Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə53/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   49   50   51   52   53   54   55   56   ...   84

nizamlamanın  əldə  edilməsini  daha çətinləşdirə  biləcəyi  hər  hansı  bir 
hərəkətin edilməsindən çəkinməyi israr edir.
71.0, 
öz  ölkəsinin  m üdafiəsi  üçün  Azərbaycan  hökum əti  və 
xalqı  tərəfindən  edilən  səylərinə  özünün  tam  h əm rəyliyin i  və 
dəstəklədiyini  b ir  daha  təsdiqləyir.
 
O,  köçkünlərə  və  qaçqınlara 
təhlükəsiz şəraitində, şərəf və ləyaqətlə öz evlərinə qayıtmaqda  imkan 
yaratmağa  çağırır.  O,  Azərbaycan  Respublikasının  ərazisində  bir 
milyondan  çox  köçkün  və  qaçqınların  olması  ilə  əlaqədar  humanitar 
problemlərin  kəskinləşməsindən  öz  narahatlığını  ifadə  edir  və  üzv- 
dövlətləri,  İslam  İnkişaf  Baııkı  və  digər  İslam  institutlarından 
Azərbaycan  Respublikasına  təcili  maliyyə  və  humanitar  yardım 
etmələrini xahiş edir.
Kasablankada dərc olunub.
6.1.1.2.“Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” 
adlı 11/7- P(IS) nömrəli Qətnamə
İKT  ölkələrinin  dövlət  başçılarının  Mərakeş  Krallığının  Ka­
sablanka  şəhərində  hicri  tarixi  ilə  1415-ci  il  rəcəb  ayının  11-13-də, 
miladi  tarixi  ilə  1994-cü  il  dekabrın  13-15-də  keçirilən  VII  Zirvə 
Görüşü İKT Bəyannaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;
Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzü nəticəsində  hərbi  münaqişənin  kəskinləşməsi  və Azərbaycan 
ərazisinin 20 faizdən artığının işğalından dərindən narahat olaraq;
Ermənistanın  təcavüzü  nəticəsində  1  milyondan  artıq  azər­
baycanlının  qaçqın  vəziyyətinə  düşməsi  və  humanitar  problemlərin 
dözülməzliyindən təsirlənərək;
1992- 
ci  ilin  iyun  ayında  İstanbulda  keçirilmiş  V  və  1994-cü  ilin 
sentyabrında  İslamabadda  keçirilən  İKT  Xarici  İşlər Nazirlərinin  VI! 
fövqəladə konfransının prinsipial mövqeyini yada salaraq;
1993- 
cü  il  aprelin  25-29-da  Pakistan  İslam  Respublikasının 
Kəraçi  şəhərində  keçirilən  İKT  Xarici  İşlər  Nazirlərinin  XXI 
konfransında  qəbul  edilən  qətnamənin  müddəalarını  bir  daha  təsdiq 
edərək;
həmçinin  İKT-nin 23 sentyabr  1992-ci  ildə və 3  oktyabr  1994-cü 
ildə  keçirilmiş  İKT  Xarici  İşlər  Nazirlərinin  koordinasiya  iclasının 
yekun sənədlərinin müvafiq bəndlərini yada salaraq;
qonşu ölkələr və regional  dövlətlərin,  xüsusilə İran və Türkiyənin
212
Ermənistan-Azərbaycan  münaqişəsinin  sülh  yolu  ilə  həll  edilməsi 
istiqamətində etdikləri cəhdləri nəzərə alaraq;
Ermənistan  Respublikasının  təcavüzünün  beynəlxalq  sülh  və 
təhlükəsizlik üçün maneə yaratdığını dərk edərək;
BMT  Nizamnaməsinin  və  Təhlükəsizlik  Şurasının  müvafiq  qət­
namələrinin dönmədən yerinə yetirilməsini bir daha təsdiq edərək;
Ermənistan  Respublikasının  davam  edən  təcavüzkar  siyasətinin 
ATOM  çərçivəsində  aparılan  sülh  prosesinə  dağıdıcı  təsir  edə 
biləcəyindən xəbərdar olaraq;
1 .Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzünü kəskin şəkildə pisləyir;
2Л əcavüz  nəticəsində  Azərbaycan  ərazisində  mülki  Azərbaycan 
vətəndaşlarına  qarşı  edilən  hərəkətləri  bəşəriyyətə  qarşı  törədilən 
cinayət kimi qiymətləndirir;
3. 
ВМТ-nin  Təhlükəsizlik  Şurasının  822,  853.  874  və  884  saylı 
qətnamələrinin 
dönmədən 
yerinə 
yetirilməsini, 
Ermənistan 
Respublikası  silahlı  qüvvələrinin  işğal  edilmiş  bütün  Azərbaycan 
ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamamilə 
və  şərtsiz  çıxarılmasım  qəti  surətdə  tələb  edir  və  Ermənistandan 
Azərbaycan  Respublikasının  suverenliyi  və ərazi'bütövlüyünə hörmət 
bəsləməsini tələb edir,
4. 
Təhlükəsizlik  Şurası  tərəfindən  Azərbaycana  qarşı  edilən 
təcavüzün etiraf edilməsinə;  BMT Nizamnaməsinin 7-ci  fəslinə uyğun 
olaraq  öz  qətnamələrinin  yerinə  yetirilməsinin  təminatı  üçün  lazımi 
addımlar atılmasına;  Azərbaycan  Respublikasının  suverenliyi  və ərazi 
bütövlüyünə qarşı olan təcavüzü pisləyərək təcavüzə son qoyulmasına 
çağmr  və  bu  məqsədlə  BMT-də  koordinasiyalı  fəaliyyətdə  olmağı 
qərara alır,
5. 
Bir daha təsdiq edir ki, ərazinin  zor tətbiq ctməkiə əldə edilməsi 
tanına bilməz;
6. 
Ermənistan  və  Azərbaycan  arasındakı  münaqişənin  dövlətlərin 
ərazi  bütövlüyü  və  beynəlxalq  tanınmış  sərhədlərin  pozulmazlığı 
prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həllinə çağırır;
7. 
Həm  Ermənistan,  həm  də  Azərbaycandan  ATOM-in  sülh 
prosesində  iştirak etməsi  və problemin sülh yolu ilə həllini çətinləşdirə 
biləcək hər bir əməldən çəkinməsini tələb edir;
8. 
Azərbaycan  hökuməti  və  xalqının  ölkəsinin  müdafiəsi  üçün 
etdiyi  cəhdləri  bütünlüklə  dəstəklədiyini  və  onlara  tam  həmrəy
213


olduğunu bir daha təsdiq edir:
9. 
Yaşayış yerlərini tərk etmişlərin  öz evlərinə təhlükəsiz,  hörmət 
və şərəflə dönmələri üçün imkan yaratmağa çağırır;
10. 
Azərbaycan Respublikası ərazisində  1  milyondan  artıq  qaçqm 
və 
köçkünün 
olması 
ilə 
əlaqədar 
humanitar 
vəziyyətin 
kəskinləşməsindən təşviş keçirir və üzv ölkələr İslam İnkişaf Bankı və 
digər İslam  institutlarından Azərbaycan  Respublikasına təcili maliyyə 
və humanitar yardım etmələrini xahiş edir;
11 .Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət və bu 
barədə İKT Xarici İşlər Nazirlərinin XXIII konfransına məruzə təqdim 
etməsini xahiş edir.
6.1.1.3.  “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi 
haqqında "adlı 16/7-E (İS) nömrəli Qətnamə.
Kasablanka  şəhəri,  Mərakeş  Krallığında  hicri  tarixi  ilə  11-13 
Rəcəb  1415H  (13-15  dekabr  1994-cü  il)  tarixdə  keçirilmiş  VII-ci 
İslam Konfransı Təşkilatı dövlət və hökumət başçılarının Zirvə Görüşü 
(Qardaşlıq və Dirçəliş Sessiyası);
qonşu  Ermənistanın  Azərbaycana  qarşı  təcavüzü  nəticəsində 
yaranmış  vəziyyət  üzrə  İKT  Xarici  İşlər  Nazirləri  konfransları 
tərəfindən qəbul olunmuş İKT qətnamələrinə istinad edərək,
ölkə  tarixinin  bu  ağır  və  çox  kritik  anında  İslam  Konfransı 
Təşkilatına  üzv  ölkələrin  Azərbaycan  hökuməti  və  xalqı  ilə  tam 
həmrəyliyini təsdiqləyərək;
bu  münaqişəyə  aid  BMT  Təhlükəsizlik  Şurasının  müvafiq 
qətnamələrinə istinad edərək;
Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  erməni  hərbi  əmə­
liyyatları  nəticəsində  Azərbaycan  ərazisinin  20  faizinin  işğal 
olunmasını,  təxminən  bir  milyon  azərbaycanlının  öz  yurdlarını  tərk 
etməyə  məcbur  olmasından  və  bu  təcavüz  nəticəsində  insan 
hüquqlarının kobud şəkildə pozulmasından öz təəssüfünü bildirərək;
Azərbaycan hökuməti və xalqı  ilə İslam Konfransı Təşkilatına üzv 
dövlətlərin  həmrəyliyini  daha  konkret  şəkildə  nümayiş  etdirmək 
zərurətini lazım bilərək;
İKT-yə  üzv  olan  bir  sıra  ölkələrin  və  İKT-nin  müvafiq  qurum­
larım,  BMT  qurumları  və  beynəlxalq  təşkilatların  Azərbaycana 
göstərdiyi yardımı alqışlayaraq;
214
1. 
Diinya  birliyini  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  Azər­
baycan  ərazilərinin  işğalına  son  qoyulmasına,  onların  Azərbaycan 
ərazisindən  qeyd-şərtsiz,  çıxarılmasına  və  Azərbaycanın  ərazi 
bütövlüyünün bərpası üçün ciddi və təsirli tədbirlər görülməsinə israrla 
çağırır;
2. 
Azərbaycan xalqının iztirab və əzablarını yüngülləşdirmək üçün 
Azərbaycan  hökumətinə  iqtisadi  və  humanitar  yardım  göstərilməsi 
məqsədilə İK İ  üzv dövlətlərinə və İslamqurumlarına müraciət edir;
3. 
Beynəlxalq  təşkilatlardan  Azərbaycana  təcili  humanitar  və 
maliyyə yardımın göstərilməsini xahiş edir.
6 ./.2. İslam  Konfransı Təşkilatının  səkkizinci zirvə görüşü.
(Ləyaqət,  Dialoq, İştirak sessiyası, Tehran, İran İslam 
Respublikası)
hicri  tarixi  ilə  9-11  şaban  14I8H  (miladi  tarixi  ilə  9-11  dekabr, 
1997)
6.1.2.1. 
YEKUN  KOMMUNIKE 
Ermənistanın  Azərbaycana qarşı təcavüzü:
( ç ıx a r ış )
Sİ.Konfrans  1996-cı ildə Lissabonda ATƏT-in zirvə görüşündə 
ATƏT-in  Sədrinin  bəyanatında  öz  əksini  tapmış  Ermənistan  və 
Azərbaycan  arasında münaqişənin həll edilməsinin  üç prinsipinə öz 
dəstəyini  bir  daha  təsdiqləyirsə  həmdə  ЛТОТ-in  Minsk  Qrupu 
çərçivəsində  danışıqların  əsası  kimi  Ermənistan-Azərbaycan  lıərbi 
münaqişəsinin  mərhələli  nizamlanma  məqsədini  güdən  A TOT  Minsk 
Konfransının  həmsədrlərinin  irəli  sürülmüş  axirincı  təkliflərinə  öz 
dəstəyini  ifadə  edir  və  belə  yanaşmanı  Azərbaycan  Respublikasına 
qarşı  təcavüzün  ən  ciddi  nəticələrinin  dərhal  aradan  qaldırılmasının 
təmin edilməsinə yönəlmiş hesab edir.
2/5


Yüklə

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə