Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə6/84
tarix04.07.2018
ölçüsü
#53336
1   2   3   4   5   6   7   8   9   ...   84

lən,  İslam  Konfransı  Təşkilatının  9-cu  Zirvə  Görüşündə  qəbul 
olunmuş  “Ermənistan  Respublikasının  Azərbaycan  Respub­
likasına  qarşı  təcavüzü’*  adlı  21/9-P  (IS)  nömrəli  qətnaməsinin 
17 bəndində qeyd olunur ki, İKT hesab edir ki, Azərbaycan, ona 
vurulmuş zərərə görə, müvafiq ödəmə almaq hüququna malikdir 
və  bu  zərərə  görə  müvafiq  ödəmə  etmə  məsuliyyəti  Ermə­
nistanın üzərinə düşür.  [123]
Beynəlxalq  hüquqa görə, dövlətin hüquqazidd əməlləri  nəti­
cəsində  vurulmuş  zərərin  ödənilməsi  restitusiya,  kompensasiya 
(əvəzini vermə) və satisfaksiya formasında ola bilər.
Restitusiya  -  hüquqazidd  əməlin  törədilməsinə  qədər  möv­
cud  olan  vəziyyətin  mümkün  olan  hüdudlar çərçivəsində  bərpa 
edilməsi  deməkdir.  Restitusiya  dağıdılmış  əmlakın  bərpa  edil­
məsi və ya əmlakın geri qaytarılması formasında ola bilər.  Resti­
tusiya qismən də ola  bilər və  kompensasiya  ilə  müşalıiyət oluna 
bilər.  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid 
Ermənistanın  qanunazidd  əməli  nəticəsində  Azərbaycana 
vurulmuş  zərərin  restitusiya  formasında  ödənilməsi  bütüb  işğal 
olunmuş  azərbaycan  ərazilərinin  qaytarılması  deməkdir.  Bəzən 
restitusiya digər formalarda çox çətin həyata keçirilir və ya hətıa 
bəzən  reslitusiyanın  həyata  keçirilməsi  mümkün  belə  olmur. 
Məsələn,  muzeyin  dağıdılması  və  onun  eksponatlarının  məhvi 
halında  restitusiya  faktiki  mümkün  olmur.  Nəzərə  alsaq  ki, 
erməni  qüvvələri  tərəfindən  azərbaycan  torpaqlarının  işğalından 
təqribən  20  ilə  yaxın  bir  vaxt  keçir,  o  zaman  zəbt  edilmiş 
əmlakın  geri  qaytarılması  (tarixi  və  mədəni  dəyərə  malik  olan 
əşyalar  istisna  olmaqla)  ödəmə  ilə  əvəz  edilməlidir.  Kompen­
sasiya  -  əldən  verilmiş  xeyir  də  daxil  edilməklə  zərərin  ödənil­
məsi  deməkdir.  Dövlət  özünün  qanunazidd  əməli  ilə  vurduğu 
zərəri,  restitusiya  ilə  ödənilməyən  hissədə,  ödəməyə  borcludur.
22
BMT-nin  Beynəlxalq  Məhkəməsi  “Qabçikovo  -  Nadmaroş”  işi 
üzrə  öz  qərarında  müəyyən  etdi  ki:  “zərər  çəkmiş  dövlət 
beynəlxalq  qanunazidd  əməl  törətmiş  dövlətdən  ona  vurulmuş 
zərərə  görə  kompensasiya almaq  hüququqa malik  olmasına dair 
formalaşmış beynəlxalq hüquq norması mövcuddur”. [109, 5İ]
Kompensasiya  -  tam  ödəməni  təmin  etməyə  yönəlməlidir. 
Beynəlxalq  hüququn bu müddəası  beynəlxalq ədalət mühakimə­
si  Daimi  Palatasının  mövcud  olan  beynəlxalq  məhkəmə  prak­
tikası  ilə də təsdiq edilir, (bax, məsələn, Horfuzda olan fabrikaya 
dair  iş  üzrə  beynəlxalq  ədalət  mühakiməsi  Daimi  Palatasının 
1928-ci  ildə  çıxartdığı  qərara  [108,  47]).  Ümumiyyətlə, 
vurulmuş  zərər  deyəndə  həm  dövlətin  özünə  vurulmuş  zərər, 
həmdə  onun  vətəndaşlarına, təşkilatlarına və  kommersiya struk­
turlarına  vurulmuş  zərər  nəzərdə  tutulur.  Dövlət,  həmdə  onun 
vətəndaşlarının  sağlamlığına  vurulmuş  zərərə  görə  müəyyən 
kompensasiyanın  ödənilməsini  tələb  etmək  hüququna  malikdir. 
Onu da qeyd etmək  lazımdır ki, birbaşa vurulmuş maddi itkilərlə 
yanaşı,  həmdə  mənəvi  zərərə  görə  də,  məsələn,  doğmaların  və 
yaxınlarının  itirilməsinə,  ağrı  və  əzablara,  təhqirlərə,  mülki 
əhalinin  qanunsuz  həbsdə  saxlanılmasına,  işgəncələrə,  şi- 
kəstetməyə və s. görə kompensasiya verilməlidir.
Satisfaksiya  -  zərərin  tam  ödənilməsi  öhdəliyinin yerinə ye­
tirilməsinə  borclu  olan  məsuliyyət  daşıyan  dövlətin  ödəmə  for­
masıdır.  Burada  söhbət  qeyri-maddi  xarakterli  ziyanın  ödənil­
məsindən  gedir.  Bu  dövlətin  ləyaqətinə  zərərvurmaya,  dövlətin 
təhqir  olunmasına,  məsələn,  dövlət  bayrağının  təhqir  olunma­
sına,  onun  vəzifəli  şəxslərinə  hücum  edilməsinə,  diplomatik 
toxunulmazlığa aiddir.  Tez-tez zərər maddi  nəticələrdən asılı  ol­
mayaraq  öhdəliyin  pozulmas)  faktının  özündən  irəli  gəlir.  Satis­
faksiya formaları  müxtəlif ola bilər.  Bu həm  faktın pozulmasının
23


etiraf  edilməsi,  peşmançılıq  etmə,  rəsmi  üzr  istəmə,  belə  ha­
disələrin təkrarlanmamasına dair söz vermə formalarında ola bi­
lər.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  dair 
satisfaksiya  Ermənistan  tərəfindən  Azərbaycana  qarşı  təcavüz 
faktının  etiraf edilməsi,  Azərbaycan torpaqlarının  işğal  edilməsi 
faktının  etiraf  edilməsi,  Xocalıda  törədilmiş  soyqırımın  etiraf 
edilməsi,  azərbaycan  xalqı  qarşısında  rəsmi  üzr  istəməsi  forma­
larında ola bilər.
Təcavüz  nəticəsində  vurulmuş  zərərə  görə  maddi  ödəmənin 
misalı qismində Küveytə qarşı İraqın təcavüzü ilə bağlı  vəziyyəti 
göstərmək olar.  Küveytin İrak tərəfindən  işğalına görə təxminən 
41.8  mlrd.$,  məbləğində  kompensasiya  müəyyən  edilmişdir. 
Bunlardan artıq  17.5 mlrd.$, ödənilib.
Beləliklə,  Azərbaycana  vurulmuş  maddi  və  mənəvi  zərərin 
ödənilməsi  problemin  həlli  erməni  təcavüzünün  nəticələrinin 
aradan  qaldırılmasının və  Ermənistan-Azərbaycan,  Dağlıq Qara­
bağ  münaqişəsinin  ədalətli  nizamlanmasının  vacib  aspektlərin­
dən biridir.
24
FƏSİL II.
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ
MÜNAQİŞƏSİNİN NİZAMLANMASINDA BMT-NİN 
QƏRARLARININ  ROLU VƏ ƏHƏMİYYƏTİ
L L BMT  Təhlükəsizlik Şurasının qərarları.
İkinci  dünya  müharibəsindən  sonra  yaranmış  və  formalaş­
mış  Birləşmiş  Millətlər Təşkilatı  müasir  dünya  quruluşunun ay­
rılmaz bir hissəsinə çevrilmişdir.
Birləşmiş  Millətlər  Təşkilatı  dünya  siyasətinin  bu və  ya di­
gər  problemləri  üzrə  müxtəlif,  hətta  hərdən  birbaşa  bir-birinə 
zidd olan mövqelərdə  duran dövlətlər  üçün,  onların xarici  siyasi 
maraqlarına  cavab  verə  biləcək  balanslaşdırılmış  qərarlar tapıl­
ması  məqsədilə  ən  əsas  meydançalardan  biridir.  Birləşmiş  Mil­
lətlər  Təşkilatı  öz  hüquqi  təbiətinə  görə  beynəlxalq  hüquq  sub­
yekti  olan  universal  xarakerli  beynəlxalq  dövlətlərarası  təşkil­
atdır.
Azərbaycan  Respublikası  1992-ci  ilin  2  mart  tarixində 
BMT-nin  üzvlüyünə  qəbul  olunmuş  [99]  və  1992-ci  il  mayın  6- 
da  Azərbaycanın  BMT nəzdində  Daimi  Nümayəndəliyi  açılmış­
dır.  Azərbaycanın  BMT  ilə  əməkdaşlığının  əsas  istiqamətlərin­
dən  biri  beynəlxalq  ictimaiyyətin  diqqətini  Ermənistan-Azər­
baycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  cəlb etməyi  və  BMT-nin 
potensial  imkanlarından  istifadə  etməklə  bu  münaqişənin 
ədalətli  nizamlanmasına  və  sülh  sazişinin  əldə  olunmasına 
çalışmaqdır.
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  ni­
zamlanmasına  dair  bu  münaqişəyə  aid  BMT  əsas  orqanları  tə­
25


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə