla  məhv  edirdilər.  Belə  ki,  erməni  vəhşiləri  22 
muzey  və  4  incəsənət  qalereyasını  məhv  etmişlər.  Əksəriyyəti 
unikal  tarixi  və  mədəni  əhəmiyyət  kəsb  edən  40  mindən  çox 
muzey  eksponatı  talan  edilmişdir.  Talan  edilmiş  və  yandırılmış 
927  kitabxanada  4.6  mln  kitab  və  çox  dəyərli  əlyazmalar məhv 
edilmişdir.  Dağlıq  Qarabağ  regionunda  erməni  qəsbkarları 
tərəfindən  Azərbaycanın  milli  mədəniyyətinə  vurulmuş  ziyanı 
qiymətləndirmək  mümkün  deyil,  çünki  talan  və  məhv  edilmiş 
əşyalar  təkcə  Azərbaycanın  yox, 
həmdə  bütün  dünya 
sivilizasiyasının  çox  dəyərli  mədəniyyət  nümunələridir.  Azər­
baycanın  ekologiyasına  da  vurulmuş  zərərin  ölçüsü  həddindən 
artıq  çox  böyükdür.  Hərbi  əməliyyatlar  gedişatında  və  sonrakı 
erməni  işğalı  nəticəsində Azərbaycanın təbiətinə əvəzolunmayan 
zərər  yetirilmişdir.  Azərbaycanın  işğal  olunmuş  ərazilərində 
flora  və  fauna  nümayəndələrinin  təbii  yaşayış  mühiti  məhv 
edilir.  Bütün  regionun  və  işğal  olunmuş  ərazilərə  yaxın  olan 
zonanın su təminatı  və suvarma sistemi  pozulub,  bu  isə torpağın 
və  bitki  qatının vəziyyətinə  mənfi  təsir göstərir.  Ermənilər qişda 
suyu  işğal  olunmuş  ərazilərdə  yerləşən  Sərsəng  su  ambarından 
buraxırlar, və bunun nəticəsində torpağlar su altında qalır, yollar 
dağılır,  sel  baş  verir.  İnsanların  və  kənd  təsərrüfatının  suya  çox 
böyük  ehtiyac  duyulduğu  yay  mövsümündə  isə,  əksinə  suyun 
qarşısını  kəsirlər.  Azərbaycanın  ərazisindən  axan  transsərhəd 
çaylar  Ermənistan  tərəfindən  qəsdən  zəhərləyici  maddələrlə 
çirkidilir.  Belə  çaylar -arasmda- Araz,  Aqstafa  və  s.  çaylarının 
adlarım  çəkmdkərıbtäf? RD ^ llk8 ä Pr? | i ^ ,ınbtmək  lazımdır  ki,
İşlər  idarəsi
PREZİDENT  KİjP/tBXANASI


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə