Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə45/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   41   42   43   44   45   46   47   48   ...   84

3.  AVROPA ŞURASININ SƏNƏDLƏRİ
3.1. 
AVROPA ŞU RASI NAZİRLƏR KOM İTƏSİ
3.1.1.Dağlıq Qarabağa dair BƏYANNAMƏ
(Nazirlər  Komitəsi  tərəfindən  11  mart  1992-ci  ildə  Nazir 
müavinlərinin 471-ci iclasında qəbul edilmişdir)
Nazirlər Komitəsi, insanlann fərq qoyulmadan qətlə yetirilməsi və 
zorakılıq aktları haqqında son məlumatlardan dərindən narahat olaraq, 
Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  ərazisində
 
mülki 
əhaliyə  qarşı  zorakılıq  və  hücumları  kəskin  şəkildə  pisləyir.  O  qeyd 
edir  ki,  məsələnin  güc  vasitəsilə  həlli  beynəlxalq  ictimaiyyət 
tərəfindən qəbul edilə bilməz.
Nazirlər  Komitəsi  fevralın  28-də  Praqada  ATƏM  iştirakçı  döv­
lətlərinin  dərhal  və  effektiv  atəşkəs,  regions  silahların  daşınmasına 
embarqo  qoyulması  və  humanitar  yardımın  göndərilməsi  üçün 
təhlükəsiz  dəhlizlərin  yaradılmasına  dair  tövsiyələrini  dəstəkləyir.  O 
bir  daha  qeyd  edir  ki,  Dağlıq  Qarabağda  böhranın  istənilən  həlli 
qanunun  aliliyinə,  demokratiya,  insan  hüquqfan  və  azlıqların 
üzvlərinin  hüquqlarına dair təminatlara və yalnız sülh yolıı  və  ümumi 
razılıqla dəyişilə bilən bütün,  istər daxili,  istərsə də 
xarici sərhədlərin 
pozu l mamasına hörmət edilməsinə
 
əsaslanmalıdır.
Nazirlər  Komitəsi  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsinin  müba­
hisəyə  kömək  etməsinə  dair  münaqişə  tərəflərinin  razılığını  alqışlayır 
və  ümid  edir  ki,  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsi  və  digər  qeyri- 
hökumət təşkilatlan  bu mübahisənin  qurbanlarına humanitar yardımın 
verilməsində aparıcı rol oynayacaqlar.
Nazirlər Komitəsi mübahisənin sülh yolu  ilə həllinin əldə edilməsi 
üçün  bütün  vasitəçilik  səylərini  dəstəkləyir.  Effektiv  atəşkəsə  nail 
olunduqda,  mübahisə  bütün  maraqlı  tərəflər,  o  cümlədən  Dağlıq 
Qarabağın yerli  idarəetmə orqanları və nümayəndələri arasında danışıq 
vasitəsilə  həll  edilməlidir.  Danışıqlar  ATƏM  çərçivəsində  qəbul 
olunmuş Helsinki  Yekun Aktı  və Paris Xartiyasının hərf və ruhuna, və 
xüsusilə mübahisələrin  sülh yolu  ilə tənzimlənməsi  öhdəliyinə hörmət 
prinsipinə əsaslanmalıdır.
180
3.1.2. 
Dağlıq  Qarabağ  münaqişəsinin  gərginləşməsinə  dair 
BƏYANNAMƏ
(Nazirlər Komitəsi  tərəfindən  15  aprel  1993-cü  il  tarixində Nazir 
müavinlərinin 492-ci iclasında qəbul edilmişdir)
Nazirlər  Komitəsi  Dağlıq  Qarabağ  münaqişəsinin  gərginləşməsi 
və,  xüsusilə,  döyüş  ərazisinin  Azərbaycan  Respublikasının  Kəlbəcər 
rayonuna  qədər  genişlənməsi  ilə  əlaqədar  ciddi  narahatdır.  Nazirlər 
Komitəsi  BMT  Təhlükəsizlik  Şurası  Sədrinin  bütün  hərbi  əməliy­
yatların dərhal dayandırılması tələbini dəstəkləyir və 
regionun sülh  və 
təhlükəsizliyinə  təhlükə  yaradan  bütün  qüvvələrin  çıxarılmasına 
çağırır.
Münaqişənin  uzunmüddətli  həllinin  yalnız  beynəlxalq  hüquq  və 
Avropa Şurası  və ATƏM-in prinsip və öhdəliklərinə hörmət, 
xüsusilə 
sərhədlərin  toxunulmazlığı,  ərazi bütövlüyü,  azhqların  m üdafiəsi və 
insan hüquqları və əsas azadlıqlarına hörm ət edilməsi
 
vasitəsilə əldə 
oluna biləcəyinə əmin olan Nazirlər Komitəsi:
-  döyüş  ərazisinin  Azərbaycanın  Kəlbəcər  rayonunadək 
genişlənməsinin  bütün  regionun  demokratik  gələcəyi  və  sabitliyinə 
təhdid  yaradacağı  ilə əlaqədar artan təhlükəyə dair ciddi  narahatlığını 
ifadə edir;
-  bu  vəziyyətin  ATƏM  çərçivəsində  siyasi  danışıqlar  prosesinə 
təhlükə olması  faktına təəssüflənir;

g ü c   vasitəsilə  həllin  beynəlxalq  ictimaiyyət  tərəfindən  qəbul 
edilə bilməyəcəyini bəyan edir;
-  həmçinin  mülki  əhalinin  əzablarını  yüngülləşdirmək  məqsədilə 
regiona  və  xüsusilə,  münaqişənin  təsir  etdiyi  bütün  ərazilərə 
beynəlxalq  humanitar  yardım  səylərinin  maneəsi/  buraxılmasına 
çağırır;
- münaqişə tərəflərinindən sülh yolu  ilə tənzimlənməyə daha artıq 
təhlükə yaradacaq hər hansı hərəkətdən çəkinməyi təkidlə tələb edir;
-  hərbi  əməliyyatlara son  qoyulmasının  yeganə  yolunun, 
gücdən 
istifadə  etməkdən  imtina  etməklə  yanaşı,
 
ATOM-in  Minsk  qrupu 
çərçivəsində danışıqların vicdanla aparılması olduğunu qeyd edir.


3.1.3.  KOMMÜNİKE
«Avropa  Şurası  Cənub-Şərqi  Avropa  və  Qafqaza  dair 
fəaliyyətini artınr»
(9  noyabr  2000-ci  il  tarixində  Nazirlər  Komitəsinin  107-ci 
iclasında qəbul edilmişdir)
Nazirlər  Komitəsi  İtaliyanın  xarici  işlər  naziri  cənab  Lamberto 
Dininin  sədrliyi  ilə  2000-ci  ilin  noyabrın  9-da  Strasburqda  107-ci 
iclasını keçirdi.
Baş  Katibin  dəvəti  ilə,  iclasdan  öncə  2000-ci  ilin  noyabrın  8-də 
qeyri-rəsmi görüş keçirilmişdir...
Nazirlərin  9 noyabrda rəsıni görüşü  Prezident Kaştunitsa ilə onıın 
ölkəsində müsbət inkişafa dair fikir mübadiləsi ilə açıldı...
Fikir  mübadiləsi  Cənub-Şərqi  Avropa,  o  cümlədən  Moldova,  və 
Qafqazda  demokratik  sabitliyin  gücləndirilməsində  Avropa  Şurasının 
töhfəsinə dair müzakirələrlə davam etdirilmişdir...
Cənubi Qafqazın namizəd dövlətlərinə gəlincə isə, hər iki  ölkənin 
Avropa  Şurasının  tələb  olunan  standartlarının  yerinə  yetirilməsinə,  o 
cümlədən  Azərbaycanda  5  noyabr  2000-ci  ildə  keçirilən  seçkilərə 
münasibətdə  Nazirlər  müəyyən  narahatlıqla  vəziyyəti  nəzərə  aldılar. 
Nazirlər Təşkilata daxil  olmaq  üçün  Ermənistan  və  Azərbaycanı  eyni 
vaxtda  dəvət  etməyi  qərara  aldılar  (və  bu  ölkələrin  Xarici  işlər 
nazirlərinin  bəyanatlarını  razılıqla  nəzərə  aldılar)  və  bəyan  etdilər  ki, 
iki  Dövlətin  qəbul  tarixi  2001-ci  ilin yanvarında Nazir Müavinlərinin 
görüşündə  nəzərdən  keçiriləcək.  Onlar qeyd etdilər ki,  Ermənistan  və 
Azərbaycan  öz  demokratik  təsisatlarını,  insan  hüquqlarına  hörməti  və 
qanunun  aliliyini  gücləndirməyi  davam  etdirməlidirlər.  Nazirlər 
Avropa  Şurasının  bu  məqsədlə  əməkdaşlıq  etməyə  hazır  olduğunu 
təkrarladılar.  Onlar,  həmçinin,  Dağlıq  Qarabağ münaqişəsinin həllində 
təxirə  salınmadan  real  nəticələr  əldə  etməyi  Ermənistan  və 
Azərbaycandan təkidlə tələb etdilər.
3.2.  AVROPA ŞURASI PARLAM ENT ASSAM BLEYASI
3.2.1.Dağlıq Qarabağ münaqişəsinə dair QƏTNAMƏ 1047 (1994)
I. 
Assambleya  razılıqla  qeyd  edir  ki,  1994-ci  ilin  mayın  12-də 
qüvvəyə  minmiş  Dağlıq  Qarabağda  atəşkəsə  nisbətən  yaxşı  riayət
182
olunmuşdur və ümid edir ki. o,  mümkün qədər tezliklə müharibə edən 
tərəflər arasında sülh sazişi  ilə nəticələnəcək.
2.  1988-ci  ildə başlamış bu münaqişə artıq 
20 min  insanın ölünıii 
və bir milyondan çox qaçqınların
 
olması ilə nəticələnmişdir.
3.  Assambleya  müharibə  tərəflərini  sülh  sazişinin  imzalanmasına 
həvəsləndirmək  üçün  ATOM-in  Minsk  qrupu,  Rusiya  Federasiyası 
hökuməti,  BMT  Təhlükəsizlik  Şurası,  MDB  Parlamentlərarası 
Assambleya və özünün  Avropanın  qcyri-üzv ölkələri  ilə əlaqələr üzrə 
Komitəsinin səylərini razılıqla qeyd edir.
4.  O,  Ermənistan  və  Azərbaycanın  müdafiə  nazirləri  və  Dağlıq 
Qarabağ  ordusunun  komandam  tərəfindən  26  iyul  1994-сь  ildə 
imzalanmış,  atəşkəsə  riayət  etmək  öhdəliklərini  və  siyasi  sazişin 
imzalanmasını sürətləndirmək səylərini təsdiq etdikləri sazişi alqışlayır 
və  bütün  müharibə  tərəflərini  12  may  1994-ci  ildən  qüvvədə  olan 
qeyri-sabit  atəşkəsə  təhlükə  yarada  biləcək  har  hansı  düşmənçilik 
hərəkətindən çəkinməyə təkidlə çağırır.
5.  O.  sülh  sazişinin  imzalanmasına  bütün  imkanları  çərçivəsində, 
xüsusilə  maraqlı tərəllərin parlament nümayəndələri arasında dialoqun 
həvəsləndirilməsi  yolu  ilə,  yardım  etmək  üçün  hazır olduğunu  bəyan 
edir.
6.  Nəhayət,  o,  müharibə  tərəflərini  qaçqınların  təcili  əsasda 
yaşayış  yerlərinə  qayıtmasım  təşkil  etməyə  və  onun  1201  saylı 
Tövsiyəsində dəstəkləndiyi kimi azlıqların hüquqlarına hörmət etməyə 
çağırır,  və  Azərbaycan  və  Türkiyəni  onların  Ermənistanla  olan 
kommunikasiya  vasitələrinin  blokadasına dərhal  son  qoymağa  təkidlə 
çağırır.
3.2.2.Dağlıq  Qarabağda  münaqişəsinə  dair  TÖVSİYƏ  1251 
(1994)'
1. 
Assambleya  qeyd  edir  ki,  Dağlıq  Qarabağ  münaqişəsi  1988-ci 
ildə  başlamış  və  artıq  təxminən 
20  000  insanın  ölümü  və  bir 
milyondan
 
artıq qaçqının əmələ gəlməsi  ilə nəticələnmişdir.
2.  Onun  Avropanın  qeyri-üzv  ölkələri  ilə  əlaqələr  üzrə  Komitəsi
1992-ci  ildən  etibarən  Ermənistan  və  Azərbaycanın  Parlamentləri, 
«Dağlıq  Qarabağın  rəhbərliyi»  və  «Dağlıq  Qarabağın  maraqlı 
Azərbaycan 
tərəfi»nin 
nümayəndələrinin
 
qatıldığı  dinləmələr 
silsiləsini təşkil etmişdir.
183


Yüklə

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə