Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə42/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   38   39   40   41   42   43   44   45   ...   84

2.Avropa Birliyi tərəfindən qəbul edilmiş sənədlər və 
qərarlar.
2.1.1.  Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l,  2 2  m a y   1 9 9 2 - c i   il
Birlik  və  ona  üzv  olan  dövlətlər  Dağlıq  Qarabağ  regionunda 
döyüşlərin  son  vaxtlar  intensivləşməsi  ilə  bağlı  dərin  narahatlığını 
bildirir  və  hər  hansı  bir  tərəfdən  güc  tətbiq  edilməsini  qəti  şəkildə 
pisləyir.  Birlik  və  ona  üzv  olan  dövlətlər  davamlı  döyüşlər 
nəticəsində  əhalinin  yenidən  üzləşdiyi  əzab-əziyyətdən  və  insan 
tələfatından təəsüflənir.
Dağlıq  Qarabağın  erməni  və Azərbaycan  əhalisi  daxil  olmaqla, 
Ermənistan  və  Azərbaycan  xalqlan,  hər  iki  hökumətin  ATƏM-in 
prinsip  və  öhdəliklərini  qəbul  etdikləri  nəticəsində,  eyni  səviyyəli 
mühafizə  ilə  təmin  olunmaq  hüququna  malikdirlər.  Buna  görə  də 
Birlik və ona üzv olan dövlətlər qəbul edilmiş prinsip və öhdəliklərə 
zidd  olaraq  ərazi  bütövlüyünə  qarşı  və  ya,  mülki  əhaünin  daimi 
yaşayış  yerlərindən  qovulması  da  daxil  olmaqla,  siyasi  məqsədlərə 
nail  olmaq  üçün  gücə  əsaslanan  hərəkətləri  pisləyir.  Azərbaycan  və 
erməni  əhalisinin  fundamental  hüquqları  mövcud sərhədlər məzmu­
nunda tam şəkildə bərpa edilməlidir.
Birlik  və  ona  üzv  olan  dövlətlər  Ermənistan  və  Azərbaycana 
müraciət  edərək,  maksimal  dərəcədə  təmkinlik  nümayiş  etdirməyə 
və  ATOM  prosesinə konstruktiv töhfə  verməyə çağırır.  Bu  mənada 
Birlik  və ona üzv olan dövlətlər bütün tərəfləri  Dağlıq Qarabağ üzrə 
ATƏM-in  Sülh  Konfransının  tezliklə  keçirilinəsi  istiqamətində  iş 
aparmağa  və  Dağlıq  Qarabağ  icmalarının  təmsil  olunmaları 
şərtlərinə  dair  razılıq  əldə  etməyə  dəvət  edir  ki,  onsuz  davamlı 
sülhün bərqərar olması mümkün deyil.
2.1.2.  Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l,  1 8   iy u n   1 9 9 2 - c i  il
Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda davam edən 
döyüşlər ilə bağlı  dərin  narahatlığını  bildirir.  Birlik və ona  üzv olan 
dövlətlər böhranın həllinə qətiyyən  kömək etməyən hər hansı  gücün 
tətbiq  edilməsini  ciddi  şəkildə  pisləyir.  Onlar  böhrana  qatılan 
tərəfləri təmkinliliyə dəvət edir və növbəti  əzab-əziyyət və ya  insan
168
tələfatı ilə nəticələnən hərəkətlərdən çəkinməyə çağırır.
Birlik  və  ona  üzv  olan  dövlətlər  aidiyyəti  olan  hökumətləri 
nüfuzlarından  istifadə  edərək  baş  verən  dəhşətli  zorakılığa  son 
qoymağa və davamlı atəşkəsə nail olmağa çağırır.
Birlik  və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana bir 
daha  müraciət  edərək  ATƏM-ə  daxil  olarkən  götürdükləri 
öhdəliklərə  əsasən  insan  hüquqlarına  hörmət  etməyə  çağırır.  Onlar 
tərəfləri  regionda sülhü  bərpa etməyin ən yaxşı  ümidini  təklif edən 
ATƏM-in 
himayəsi 
altında 
Minsk 
Konfransının 
tezliklə 
keçirilməsinin  zəruri  şərtlərinin  yaradılması  üçün  Romada  ilkin 
fövqəladə  görüş  çərçivəsində  göstərilən  səylərə  töhvə  verməyə 
çağınr.
2.1.3.  Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l,  7  a p r e l   1 9 9 3 - c ü i l
Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ münaqişəsi  ilə 
əlaqədar Ermənistan Respublikası və Azərbaycan
Respublikası  arasında  münasibətlərin  son  zamanlarda  kəskin 
şəkildə  pişləşməsindən  dərin  narahatçılıq  keçirir.  Birlik  və  ona  üzv 
olan  dövlətlər  hərbi  əməliyyatların  Kəlbəcər  və  Fizuli  rayonları 
ərazisinə yayılmasından təəsüfləndiyini bildirir. Azərbaycan ərazilə­
rindən dərhal  çıxarılması  və bu ərazilərdə döyüşlərin dayandırılması 
məqsədilə Ermənistan hökuməti Dağlıq Qarabağın hərbi birləşmələri 
üzərində olan təsirindən  istifadə etməyə qətiyyətlə çağırılır. Cərəyan 
edən son hadisələrə baxmayaraq, bütün tərəflərdən ATƏM-in Minsk 
qrupunda aparılan danışıqları tərk etməməyi xahiş edilir.
2.1.4.Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l,  2 4   iy u n   1 9 9 3 - c ü   il
Birlik və ona üzv olan dövlətlər cənab Rafaellinin təqdim etdiyi 
ATOM  planının  Dağlıq  Qarabağ  mübahisəsinin  bütün  iştirakçıları 
tərəfindən  qəbul  edilməsini  alqışlayır.  Onlar inanırlar ki, sözügedən 
plan  regionda  hərtərəfli  atəşkəs,  BMT  TŞ-nın  30  aprel  1993-cü  il 
tarixli  822 saylı  qətnaməsinin həyata keçirilməsi  və  Dağlıq Qarabağ 
münaqişəsinin  danışıqlar vasitəsilə  həlli  istiqamətində əsil  irəliləyiş
169


üçün  ən  yaxşı  ümiddir.  Onlar  Dağlıq  Qarabağda  erməni  icması 
nümayəndələrinin  plana  razılıqlarını  təmin  etmək  məqsədilə 
Ermənistan  prezidenti  Ter  -  Petrosyanın  uğurlu  şəxsi  müdaxiləsini 
yüksək qiymətləndirilər.
Birlik  və  ona  üzv  olan  dövlətlər  ümid  edirlər  ki,  Ermənistan 
hökuməti  Dağlıq  Qarabağda  sülh  planını  hələ  qəbul  etməyən 
elementlər tərəfindən  onu tam  şəkildə qəbul  etmək və Azərbaycanda 
Dağlıq  Qarabağ  və  onun  ətrafındakı  indiki  daxili  çətinliklərdən  sui- 
istifadə  etməkdən  çəkinmək  çağırışlarını  davam  etdirəjəkdir.  Birlik 
və  ona  üzv  olan  dövlətlər  xəbərdarlıq  edirlər  ki.  hazırki  vəziyyətdə 
hər  hansı  bir  tərəfin  hücum  əməliyyatı  sülh  planını  təhlükə  altına 
sala bilər.
Birlik  və  ona  üzv  olan  dövlətlər  münaqişə  tərəflərini  planı  tam  
şəkildə  dəstəkləməyə  çağırır  ki,  bu,  ATƏM-in  müşahidəçi 
missiyasının  yerləşdirilməsinin  ilk  mərhələsini  asanlaşdırar.  Onlar 
həmçinin  tərəfləri  qoşunların  işğal  edilmiş  ərazilərdən  çıxanlmasmı 
qəbul  etməyə  razılıq  və  A'l'ƏM  müşahidəçilərin  ərazilərdə 
yerləşdirildiyi andan təhlükəsizliyinə təminat verməyə təkid edirlər
2.1.5.Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l,  3  s e n t y a b r   1 9 9 3 - c ü   il
Birlik  və  ona  üzv  olan  dövlətlər  Dağlıq  Qarabağda  getdikcə 
genişlənən  Azərbaycan ərazisini  işğal  edən yerli erməni  qoşunlarının 
hücumlarını  pisləyir.  Onlar  təasuf  hissi  ilə  qeyd  edirlər  ki.  bu 
hərəkətlər döyüş bölgəsini  genişləndirməklə daha böyük Azərbaycan 
ərazisini  əhatə  edir,  Azərbaycanda  çox  ciddi  qaçqın  problemi 
meydana  gətirir  və  qonşu  ölkələri  qatmaqla  regiona!  təhlükəsizliyi 
getdikjə azaldır.
Birlik  və  ona  üzv  olan  dövlətlər  region  dövlətlərinin  əra/i  bü­
tövlüyü və suverenliyinə olan dəstəklərinibir daha bəyan edirlər.
Birlik  və  ona  üzv  olan  dövlətlər  Azərbaycan  Hökuməti  və 
Dağlıq  Qarabağın  rəhbərliyi  arasında 31  avqust  1993-cü  il  tarixində 
əldə edilmiş  müvəqqəti  atəşkəsin  davam  etdirilməsi  üçün  ATOM-in 
Minsk  Qrupu  çərçivəsində  göstərilən  səyləri  tam  dəstəkləyir.  Birlik 
və  ona  üzv  olan  dövlətlər  hər  iki  münaqişə  tərəfini  iyun  ayının 
sonunda  prinsip  etibarı  ilə  razılaşdırılmış  cədvəli  yerinə  yetirməyi
170
mümkün  edən  hər  hansı  bir  formada  əlavə  dialoqa  başlamağa 
çağırırlar.
Birlik  və  ona  üzv  olan  dövlətlər  həmçinin  Dağlıq  Qarabağın 
yerli  erməni  silahlı  qüvvələrinin  BMT  TŞ-nın  822  və  853  saylı 
qətnamələrinə  hörmət  etdiyini  və  Kəlbəcər,  Ağdam,  Fizuli  və 
Cəbrayıl  rayonlarından  geri  çəkiləcəklərini  görəcəklərinə  ümid 
edirlər.  Birlik  və  ona  üzv  olan  dövlətlərin  əlində  Azərbaycanın  bu 
ərazilərdən  irimiqyaslı  hüciimlar  həyata  keçirmək  iktidannda 
olduğuna dair heç bir dəlil yoxdur.
Birlik  və  ona  üzv  olan  dövlətlər  Dağlıq  Qarabağ  ermənilərinin 
BMT  TŞ-nın  822  və  853  saylı  qətnamələrinə  və  ATƏM-in  Minsk 
Qrupunun  təkliflərinə  əməl  etmələri  üçün  Ermənistan  hökumətini 
özünün  həlledici  təsirindən  istifadə etməyə çağırır.  Birlik  və ona üzv 
olan  dövlətiər  Ermənistana  müraciət  edərək  Azərbaycan  ərazisində 
lıücümlar  həyata  keçirən  yerli  erməni  hərbi  birləşmələrinin  bu  cür 
hücumlarını  daha  da  genişləndirmək  üçün  onlara  maddi  yardımın 
verilməməsini təmin etməyə çağırır.
2.1.6.Dağlıq Qarabağa dair bəyanat
B r ü s s e l   9  n o y a b r   1 9 9 3 - c ü   il
Avropa  İttifaqı  24  oktyabr  1993-cü  i!  tarixində  Dağlıq  Qarabağ 
regionunda  əldə  edilmiş  atəşkəsin  pozulmasını  pisləyir  və  bütün 
qüvvələri  son  vaxtlarda  işğal  edilmiş  ərazilərdən  geri  çəkilməyə 
çağırır.  Avropa  İttifaqı  ATOM  prinsiplərinə  uyğun  olaraq  Azərbay­
can  Respublikasının  əra/i  bütövlüyünə və suverenliyinə verdiyi  əhə­
miyyəti  bir daha vurğulayır,
Avropa  İttifaqını  döyüşlər  nəticəsində  yurdlarından  didərgin 
salınmış  insanların  aqibəti  xüsusilə narahat edir.  Bu  insanların qəbul 
edilməsi  və  qorunması  beynəlxalq  ictimaiyyətin  əsas  vəzifəsi 
olmalıdır.  Bundan  əlavə  qaçqınların  mövcudluğu  münaqişənin 
beynəlxalq  xarakter  alması  təhlükəsini  artırır  və  bütün  regionun 
sabitliyini təhdid edir.
Avropa  İttifaqı  /ərər  çəkmiş  əhaliyə  göstərilən  yardımı  davam 
etdirmək  əzmindədir  və  region  dövlətlərini  həmin  yardımların 
çatdırılması  prosesini  asandlaşdmnağa çağırır.
Avropa  İttifaqı  Dağlıq  Qarabağ  münaqişəsinin  uzun  müddətli 
siyasi  həllinə  nail  olmaq  məqsədilə  ATOM-in  Minsk  Qrupu
171


Yüklə

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə