Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə3/84
tarix04.07.2018
ölçüsü
#53336
1   2   3   4   5   6   7   8   9   ...   84

temində və onu nizamlayan beynəlxalq hüquqda beynəlxalq  təş­
kilatların  rolunun  güclənməsi  və  artması  tendensiyası  getdikçə 
daha çox özünü biruzə  verir.  Dövlətlərin  bir-biri  ilə  bağlılığının 
artması,  hər  bir  dövlət  tərəfindən  təklikdə  həll  edə  biləcəyi 
problemlərin  dairəsini  azaldır  və  hətta  bir  çox  hallarda  belə 
problemlərin həll edilməsini mümkünsüz edir.
Beynəlxalq  təşkilatların meydançaları bir tərəfdən dünyanın 
fövqəldövlətləri  üçün çox önəmlidir, çünki öz tədbirlərinin və ya 
görüləcək  tədbirlərinin  digər  dünya  dövlətləri  tərəfindən  necə 
qarşılayacaqlarının  öyrənilməsi,  belə  tədbirlərin  digər  dövlətlər 
tərəfindən yaxşı  qarşılanması və ya ən  azı  başa düşülməsi  üçün, 
imkan  yaradır,  müxtəlif problemlər  üzrə  müxtəlif ölkələrin  üst- 
üstə  düşməyən  mövqelərinin  bir  araya  gətirilməsinə,  kompro- 
misslər  tapılmasına  yardım  edir. 
Digər  tərəfdən,  belə 
təşkilatların  meydançaları  kiçik  və  orta  dövlətlər  üçün  də  çox 
önəmlidir,  çünki  müxtəlif  dünya  problemlərinin  çözülməsirıdə 
öz ölkələrinin səylərinin bir araya gətirilməsinə, öz səslərinin çə­
kisinin  artmasına,  və  s.  yardım  edir.  Bu  amillər  dünyanın 
qloballaşma  dövrünə  qədam  qoyulması  zamanı  xüsusilə  vacib 
əhəmiyyat kəsb edir.
Təbii  haldır  ki,  bu  beynəlxalq  təşkilatların  çərçivəsində  qə­
bul  olunmuş qərar və  qətnamələrlə  hesablaşmayan dövlət dünya 
birliyi  sistemində  hər  tərəfdən  təcrid  olunmuş  hala  diişür.  onun 
“çəkisi"  azalır  və  o,  faktiki  olaraq,  həm  iqtisadi,  həmdə  siyasi 
cəhəddən təcrid olmağa malikdir.
Bu  mülahizə  həmdə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qara­
bağ  münaqişəsinə  aid  də  ədalətlidir.  Ermənistanı  təcavüzkar 
dövlət kimi tanıyan,  bu ölkə tərəfindən azərbaycan torpağlarının 
zəbtini  və işğalını qanunsuz hesab edən və pisləyən bir sıra bey­
nəlxalq  hökumətlərarası  təşkilatların  qəbul  etdiyi  beynəlxalq-
10
hüquqi  sənədlər  mövcuddur.  Qeyd  etmək  lazımdır  ki,  Ermə­
nistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dairaparici və 
nüfuzlu  beynəlxalq  dövlətlərarası  təşkilatların  qərarları  böyük 
praktiki  əhəmiyyətə  malikdir,  çünki  bu  qərarlarda,  cəmlənmiş 
şəkildə,  bir  tərəfdən  bu  təşkilatlara  üzv  olan  dövlətlərin  möv­
qeyi,  digər tərəfdən  isə  bu  təşkilatlann  öz  iradəsi  ifadə  olunub. 
Məhz  bu  səbəbdən  bu  qərarların təhlil  edilməsi  nəzəri  cəhətdən 
çox  aktual  xarakter  daşıyır,  praktiki  cəhətdən  isə  olduğca 
vacibdir və böyük əhəmiyyət  kəsb edir.  Onu da qeyd etmək ma­
raqlıdır  ki,  erməni  tərəfi  Ermənistan-Azərbaycan,  Dağlıq  Qara­
bağ  münaqişəsinə  dair  aparici  və  nüfuzlu  beynəlxalq  dövlət- 
lərarası  təşkilatların  qərarlarının  böyük  praktiki  əhəmiyyətini 
çox  yaxşı  başa  düşür  və  bundan  çox  ehtiyatlanır.  Məsələn,  Er­
mənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə 
bağlı  erməni  qazeti  “Ayots  Aşxar”  qeyd  edir  ki,  hadisələrin  in­
kişafının  iki  mümkün  olan  ssenariyası  ola  bilər.  Bunlardan  bi­
rincisi  -  bu problemin  BMT-nin  Təhlükəsizlik  Şurasının  gündə­
liyinə çıxardılması  -  bu  qurumda konsensus  prinsipinin qüvvədə 
olmasını  nəzərə  alaraq,  az  ehtimallı  görünür,  ikincisi  isə  -  bey­
nəlxalq  təşkilatlarda  təcavüzkar  bir ölkə  kimi  Ermənistana qarşı 
sanksiyaların  tətbiq  edilməsi  tələbin  irəli  sürülməsi  -   Azər­
baycana  Dağlıq  Qarabağ  statusu  məsələsinin  ərazilərin  geri 
qaytan İması  {söhbət  Ermənistan  tərəfindən  işğal  olunmuş 
azərbaycan  ərazilərindən gedir - R.Qarayev)  məsələsindən  ay­
rılması  üçün  zəruri  arqumentlərin  verilməsini  təmin  edəcək.  Və 
nəzərə  alsaq  ki,  beynəlxalq  təşkilatların  qətnamələrində  “azad 
olunmuş  ərazilərin”  {kursiv mənimdir - R.Qarayev)  işğal  olun­
masına dair müddəa əks olunub, tam təbii  ki, gələcəkdə də Azər­
baycan  ЛТОТ-in  Minsk  qrupu  çərçivəsində  apanlan  danışıq­
larda  bu  müddəalara arxalanaraq  erməni  silahlı  qüvvələrinin bü­
11


tün  işğal  olunmuş  ərazilərdən  çıxardılmasmı,  “Dağlıq  Qarabağ 
Respublikası”  {erməni tərəfi Azərbaycanın  işğal olunmuş əra­
zilərində yaradılmış  əldəqayırma  qondarma  qurumu  belə  ad­
landırır -  kursiv mənimdir R.Qarayev) statusu məsələsini təxirə 
salınmasım tələb edəcək.  [97]
Ölkə  hüquq  ədəbiyyatında Ermənistan-Azərbaycan,  Dağlıq 
Qarabağ  münaqişəsinə  dair  beynəlxalq  dövlətlərarası  təşkilatlar 
tərəfindən  qəbul  edilmiş  sənədlərin  ayn-ayrı  hüquqi  aspektləri­
nin tədqiqinə  bir neçə əsərlərdə toxunulmuşdur.  Bunlann içində 
E. Abdullayevin [78],  R.Qarayevin [82],  V.İbayevin  [83] N.Əli- 
yevin [100] işlərini göstərmək olar.
Bununla  yanaşı,  ölkə  hüquq  ədəbiyyatında  bu  problemin 
ayrı-ayrı hüquqi aspektlərinin tədqiq edilməsinə baxmayaraq, tə­
əssüflə  qeyd  etmək  lazımdır  ki,  bu  problemin  sistemli  şəkildə 
hərtərəfli  araşdırılması  ayrıca aparılan  müstəqil  tədqiqatın pred- 
meti  olmamışdır  və  bu  sahədə  müəyyən  boşluqlar  var.  Bundan 
əlavə,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə 
dair bir neçə beynəlxalq təşkilatlar tərəfindən yeni qərarlar ( m.ü. 
Avropa Şurası  Parlament  Assambleyası,  Avropa  Birliyi, NATO 
və  s.  tərəfindən)  qəbul  olunmuşdur.  Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinə ədalətli beynəlxalq-hüquqi qiymət 
verilməsində  bu  qərarların  hüquqi  təhlili  və  araşdırılması  da 
vacib əhəmiyyət kəsb edir.
Hazırki elmi araşdırmanın əsas məqsədi  bu boşluqlan müəy­
yən  dərəcədə aradan  qaldırmaqdan  və  beynəlxalq  hüquq  nöqte- 
nəzərindən  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqi­
şəsinin  nizamlanmasında  beynəlxalq  təşkilatların  qərarlarının 
mahiyyətini  və  məzmununu  sistemli  şəkildə  tədqiq  etmək  və 
praktiki əhəmiyyətini göstərməkdən ibarətdir.
12
FƏSİL L
ERMƏNİSTANIN AZƏRBAYCANA 
QARŞI TƏCAVÜZÜNÜN
ÜMUMİ BEYNƏLXALQ - HÜQUQİ ASPEKTLƏRİ
Hərbi təcavüzə və azərbaycan torpağlarının işğalına görə Er­
mənistanın  beynəlxalq-hüquqi  məsuliyyətin  daşıması,  bu  bey­
nəlxalq-hüquqi  məsuliyyətdən irəli gələn Azərbaycana vurulmuş 
maddi və mənəvi zərərin ödənilməsi  və bütövlükdə Ermənistan - 
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilmə­
si  probemlərinin  hüquqi  aspektlərinin araşdırılması ölkə beynəl- 
xalq-hüquq ədəbiyyatında ən vacib problemlərdən biridir.
Təcavüzə  və  azərbaycan  torpağlarının  işğalına  görə  Ermə­
nistanın  beynəlxalq-hüquqi  məsuliyyət  daşıması  heç  bir  şübhə 
doğurmur.  Ermənistan  Respublikası  beynəlxalq  hüquq  normala­
rını  və  BMT Nizamnaməsini  kobud  şəkildə  pozaraq, nəinki  sül­
hə  qarşı  ən  ağır  cinayət  sayılan  və  beynəlxalq  hüquqa  görə  tə­
cavüzkarın  ciddi  məsuliyyəti  yaradan  təcavüzkar  müharibəyə 
başladı, o həmdə Azərbaycan ərazisinin 20% işğal etdi.
Ermənistan  -  Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  ilə 
bağlı Ermənistanın məsuliyyətini iki növə bölmək olar:
1. 
Dünya birliyi dövlətləri qarşısında Ermənistanın məsu­
liyyəti
“Barselona  Trakşn”  (Belçika  İspaniyaya  qarçı)  işi  üzrə 
BMT-nin  Beynəlxalq  Məhkəməsi  öz  qərarında  göstərmişdir  ki, 
hər bir dövlət dünya dövlətləri  birliyi  qarşısında müəyyən öhdə­
liklər daşıyır.  Bu  qərarda xüsüsi  kateqoriyalı  öhdəliklərin -  bü­
13


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə